Microsoft Word k-alma 50mg az


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri



Yüklə 196,19 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix25.12.2016
ölçüsü196,19 Kb.
#2793
1   2   3   4   5   6   7   8
 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

MAO ingibitorları ilə paralel istifadəsinə yol verməmək lazımdır (serotoninergik sindrom təhlükəsini yüksəldir). 

Yuxugətiricilər, sakitləşdirici vasitələr, trankvilizatorlar, digər analgetik opioidlər, öskürəkəleyhinə preparatlar 

və sedativ  H

1

-antihistamin maddələrlə eyni zamanda daxilə qəbulu MSS-nin zəifləməsi təhlükəsini artırır. 



Belə ki, opioidlərin aqonist-antaqonistləri (buprenorfin, nalbufin, pentazosin) tramadolun ağrıkəsici təsirini 

azaltdığından eyni zamanda istifadə olunmaları məsləhət deyil. 

Karbamazepin və digər fermentativ induktorlar tramadolun metabolizmini artırır, müvafiq olaraq ağrıkəsici 

təsirinin intensivliyini və davam etmə müddətini qısaldırlar. 

Qıcolma həddini aşağı salan digər preparatlarla (neyroleptiklər, antidepressantlar, mərkəzi təsirli digər 

analgetiklər, yerli anestetiklər) assosiasiyası qıcolma təhlükəsini artıra bilər. 

Farmakokinetik tədqiqatlar göstərdi ki, simetidinin (fermentativ ingibitor) yanaşı və ya öncədən təyini kliniki 

əhəmiyyətli dəyişikliklərə səbəb olmur. 

Ketokonazol və eritromisin (CVP3A4 ingibitorları) tramadol (N-demetilləşmə) və aktiv metabolitin (O-

desmetiltramadol) metabolizmini ingibə edə bilər. Bu qarşılıqlı təsirin kliniki əhəmiyyəti məlum deyil. 

Etanol opioidlərin sakitləşdirici təsirini artırdığı üçün tramadolla müalicə zamanı alkoqol içkilərindən istifadə 

olunmamalıdır. 

 

Xəbərdarlıqlar 

Tramadol morfin və digər opioidlərdən asılı olan pasientlərə əvəzedici kimi məsləhət deyil, belə ki, abstinent 

sindromun qarşısı alınmaya bilər. 

Risk aşağı olsa da uzun müddət istifadəsi fiziki və psixoloji asılılığa gətirib çıxara bilər. Öncədən narkotik 

asılılığı olan pasientlərə tramadolu qısa müddətə və ciddi nəzarət altında təyin etmək lazımdır. 

 


Yüklə 196,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin