5 "qabusnamə" VƏ onun müƏLLİFİ haqqinda



Yüklə 4.44 Kb.
Pdf просмотр
səhifə15/15
tarix29.12.2016
ölçüsü4.44 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15

ﺖﻣﺮﺣ
Y E. Bertels "Hərəmət" oxuyub "arvadını" 
kimi tərcümə etmişdir. Mən "hörmət" kimi oxuyuram. XI- XII 
əsrlərə  qədər fars dilində "arvad" mə'nasında "hərəm" sözünə 
təsadüf edildiyi bizə mə'lum deyildir. 
113 Dara—Həxamənilər sülaləsindən üçüncü Dara (Darab) 
nəzərdə tutulur (er. əv. 336-330-cu illər)  şahlıq etmiş  və 
İskəndər tərəfindən məğlub edilmişdir. 
İyirmi yeddinci fəsil 
144 Hacib—b a x: 55. 
208 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
115 Zubin—İkihaçalı, gödək nizə. Düşməni öldürmək və 
ya yaralamaq üçün düşmənə tərəf atarlarmış. 
116 Tab-tab—Çovkan oyununun bir növü. Müqaynsə 
et:top-top,top aldı qaç oyunu və s. 
117 Absükun—Xəzər dənizinin köhnə, qədim adlarından 
biri. Gürgan çayının Xəzər dənizinə tökülən yerində olmuş 
limanın adı. Vaxtilə Gürgan yaxınlığında olmuş, sonralar isə su 
altına batmış adanın adı. 
118 Mosul—İraqda şəhər adı, neft sənayesi mərkəzidir. 
119 Dəclə—b a x: 21. 
120 Ukbəra, Əkbəra—Bağdadın yaxınlığında qəsəbə adı. 
121 Qoştasp, Kəştasib—İranın qədim  şahlarından birinin 
adı. Bə'ziləri  əfsanəvi  şah hesab edir. Deyilənlərə görə, 
Zərdüştlə bir dövrdə olmuş və onun dinini qəbul etmişdir. 
122 Qostəntəniyyə, Kostəntəniyyə—İstambul,  İslambulun 
qadim adı. 
123  Şəhrbanu—Sasanilərin son hökmdarı III Yəzdgürdün 
qızı. 637-ci ildə öldürülmüşdür. Bə'ziləriəin fikrinə görə, III 
Yəzdgürdün belə bir qızı heç olmamışdır. 
124 Səlman farsi—Guya Məhəmməd peyğəmbərin  ən 
yaxın adamı olmuşdur.  İranca adı Mahbeh və ya Ruzbehdir. 
İsfahan yaxınlığında anadan olmuş, 35/655-6-36/656-7-ci illərdə 
isə  vəfat etmişdir.  İslam dinini ilk qəbul edən iranlılardan 
sayılır. Guya Məhəmmədin dəlləyi və  dəlləkxana rəisi 
olmuşdur. Müasir fars dilində "dəlləkxana" demək olan 
"səlmani" sözü də guya buradan əmələ gəlmədir. Bə'ziləri belə 
bir adamın heç olmadığını, sonralar iranlılar tərəfindən 
uydurulduğunu irəli sürür. 
İyirmi doqquzuncu fəsil 
125  Əyyar—Xilafət dövründə daimi sənət və peşəsi 
olmayan və təsadüfi işlərlə güzəran keçirən adamlara deyilirdi. 
Bunlardan muzdlu silahlı  dəstələr düzəldilir, asayişi bərpa 
etmək üçün istifadə edirlərmiş. Çox vaxt belə silahlanmış 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
dəstələr dağlara çəkilib qaçaqlıq edir, bə'zən keşik çəkir, bə'zən 
soyğunçuluqla məşğul olur, lakin bütün hallarda yazıq, yoxsul 
adamlara kömək göstərirmişlər. Bu ad qoçaq, igid, bacarıqlı, 
diribaş, bərk qaça bilən tərdəst, hər  şeyi tez başa düşən, 
hazırcavab adamlara da verilirmiş. "Qabusnamə"də  əyyar sözü 
müsbət mə'nada işlədilmişdir. 
126 Söhrab—Firdovsinin məşhur qəhrəmanı Rüstəmin 
oğlu, Söhrab atasını görməmişdir. O, atasını axtarır. Rüstəm də 
oğlunu görməmişdir. Onlar müxtəlif düşmən çəbhələrdə 
olduqlarından təkbətək vuruşmalı olurlar. Əvvəl Söhrab üstün 
gəlir, lakin alicənablıq edib Rüstəmi öldürmür. Sonra Rüstəm 
qalib gəlir, aman verməyib dərhal Söhrabı ölümcül yaralayır. 
Ölüm ayağında Söhrab kim olduğunu və atası Rüstəmi 
axtardığını deyir. Lakin artıq gecdir. Söhrabı xilas etmək 
mümkün olmur. 
"Rüstəm və Söhrab" dastanı bir çox dillərə, o cümlədən 
Azərbaycan dilinə də tərcümə edilmişdir. 
127 Seyyidə—Albuye hökmdarı  Fəxrüddövlənin arvadı, 
Rey şəhərində otuz ilə qədər hökmdar olmuşdur. 
128 Fəxrüddövlə Əbulhəsən Əli—Albuye şahı, 976-997-ci 
illərdə şahlıq etmiş, öldükdən sonra arvadı Seyyidə hakimiyyəti 
ələ almışdır (b a x: 126). 
129 Xütbə—Hakimiyyət başında olan şaha, hökmdara 
minbərdən oxunan xeyir-dua. Çox vaxt kimin hakimiyyət 
başında olduğu və kimin hakimiyyət başına yeni keçdiyi yalnız 
bu xütbələrdən bilinərdi. Xütbə oxumaq üçün dövlət tərəfindən 
xüsusi adamlar ayrılardı Bunlara xətib deyərdilər. Xətiblər 
yalnız məscidlərdə deyil, xüsusi toplantılarda, bayram 
şənliklərində, çoxlu adam yığılmış bazar meydançalarında da 
xütbə oxuya bilərdilər. Lakin bir qayda olaraq xütbələr 
məscidlərdə oxunardı. 
130 Zülqərneyn—Makedoniyalı  İskəndərin,  İskəndəri-
Kəbirin ləqəbi. Bu barədə müxtəlif rəvayətlər vardır. 
210 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bə'zilərinin fikrinə görə, iki balaca buynuzu olduğu üçün belə 
demişlər; bə'zilərinin  əqidəsincə, alnının hər iki tərəfindən tük 
dəstələri asıldığı üçün bu ad verilmişdir; bir sıra tədqiqatçıların 
ehtimalına görə isə  İskəndər həm işıqlı dünyanı gördüyü, həm 
də zülməti tapdığı üçün Zülqərneyn adını almışdır. 
Azərbaycanda  ən çox iki buynuz rəvayəti məşhurdur. Hətta 
"İskəndərin buynuzu var, buynuzu" ifadəsi dillərdə misal 
olmuşdur. 
131 Damğan—İranda  şəhər adı. "Qabusnamə"də  İskəndər 
buraya çatdıqda öldüyü yazılır. Lakin bu tarixi faktlara düz 
gəlmir. 
132 RX ilə S. Nəfisidə  fərq var. Fikrimizə görə RX-dakı 
doğrudur, tərcümədə o, əsas götürülmüşdür. 
Otuzuncu fəsil 
133 Müaviyə—Əməvilərin birinci xəlifəsi, 661-680-cı 
illərdə hakimiyyət başında olmuşdur. 
Otuz birinci fəsil 
134 Fəqihlik—Şəriətçilik, şəriət hüquqşünaslığı. 
135 Elm—Dini elmlər nəzərdə tutulur. 
136 Ravi—Rəvayət edən. Başqalarının  şe'r və  əsərlərini 
məclislərdə oxuyan adam. Qədimdə yazıçılar,  şairlər,  ədiblər, 
alimlər  əsərlərini özləri oxumağa o qədər də meyl 
göstərməzdilər. Bunu gözəl oxumağı bacaran bədii söz 
ustadlarına—ravilərə tapşırardılar.  Şah saraylarında xüsusi 
ravilər də olardı. Bə'zən ravilər həm də iste'dadlı  şair, gözəl 
dastanlar bilən, maraqlı  rəvayətlər danışmağı bacaran adamlar 
olardı. 
137 Üsul—Burada şəriətin əsasları, təki-əsl. 
138 Hafiz—Qur'anı əzbərdən bilən adam. 
139 Xof və rica—Qorxu və ümidlə. 
140 Təbəristan—İranda qədimdə ölkə adı. Bir müddət 
müstəqil dövlət olubdur. İndi Mazandaran. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
141  Əbul  Əbbas Ruyani—Təbəristanın adlı-sanlı 
tayfalarındandır, qazılar qazısı, yə'ni baş qazı olmuşdur. Onların 
ailəsi 7-ci əsr hicriyə qədər nəsilbənəsil qazılıq etmişdir. 
Otuz ikinci fəsil 
 142 Müamilə—Qazanclı al-ver, sələmlə borc verilən pul. 
143  Şakirdanə—Müştəri tərəfindən ustanın, dükan 
sahibinin və sairənin şagirdinə verilən bəxşiş. 
144 Rəsədban—Gözətçi, keşikçi, müfəttiş, gömrükçü, 
yoxlayıçı. 
145 Çapvadar—At, qatır, dəvə, ümumiyyətlə yük 
heyvanları olan və bu heyvanlarla başqalarının yükünü daşıyan 
və ya heyvanları kirayəyə verən adam. Qədimdə ticarət 
mallarını, köçləri bir şəhərdən başqa  şəhərə  məhz çarvadarlar 
daşıyardı. 
Otuz üçüncü fəsil 
146 Məzac—Təbiət, məzac, xüsusiyyət, fitri xasiyyət. 
147 Tərkib—Bəlqəm, sofra, qan, öd. Qədim  Şərq 
fəlsəfəsində  və  təbabətində "ünsür", "təbnət". "tərkib" istilahı 
altında müxtəlif məfhumlar ifadə etmiş, bə'zən isə bunları eyni 
mə'nada işlətmişlər. Başqa mə'xəzlərdə  bəlqəm, səfra, qan, öd 
ünsür adlandığı halda, "Qabusdamə"də  tərkib adlandırılmışdır. 
O zamankı təbabət elminə görə bu dörd ünsür insanın bədənində 
müvazinət təşkil edir, bunlardan biri artıb azalsa müvazinət 
pozulur və insan dərhal xəstələnir. 
148 Soyuqluq—Şərq təbabət elmində  bə'zi yeməkləri 
istilik, bə'zilərini isə soyuqluq sayardılar. Məsələn, bal 
istilik,kartof soyuqluq sayılır.  
Bu yeməklərin isti və ya soyuq olmalarının  əhəmiyyəti 
yoxdur. Onlar istiliyi, soyuqluğu maddənin təbiətində 
görürdülər. 
149 İstilik—b a x: 148. 
150 Calinus—Qalen. Məşhur yunan təbibi (doğ. 130, öl. 
200). 
212 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
151 "On altı" (traktat)—Calinusun əsərinin adı. 
152 Bokrat—Hippokrat. Qədim yunan həkimi (er. əv. 460-
377). 
153  Əflatun—Platon. Qədim yunan filosofu (er. əv. 429- 
347). 
154 Əlkun əl-fəsad—Varlıq və yoxluq haqqında kitab. 
155 Əs-Səma-ul-alqam—Göy və Kainat haqqında kitab. 
156  Ən-Nəfs—Ruhi keyfiyyətlər haqqında kitab. 
Psixologiya. 157 Əl-Hiss-ul-Məhsus—hisslər və duyğular 
haqqında kitab. 
158 Əl-heyvanat—Canlılar haqqında kitab. Biologiya. 
159 Sirkə Qurdu—Cücü adı (?). 
Otuz dördüncü fəsil 
160 Ehkam elmi—Astrologiya, Münəccimlik elmi. 181 
Zic- Ulduzların hərəkətini və yerlərini göstərən cədvəl. 
162 Beşlərin gərdişi—burada gecə, gündüz, həftə, ay, il. 
Otuz beşinci fəsil 
163 Səhli-Mumtəne—Şərq poetikasında zahirən yazılması 
asan görünən, lakin o cür yazmaq çox çətin olan şe'rə deyilirdi. 
Belə  şe'rlər dərin məzmunlu, yığcam, bədii olub asan yadda 
qalan  şe'rlər idi. Hamı belə bir şe'r yazmağın "asan" olduğunu 
hiss edir, lakin yazmaq istərkən müvəffəqiyyətsizliyə uğrayırdı. 
Sə'dimin şe'rləri səhli-mümtaie sayılır. 
164 Mucanis—Cinas sözlər, cinaslar, həmcins sözlər. 
165 Mutabiq—Misrada və beytdə bir-birinin qarşılığı olan 
sözlər 
166 Mütəzad—Təzad sözlər, mə'naca bir-birinə zidd 
sözlər. 
167 Müşakil—Eyni şəkilli sözlər, omoqramlar, 
168 Mütəşabih- Oxşar sözlər, təşbihlər. 
169 Müstəar—İstiarə, istiarəli sözlər. 
170 Mukərrər—Təkrir, tə'siri gücləndirmək üçün təkrar 
edilən söz. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
171 Murəddəf—Rədiflənmlş  şe'r, qafiyədən sonra bütöv 
misralarda eyni söz işlədilən şe'r növü. 
172 Müzdəvəc—Cüt sözlər, qoşalaşmış sözlər. 
173 Müvazənə—həmvəzn, həmahəng olan sözlər. 
174 Muzmər—məcazi mə'nada işlənən sözlər, alleqorik 
sözlər 
175 Müsəlsəl—Silsiləvarı sözlər (bəhri-təvil kimi). 
176 Müsəccə- Səc'li, ritmli, qafiyəli nəsr. 
177 Müləvvən—Rəngarəng, bir necə  vəzndə oxuna bilən 
şe'r 
178 Müstəvi—Bərabər, hər tərəfdən bərabər gələn  şe'r, 
dala qabağa eyni cürə oxuna bilən şe'r. 
179 Müvəşşəh—Ərəblərdə iki qafiyəli, farslarda isə 
misraların ilk hərfləri oxunduqda mə'na verən şe'r növü. 
180 Muvəssəl—Birinci misranın sonunda sözü yarımçıq 
qoyub ikinci misranın əvvəlində onu tamamlayan şe'r növü. 
181 Müqəttə- Kəsik, mətləli olmayan şe'r, qit'ə. rəcəz 
bəhrində deyilmnş qısa şe'r. Bütün hərfləri ayrı yazılmış mətn. 
182 Müxəllə'-Xoşa gəlməyən vəzndə deyilmiş  şe'r Bəsit 
bəhrində "mustəf'ilün" əvəzinə fə Ulün işlənmnş şe'r. 
183 Mustəhil—Zahirən mə'nasız, lakin daxilən dərin 
mə'nası olan söz, şe'r. 
184 Zu-qafiyəteyn—İkiqafiyəli. Hər misrasında iki 
qafiyəsi olan şe'r. 
185 Rəcəz—Məzmunu özünü tə'rifləməkdən ibarət olan 
şe'r. 186 Məqlub—Tərsinə yazılmış, çevrilmiş, dəyişdirilmiş 
söz. Əksinə, tərsinə oxunduqda istənilən mə'nanı verən söz. 
187 Mustəar—b a x: 168. 
188 Mədhnamə—Birinin tə'rifi üçün yazılmış  şe'r. Birini 
mədh edən şe'r. 
189 Qəzəl—Birinci iki misrası  həmqafiyə, sonra ələnləri 
isə misraaşırı  həmqafiyə olan aşiqanə, həkimanə  şe'r növü. 
Qəzəldə beytlərin sayı 13-dən çox olmamalıdır. 
214 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
190  Əruzi—Burada  əruz vəzninin ağır və xoşa gəlməyən 
növləri üzərində yazılan şe'r nəzərdə tutulur. 
191  Əruz dairələri—Əruz vəznində müəyyən prinsip üzrə 
bir neçə bəhri birləşdirən dörd, beş və altı dairə. 
192 Bəhr—Bir neçə həmcins vəzn növünü birləşdirən əruz 
bəhrlərindən hər biri. 
593 Həzəc.—fars  əruzunda  əsas növu dörd məfA'İlün1 
vəznində olan bəhr. 
194 Rəcəz—fars  əruzunda  əsas növü dörd müstəf'ilün 
vəznində olan bəhr. 
195 Rəməl—fars  əruzunda  əsas növü üç fA'ilAtün bir 
fA'ilat vəznində olan bəhr. 
196 həcəzi-məkfuf—dörd məfA'İlü vəznində olan həzəc 
növü. 
197 Həzəci-əxrəb—məf'Ulü məfA'İlün məf'Ulü məfA'İlün 
vəznində olan həzəc növü. 
198 Rəcəzi-mətvi—dörd müftə'ilün vəznində olan rəcəz 
növü. 
199 Rəməli-məxbun—fA'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilün 
vəznində olan rəməl növü. 
200 Münsərih—fars  əruzunda  əsli müstəf'ilün məf'UlAtu 
iüstəf'ilün məf'UlAtü vəznində olan bəhr. 
201 Xəfif—əsli. fA'ilAtün müstəf'ilün fA'ilAtün vəznində 
olan bəhr. 
202 Müzare'—fars ərzunda  əsli məfA'İlün fA'ilAtü 
məfA'İlun fA'ilAt vəznində olan bəhr. 
203 Muzare'i-əxrzb-məf'Ulü fA'ilAtün məf'Ulü fA'ilAtun 
vəznində olan müzare növü. 
204 Müqtəzəb—əsli məf'UlAtü müstəf'ilün məf'UlAtü 
müstəf'ilün vəznində olan bəhr. 
205 Müctəs—əsli mustəf'ilün fA'ilAtün müstəf'ilün fa'il 
Atün vəznində olan bəhr.  
206 Mutəqarib—əsli dörd fə'Ulün vəznində olan bəhr. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
207 Səri'-əsli müstəf'ilün müstəf'ilün məf'UlAtü vəznində 
olan bəhr. 
208 Qəribi-əxrəb-məf'Ulü məfA'İlü , fA'ilAtün vəznində 
olan qərib növü. 
209 Münsərihi-kəbir—B a x: münsərih. 
210 Bəsit—əsli müst'əf'ilün fA'ilün müstəf'ilün fA'ilün 
vəznində olan ərəb bəhri. 
211 Mədid—əsli fA'ilAtun fA'ilün fA'ilAtün fA'ilətün 
vəznində olan ərəb bəhri. 
212 Kamil—əsli üç mütəfA'ilün vəznində olan bəhr. 
213 Vafir—əsli üç müfA'ələtün vəznində olan bəhr. 
214 Tavil—əsli fə'Ulün məfA'İlün fə'Ulün məfA'İlün 
vəznində olan ərəb bəhri. 
215 Əruz-beytin birinci misrasının son bölümü. 
216 Zərb—beytin ikinci misrasının son bölümü.  
217 Mərsiyə—ölüm, matəm və ya başsağlığı münasibəti ilə 
yazılmış kədərli, mə'yusanə şe'r. 
218 Tərkidunya—dünyadan  əl çəkmək kimi ruh 
düşkünluyü tərənnüm edən pessimistik şe'rlər. 
1 Təf'ilələr içində böyuk A, İ, U hərfləri bunların ifadə 
etdiyi səslərin uzunluğunu bildirir. 
219 Bistun—Kirmanşahla Həmədan arasında olan məşhur 
dağın adı. 
Ərəb mə'xəzlərində "Behistun", Avropa 
mə'xəzlərində "Beqistun", "Bəqstun", "Bəqstan" kimi də təsadüf 
edilir. Fərhad  Şirinin eşqi ilə bu dağı yarmışdır. RX ilə S. 
Nəfisidə  fərq var. Biz RX-dəki variantı daha düzgün hesab 
edirik. Tərcümə də bu variantdan edilmişdir. 
220 Büraq—Məhəmmədin guya me'raca getdiyi əcayib 
heyvanın (atın?) adı. 
221 Rəxş—Əfsanəvi Rüstəm pəhləvanın atının adı. 
222 Şəbdiz—Şirinin atının adı. 
216 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
223 Qəsidə—Birinci iki misrası  həmqafiyə (mətlə), sonra 
isə misraaşırı həmqafiyə olan mədh, tə'rif, həcv, hikmət, fəlsəfə, 
təbiətin təsviri və sair mövzular üzrə yazılmış şe'r növü. 
Beytlərin sayı 19-dan çox olmalıdır. 
224 Zöhd—Asketizm, tərkidünyalıq. 
225 Tövhid -- Monoteizm. təkallahlılıq. 
Otuz altıncı fəsil 
226 Mütrib—Sazandar, çalğıçı, xanəndə, rəqqas, 
ümumiyyətlə musiqişünas. "Qabusnamə"də mutrib sazandar 
mə'nasında, yə'ni həm oxuyub, həm də çalan musiqişünas 
mə'nasında işlənmişdir. 
227 Xosrovani—Musiqidə hava adı, muğami-humayun. 
228 Dəstgah—Musiqi dəstkahı nəzərdə tutulur. 
229 Rah—Sanballı ağır hava, muğam. 
230 Ravi—Rəvayət edən. 
231 Mavəraənnəhr—Ceyhun Nəhrinin arxasında  şimal-
şərqə doğru olan vilayət. 
232 Badə—Musiqidə hava adı, muğam. 
233 İrak—Musiqidə hava adı, muğam. 
234 Üşşaq—Musiqidə hava adı, muğam. 
235 Zirəfkəndə—Muğam pərdəsinin adı. 
236 Busəlik—Musiqidə hava adı,  Əbu Səlik adlı 
musiqişünas düzəltmişdir, muğam. 
237 İsfahani—Muğam adı . 
238 Nəva—Ümumiyyətlə avaz, səs, hava. Burada muğam 
adı. 
239 Bəstə—Muğamın sonu, son pərdə, muğam adı. 
Otuz yeddinci fəsil 
240 Fəzlun Məmlan—Şəddadi  şahlarındandır, 375/985-6-
cı ildən 422/1030-31-ci ilə  qədər hökmdarlıq etmişdir. Bu 
sülalədə 
bir qayda olaraq ərəb adları ana dili qanunlarına  əsasən 
muəyyən fonetik dəyişikliklərə  mə'ruz qalır və adlar öz şəklini 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
və  səs tərkibini dəyişirmiş. Ona görə  də burada Fəzl  əvəzinə 
Fəzlun, Məhəmməd əvəzinə Məmlan yazılmışdır. 
241 Fəzlun Əbussüvar—Fəzluıun oğlu Əbussüvar. 
242 Əbulyüsr—Aranda sipəhsalar olmuşdur. 
243 Abbas-Fəzl Abbas ibn Əbdül Mutəllib—Məhəmmədin 
əmisi. 
244 Abdullah—Abbasın oğlu, b a x: 243. 
245. Qəməri Gürgani (Qorqani)—Şəmsülməalinin saray 
şairi, cəmi 12 beyti məlumdur. 
246 Nədim—Saraylarda  şah və soltanların  ən yaxın 
eyşişrət dostu. Həmpiyalə, badə, kef sirdaşı. Nədimlər  şahları 
darıxmağa qoymamalı idilər. Lakin onları  təlxəklərlə 
qarışdırmamalı. Nədimliyin xüsusi şərtləri var idi ki, 
"Qabusnamə"də də bu barədə ətraflı danışılır. 
Otuz səkkizinci fəsil 
247 Mə'mun—Abbasilərin 8-ci xəlifəsi. 813-833-cü illərdə 
hakimiyyət başında olmuşdur. 
248 Əbdülməlik Ükbəri—Mə'munun nədimi. 
Otuz doqquzuncu fəsil 
249 Səc'—Qafiyəli nəsr, ritmli nəsr. 
250 Mənşur—Fərman, əmr. 
251 Əbu Müslim—Əbu Müslim Xorasani nəzərdə tutulur. 
Əbu Müslimin Xorasanda qaldırdığı üsyan nəticəsində xilafət 
Əməvilərin  əlindən çıxaraq Abbasilərin  əlinə keçir (750-ci il). 
Əbu Müslim bir müddət özü Xorasanda əmirlik edir. 137/754-5-
ci illərdə Abbasi xəlifələrindən Mənsur tərəfindən aldadılaraq 
xəyanətlə öldürülür. 
252 Darülxilafə—Xilafət evi. Abbasilərin dövründə 
Bağdada verilən ad. Sonralar xilafətin paytaxtı harada olurdusa, 
oraya da Darülxilafə adı verilirdi. 
253 Mansura—Xüsusi kağız formatının adı. 
218 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
254 Bunəsr Müşkan—Soltan Mahmudun dəftərxana rəisi, 
gözəl xəttat və  ədəbiyyatşünas olmuşdur. 1039-40-cı illərdə 
vəfat etmişdir. Məşhur Beyhəqi onun şagirdi olmuşdur. 
255
 
ﻢﻟا
 
— Qur'an ayəsinin  əvvəlini göstərən söz
"məgər,yoxsa" mə'nasını verir. Qədim zamanda sirləri 
çatdırmaq üçün belə üsullardan çox istifadə edilmişdir. 
256  Əbubəkr Quhistan'ı—Soltan Mahmudun nədimi 
olmuşdur. Məşhur yazıçı,  ərəb  ədəbiyyatını xüsusilə yaxşı 
bilmişdir. 
257 Bu-Əli Simcur—Samani əmirlərindən olmuş  və bir 
müddət Xorasanda hakimlik etmiş, Samanilərin sipəhsaları 
olmuşdur. 378/988-385/995-ci illərə  qədər bu vəzifədə xidmət 
etmiş, 387/997-ci ildə öldürülmüşdür. 
258 Əbdülcabbar Xocani—Xocanın xətibi. 
259  Əhməd ibn Rafi əl-Yə'qubi—Əmiri-Xorasanın katibi. 
260  Əmiri-Xorasan—Samani  şahlarına verilmiş  ləqəblərdən 
biri. 
261 Rəbi' ibn Mütəhhər əl-Qəsri—Sahibin məharətli katibi. 
b a x: 262. 
262 Sahib ibn Əbbad Taləqani—Albuyelərin məşhur 
vəziri, b a x: 40. 
263 Müzəvvəri—İkimə'nalı sözdür, həm xastələrə verilən 
çolpa suyuna, həm də özgənin xəttini yamsılamaqla saxta 
düzəlmiş kağıza (ümumiyyətlə saxtakarlığa) deyilir. Sahib 
sözün iki mə'nalığından burada məharətlə istifadə etmişdir 
Qırxıncı fəsil 
264 fəxruddevlə  Əbulhəsən  Əli—Albuye  şahlarından biri 
976-997-ci illər arasında şahlıq etmişdir. 265 Sahib—b a x: 40. 
266  Əbulfəzl Bal'əmi—Samani  əmirlərindən  İsmail, 
Əhməd və Nəsrin vəziri olmuşdur. Bəl'əmi təxminən yarım əsr 
vəzirlik etmiş (892-938), ölkə dolandırmaqla bərabər  ədəbi 
yaradıcılıqla da məşğul olmuşdur. Bir sıra başqa  əsərlərlə 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
birlikdə o, "Kəlilə  və Dimnə" kitabını da ərəb dilinə  tərcümə 
etmiş və onun dünya şöhrəti qazanmasına səbəb olmuşdur. 
267 Səhl Xocəndi—Xocəndin adlı-sanlı  mə'murlarından 
biri. 
268 Süleyman ibn Yəhya-əs-Soğani (Çoğani)—Ərəblərdə 
"ç" olmadığından onu sad ilə  əvəz etmişlər. Çoğan—Termez, 
Bəlx və onlara yaxın olan yerlərə deyilərdi. 
Qırx birinci fəsil 
269 Sipahsalarlıq—Ordu başçısı olmaq, sərkərdəlik, 
270 Salar—Ordu komandiri, ali rütbəli zabit. 27! 
Sərhəng—Polk komandiri, polkovnik. 272 Əscədi—b a x: 50 
Qırx ikinci fəsil 
278 Soltan Toğrul bəy—Rüknəddin  Əbu Talib Toğrul—
səlcuq türklərindəndir. 1037-ci ildə  Qəvşəviləri məğlub edərək 
1038ci ildə hakimiyyəti öz əlinə keçirir. 1063-cü ildə ölmüşdür. 
274 Amil—Mə'mur, vali, vergi toplayan. 
275 Nəsa və Bavərd—Xorasan vilayətində yer adları. 
276 Qələbə bağı—Soltan Mahmudun bağlarından birinin 
adı. Soltan Mahmud burada dəfn edilmişdir. Qəzne  şəhərinin 
yaxınlığındadır. 
277 Məs'ud—Soltan Mahmudun oğlu. Qəznəvilərin 5-ci 
şahı" olub 1030-1041/2-ci illər arasında hökmranlıq etmişdir. 
278 fəravə—Nəsa yaxınlığında qəsəbə adı. 
279 Soltan Modud—Qəznəvrlərnin 6-cı  şahı, Soltan 
Məs'udun oğlu. 1041/2-1048/9-cu illərdə hökmranlıq etmişdir. 
280 Fəxruddövlə—Albuye sülaləsindən  Əzüdüddövlənin 
qardaşı. 
281  Əzüdüddövlə—Albuye sulaləsinin 5-ci və  ən  şöhrətli 
hökmdarı Əbu Şuna' və Fəna Xosrov (Pənah Xosrov) adı altında 
da məşhurdur 944/5-982/3-cü illərdə şahlıq etmişdir. 
282 Həsən Firuzan—Deyləm Hökmdarı. 901-ci ildə 
Samani qoşunları ilə vuruşmada öldürülmüşdür. 
220 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
283 Əbdurrəzəq ibn Həsən əl-Meyməndi—Soltan Mahmud 
və Soltan Məs'udun vəziri olmuş  məşhur Həsən Meyməndinin 
oğlu. Soltan Modud və ondan sonrakı Qəznəvi şahlarının vəziri. 
284 Əli ibn Rəbi—Modudun xidmətçisi. 
285 Fir'on—Qur'andakı  rəvayətə görə Allahlıq iddiası 
etmiş Misir şahı. Musanın dövründə yaşamışdır. 
Qırx üçüncü fəsil 
288 Cavanmərd—Comərd, alicənab adam. Qırx dördüncü 
fəsil 
287 Xüsusi ünsür—Əsas dörd ünsür olan: su, od, torpaq və 
havadan əlavə bir də "xüsusi", ya bə'zi hallarda deyildiyi kimi, 
"beşinci ünsürün" olduğunu da qəbul edir və Günəşin zatının 
məhz bu "xüsusi" ünsürdən  əmələ  gəldiyi ehtimalını irəli 
sürürdülər. 
288 Hicab, hecab—Örtük, pərdə, diafraqma, həya, 
utanmaq. 
289 Əyyar—b a x: 124. 
290  Əbulqasım  Əbulkərim Qüşeyri—Öz  əsrinin görkəmli 
sufi  şeyxlərindən olub, təriqəti  şəriətlə yaxınlaşdırmağa sə'y 
göstərmiş  ən çoxlu miqdarda yazdığı risalələri ilə  şöhrət 
tapmışdı (986-1074). 
291  Əbulhasən  əl-Müqəddəsi—Dəvrünün məşhur sufi 
alimlərindən, "Bəyan-üs-səfa" kitabının müəllifi. 
292 
Əbu-Mənsur 
əd-Dəməşqi—Dövrünün sufi 
alimlərindən, "Əzəmət" adlı kitabın müəllifi. 
293 Əbülhəsən Əli ibn Əhməd Vahid Nişapuri—Dövrünün 
görkəmli  şəriətşünası olmuş, Qur'anı  təfsir etməkdə  şöhrət 
tapmışdır. Y. E. Bertelsin fikrinə görə "Qabusnamə"də adı 
çəkilən əsəri elm aləminə hələlik mə'lum deyildir. 
294  Əxi Fərrüx Zəngani—Beşinci  əsr hicri ürəfasının  ən 
məşhurlarından biridir. 450/1058-59-cü illərdə vəfat etmşdir. 
295 Xanegah (Xanqah)—Dərvişlərin, rindlərin səma' 
(musiqi məclisləri) üçün toplandıqları yer. Dərvişlərin xirqə 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
yırtıb vəcdə gəlmələri əsasən belə yerlərdə olardı. Xanegah şərq 
ədəbiyyatında sufiyanə yazılmış şe'rlərdə həmişə məscidə qarşı 
qoyulur. 
296 Came—Sufilərin təşkilatı, sufi cəmiyyətləri, bə'zən isə 
çoxluq nəzərdə tutulur. 
297 Kəffarə—Günahını yümaq üçün edilən yaxşılıq, 
verilən pul, çəkilən əzab-əziyyət və s. 
298  Şibli—Əbubəkr Cə'fər ibn Yusif Şibli Xorasani—
Üçüicü  əsr hicri sufi şeyxlərindən biri (247/861-2-334/945-6) 
hələ indi də məqbərasi Bağdadda ziyarətgah sayılır. 
299 Mürid)—Şeyxlərin ruhani başçılarının. Mürşidlərin 
ardınca gedən fanatik adamlar. Mürşidlərin təriqətini davam 
etdirən şagird 
300 
Ərəstu,Ərəstun—Aristotel. Məşhur yunan 
ensiklopedist alim və filosofu (er. əv. 384-322).                                                   
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib



Поделитесь с Вашими друзьями:
1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə