5 nömrəli əlavə Nümunəvi forma


Müqaviləyə xitam verilməsi şərtləri



Yüklə 42,71 Kb.
səhifə4/5
tarix20.11.2023
ölçüsü42,71 Kb.
#162015
1   2   3   4   5
309863042931413231965 Yaradılması və istifadəsi ilə bağlı Müəllif Müqaviləsinin nümunəsi

5. Müqaviləyə xitam verilməsi şərtləri


5.1. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:
5.1.1. Müqavilənin şərtlərinin yerinə yetirilməsinə mane olan və ya mane ola biləcək hallar barədə Tərəflərdən birinin digər tərəfə yazılı bildirişinə baxmayaraq, təqdim edilmiş sübutlar əsasında 15 (on beş) gün müddətində tədbir görməməsi;
5.1.2. Tərəflərdən birinin təşəbbüsü ilə. Bu şərtilə ki, təşəbbüs irəli sürən tərəf digər tərəfi 20 (iyirmi) gün əvvəl yazılı şəkildə məlumatlandırsın;
5.1.3. Tərəflərdən birinin Müqavilə üzrə öhdəliklərini bu Müqavilənin qüvvədə olduğu müddətdə yerinə yetirməməsi və ya lazımi səviyyədə yerinə yetirməməsi. Bu halda təqsirkar tərəfin günahı üzündən digər tərəfə dəymiş maddi ziyan (çəkilən xərclər) akt əsasında rəsmiləşdirilməli və ödənilməlidir.


6. Tətbiq olunan hüquq


6.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.
6.2. Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və digər sənədlər İddiaçı və ya patent sahibinin (işəgötürən olmayan)  mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Müəllif bu sənədlərin surətini özündə saxlaya bilər.


7. Vergilər və rüsumlar
Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.
8. Tərəflərin məsuliyyəti


8.1. Tərəflər bu Müqaviləyə uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara məsuliyyət daşıyırlar.
8.2. Bu Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9. Digər şərtlər



Yüklə 42,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin