A b u z ə r a lı oğ lu X ə lə fo V a z a d İsa oğlu q u r b a n o \


luğu  müxtəlif  inkişaf  səviyyəsinə  malik  olduğu  kımı,  kitabxanaların



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix22.04.2017
ölçüsü1,11 Mb.
#15300
1   2   3   4   5   6   7   8

luğu  müxtəlif  inkişaf  səviyyəsinə  malik  olduğu  kımı,  kitabxanaların 

inkişaf  səviyyəsi  də  müxtəlifdir.  Cəmiyyət  necədirsə,  onun  kitabxa­

naları  da  özünəməxsusdur.

u

kitabxanalar  İnternet  kompüter  şəbəkəsi  vasitəsilə  heç  bir 

sıyası,  dini,  milli  məhdudiyyətlər  tanımayaraq, 

ölkələrin 

coğraii  sərhədlərini  aşaraq  öz  informasiya  xidmətlərini 

oxuculara  bilavasitə  yaşadıqları  və  işlədikləri  yerlərdə 

təqdim  edərək,  cəmiyyət  üzvlərinin  mənəvi  aləminə, 

təfəkkür  tərzinə,  əxlaqına,  psixologiyasına  daha  çox  nüfuz 

etmək  imkanına  malikdirlər.

§1.2.  Kitabxanaların  kompüterləşdirilməsinin 

əhəmiyyəti  və  əsas  prinsipləri

Kompüter-telekommunikasiya  texnologiyasının  ya­

ranması  və  sürətli  inkişafı  cəmiyyət  həyatında  köklü  dəyi­

şikliklərə  səbəb  olaraq  cəmiyyətin  sosial  institutlarının  in­

kişafını  zəruri  edən  yeni  sosial  sifarişlər  doğurur. 

Bu  so­


sial  sifarişlərdən  biri  də  kitabxanalann  kornpüterləşdiril- 

məsidir.


Kitabxanaların  kompüterləşdirilməsi  bəzi  şəxslərin 

hesab  etdiyi  kimi  kitabxanalann  kompüter  texnikası  ilə 

təchiz  olunması  və  bu  qiymətli  avadanlıqlardan  yalnız 

kargüzarlıq  fəaliyyətində  və  Internet  xidmətindən  istifadə 

etmək  üçün  istifadə  olunması  deyil.  Kitabxanalann  kom­

püterləşdirilməsi  kitabxanaların  avtomatlaşdınlmasmın  tər­

kib  hissəsi  olub,  kitabxanalarda  yerinə  yetirilən  mürəkkəb, 

bır-birilə  əlaqəli  texnoloji  proseslərin  informasiya-tele­

kommunikasiya  texnologiyaları  əsasında  avtomatlaşdırılma- 

sıdır.


Kitabxana  proseslərinin 

kompüterləşdirilməsinə  dair 

tədqiqat  işlərinə  X X   əsrin  50-cı  illərindən  başlanılmışdır. 

Lakin  bu  işlərin  kitabxanalarda  tətbiq  edilməsi,  müvafiq

i$

texniki  təminatsızlıq  üzündən  yalnız  70-ci  illərdə  ınunıkun 



olmuşdur.  Belə  ki,  həmin  müddətdə  istifadə  olunan  kom­

püterlər  böyük  həcmli  olub,  istifadəsi  mürəkkəb,  çoxsaylı 

xidmət  heyəti  tələb  edən,  həddən  artıq  bahalı  qurğular 

idi.  Bu 

keyfiyyətlər  isə  onlann  kitabxanalarda  istifadəsini 

qeyri-rentabelli  edirdi.  Yalnız  fərdi  kompüterlərin  istehsalı, 

şəbəkə  texnologiyasının  meydana  gəlməsi  kitabxanaların 

kompüterləşdirilməsini  elmi  və  iqtisadi  cəhətdən  əlvenşli 

etdi.  Kitabxanalann  kompüterləşdirilməsinə  ilk  dələ  A B $ - 

ın  Konqres  kitabxanasında,  sonradan  isə  qeyd  olunan  öl­

kənin  akademik  kitabxanalarında  başlandı.  Kompülerləs- 

dirmənin  əhəmiyyəti  və  perspektivliyi  qısa  m üddətdə 

özünü  təsdiq  etdi  və  bu  gün  o,  müasir  kitabxanaların 

yaradılması  üçün  əsas  şərtlərdən  biri  hesab  olunur.

Kompüter  informasiya  texnologiyasının  sürətli  inki­

şafı  kitabxanaların  kompüterləşdirilməsinin  kəmiyyət  və 

keyfiyyət 

səviyyəsinin  yüksəlməsini  təmin  edir.  Məsələn, 

əvvəllər  əsasən  komputerləşmənin  lokal  məsələləri  həll 

olunurdusa,  İnternetin  yaranması  və  inkişafı  nəticəsində 

bu  gün  oxuculara  uzaq  məsaiədən  on-line  xidmət,  kitab- 

xanalararası  elektron  sənəd  göndərişi 

və  s. 

xidmətlər 



yerinə  yetirilir,  korporativ  kitabxana-informasiya 

şəbəkə­


ləri.  virtual  elektron  kitabxanalar  yaradılır.  Bunların  n ə ­

ticəsində  bir  sıra  kitabxanalar  artıq  öz  sosial  funksiyalarını 

genişləndirərək,  lıəm  də  analitik-informasiya  mərkəzlərinə 

çevrilmişdir.

Kitabxananın  kompüterləşdirilməsi  yüksək  ixtisaslı 

kitabxanaçıların,  informasiya  ınütəxəsisslərinin  birgə  əməyi 

və  düzgün  ləşkilati  işlər  nəticəsində  yermə  yetınlən. 

müəyyən  vaxt  və  maliyyə  vəsaiti  tələb  edən 

bir  proses


16

dir.  A B Ş ,  Kanada  və  Qərbi  Avropa  ölkələrində  kitabxa- 

•  naların  kompülerləşdirilməsi  təcrübəsinə  əsaslanaraq  kitab­

xanaların 

kompüterləşdirilməsi 

üçün 


aşağıdakı 

baza 


prinsipləri  qeyd  etmək  olar1:

1.  Kitabxananın  kompüterləşdirilməsi  ayrı-ayn  şəxslə­

rin  təsəbbüsü  əsasında  deyil,  cəmiyyətin  sosial  sifarişi 

əsasında  yerinə  yetirilməlidir.

2.  Kompüterləşdirmə 

kompleks 

səkildə 

və 


informasiyanın,  kompüter-telekommunikasiya  avadanlıqla­

rının  və  proqram  məhsullarının  tez  “köhnəlməsi”  səbəbin­

dən  sürətlə  aparılmalıdır.  Bunun  üçün  müvafiq  maddi  və 

insan  resursları  cəlb  edilməlidir.

3.  Kompüterləşdirməyə  başlamazdan  əvvəl  geniş  ma­

ariflənmə  işi*  aparılmalı,  kompüterləsmənin  zəruriliyi  əsas­

landırılmalıdır.  Bununla,  kompüterləşmə  əvvəl  kitabxanada 

müşahidə  olunan  psixoloji  baryer  (işçilərin  ixtisarı,  lazım­

sız  olması  və  s.)  aradan  götürülməlidir.

4. 


Kitabxananın  kompüterləşdirilməsinə  kitabxananın 

Texniki  sənədinin  hazırlanmasından  başlanılmalıdır.  lex - 

niki  sənəd  kitabxananın  kompüterləşdirilməsinin  pasportu 

olub,  çox  «savadlı»  hazırlanmalıdır.  Texniki  sənəddə  ki­

tabxananın  kompüterləşdirilməsinin  hansı  zərurətdən  ya­

randığı  əsaslandırılmalı  və  bu  kompüterləşdirmədən  nə 

gözlənildiyi  öz  əksini  tapmalıdır. 

I exniki  sənəd  xüsusi 

komissiya  tərəfindən  hazırlanır.  Həmin  komissiyanın  sədri 

müəssisənin  rəhbəri  və  ya  onun  həvalə  etdiyi  məsul  şəx­

sdir. 

Komissiyada 



informasiya 

mütəxəssisinin 

iştirakı

‘Bu  prinsiplər  1971-ci  ildə  kitabxana-informasiya  sahəsində  dünya­

da  aparıcı  mütəxəssislərdən  hesab  olunan  X.X.Bernşteyn  tərəfindən 

irəli  sürülmüşdür.

vacibdir.  Sənədə  lıəmcinin  kitabxananın  struktur  sxemi, 

vəzifə  göstəriciləri  və  təlimatları  əlavə  olunmalıdır.  Sənəc 

yuxan  təşkilatla  (nazirlik),  kompüteriəşdirilməni  maliyyə­

ləşdirən  donor  və  ya  sponsor  təşkilatlarla  razılaşdırılmalı­

dır. 

Bu  sənəddə  kitabxana  haqqında  tam  məlumat: 



strukturu,  idarə  olunması,  kadr  potensialı,  fondu,  oxucu 

kontingenti,  xidmət  növləri,  texniki  və  informasiya  təchi­

zatı,  maliyyə  mənbələri,  kitabxanalararası  və  beynəlxalq, 

kitabxana  təşkilatları  ilə  əlaqələri,  statistik  göstəncıİən, 

avtomatlaşdırmanın  məqsədi  və  əhəmiyyəti,  kitabxananın 

texniki-informasiya  tələbatı  əksini  tapmalıdır.  Sənəd  h a­

zırlanarkən,  dərin  təhlil  aparılmalı,  kitabxanaların  avto­

matlaşdırma  təcrübəsi,  kitabxana-informasiya  texnologiyası 

sahəsində  qabaqcıl  nəzəri  və  praktiki  biliklər  öyrənilməli, 

kitabxananın  heç  olmasa  gələcək  10  illik  inkişaf  perspek­

tivləri  və  s.  nəzərə  alınmalıdır.

3.  I exniki  sənəd  əsasında  Kitabxananın  kompüter­

ləşdirilməsi 

layihəsi 

hazırlanmalıdır1. 

Kitabxananın 

kompüterləşdirilməsi  layihəsi  kompüter-informasiya  texno­

logiyası  mütəxəssisləri  tərəfindən  hazırlanır.  Layihənin  pn- 

ampula  hissəsi  layihə  qabağı  tədqiqatdan  ibarətdir.  Bu 

hissə  texniki  sənəd  əsasında  hazırlanır  və  kitabxanada 

tətbiq  olunan  texnologiyanın  təhlilindən,  kəmiyyət  göstə­

ricilərindən  ibarətdir.  Bundan  sonra  layihədə  kitabxananı 

kompüterləşdirmək  üçün  tələb  olunan  işlərin  siyahısının 

əsaslandırılması  öz  əksini  tapır.  Layihədə  mütləq  2  vacib 

komponent-kompüterləşdirmənin 

Texniki  və  proqram  /ə- 

minalı  xüsusi  bölmələrdə  öz  əksini  tapmalıdır.  Layihənin

'Layihənin  rəhbəri  və  yerinə  yetirilməsinə  məsul  şəxs  kitabxana 

direktorudur.


IS

Texniki  təminat  bölməsində 

kitabxananın  kompüterləşdi- 

• riiməsi  üçün  zəruri  olan  texniki  qurğular  və  vasitələrə: 

kompüter,  şəbəkə-kommunikasiya,  elektrik,  mühafizə  və  s. 

avadanlıqlarına,  rabitə  xətləri  və  kanallarına  tələbat 

şərh 


olunmalı  və  əsaslandırılmalıdır.  Bu  bölmədə  həmçinin 

quraşdırılacaq  avadanlıqların,  rabitə  vasitələrinin  texniki 

göstəriciləri,  onları  satan  ən  azı  üç  firmanın  qiymətlər  si­

yahısı,  yerləşmə  və  quraşdırma  sxemləri  öz  əksini  tapma­

lıdır.

Layihənin  Proqram  təminatı  bölməsində  istifadə 



olunacaq  proqram  təminatı,  onun  funksiyaları  şərh  olun­

malıdır. 

Proqram  təminatının  seçilməsi 

üçün  kompüter- 

informasiya  texnologiyası  bazannda  mövcud  proqram  tə­

minatı  təhlil  olunmalı  və  onun  içərisindən  ən  optimalı  se­

çilməlidir.  Müasir  dövrdə  kompüterləşmənin  kompüter- 

informasiya  texnologiyası  sürətlə  inkişaf  etdiyindən  və  tez 

«texniki  baxımdan  qocaldığından»  proqram  təminatının 

seçilməsi  həddən  artıq  məsuliyyətli  bir  işdir  və  o,  yüksək 

ixtisaslı  mütəxəssislər  tərəfindən  yerinə  yetirilməlidir.

6.  Maliyyə-smeta  sənədlərinin  hazırlanması.  Maliyyə- 

smeta  sənədləri  konkret  işə  uyğun  olaraq  və  layihədə  təs­

diq  olunmuş  iş  qrafikinə  əsasən  hazırlanır.  Bu  sənədlər 

layihənin  rəhbəri  tərəfindən  maliyyələşdirici  təşkilata  gön­

dərilir  və  müvafiq  maliyyənin  vaxtında  ayrılması  üçün 

bütün  vasitələrdən  istifadə  olunur.

7.  Layihə  qabağı  işlərin  görülməsi. 

Bu  maliyyə  və­

saitinin  ayrılmasını,  avadanlıqların  alınmasını  və  texniki 

quraşdırma  işlərinin  görülməsini,  müvafiq  kadrlann  hazır­

lanmasını  nəzərdə  tutur.  Kadrlann  hazırlanması  məsələsi 

ən  önəmli  bir  məsələdir.  Avtomatlaşdırma  istər  informati­

19

kam,  istərsə  də  müasir  kitabxana  işini  yüksək  səviyyədə 



bilməyi  tələb  edir.  Bu  məqsədlə  yeni  gənc  kadrlann, 

artıq  avtomatlaşmış  kitabxanalarda  təcrübə  keçmiş  kitab- 

xanaçılann  cəlb  olunması,  hazırlıq  kurslannın  yaradılınası 

tələb  olunur.  Avtomatlaşdırma 

ilə  bağlı 

kitabxanada 

struktur  dəyişikliklərin  aparılması  zəruridir.  Belə  ki,  avto­

matlaşdırma  yorucu  və  uzunmüddətli  insan  əməyindən 

imtina  etməyə*  bir  neçə  şöbənin  işinin  bir  Avtomatlaşmış 

İşçi  Yeri  vasitəsilə  görülməsinə  şərait  yaratdığından,  ki­

tabxana  informasiya-kompüter  şəbəkəsinə  xidmət  zərurəti 

struktur  islahatlarının  aparılmasını  diktə  edir.

8. 

Layihənin  yerinə  yetirilməsi.  Layihənin  yerinə  ye­



tirilməsi  böyük  zəhmət,  xərc  və  müəyyən  vaxt  tələb  et­

diyindən  ilk  öncə  istiqamətlər  seçilməlidir.  Kompülerləş- 

mənin  əsas  məqsədi  oxucuların  informasiya  tələbatım 

coğrafi  uzaqlıqdan  asılı  olmayaraq,  operativ  və  tam 

ödəmək  olduğundan  prioritet  istiqamət  olaraq  aşağıdakıları 

qəbul  etmək  olar:



•  Ənənəvi  kitabxana  texnoloji  proseslərinin  ko m p ü ­

teri əşdiril məsi.  Bu  istiqamətdə  işlər 

ağır  və  yorucu 

kitabxanaçı  əməyini  yüngülləşdirmək,  əmək  məhsuldar­

lığını  və  effektivliyini  yüksəltmək,  informasiya  məhsullarım, 

xidmət  növlərini  keyfiyyət  və  kəmiyyət  baxımından  artır­

maq,  kitabxana  fondunun  etibarlı  sürətdə  mühafizəsi  və 

bu  fonddan  daha  geniş  oxucu  kontingentinin  səmərəli 

istifadəsini  təmin  edir. 

Ənənəvi  texnoloji  prosesləri  kom- 

püterləşdirməldə  kitabxanaçı  əməyinin  korporasiyasına  nail 

olmaq,  bununla  da  kitabxanada  görülən  bir  sıra  islərin 

təkrar 


görülməsinin 

qarşısını 

almaq 

olar. 


Həmçinin 

görülən  işlərin  keyfiyyətinə  mərkəzləşmiş  və  qarşılıqlı



20

nəzarət 


təmin 

olunur, 


kollektiv 

əmək 


mədəniyyəti 

formalaşır.  Bunun  nəticəsində  də  is  vaxtından  və  kadr 

ehtiyatlarından 

səmərəli 

istifadə 

etmək, 


maliyyə 

vəsaitlərinə 

qənaət 

etmək 


mümkün 

olur. 


Kitabxana 

proseslənnin 

kompüterləşməsi 

həmçinin 

«ədəbiyyatın 

hərəkətinə»  nəzarət  etməyə,  kitabların  fonda  vaxtında 

qaytarılmasına  və  bununla  ondan  səmərəli  istifadəni  təmin 

edir.


•  Elektron  kataloqun  yaradılması.  Elektron  kataloq 

kitabxana  fondunun  «güzgüsüdür».  Elektron  kataloq  va­

sitəsilə  oxuculara  uzaq  məsafədən  operativ  informasiya 

xidməti, 

fondun  idarə  olunması  həyata  keçirilir.  K itab­

xananın 


İnternetdə 

yerləşdirilmiş 

Elektron 

kataloqu 

dünyanın 

istənilən^  nöqtəsindən  oxucuya 

kitabxananın 

fondu  ilə  tanış  olmağa,  çoxaspektli  axtanş  vasitələri  ilə 

ədəbiyyat  axtarışını  aparmağa  və  tapılmış  ədəbiyyatı  sifa­

riş  etməyə,  ədəbiyyatın  elektron  nüsxəsi  olduqda  isə  onu 

əldə  etməyə  imkan  verir.  Ənənəvi  kataloqdan  fərqli  ola­

raq  elektron  kataloq  oxucuya  axtanlan  ədəbiyyat  haq­

qında  geniş  məlumat  —  ədəbiyyatın 

nüsxələrinin  sayı, 

istifadə  üçün  «azad»  nüsxələrin  sayı, 

cari  anda  fondda 

olmayan  nüsxələrin  vəziyyəti,  kimdə  olması,  nə  vaxt 

qaytarılacağı  və  s. 

informasiyalar  verir.  Elektron  kataloq 

biblioqrafik  informasiya  bazasının  daha  etibarlı  qorunma­

sını  təmin  edir  və  oxucunun  onu  xarab  etməsi  praktiki 

olaraq  qeyri-mümkündür.  Lakin  ənənəvi  kataloqda  təəssüf 

ki.  biblioqrafik  informasiya  daşıyıcıları  olan  kartoçkalann 

itməsinə, 

istifadə 

nəticəsində 

«oxunmaz» 

vəziyyətə 

düşməsinə  hələ  də  rast  gəlmək  olur.  Digər  tərəfdən  çox- 

minlı  ənənəvi  kataloqda  kartoçkamn  itməsi  faktının  aşkar

olması  üçün  müəyyən  vaxt  lazım  gəlir  və  bəzən  də  bu 

mümkün  olmur.  Elektron  kataloq  kitabxanalararası  bıblio- 

qrafijt  informasiya  mübadiləsini  təmin  edir.  Bunun  üçün 

biblioqrafik  məlumatlar  bazası  beynəlxalq  nıasınla  oxunan 

formatlar  əsasında  yaradılmalıdır.  Elektron  kataloq  həmçi­

nin  hər  bir  kitabxananın  «imicini»  formalaşdırır.  K itabxa­

nanın  yüksək  nüfuza  və  reytinqə  malik  olması  üçün  elek­

tron  kataloq  zəngin  məlumat  bazasına  və  mükəmməl  ax­

tanş  aparatına  malik  olmalıdır.  M əhz  bununla  kitabxana 

coğrafi  uzaqlıqdan  asılı  olmayaraq 

özünə  dünyanın  istə­

nilən  ölkəsində  oxucu  cəlb  edərək  xidmət  göstərə  bilər.



•  Elektron  sənəd  mübadiləsi  xidmətinin  təşkili;  Bu 

xidmət  oxucu  sifarişini  uzaq  məsafədən  yerinə  yetirmək, 

kitabxanalararası  elektron  sənəd  mübadiləsini  təmin  edir. 

Elektron  sənəd  göıidərişi  «ödənişli»  xidmətdir. 

K itabxa­

nada  düzgün  menecment  və  marketinq  siyasəti  aparılarsa, 

bu  xidmət  nəticəsində  kitabxana  əlavə  gəlir  əldə  edə  b i­

lər.  Bundan  basqa  bu  xidmət  kitabxana  fondunun  komp- 

lektləşdirmə  qıtlığının  qarşısını  qismən  də  olsa  ala  bilər.

•  Elektron 

kitabxanalann 

yaradılması. 

Elektron 

kitabxanalar 

müasir  dövrün  əsas  tələbi  olub,  cəmiyyətin 

informasiyalaşdırılmasında  mühüm  əhəmiyyət  kəsb  edir. 

Bu  səbəbdən  elektron  kitabxanalann  təşkili  hər  ölkənin 

informasiya  siyasətinin  tərkib  hissəsinə  çevrilmişdir  E lek­

tron  kitabxanalar  infonnasiya  mübadiləsi  sistemlannin. 

virtual  informasiya  mühitinin  yaradılmasına,  distan  təhsilin 

inkişafına,  cəmiyyətin  peşə  və  ümumi  mədəniyyət  sə­

viyyəsinin  artmasına  xidmət  edir.  O nun  vasitəsilə  oxucular 

dünyanın  istənilən  nöqtəsindən  24  saat  müddətində  kitab­

xananın  informasiya  ehtiyatından  istifadə  edə  bilirlər.

_________________________________________________________ 21



Q eyd  edək  ki,  kitabxananın  kompüterləşməsi  za­

manı 


inzibati-amiranə  idarəetmə  üsulu  yolverilməzdir. 

Kompüterləsdirmə  kitabxanada  müasir  idarəetmə  üsulları­

nın  tətbiqini,  işçilər  üçün  müvafiq  iş  şəraitinin  təşkilini, 

stimullasdırmanı.  düzgün  menecment  və  marketinq  siya­

sətinin  həyata  keçirilməsini  tələb  edir.  Kompüterləşməyə 

cəlb  olunan  bütün  əməkdaşlar  kompüterləsdirmənin  əhə­

miyyətini  və  məsuliyyətini  dərk  etməlidir.  Kitabxananın 

kompüterləşdirilməsi  kollektiv  əmək  tələb  etdiyindən  və 

informasiyanın  dəqiqliyinin  zəruri  olduğundan  iscilər  ara­

sında  sağlam  və  qarşılıqlı  hörmətə  əsaslanan  münasibətlər 

formalaşmalıdır.  Bu  tələbata  cavab  verməyən  işçilər  isdən, 

xüsusilə  də  informasiya  təminatı  işindən  uzaqlaşdırılmalı­

dır.  Layihə  yerine  yetirilərkən  hər  bir  şəxsin  konkret  və­

zifələri  müəyyən  edilməli  və  bu  vəzifələrin  konkret  vaxtda 

yerinə  yetirilməsi  təmin  olunmalıdır.  Bu  işə  xüsusi  nəzarət 

olmalı,  bu  və  ya  digər  səbəbdən  vəzifələr  yerinə  yetiril­

mədikdə  həmin  vəzifələr  başqalarına  həvalə  olunmalıdır 

(müvəqqəti  və  uzun  müddətli).  Buna  görə  işçilərin  «daha 

geniş»  ixtisaslaşmaya  sahib  olmasına  xüsusi  fikir  verilmə­

lidir.  Kompüterləşdirmənin  müsbət  nəticələnməsi  üçün 

nizam-intizama  əməl  olunmasına  xüsusi  fikir  verilməlidir.

§ 1 .3 . 

Kitabxanaların  kompüterləşdirilməsinin 

proqram-texniki  təminatı

Kitabxanaların 

kompüterləşməsi 

yüksək 

ixtisaslı 



kıtabxanaçılann  və  kompüter  texnologiyası  mütəxəssisləri­

nin  birgə  əməyini  tələb  edən  mürəkkəb  bir  texnoloji 

prosesdir.  Bu  proses  texniki-proqram  təminatı  əsasında

23

həyata  keçirilir.  Texniki-proqram  təminatı  kitabxanaların 



kompüterləşdirilməsinin  baza  komponentidir.  Kom püter- 

ləşdifmə 

layihəsinin  uğurla  nəticələnməsi  məhz  texniki- 

proqram  təminatının  düzgün  seçilməsindən  və  qurasdm l- 

masından  asılıdır.

Kitabxanada  yerinə  yetirilən  əsas  texnoloji  proses­

lər  kollektiv  əmək  tələb  etdiyindən  bu  prosesləri  kompü- 

terləşdirmək  üçün  ilk  öncə  lokal  kompüter  şəbəkəsi  yara­

dılmalıdır1.  Kompüterləsdirmə  layihəsini  yerinə  yetirmək 

üçün  kitabxanalarda  lokal  kompüter  şəbəkəsinin  yaradıl­

ması 

zəruridir. 



Lokal 

kompüter 

şəbəkəsi 

kitabxana 

daxilində 

şəbəkə 


ehtiyatlarından2 

birgə 


istifadəni 

və 


kompüterlər  arasında  operativ  informasiya  mübadiləsini 

təmin 


edir. 

İnformasiya 

mübadiləsi 

standart 

şəbəkə 

protokolları  əsasında  həyata  keçirilir3.  Kitabxanada  lokal 



kompüter  şəbəkəsinin  yaradılması  üçün  aşağıdakı  minimal 

texniki  təminat  tələb  olunur:

-kompüterlər;

-kabellər;

-şəbəkə  kartı;

-kommunikasiya  qurğulan.

Şəbəkədə  istifadə  olunan  kompüterlər 

işçi  stansiya  və 

server  funksiyasını  yerinə  yetirir.  Server  fasiləsiz  işləməli

1 Lokal  kompüter  şəbəkəsi  yalnız  kitabxana  daxilində  fəaliyyət 

göstərir  və  rabitə  vasitələrilə  bir-birilə  əlaqələndirilmiş  kompüter  və 

periferya  qurğular  sistemindən  ibarətdir.



2  Şəbəkə  ehtiyatlan  dedikdə 

informasiya  ehtiyatı,  proqram  və 

əlavələr,  periferiya  qurğulan  nəzərdə  tutulur.

J  Protokol  şəbəkədə  informasiya  mübadiləsinin  necə  apankuağmı 

müəyyənləşdirən  qaydalar  ardıcıllığıdır.


24

olduğundan  server  funksiyasım  yüksək  texniki  göstəricili 

kompüterlər  yerinə  yetirir.  Server  şəbəkənin  işlənməsinə 

nəzarət,  montorinq  və  informasiyanın  qorunması  funksiya­

ların»  həyata  keçirir. 

Şəbəkədə  bir  və  ya  bir  neçə  ser­

ver  ola  bilər.  Məsələn,  şəbəkədə  fayl  serverlə  yanaşı 

kommunikasiya,  məlumatlar  bazası,  elektron  poçt,  W eb, 

F T P   serverlər  və  s.  ola  bilər,  işçi  stansiyalar  bu  və  ya 

digər  xüsusiyyətlərinə  görə  isçi  qruplarda  birləşirlər.  H ər 

bır  isçi  qrup  serverdə  qeydiyyatdan  keçir.  Bu  isə  infor­

masiya  ehtiyatlarının  axtarılmasını  və  qorunmasını  asan­

laşdırır.

Şəbəkədə  kompüter  və  periferya  avadanlıqları  ara­

sında  informasiya  əlaqəsi  əsasən 

kabel  vasitəsilə  həyata 

keçirilir.  Şəbəkədə  istifadə  olunan  kabelləri  üç  böyük 

qrupa  bölmək  olar:

1.  Koaksial  (coaxial);

2.  iki  cütlük  (twisted  pair);

3.  Optik  lifli.

Koaksial  kabellərdə  siqnal  polivinilxlorid  və  ya  tef­

lon  izolyasiyalı  mis  naqil  boyu  ötürülür.  Siqnalın  zəiflə­

məsinə  səbəb  olan  elektromaqnit  dalğalann  təsirini  aradan 

qaldırmaq  üçün  ötürücü  mis  naqil  torşəkilli  qoruyucu  ilə 

əhatə  olunmuşdur.  İki  tip  koaksial  kabellər  istehsal  edilir 

(sək.  1).

1.  Nazik;

2.  Qalın.

Şək.  1.


25

Nazik  koaksial  kabellər  0,5  sm  qalınlığa  malik  olub 

siqnalı  185  m  məsafəyə  sönmədən,  maneəsiz  ötürməyə 

qadirdir,  elastik  olduğu  üçün  montaj  ücün  rahatdır  və 

praktiki  olaraq  bütün  növ  şəbəkələr  üçün  yararlıdır. 

B N C .  B N C   T   konnektorları  vasitəsilə  şəbəkə  kartına 

qoşulur  (şək.  2).

T   konnektor

Şək.  2.

■*

Qalın  koaksial  kabellər  1  sm  diametrə  malikdirlər 



və  siqnalı  daha  uzaq  məsafəyə  - 

500 


m  məsafəyə  ötürə 

bilir.  O ndan  əsasən  nazik  koaksial  kabellər  əsasında  y a­

radılmış  bir  neçə  kiçik  şəbəkələri  birləşdirən  əsas  kabel  - 

magistral  kabel  kimi  istifadə  olunur.  Magistral  kabelə 

qoşulmaq  üçün  xüsusi  transiverdən  istifadə  olunur.  1 ran 

siver  iti  «dişlərə»  malik  konnektorla  təchiz  olunmuşdur  ki. 

məhz  bu  dişlər  kabelin  izolyasiyasma  daxil  olaraq  ötürücü 

naqillə  birbaşa  əlaqəyə  girir.  1 ransiver  şəbəkə  kartının 

A U I  portuna  transiver  kabeli  vasitəsilə  qoşulur  (sək  M


26

Transiver

Konnektor

Sək.  3.


İki  cütlük  izolyasiyalı  və  bir-birinə  dolaşmış 

mis 


naqillər  cütündən  ibarətdir.  İki  tip:  ekranlaşmış  (SS Г Р ) 

və  ekransız  ( U T P )   kabellər  istehsal  olunur  (şək.  4).



у

Şək.  4.


Ekran  qoruyucu  rolu  oynayır  və  siqnalı  nisbətən  uzaq 

məsafəyə  ötürməyə  zəmin  yaradır.  Kabel  şəbəkə  kartına, 

konsetratora 

RJ  -  45  tipli  konnektorlar  (şək.  5)  vasitə­

silə  qoşulur.

Şək.  5.


27

O ptik  lifli  kabellərdə  informasiya  optik  lif  boyunca 

modullaşmış  işıq  impulsu  şəklində  yayılır.  Bu  kabellər 

böyük  həcmli  informasiyanı  çox  böyük  sürətlə  və  etibarlı 

surətdə  ötürə  bilir.  O ptik  lif  -  nazik  şüşə  silindrdən  ib a ­

rət  olub,  qoruyucu  şüşə  örtüklə  əhatə  olunmuşdur.  H ər 

bir  optik  lif  informasiyanı  yalnız  bir  istiqamətdə  ötürməyə 

qadirdir.  O na  görə  optik-lifli  kabellər  xüsusi  konnektor- 

larla  təchiz  olunmuş  iki  optik  lifdən  ibarət  olur.  Kabel 

informasiyanı  100  M b it/s   sürətlə  ötürür.

Şəbəkə  kartı  kompüter  və  şəbəkə  kabeli  arasında 

interfeys  rolu  oynayır  və  aşağıdakı  funksiyaları  yerinə  y e­

tirir:

1.  İnformasiyanın  ötürülməsinə  hazırlıq;



2.  İnformasiyanın  ötürülməsi;

3.  İnformasiya  axınının  idarə  olunması.

Məlumdur  ki,  informasiya  kompüterdə  ikilik  say

sistemində  kodlaşmış  -  bitləşmiş  formada  saxlanılır  və  şin 

vasitəsilə  paralel  olaraq  kompüterin  daxili  qurğulanna, 

məsələn:  mikroprosessora,  operativ  yaddaşa  və  s.  ötürülür. 

Kabel  informasiyanı  yalnız  ardıcıl  ötürmə  qabiliyyətinə 

malik  olduğundan  informasiyanın  ötürülməsinə  hazırlıq 

mərhələsində  kart  ilk  növbədə  ötürüləcək  informasiyanı 

paralel  formadan  ardıcıl  formaya  çevirir.  Sonrakı  mərhə­

lədə  kart  informasiya  qəbul  edəcək  kompüterin  şəbəkə 

kartı  ilə  "əlaqə"  yaradaraq  ona  aşağıdakı  məlumatları  çat­

dırır:

•  Ötürüləcək 



informasiya 

bloklarının 

maksimal

ölçüsünü;

•   informasiyanın  həcmini;

•   informasiya  bloklarının  ötürmə  intervalını;



2$

•   ləsdiqedici  intervals

•  Ö türm ə  sürətini.

Bundan  sonra  informasiya  elektrik  və  ya  optik  siqnalına 

çevrilir  və  informasiya  kabeli  vasitəsilə  şəbəkənin  digər 

kompüterinə  ötürülür.

H ər  bir  şəbəkə  kartı  unikal  ünvana  və  parametrlərə 

malik  olur.  Şəbəkədə  hər  bir  kart  bu  haqda  qarşılıqlı 

məlumata  malik  olur  və  öz  parametrlərini  digər  şəbəkə 

kartının  parametrinə  müvafiq  uyğunlaşdırma  qabiliyyətinə 

malikdirlər.  Məsələn,  şəbəkədə  yüksək  sürətli  kart  infor­

masiya  mübadilə  sürətini  digər  kartın  sürətinə  uyğunlaşdı­

rır.

İnformasiya  mübadiləsində  şəbəkə  kartı  mühüm  rol 



oynadığından  şəbəkənin  fəaliyyəti,  sürəti  şəbəkə  kartının 

seçilməsindən,  düzgün  quraşdırılmasından  və  ona  uyğun 

proqram  modullarından  (məsələn,  drayverindən)  çox  ası­

lıdır.  Kart  ilk  növbədə  kompüterin  arxitekturasına  və  ona 

qoşulacaq  kabelə  uyğun  olmalıdır.  Qeyd  edək  ki,  «sim- 

siz» 


lokal  şəbəkələrdə  xüsusi  növ  şəbəkə  kartından  isti­

fadə  olunur.  Bu  şəbəkə  kartları  siqnal  ötürücü  və  qəbule- 

dici  antenaya  malik  olurlar.

Kommunikasiya  avadanlığı  olaraq  əsasən  konsen- 

tratorlardan  istifadə  olunur.  Konsentratorlar  passiv  və  ak­

tiv  olur. 

Aktiv  konsentrator-xab  (Hub)  qurğusu  siqnalı 

qəbul  edib  gücləndirir  (şək.  6).

Şək.  6.

29

X ablann  əsas  texniki  xarakteristikaları  portlarm  sayı,  siq­



nalı  ötürmə  sürəti  və 

kommutatsiya  alqorimidir.  X ablar- 

dan  əsasən  ulduz  topologiyalı  şəbəkələrə  yeni  işçi  stansiy­

aları  qoşmaq, 

işçi  stansiyalar  və  server  arasında  məsafə 

böyük  olduqda  kabel  seqmentlərini  «birləşdirmək»  üçün 

istifadə  olunur’.  X ablardan  əlavə  daha  yüksək  texniki  pa- 

rametrli  qurğulardan-kommulatorlardan 

(switch)  istifadə 

etmək  olar.  Kammutatorlar  «intellektual»  xablar  olub, 

informasiyanı  ən  optimal  marşrutla  oturur.

Passiv  konsentratorlar  (məsələn  montaj  panelləri, 

kommutatsiya  bloklan  və  s.) 

yalnız  siqnalı  qəbul  edib 

ötürmək  funksiyasım  yerinə  yetirirlər  və  onlan  aktiv  kon- 

sentratorlardan  fərqli  olaraq  qidalanma  mənbəyinə  qoş­

mağa  ehtiyac  yoxdur.

Şəbəkənin  yaradılması  zamanı  ən  mühüm  şərt 

düzgün  şəbəkə  arxitekturasının  seçilməsidir.  Bu  seçim 

kompüterləşmə 

layihəsinin 

təyinatından 

asılıdır. 

Kitabxanalarda  bu  gün  geniş  tətbiq  olunan  100  BaseX 

Ethernet  (Fast  Ethernet),  100  BaseVG-AnyLAN  Ethernet, 

Gigabit  Ethernet  arxitekturalı  şəbəkələrdən  istifadə  etmək 

olar.  100  BaseX  Ethernet  (Fast  Ethernet),  100  Base  VG- 

AnyLAN  Ethernet  şəbəkələri  informasiya  mübadiləsini  100 1

1  Topologiya  termini  ilə  şəbəkənin  strukturu  -  kompüter,  server, 

periferiya  qurğulan  və  digər  şəbəkə  komponentlərinin  yerləşmə 

sxemi 

ifadə 


olunur. 

Ulduz 


topologiyalı 

şəbəkələrdə 

bütün 

kompüterlər  kabel  seqmentləri  vasitəsilə  mərkəzi  konsentratora 



qoşulur.  Bu  kabel  sərfini  artırır  və  mərkəzi  konsentrator  sıradan 

çıxdıqda  şəbəkə  öz  fəaliyyətini  dayandırır.  Kompüterlərdən  biri  və 

ya  kabel  seqmenti  sıradan  çıxarsa,  yalnız 

həmin  kompüter  infor­

masiya  mübadiləsi  etməyəcək.  •


?0

M b it/s .,  Gigabit  Ethernet  şəbəkəsi  isə 

1000  M b it/s  

sürətlə 


təmin 

edir. 


Şəbəkə 

«ulduz» 


topologiyasına 

əsaslanır.

Bunlardan  başqa  kitabxananın  kompüterləşməsində 

aşağıdakı  qurğulardan  da  istifadə  olunur:

Skanerlər;

Printerlər;

Modemlər;

Fasiləsiz,  qidalandırma  qurğulan  (U P S );

M aqnit  və  lent  informasiya  toplayıcıları;

Video  müşahidə  avadanlıqlan  və  s.

Kitabxanada  əsasən  planşet  və  əl  skanerlərindən  istifadə 

olunur  (şək.  7).  Planşet  tipli  skanerlər  kitabxanada  kağız 

üzərindəki  maddiləşmiş  informasiyanı  elektron  formaya 

çevirmək  üçün  və  əl  skanerləri  kitabxanada  ştrix-kod  tex­

nologiyası  tətbiq  olunduqda  ştrix-kodun  oxunması  üçün 

istifadə  edilir.  Kitabxanada  adətən  A 4,  A3  formatlı 

planşet  skanerlərdən  istifadə  olunur.  Onlan  xarakterizə 

edən  əsas  keyfiyyət,  səhifənin  obrazını  hansı  dəqiqliklə 

yaratmasıdır.  Əl  skanerlər  isə  əsasən,  informasiyanı  hansı 

uzaqlıqdan  oxumaq  qabiliyyəti  ilə  xarakterizə  olunur.

Printer  çap  qurğusudur.  Kitabxanalarda  şırnaqlı  və 

lazer  printerlərdən  istifadə  olunur  (şək.  8). 1

31

Şək.  8.


Printeri  xarakterizə  edən  əsas  göstəricilər  aşağıdakılardır:

Çapın  rəngli  və  ya  ağ-qara  olması;

Çapın  keyfiyyəti;

Sürəti;


Şəbəkədə  fəaliyyət  göstərməsi;

Səhifələrin  formatı;

iqtisadi  cəhətdən  səmərəli  olması.

Q eyd  edək  ki,  şırnaqlı  printerlər  lazer  printerlərdən 

çapın  keyfiyyətinə,  sürətinə  görə  geri  qalır  və  istismar 

zamanı  iqtisadi  cəhətdən  səmərəli  deyil.

Modemlər  əsasən  telefon  rabitəsilə  uzaq  məsafə­

dən  qoşulmanı  təmin  edir.  Kitabxanalarda  modemlərdən 

İnternetə  qoşulmaq  üçün,  uzaq  məsafədə  yerləşən  kom­

püterlə  əlaqə  yaratmaq  üçün,  kompüterlər  vasitəsilə  faks- 

mil  sənədlərin  mübadiləsi  üçün 

istifadə  edilir.  İnternetə 

adi  telefon  xətilə  qoşulmaq  üçün  daxili'  və  xarici  modem­

lərdən  (şək.  8 ),  «ayrılmış  xətlə»  qoşulma  üçün  «ayrıl­

mış»  şəbəkə  modernlərindən  (şək.  9)  istifadə  olunur.

1  Daxili modemlər kompüterin «ana platasına» qoşulur.



з:

$әк.  9.  .

İnformasiyanın  daxil  olması  və  ya  işlənməsi  zamanı 

elektrik  təminatında  baş  verən  nasazlıqlar  informasiyanın 

xarab  olmasına,  itməsinə,  kompüterlərin  sıradan  çıxmasına 

səbəb  ola  bilər.  Bunun  üçün  kitabxanalar  mütləq  fasiləsiz 

qidalandırma  qurğularına  malik  olmalıdır.  Bu  qurğular 

elektrik  cərəyanının  verilməsi  dayandıqda  belə,  müəyyən 

vaxt  müddətində 

kompüter  avadanlıqlarını  elektrik  ener­

jisi  ilə  təchiz  edir.  Onlar  həmçinin  elektrik  xəttində  baş 

verən  «gərginlik  sıçrayışlannı»  stabilləşdirir,  elektromaqnit 

dalğalarını  «söndürür».

Müasir  dövrdə  kitabxanaların  mühafizəsi,  böyük 

sahəyə  malik  oxu  zallarında  kitabdan  istifadəyə  nəzarət 

etmək  üçün  elektron  video  müşahidə  sistemlərindən  isti­

fadə  olunur  (şək.  10).  Mühafizə  məqsədilə  istifadə  olu­

nan  sistemlər  sutka  ərzində  kitabxanada  baş  verən  bütün 

hadisələri  «izləyir»,  onların  arxivini  yaradır  və  təhlükəsiz-

/

33



lik  baxımından  «şübhəli»  hesab  etdiyi  video  məlumatı 

telekommunikasiya  vasitələri  ilə  mühafizə  qurumuna  çat­

dırır.

Şək.  10.



Böyük  elektron  sənəd  informasiyasına  malik  kitab­

xanalarda  etibarlı  informasiya  arxivini  yaratmaq  üçün 

lent  və  disk  informasiya  toplayıcılanndan  istifadə  olunur. 

Bu  qurğular  insan  iştirakı  olmadan  informasiyanın  ehtiyat 

arxivini  yaradır.

Kitabxanaların  kompüterləsdirilməsi  ücün  istifadə 

olunan  proqram  təminatını  3  qrupda  təsnifləşdirmək  olar:

1.  Sistem  proqram  təminatı;

2.  Tətbiqi  proqram  təminatı;

3.  Proqramlaşdırma  vasitələri.

Sistem 

proqram 


təminatı 

kompüterin 

ayn-ayn 

qurğularının,  proqramların  birgə  işini,  şəbəkənin  fəaliyyə­

tini  təmin  edir.  Bu  qrupa  bütün  əməliyyat  sistemləri, 

kompüterlərin  qurğularının  və  kompüterə  qoşulan  avadan­

lıqların  drayverləri,  xidməti  proqramlar  aiddir.  Əməliyyat 

sistemi  hər  bir  kompüterin  baza  proqram  kompleksidir. 

Onsuz  kompüterin  fəaliyyəti  qeyri-mümkündür.  Əməliyyat 

sistemi  kompüterin  əsas  funksiyalarını  -  informasiyanın 

saxlanılması,  işlənilməsi  və  mübadiləsini,  kompüter  səba- 

kəsinin  idarə  olunmasını  həyata  keçirir.  O nlar  həmçinin



proqram  əlavələrinin  icrasını  idarə  edir.  Əməliyyat  sis- 

.  temlərı  aşağıdakı  xüsusiyyətlərə  malikdir:

1.  Paralellik  və  çoxməsələlik  -  bir  neçə  əlavə  ilə 

eyni  zamanda  iş  rejimi;

2.  Köçürülə  bilən  olması;

3.  Etibarlılıq;

4.  Texnoloji  bütövlük;

3.  Rahat  və  sadə  interfeys;

6.  Çox  istifadəçi  rejimində  fəaliyyət, 

istifadə  sahəsinə  görə  əməliyyat  sistemləri  şəbəkə 

və  avtonom  sistemlərə  bölünür.  Şəbəkə  sistemləri 

olaraq 


bu  gün  W indows  N T ,  Windows  Server  2003,  Unix  və 

s.  istifadə  olunur.  Şəbəkə  sistemləri  avtonom  sistemlərdən 

fərqli  olaraq  həmçinin,  şəbəkənin  idarə  olunmasını, 

təh­


lükəsizliyini,  informasiyanın  paylanmış  emalım  təmin  edir.

Xidməti 


proqramlara 

diaqnostika, 

təhlükəsizlik 

proqramları  aiddir.  O nlar  vasitəsilə  kompüter  sisteminin 

etibarlı  fəaliyyəti  təmin  olunur.

Kitabxanalarda  əsasən  aşağıdakı  növ  tətbiqi  proq­

ram  təminatından  istifadə  olunur:

a)  Office  proqramları.  Office  proqramları  kitab­

xana  fəaliyyətində  istifadə  olunan  kargüzarlıq  isləri  üçün 

iş  vaxtının  planlaşdırılmasında  istifadə  olunur.  Office  pro­

qramlarına  mətn  redaktorlan,  cədvəl  redaktorları,  tərcümə 

proqramkm,  obrazların 

tanınması  proqramları  aiddir. 

Bundan  əlavə  qrafikə  baxış,  prezentasiya  proqramları  və 

s.  istifadə  olunur.

b)  Telekommunikasiya  proqramları.  Bu  proqramlar 

əsasən  İnternet  xidmətlərindən  istifadə  etmək  üçün  klient 

proqramları,  faksmil  və  uzaq  məsafədən  qoşulan  proq­

35

ramlara  aiddir.  Bu  proqramlar  rahat  ünsiyyət  və  informa­



siya  mübadiləsi  vasitələridir.  Məsələn,  kitabın  ikinci  fəs­

lində  verilmiş  V enta  Fax,  W indows  Commander  proq­

ramları,  proksi-server,  W e b   və  F T P   server  proqramları, 

brauzerlər  bu  tip  proqramlardır.  Proksi-server  proqramları 

lokal  şəbəkənin  kompüterlərinin  bir  xarici  İP   ünvanla  İn­

ternet  şəbəkəsinə  qoşulmasını  təmin  edir.  Onlar  vasitəsilə 

həmçinin  şəbəkənin  trafikinə  nəzarət  təmin  olunur.  W eb  

və  F T P   server  proqramları  W e b   və  F T P   serverin  fəa­

liyyətini  təmin  edir.  O nlann  vasitəsilə  on-line  informasiya 

xidməti  həyata  keçirilir.  W indows  əməliyyat  sistemi  ilə 

işləyən  şəbəkələrdə  adətən  W eb   və  F T P   server  proqramı 

olaraq  İnemet  Information  Server  proqramından  istifadə 

olunur.

c) 


Avtomatlaşlmış  Kitabxana-informasiya  Sistem­

ləri.  Kitabxananın  kompleks  avtomatlaşdırılması  üçün  ya­

radılmış  tətbiqi  proqram  paketlərini  Avtomatlaşmış  K i­

tabxana-İnformasiya  Sistemləri  adlandırmaq  qəbul  edil­

mişdir.  Avtomatlaşmış  Kitabxana-İnformasiya  Sisteminin 

seçilməsində  aşağıdakı  tələbləri  prioritet  kimi  qəbul  elmək 

lazımdır:

1.  «A çıq »   tipli  olmalıdır..  Sistem  beynəlxalq  m a­

şınla  oxunan  biblioqrafik,  texniki-sistem  standartlarına 

(U S M A R C ,  U N IM A R C ,  IS O   və  s.)  uyğun  olmalıdır. 

Əks  təqdirdə,  sistemin  ümumi  şəbəkədə  istifadəsi,  uzaq 

məsafədən  istifadə,  digər  sistemlərlə  informasiya  m übadi­

ləsi  qeyri-mümkün  olacaq.

.Internet  texnologiyasına  inteqrasiya  imkanının 



olmalıdır.  Bu  W eb  texnologiyanın  təibiqi  ilə  paylanmış 

informasiya  bazalarından  istifadəni,  oxucu  sorğusunun



36

uzaq  məsafədən  operativ  ödənilməsini,  kitabxananın  bib- 

•  lioqrafik  və  informasiya  ehtiyatlarının  ölkə  və  dünya  in­

formasiya  məkanına  inteqrasiyasının  təmin  edilməsini  nə­

zərdə  tutur.

3.  « Genişlənə»  bilan  olmalıdır.  Sistem  qeyri-məh­

dud  sayda  məlumat  bazaları  ilə  işləmək,  qeyri-məhdud 

həcmli  informasiyanı  operativ  idarə  etmək  və  qeyri-məh­

dud  sayda  istifadəçiyə  xidmət  göstərmək  xüsusiyyətinə 

malik  olmalıdır.

4.  Adaptasiya  иа  modemizasiya  oluna  bilan  o l­

malıdır.  Ümumi  kitabxana  proseslərindən  əlavə,  lokal 

xarakterli  və  əvvəllər  nəzərdə  tutulmayan  funksiyaların 

yerinə  yetirilməsi  üçün  modemizasiya  oluna  bilməlidir.

5. 


inform asiyanın 

bütövlüyjinü 

tamin  etmali, 

qazalard  иа  viruslara  qarşı  davamlı  olmalı,  yüksak  in­

formasiya  lahlükasizliyi  tadbirlarina  malik  olmalıdır.

6.  inform asiyanın  bütün  növhri  ilo  işlamak  im ­



kanı  olmalıdır. 

Müasir  kitabxana  ənənəvi  yazı  material­

ları  ilə  yanaşı,  digər  video,  audio  materiallar,  ən  çox  da 

elektron  sənədlərlə  işlədiyindən  sistem  O L E '  texnologiya­

sını  dəstəkləməlidir.

7.  Z  39.50  protokolu  asasında  işlaya  bilmalidir. 

Protokol  gələcəkdə  korporativ  kitabxana-informasiya  şəbə­

kələrində  biblioqrafik  informasiya 

mübadiləsini  təmin  et­

məlidir.


8.  UNICODE  şriftlarinin  dastaklamalidir.

O L E   texnologiyası  rligər  proqramlardan  obyektbrin  idxalını  təmin 

edir.

37

9.  Sada  işçi  interfeysi  olmaltdtr.



10.  Kitabxananın  asas  texnoloji  prosesi arinin  ko m - 

püterlaşdirilmasini  tamin  edan  m üvafiq  A vlom atlasm ış 

işçi  Yerlari  olmalıdır.

11.  Avtoritet  fa ylla n n ,  predmet  göstaricilarinin  yara­



dılmasını  va  ondan  islifadani  tamin  eda  bilmalidir.  B u ­

nunla  relevant  informasiya  axtarışını  təmin  etmək  olar.

Q eyd  edək  ki,  keçmiş  sovet  kitabxana  işi  A B Ş   və 

Q ərbi  Avropa  kitabxana 

işindən  xeyli  fərqlənir.  Q ərb  

ölkələrində 

hazırlanmış 

Avtomatlaşmış 

K itabxana- 

İnformasiya 

Sistemləri 

çox 


baha 

olub, 


onlann

Azərbaycanda,  o  cümlədən  M D B   ölkələrində,  kitabxana 

işində  mövcud  fərqlərə  görə  tətbiqi,  uyğunlaşdırılınası 

böyük  xərc  və  zəhmət  tələb  edir.  Digər  tərəfdən  onlann 

istismarı 

yüksək 


texniki 

göstəricili 

avadanlıqlann 

və 


hazırlıqlı  kadrların  olmasını  tələb  edir.  M D B   ölkələrində 

hazırlanmış  proqramlar  isə  Q ərb  standartlanndan  bir 

qədər  geri 

qalsalar  da,  onlann  istisman  on  dəfələrlə 

ucuz  başa  gəlirlər. 

Bu  səbəbdən  keçid  dövründə 

kitabxanalanmız  M D B   ölkələrində  hazırlanmış  proqram 

təminatından  istifadə  etməyə  üstünlük  verirlər.  O xucuda 

bu  sistemlər  haqqında  təsəvvür  yaratmaq  üçün 

cari 


paraqrafda  bu  gün  M D B   məkanında  geniş  istifadə 

olunan  bir  neçə 

Avtomatlaşmış  Kitabxana-İnformasiya 

Sistemlərinin  qısa  xarakteristikalan  verilmişdir.

M arc-Sql  -  1.8  Avtomatlaşmış  Kitabxana  İnfor­

masiya 


Sistemi 

«Inform-Systema»  (Rusiya  Federasi­

yası) 

firmasınının  məhsulu  olub,  kitabxanaların  kompleks 



avtomatlaşmasını  təmin  edir.  Sistem  kitabxananın  elektron 

kataloqunun  yaradılmasını,  kitabxana  fondunun  komplekt-



п

iəşdmlməsini  və  uçolunu,  abonement,  biblioqrafik-məlu­

mat  xidmətini  kompüterləşdirir.

M a rt-S q l  —  1.8  müxtəlif  məlumatlar  bazasım 

idarəetmə  sistemləri  -  M S  Sql 

Server,  Oracle,  M S 

Access.  V foxPro,  Paradox 

və  s.  ilə  işləyə  bilir  və  5 

ədəd  Avtomatlaşmış  İşçi  Yerindən  ibarətdir.  H ər  bir 

Avtomatlaşmış  İşçi  Yeri  sistemin  А 1 Ү (А Р М ы )  menyu­

sunun  eyniadlı  əmrini  yerinə  yetirməklə  yüklənir.  Bundan 

əlavə,  sistem  Internet/Intranet  şəbəkəsi  vasitəsilə  oxucu­

ların  uzaq  məsafədən,  on-line 

ədəbiyyat  axtarışını  apar­

masını  və  sifarişini  təmin  etmək  üçün  xüsusi  W eb  mo­

duluna  malikdir.

B İB L İO l  E K A   5.0  Moskva  Dövlət  Universiteti­

nin  Elmi  kitabxanasında  tətbiq  olunan  və  aşağıdakı  im­

kanlara  malik  Avtomatlaşmış  Kitabxana-İnformasiya  Sis­

temidir:


♦  Kitab,  məqalə  və  ənənəvi  olmayan  sənədlərin  (audio- 

video  materiallar,  kompüter  faylları)  elektron  kataloqu­

nun  yaradılması;

♦  İxtiyari  biblioqrafik  təsvir  sahəsinə  görə  axtarışın  təmin 

olunması;

♦  Sistemin  məlumatlar  bazasını  təşkil  edən  biblioqrafik 

yazıların 

U S M A R C   və  R U S M A R C  

beynəlxalq 

formatlarına  tam  uyğun  olması;

♦  IN  I  E R N E T   beynəlxalq  kompüter-informasiya  şəbə­

kəsi  vasitəsilə  kitabxananın  elektron  kataloqundan  uzaq 

məsafədə  yerləşən  oxucuların  istifadəsinin  təmin  olun­

ması;


♦  Sadə  işci  interfeysinin  olması;

39

♦  W o rd   və  Excel1  sənədləri  şəklində  çap  sənədlərin  h a ­



zırlanması;

Q P A C -G L O B A L  

Avtomatlaşmış 

Kitabxana- 

İnformasiya 

Sistemi 


D İT -M  

(Rusiya 


Federasiyası) 

kompaniyası  tərəfindən  yaradılmışdır.  O P A C - G L O B A L  

W eb-texnologiya  əsasında  hazırlanmışdır.  Sistemin  əsas 

funksiyaları  W eb   klient  əlavəsilə,  standart  brauzerləE 

vasitəsilə  həyata  keçirilir.  Sistem:

R U S M A R C ,  U N İM A R C ,  U S M A R C   formatla­



rında  kataloqlaşdırmanı;

O n-L ine  ədəbiyyat  axtanşını  və  sifarişini;

Kataloqlaşdırma  və  axtarış  zamanı  avtoritet  fayllardan 



istifadəni;

Ədəbiyyatın  uçotunun  aparılmasının  və  hərəkətinin 

izlənməsini;

Biblioqrafik  yazıya  ədəbiyyatın  elektron  variantının 

ünvanının  əlavə  edilməsini  və  mətnə  görə  axtarışını;

Avtoritet  və  biblioqrafik  yazıların  idxalını  və  ixracını;



Oxucuların 

və 

uzaq 


məsafədən 

istifadəçilərin 

sifarişlərinin  statistik  uçotunun  aparılmasını;

Müxtəlif  maliyyə  hesabatlarının  hazırlanmasını  və  s. 



təmin  edir.

Sistem  istifadəçinin  tələbatına  uyğun,  asanlıqla  adaptasiya 

oluna  bilər.  Bu  isə  sistemin  nəinki  M A R C   formatı  ilə, 

digər  daxili  formallarla,  məsələn,  Q O S T -la   işləməsinə 

imkan  verir.

1  W ord  və  Excel  Microsoft  firmasının  proqramları  olub,  nuıvafıq 

olaraq  mətn  və  elektron  cədvəl  redaktorlandır.

: Məs:  Internet  Explorer



40

O P A C -G L O B A L   sadə  və  qrafiki  işçi  interfeysinə 

malikdir. 

Bundan 


əlavə 

sistemdə 

kataloqlaşdırmanı 

sürətləndirmək  və  asanlaşdırmaq  üçün  aşağıdakı  vasitələr 

nəzərdə  tutulmuşdur:

1.  Digər 

kitabxanaların 

elektron 

kataloqlarından, 

nəşriyyatlardan  biblioqrafik  yazıların  əJdə  olunması;

2.  O xsar  yazıların  qrup  şəklində  redaktəsi;

3.  Korporativ  kataloqlaşdırma  (birgə  paylanmış);

4.  Siyahılardan  sahələrə  informasiyanın  daxil  edilməsi;

3.  Korlanmış  informasiyalann  soraq  fayllarından  istifadə

etməklə  bərpası;

Sistemdə  informasiya  axtarışı  standart  W eb-brau- 

zer  vasitəsilə  istifadəçinin  hazırlıq  dərəcəsindən  asılı  ola­

raq:  baza,  genişlənmiş  və  professional  formada  həyala 

keçirilir. 

Axtarışın  nəticəsi  nizamlana  bilər  və  istifadəçi 

arzusuna  uyğun  olaraq  M A R C   formatında  və  ya  kataloq 

kartı  formasında,  hissə-hissə  ekranda  əks  oluna  bilər. 

Yeni  axtarış  zamanı  əvvəlki  axtanşın  nəticələrindən  də 

istifadə  oluna  bilər.  Bu  mürəkkəb  axtanş  üçün  çox  əlve­

rişlidir.  İstifadəçi  həmçinin  kitabxanada  axtardığı 

ədə­


biyyatın  hal-hazırda  «sərbəst»  nüsxəsinin  olmasını  öyrə­

nərək  ədəbiyyatın  surətini  və  ya  elektron  variantını  sifa­

riş  verə  bilər.  Sistem  istifadəçilərə  sərbəst  surətdə  öz 

elektron  nəşrlərini  «elektron  kitabxana»  bazasına  əlavə 

etməyi  və  mətnə  görə  axtarışı  təmin  edir.

O P A C -G L O B A L   Avtomatlaşmış  Kitabxana  İn­

formasiya  İdarəetmə  Sistemində  oxucuların  qeydiyyatı  və 

istifadə  hüquqlan  ədəbiyyatın  tipinə  və  istifadə  etdikləri 

kompüterlərin  İP  ünvanlarına  görə,  sistem  administratoru 

siyasəti  vasitəsilə  həyata  keçirilir.  Həmçinin  bu  siyasət

41

vasitəsilə  informasiya  bazalarının  yenidən  indeksləşmə&i. 



arxivləşməsi,  informasiyanın  bərpası  həyata  keçirilir.  S is­

tem  ,  lokal  və  həmçinin  korporativ  kitabxana-informasiya 

şəbəkələrində  tətbiq  edilə  bilər.

İR B İS 


Avtomatlaşmış 

Kitabxana 

İnformasiya 

İdarəetmə  Sistemi  elmi-texniki  kitabxanaların  kompüter- 

ləşdirilməsi  üçün  yaradılmış  və 

M D B   məkanında,  o 

cümlədən  Azərbaycanda  ən  geniş  istifadə  olunan  sistem­

dir.  Sistemin  son  «İR B fS  64  Unicode»  versiyası  Avto- 

matlaşmış  Kitabxana  İnformasiya  İdarəetmə  Sistemləri 

üçün  yuxanda  sadalanan  bütün  tələblərə  cavab  verir. 

Proqram   klient-server  arxitekturası  əsasında  işəlyir.  P ro q ­

ramın  klient  proqramlan  -  Avtomatlaşmış  İşçi  Yerləri 

yalnız  server  proqramı  cari  anda  yüklənmiş  olduqda 

yüklənir. 

Q eyd  edək  ki, 

server  proqramının  yarlığı 

« T C P - I P   сервер  ИРБИС  64  Unicode»  proqram  qrupunda, 

klient  proqramlannın  yarlıqları  isə  «Система  ИРБИС  64 

Unicode»  proqram  qrupunda  yerləşir. 

Onlar, 


kursoru 

müvafiq  proqram  yarlığının  üzərinə  qoyub  siçanın  sol 

düyməsini  sıxmaqla  yüklənir.  Avtomatlaşmış  İşçi  Yerlərini 

yükləyərkən  açılan  dialoq  pəncərəsində  istifadəçinin  iden- 

tifikasiya  parametrini  və  parolu  daxil  etmək  lazımdır.  Bu 

proqramın  özəlliklərindən  biri  hər  bir  texnologi  əməliyya­

tın  kim  tərəfindən  aparılmasının  qeydiyyatıdır.  Bu  xüsu­

siyyət  işçilərdə  məsuliyyət  hissini  artınr  və  baş  vermiş 

səhvin  «səbəbkarını»  müəyyən  etməyə  imkan  verir.  Q eyd 

edək  ki,  proqram  vasitəsilə  kitabxanada  əsas  texnoloji 

proseslərin  kompüterləşdirilməsi  sonrakı  paraqraflarda  ge­

niş  şərh  olunmuşdur.



42

§1.4.  Korporativ  kitabxana-informasiya  şəbə­

kələri

у

Keçən  əsrin  90-ci  illərindən  başlayaraq,  yüksək 

texniki  göstəricilərə  malik  kompüterlərin,  böyük  həcmli  və 

sürətli  informasiyam  ötürmə  qabiliyyətli  telekommunikasiya 

avadanlıqlarının  istehsalı,  kitabxana-informasiya  texnolo­

giyalarının  inkişafı  sayəsində  Korporativ  Kitabxana-İnfor­

masiya  Şəbəkələrinin  yaradılmasına  başlanıldı.  Korporativ 

Kitabxana-informasiya  Şəbəkəsi  kataloqlaşdırma  və  elek­

tron  kataloq  yaradılması  işində  paylanmış  və  birgə  kata- 

loqlasdırma  tətbiq  etməklə  ədəbiyyatın  çoxqat  təkrar  ka- 

taloqlaşdırılmasının  qarsısını  alır,  əmək  sərfini  minimuma 

endirir, 

kataloqlaşdırma  əməyindən,  maliyyə 

vəsaitlərin­

dən  səmərəli  istifadəni  təmin  edir.  Belə  ki,  biblioqrafik 

yazı  bir  dəfə,  ədəbiyyatın  biblioqrafik  yazısını  ilk  dəfə 

yaradan  kitabxana,  nəşriyyat  və  kitab-ticarəti  müəssisələri 

(məsələn,  K itab  palatası  və  s.)  tərəfindən  hazırlanır.  D ig­

ər  kitabxanalar  hazır  yazıları  idxal  edir  və  tələb  olduqda 

yeni  əlavələr  etməklə  öz  elektron  kataloquna  əlavə  edir. 

Başqa  sözlə  hər  bir  kitabxananın  və  şəbəkənin  yekun 

elektron  kataloqu  kitabxanaların  qarşılıqlı  yardımı  əsasında 

yaradılır. 

Bu 


isə  hər  bir  kitabxana  üçün  iqtisadi 

çəhətdən  çox  sərfəlidir.  Məsələn,  O C L C   Kitabxana 

Kompüter-informasiya  Şəbəkəsinin  elektron  kataloqu  63 

ölkənin  20  mindən  artıq  kitabxanası  tərəfindən  yaradılıb 

və 

eramızdan 



əvvəl 

IX  


əsrdən 

başlayaraq 

bəşər 

sivilizasiyasının  yaratdığı  33  milyon  ədəbiyyat  haqqında 



biblioqrafik  informasiya  daşıyır.  Korporativ  kitabxana- 

informasiya 

şəbəkəsi 

istifadəçilərə 

on-line 

olaraq,


43

şəbəkənin  ehtiyatlarından  və  şəbəkənin  digər  kitabxana 

informasiya  mərkəzləri  ilə  əlaqəsi  olduqda  isə  digər 

kitabxana 

informasiya 

sistemlərinin 

informasiya 

eh­


tiyatlarından  istifadəni  təmin  edir.  Bu  halda  oxucunun 

informasiya  tələbatının  ödənilməsi  ehtimalı  kəskin  surətdə 

artır.  Digər  tərəfdən  xarici  ölkələrin  kitabxana  informasiya 

mərkəzlərinin  elektron  kataloqlarından  istifadə  dünyada 

elmi  nəzəriyyələri,  elmi  yenilikləri  izləməyə  imkan  verir, 

tədris  və  elmi  axtarışlar  üçün  çox  əhəmiyyətlidir.  Bu 

səbəblərdən  Korporativ  Kitabxana-İnformasiya  Şəbəkəsi 

informasiyalaşmış 

cəmiyyətin 

yaradılmasında 

əvəzsiz 

vasitədir.

Korporativ  Kitabxana-İnformasiya  Şəbəkəsi  avto- 

matlaşmış  kitabxanalann  könüllü.  konsorsiumu  əsasında 

yaradılır. 

H ər  bir  iştirakçı  konsorsiuma  daxil  olarkən  öz 

üzərinə  aşağıdakı  öhdəlikləri  götürür:

•  Konsorsiumda  uzun  müddətli  iştirakı;

■  ö z   biblioqrafik, 

sənəd  və  məlumat 

ehtiyatlarının 

elektron  formada  hazırlanmasını  və  birgə  istifadə 

üçün  istifadəyə  verilməsini;

•  Korporativ  şəbəkənin  iştirakçılarının  ümümi  işini 

təmin  etmək  üçün  istifadə  olunan  texniki-proqram 

təminatının  tərkibi  və  xarakteristikaları  üçün  tələblərə 

əməl  olunmasını;

■  Korporativ 

şəbəkənin 

yaradılması, 

fəaliyyət 

göstərməsi  və  gələcək  inkişafı  üçün 

texniki  təmina­

tın,  maliyyə  vəsaitlərinin  ayrılmasını;

•  Korporativ  şəbəkədə  ümümi  istifadə  üçün  təqdim 

olunmuş  informasiyanın  keyfiyyətinə  məsuliyyəti;



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin