Microsoft Word Qabusname doc


ŞAHLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə13/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   9   10   11   12   13   14   15   16   ...   103
 
http://duddud.com
 saytından yüklənilib
 
 
 
 
 
 
 
 
 
"QABUSNAMƏ" VƏ ONUN MÜƏLLİFİ 
HAQQINDA 
 
Fars nəsrinin ilk mərhələsində elə kitab göstərmək olmaz 
ki, o, məzmununun rəngarəngliyi, dilinin səlisliyi, oxucular 
arasında qazandığı  şöhrət nöqteyi-nəzərindən "Qabusnamə" ilə 
müqayisə edilə bilsin. "Qabusnamə"nin dönə-dönə başqa dilləra 
tərcümə edilməsinin əsas səbəblərindən biri də budur. 
8 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
"Qabusnamə" həyatın müxtəlif sahələrinə həsr edilmiş qırx 
dörd fəsildən ibarətdir. Allahın vəsfinə  həsr olunmuş birinci 
fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil 
nəzərə alınmazsa, "Qabusnamə" başdan ayağa həyati məsələləri 
öyrətmək, yaşamaq qayda-qanunlarını. X-XI əsr feodal İran 
cəmiyyətinin yaşayış normalarına uyğun olaraq, təbliğ etmək 
arzusundan ibarətdir. "Qabusnamə" dünyanın isti-soyuğunu 
görmüş, acı-şirinini dadmış,  ara vermədən bir hökmdarın taxta 
çıxaraq başqa birisinin şahlığı itirdiyini görmüş, müxtəlif 
təriqətlər, dini çarpışmalar, saray çəkişmələri, ticarət 
hiyləgərlikləri, insan dəllallığı, qul alveri şahidi və  iştirakçısı 
olmuş qoca bir atanın öz oğluna vəsiyyəti, nəsihət kitabıdır. 
Ömrünün sona çatdığını, öz dediyi kimi, "saç-saqqalına çəkilmiş 
ağ  xətlərin ölüm fərmanı" olduğunu duyan ata oğlunun taleyi 
haqqında narahat olmağa başlayır. Mümkün qədər ayıq, 
gözüaçıq. öz mühitinə uyğünlaşmaq, çətin vəziyyətlərdən çıxıb 
bir parça çörək tapmaq, ya şahlıq taxtına oturub rəiyyət 
dolandırmaq üçün nələri bilmək lazım olduğunu oğluna 
öyrətmək fikrinə düşür, nəhayət, bu kitabı yazıb yadigar 
qoymaq qərarına gəlir. O, kitabın müqəddiməsində  oğluna 
müraciətlə deyir: 
"Ey oğul, öz adımı bu dünyadan köçənlər siyahısında 
gördükdə, belə qərara gəldim ki, "köç naməsi" mənə çatmamış 
mən sənə bir "namə" yazım, orada dünyanın yaxşı  və pis 
işlərini, dövranın düz və gəc gərdişini təsvir edim, fürsət əldən 
getməmiş yaxşı  bir  ad  qoyum.  Ata  məhəbbəti naminə qoy o 
sənə də yar olsun [atadan oğula yadigar olsun]". 
"Ey oğul, zəmanə  səni yumşaltmamış  sən öz ağlının 
gözləri ilə mənim sözlərimi oxu və ona əməl et". "Amandır, sən 
çalış bu kitabda deyilənlərə qulaq as. Sən mənim dediklərimdən 
yaxşı fayda götürə bilməsən də, heç olmazsa mən atalıq 
borcumu yerinə yetirmiş olaram. Bir də elə adamlar tapıla bilər 
ki, onlar dəyərli sözlərə qulaq asıb ona əməl etməyi qənimət 
sayarlar" ("Qabusnamə", səh. 31). 
"Qabusnamə" müəllifi səhv etməmişdi. Öz övladını  sırf 
"praktik" adam olmaq ruhunda tərbiyə etmək istəyən 
valideynlər, feodal-zadəgan adət-ən'ənələrini tələbələrinə 
aşılamaq istəyən müdərrislər rəiyyətlərini müti halda saxlamağı 
arzu edən hökmdarlar, qul alverindən mənfəət götürmək istəyən 
tacirlər, at saxlayan, torpaq bəsləyən dehqanlar, din xadimləri, 
sufilər, yazıçılar, katiblər, ümumiyyətlə, feodal cəmiyyətində 
özünə  ağ gün ağlamaq istəyən hər bir adam "Qabusnamə"ni 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
oxumağa can atır, onda olan ibrətli, hikmətli hekayələri 
əzbərləməyə çalışırdılar. Az keçmədən kitab bütün Şərq 
ölkələrində, Orta Asiyada, Zaqafqaziyada, Kiçik Asiyada böyük 
şöhrət qazanır. Kitabda olan bir sıra tarixi hadisələr, feodal-
zadəgan münasibətləri və iqtisadi-siyasi əl-aqələrin  şərhi, dini-
fəlsəfi mühakimələrin izahı alimlərin diqqətini cəlb etməyə 
başlayır, kitabı başqa dillərə  tərcümə etmək təşəbbüsləri 
meydana çıxır. 
Görkəmli sovet alimi Y. E. Bertels "Qabusnamə"nin  Şərq 
ölkələrində, o cümlədən Orta Asiyada böyük şöhrət tapdığını 
xüsusi olaraq qeyd edir
1

Bu  əsərin fars ədəbiyyatında tutduğu mövqeyi isə  Məlik-
üş-şüəra Bahar özünün məşhur "Səbkşünasi"  əsərində yüksək 
qiymətləndirir
2

Bə'zi mənbələrə görə, "Qabusnamə" Ziyarilər xanədanının 
son hökmdarı Ünsürülməali Keykavus ibn İskəndər ibn Qabus 
ibn Vəşmgir ibn Ziyar tərəfindən 475-ci hicri qəməri (1082-
1083 miladi) ildə  oğlu Gilanşaha bir "vəsiyyətnamə" ya 
"nəsihətnamə" kimi yadigar olaraq yazılmışdır. Keykavus 
haqqında tarixi mənbələr çox cüz'i mə'lumat verir. Bu 
mə'lumatın  əksəriyyəti onun "Qabusnamə"də özü haqqında 
dediyi hekayətlərə, başına gəldiyi hadisələrə, xidmət etdiyi 
yerlərə, uşaqlıqda aldığı elm, tərbiyə  və  vərdişlərə  əsaslanır. 
E'tiraf etmək lazımdır ki, Keykavus "Qabusnamə"də özü, atası, 
babası, anası  və başqa qohumları haqqında, çox müfəssəl 
olmasa da, muəyyən mə'lumat vermişdir. 
Keykavus "Qabusnamə"nin birinci səhifəsində yazır: "...Bu 
kitabı tərtib edən əmir Ünsürülməali Keykavus ibn İskəndər ibn 
                       
 
 
 
 
 
 
 
1
  Бах:  Е.  Э.  Бертельс, "Кабус-намэ",  М., 
1958, сящ.5-6.
 
2
 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin