5 nömrəli əlavə Nümunəvi forma


İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) aşağıdakıları öhdəsinə götürür



Yüklə 42,71 Kb.
səhifə3/5
tarix20.11.2023
ölçüsü42,71 Kb.
#162015
1   2   3   4   5
309863042931413231965 Yaradılması və istifadəsi ilə bağlı Müəllif Müqaviləsinin nümunəsi

2.2. İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) aşağıdakıları öhdəsinə götürür:
2.2.1. bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması üçün Müəllif(lər)ə lazımi şərait yaradır;
2.2.2. ixtira, faydalı model və sənaye nümunəsini təhvil aldıqdan sonra onun yaradılmasına görə bu Müqavilənin 4.1-ci bəndində göstərilən məbləğdə mükafatı (haqqı) bir aydan gec olmayaraq Müəllif(lər)in bank hesabına köçürür;
2.2.3. İddia sənədi barədə məlumatlar Agentliyin rəsmi bülletenində dərc edilənədək bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və sənaye nümunəsinə dair informasiyanı, bu Müqavilə üzrə maliyyə məsələlərinə aid və tərəflərə ziyan vura bilən digər məlumatları açıqlamır;
2.2.4. bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması barədə Müəllif(lər)dən bildiriş aldığı tarixdən sonra 3 ay müddətində onun qeydiyyatı ilə bağlı Agentliyə iddia sənədi ilə müraciət edir;
2.2.5. Agentlik tərəfindən iddia sənədinin ekspertizasının keçirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş xidmət haqqının, patentin alınması və qüvvədə saxlanılması üçün dövlət rüsumunun ödənilməsini təmin edir;
2.2.6. ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi verməkdən imtina etdikdə və ya həmin obyektlərin yaradılması barədə Müəllif(lər)dən bildiriş aldığı tarixdən sonra 3 ay müddətində bu hüquqdan istifadə etmək niyyətinin olub-olmaması ilə bağlı onu (onları) məlumatlandırır.
3. Tərəflərin hüquqları

Tərəflər ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı Qanunun 11-ci, 13-cü maddələrində və 30-cu maddəsinin 2-ci hissəsində müəyyən edilmiş hüquqlardan istifadə edirlər.




4. Ödənişlərlə bağlı şərtlər



4.1. İxtiranın, faydalı modelin və ya sənaye nümunəsinin yaradılmasına görə iddiaçı və ya patent sahibi (işəgötürən olmayan) tərəfindən Müəllif(lər)ə AZN məbləğində birdəfəlik mükafat (haqq) ödənilir.
4.2. Şərik müəlliflər arasında mükafatın (haqqın) bölgüsü və ödənilməsi qaydası (şərtləri) onların öz aralarında bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən yazılı razılaşma əsasında müəyyən edilir və bu barədə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) əvvəlcədən məlumatlandırılır.
4.3. Bu Müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş mükafat (haqq) iddia edilən ixtira, faydalı model və ya sənaye nümunəsi təhvil verildikdən sonra bu Müqavilənin 2.2.2-ci yarımbəndində müəyyən edilmiş müddətdə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) tərəfindən Müəllif(lər)in bank hesabına köçürülməlidir.

4.4. İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan) patentin qüvvədə olduğu müddətdə ixtiranın və faydalı modelin sənayedə tətbiqi, habelə sənaye nümunəsinin istifadəsi nəticəsində il ərzində əldə etdiyi xalis gəlirin faizindən az olmamaq şərtilə Müəlli(flər)ə hər ilin sonunda (növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq) mükafat (haqq) ödəməlidir.
Qeyd: bu Müqavilənin 4.3-cü bəndində “iddia edilən ixtira, faydalı model və ya sənaye nümunəsinin təhvil verilməsi” dedikdə Qanuna uyğun olaraq bu Müqavilə əsasında yaradılan həmin obyektlərin təsviri, təsvirə əsaslanan və ixtiranın (faydalı modelin) hüquqi mühafizəsinin həcmini ifadə edən düsturu, zəruri olan çertyojlar, digər materiallar və referat, sənaye nümunəsinə dair məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm, zəruri olduqda məmulatın ümumi görünüşünün çertyojları, erqonomik sxemi və sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsvirinin Müəllif(lər) tərəfindən İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan təqdim edilməsi başa düşülür.

Yüklə 42,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin