Microsoft Word k-alma 50mg az



Yüklə 196,19 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix25.12.2016
ölçüsü196,19 Kb.
#2793
1   2   3   4   5   6   7   8
Əlavə təsirləri 

Tramadolla müalicə zamanı ən çox rast gələn (10%-dən yuxarı hallarda) qusma və başgicəllənmə olub. 

Bəzən (1%-dən 10%-ə  qədər): qusma, qəbizlik, tərləmə, ağızda quruluq, huşun qaralması.

 

Nadir hallarda 



(1%-dən aşağı): ürəkdöyünmə, taxikardiya, ortostatik arterial hipotenziya kimi ürək-damar reaksiyaları olur. 

Həmçinin gəyirmə, meteorizm, dəri reaksiyaları (qaşınma, səpgi, övrə) da qeyd olunur. 

Çox nadir hallarda (0.1%-dən aşağı)  əzələ  zəifliyi, iştahanın dəyişməsi, sidik ifrazının pozulması olur. 

Müxtəlif intensivlikli və tipli arzu olunmayan psixoloji reaksiyalar (pasientin həssaslığı  və müalicə 

müddətindən asılı olaraq); əhvalın dəyişməsi (eyforiya, bəzən disforiya), koqnitiv və sensor funksiyaların 

dəyişməsi (məs: qərar qəbul etmək qabiliyyəti, qavrayış pozulmaları)

 

baş verə bilər. Nadir hallarda 



təngənəfəslik, bronxospazm, xırıltılar, angionevrotik ödem, anafilaktik şok kimi allergik reaksiyalar  qeydə 

alınmışdır. 

Çox nadir hallarda xüsusən tramadolun yüksək dozalarda qəbul edilməsi və ya qıcolma həddini aşağı salan 

və ya qıcolma yaradan (məs: antidepressentlar və ya antipsixotik preparatlar) dərmanlarla eyni vaxtda 

istifadə edilməsi zamanı qıcolmalar müşahidə oluna bilər. 

Çox nadir hallarda arterial təzyiqin enməsi və taxikardiya müşahidə oluna bilər. 

Bronxial astmanın kəskinləşməsi kimi hallar da qeydə alınmışdır, lakin tramadolun qəbulu və bu hadisə 

arasında əlaqəli səbəb aşkar olunmamışdır. 

Həmçinin yuxarı dozalarda və eyni vaxtda MMS-nin digər depressantları ilə  qəbulu zamanı  tənəffüsün 

zəifləməsi də müşahidə olunmuşdur. 




Həmçinin asılılıq və abstinent sindrom (narahatlıq, həyəcan,  əsəbilik, yuxusuzluq, hiperkinezlər, tremor, 

mədə-bağırsaq pozulmaları) da baş verə bilər. 

 


Yüklə 196,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin