Microsoft Word k-alma 50mg az



Yüklə 196,19 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix25.12.2016
ölçüsü196,19 Kb.
#2793
1   2   3   4   5   6   7   8
Xüsusi göstərişlər 

Xroniki ağrıların uzunmüddətli müalicəsi zamanı ehtiyatlı olmaq məsləhətdir. Tramadolla müalicə vaxtaşırı 

olaraq dayandırıla və digər analgetiklər məsləhət oluna bilər. 

Qıcolma və epilepsiyası  məlum olan pasientlərdə ehtiyatla istifadə olunmalıdır. Tramadol məsləhət olunan 

dozadan (400 mq/gün) yüksək dozada və  qıcolma həddini aşağı salan dərmanlarla eyni vaxtda  təyin 

olunarsa qıcolma riskini artıra bilər. 

Qarın nahiyəsində diaqnoz olunmayan kəskin ağrıları olan pasientlərə ehtiyatla qəbul etmək məsləhətdir 

(tramadolla müalicə diaqnoz üçün lazım olan simptomları aradan qaldıra bilər). 

Kəllədaxili hipertenziya və  kəllə-beyin travmaları xüsusi diqqət tələb edir, çünki tramadol diaqnostika və 

kliniki inkişafı qiymətləndirmək üçün vacib əhəmiyyətli müəyyən simptomları gizlədə bilər. 

 

Uşaqlar 

12 yaşında olan uşaqlar üçün tramadolun təhlükəsizliyi bu günə kimi lazımı dərəcədə öyrənilməmişdir. 

Yaşlı insanlar 

Qaraciyər və böyrək funksiyası normal olan yaşlı pasientlərda (75 yaşdan yuxarı) dozanın tənzimlənməsinə 

ehtiyac yoxdur. 75 yaşdan yuxarı olan  yaşlı pasientlərda yarımparçalanma dövrü arta bilər, ona görə  də 

dozalar arasındakı intervalı artırmaq lazımdır. 

 


Yüklə 196,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin