Microsoft Word Qabusname doc


NE'MƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə28/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   24   25   26   27   28   29   30   31   ...   103
NE'MƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA 
Ey oğul, bil ki, ne'mət sahibinə minnətdarlıq lazımdır, bu 
hamıya vacibdir, özü də onun layiq olduğu qədər deyil, 
buyurulan qədər, çünki əgər hamı bütün ömru boyu yalnız 
şükürlə  məşğul olsa, yenə onun layiq olduğunun mində birini 
yerinə yetirə bilməz.  Əgər Allah-taala hər verdiyi ne'mət 
qarşısında azca belə şükür istəsə, bu olduqca çox olar, ona görə 
islam dinində taət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə 
hamıya aiddir. Bunlardan biri (haqqı) dildə iqrar edib ürəkdə 
təsdiq etmək, o biri beş  dəfə namaz qılmaq, üçüncüsü isə 
otuzgünlük oruc tutmaqdır. 
Şəhadət haqdan başqa hər  şeyi inkar etməyin dəlilidir
namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə 
Allah-taalaya verilən və'di təsdiq üçündür. Elə ki, dedin: mən 
bəndəyəm, gərək bəndəlik bağını da boynuna bağlayasan, elə ki 
dedin: o, ağadır. gərək ağanın buyruğuna da qulaq asasan. 
İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət 
etməkdən boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət 
gözləmə, çünki sənin öz quluna etdiyin mərhəmət Allahın sənə 
göstərdiyi mərhəmətdən çox ola bilməz. 
İtaət etməyən bəndə olma
10
, çünki itaət etməyən bəndə 
Allahlıq iddiasına başlar və tez məhv olar.  
 
B e y t 
 
Layiqlir  vurulsa   o  qulun   başı  
Ki, Allahlıq edə hər addım başı. 
 
Bil və agah ol ki, namaz və oruc Allaha xasdır, onda 
ehmallıq etmə, xasda ehmallıq edən xalqa aid olan bütün 
işlərdən məhrum olar. Onu da bilməlisən ki, bizim şəriət sahibi 
namazı bütün dinə  bərabər hesab etmişdir: kim namazdan əl 
çəksə, o bütün dindən  əl çəkmiş olar, dinsiz adam isə bu 
dünyada ölümə  və rüsvay edilməyə, o dünyada isə Allahın 
qəzəbinə gəlməyə layiqdir. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Amandır, oğlum, dünyada boş  şeylərə könül vermə  və 
demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə 
qılmaq istəməsən, heç olmazsa sağlam düşüncə  əsasında qıl. 
Bilməlisən ki, deyilənlərə görə, namazın bir neçə faydası vardır: 
birincisi, beş dəfə vacib namaz qılan adamın həmişə bədəni və 
paltarı  təmiz olar, təmizlik isə, hər halda, natəmizlikdən 
yaxşıdır; ikincisi, o, təkəbbür və qeybətdən uzaq olar, çünki 
namazın  əsasını  təvazökarlıq təşkil edir, təbiətini təvazökarlığa 
alışdırsan, bədən də  təvazö'karlığa adət edər. Bütün ağıllı 
adamlara mə'lumdur ki, kim kimin tayı olmaq istəyirsə, mütləq 
gedib ona qoşulmalıdır. Xoşbəxt və varlı olmaq istəyənlər 
varlılara uyğunlaşmalı, bədbəxt olmaq istəyənlər isə 
bədbəxtlərlə durub oturmalıdır Bütün ağıllı adamların fikrinə 
görə, islam dinindən qüvvətli heç bir dövlət, onun əmrindən 
qüdrətli heç bir qüvvət yoxdur. Deməli, əgər sən əbədi dövlət və 
ne'mət sahibi olmaq istəyirsənsə, dövlət sahibləri ilə yaxınlıq 
etməyə çalış  və  həmişə onların  əmrlərini yerinə yetir, onların 
əksinə getmə ki, bədbəxt və günahkar olmayasan. 
Amandır, ey oğul, namazı ələ salma, onun rük'ətlərinin və 
səcdələrinin natamamlığına istehza etmə, bu nə dinə yaraşar, nə 
dünyaya. 
Ey oğul, onu da bilməlisən ki, oruc ildə bir dəfə edilən 
itaətdir, onu yerinə yetirməmək insafsızlıq olar. Ağıllı adamlar 
belə bir şeyi özlərinə rəva görməzler, gərək sən də görməyəsən. 
Orucluq ayı ifratsız keçə bilmir, lakin sən çalış ifrata yol vermə. 
Gördün ki, beş mö'təbər, inanılmış üləma oruc tutub, sən də 
onlarla birlikdə oruc tut, onlar oruclarını yeyəndə, sən də ye! 
Nadanların sözünə uyma, bil və agah ol ki, Allah-taalanın sənin 
ac və toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin 
var-dövlətinə  və özünə vurulan möhürdən ibarətdir. Bu möhür 
mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə bütün üzvlərinə 
vurulur:  əl-ayağa, gözə, dilə, qulağa, qarına, tənasül alətinə. 
Bunların hamısını möhürləyir ki, bütün bu üzvləri fisq-fücur, 
nalayiq iş  və  bəd  əməllərdən təmiz saxlaya biləsən, möhürün 
şərtlərini yerinə yetirə biləsən. 
Ey oğul, bil və agah ol: orucluğun  ən böyük məqsədi 
ondadır ki, sən gündüz yeməyib axşama saxladığın çörəyi, 
gündüz özünə ayırdığını ehtiyacı olanlara verəsən ki, zəhmətinin 
faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, 
onun xeyri ehtiyacı olana çatsın. 
Ey oğul, diqqətli ol ki, hamıya aid olan bu üç itaatdə 
ehmallıq etməyəsən, çünki bu üç itaəti yerinə yetirməməyə heç 
40 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
üzr və bəhanə yoxdur. Lakin yalnız varlılara aid olan iki itaətdə 
üzürlü səbəb olduqda, ehmallıq etmək mümkündür. Bu barədə 
çox danışmaq olar, lakin zəruri nə vardısa, hamısını dedim. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Dördüncü fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin