Microsoft Word Qabusname doc


ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə30/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   26   27   28   29   30   31   32   33   ...   103
ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA 
Ey oğul, bil ki, bizi yaradan (onun cəlalı böyük olsun) 
dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi 
və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə 
görə, övlad (öz səbəbinə) hörmət etməli və öz əsil-zatına 
ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anadır. 
Demə ki: "ata-anamın mənim üzərimdə  nə haqqı vardır, 
onların məqsədi öz şəhvətlərini söndürmək olub, mən 
olmamışam". Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin 
yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha 
üstündür. 
Ana və ataya ən azı ona görə hörmət etmək lazımdır ki, 
onların hər ikisi səninlə yaradan arasında vasitədir. Deməli, sən 
44 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
özünə  və yaradanına hörmət etdiyin qədər, öz vasitələrinə  də 
hörmət etməlisən. Ağlı başında olan hər övlad heç vaxt ata və 
ana haqqını unutmaz. Allah-taala öz Kitabi-məcidində belə 
deyir: "İtaət ediniz Allaha, itaət ediniz peyğəmbərə  və öz 
amirlərinizə"
12
. Bu ayəni bir neçə cür təfsir etmişlər. Onlardan 
birində belə oxumuşam ki, "amirlər" ana və atadır, çünki ərəb 
dilində  "əmr" sözünün iki mə'nası vardır: iş  və  əmr. Amir ona 
deyərlər ki, həm ixtiyarı olsun, həm iqtidarı. Ata və ananda isə 
həm iqtidar var, həm ixtiyar. İqtidar- yedirdib bəsləmək, ixtiyar-
yaxşı şeylər öyrətməkdir. 
Ehtiyatlı ol, ey oğul, ata və ananın qəlbini incitmə, onların 
ürəyinə toxunma, çünki yaradan ana və atanı incidənə ağır cəza 
verir. Allah-taala deyir: "Onlara tfu demə, onları incitmə, onlara 
xoş söz lər de!". 
Əli Əmirəlmö'mindən (Allah ondan razı olsun) soruşdular 
ki, ana və atanın haqqı  nə  qədər olar? Dedi: "Onun nə  qədər 
olduğunu Allah-taala peyğəmbər əleyhissəlamın ana və atasının 
ölümündə göstərmişdir. Çünki onlar peyğəmbər əleyhissəlamın 
peyğəmbərlik dövrünə  qədər yaşasaydılar, peyğəmbər onları 
hamıdan şərəfli tutmağı vacib bilərdi, bu da onun dediyi: "Mən 
Adəm övladının  ən  şərəflisiyəm və bunda qürurum yoxdur"
13
 
sözü səhv görünərdi. 
Deməli, ana və atanın haqqını dini cəhətdən qəbul etməsən, 
ağıl və insanlıq nöqteyi-nəzərindən qəbul etməlisən. Ana və ata 
sənin  əsl böyüdənin və  tərbiyə verənindir, sən onların haqqını 
ödəməkdə kahıllıq göstərsən, bu ona dəlalət edər ki, sən heç bir 
yaxşılığa layiq deyilsən. Çünki aşkar xeyirxahlığın qədrini 
bilməyən adam dolayı xeyirxahlığın qədrini haradan bilər? 
Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də 
nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə qarşı neçə 
olmalarını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol! 
Sən səni doğanla necə  rəftar edibsənsə, səndən doğulan da 
səninlə elə rəftar edəcəkdir. Övlad meyvəyə bənzər, ana-ata isə 
ağaca. Ağaca nə qədər çox xidmət etsən, o qədər onun meyvəsi 
yaxşı  və gözəl olar, ata-anaya da nə  qədər cox hörmət edib 
onlardan utansan, o qədər də onların sənin haqqındakı duaları 
tez müstəcab olar, sən həm Allah yanında, həm valideynin 
yanında üzü ağ olarsan. 
Amandır, miras xatirinə ana və atanın ölümünü arzulama. 
Ata-anan ölməsə  də, sənin ruzin yetişəcəkdir, çünki Hər kəsin 
qisməti özünə çatacaqdır. Artıq ruzi əldə etmək üçün özünü çox 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
da ora-bura vurma, ora-bura soxulmaqla ruzi artmaz, ona görə 
deyiblər: "Zəhmət çəkməklə yaşa, özünə  əziyyət verməklə 
yaşama!". 
 Ruzi  haqqında həmişə Allahdan razı qalmaq istəyirsənsə 
halı səninkilərdən yaxşı olanlara deyil, pis olanlara bax. 
Mal-dövlət cəhətdən yoxsul olsan, çalış  ağıl və kamalca 
dövlətli ol, çünki ağıl-kamal zənginliyi var-mal dövlətliliyindən 
daha yaxşıdır. Ağıl ilə dövlət  əldə etmək olar, dövlətlə  ağıl 
qazanmaq isə olmaz. Cahil adam tez yoxsullaşa bilər, lakin ağlı 
oğru apara bilməz, su və od məhv edə bilməz. 
Beləliklə, əgər ağlın varsa, sənət öyrən, çünki biliksiz ağıl 
paltarsız bədən, simasız adam kimidir. Yaxşı deyiblər: "bilik 
ağlın aynasıdır. 
 
 
 
 
 
 
 
Altıncı fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin