3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları


Alıcı davranışının və kommunikasiyanın səviyyəsindən asılı olaraq reklam büdcəsinin tərtibi (Məqsəd və vəzifələr) metodu



Yüklə 380,9 Kb.
səhifə16/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   12   13   14   15   16   17   18   19   ...   48
referat 1721 (1)

Alıcı davranışının və kommunikasiyanın səviyyəsindən asılı olaraq reklam büdcəsinin tərtibi (Məqsəd və vəzifələr) metodu. Mövcud metoddan istəfadə etməklə güman edilir ki, satış həcminin planlaşdırılan səviyyəsinə çatmaq üçün kifayət qədər alıcı toplamaq lazımdır ki, onların hər biri müəyyən edilmiş qiymətə məhsul alsınlar. Bunun üçün məhsulun bazara çıxdığı ilk il ərzində elə bir səviyyəyə çatmaq lazımdır ki, alıcıları bu malı almağa inandıra bilsinlər. Məhsul satışının müəyyən səviyyəsində alıcı auditoriyasının təyin edilməsi reklam tədqiqatlarının nəticəsində mümkün olur. Onlar müəyyən edildikdən sonra bazarı əhatə etməyin səviyyəsi öyrənilir və reklam vasitələrinin istifadəsi planı işlənib hazırlanır. Bundan sonra reklam məsrəflərinin həcmini müəyyən etmək olar. Bu metodun üstün cəhətləri: reklam xərclərinin dəqiq müəyyən edilməsi, qarşıya qoyulmuş kommunikativ məqsədlərin bir biri ilə əlaqəsi. Çatışmayan cəhətləri: çətinlik, yüksək əmək sərfi, bahalı olması.

  • Satışa istiqamətlənməklə reklam büdcəsinin təyini metodu. Bu metodun daxilində bir neçə büdcənin tərtib edilməsi üzrə modellər movcuddur. Bunlar aşağıdakılardır:

    • M. Videyl və G. Volf modeli- bu model t zaman ərzində əmtəə satışı həcminin dəyişməsinə əsaslanır. Bu dəyişmə üç faktordan ibarətdir: Rekam məsrəfləri; reklam satışına təsir edən konstantlar; reklam olunan məhsulun reallaşmasına təsir edən azalmalar. Bu modelin əsas düsturu bu formadadır:

    =



    Burada S- t zamanı ərzində məhsul satışının həcmi, ds/dt- t zamanı ərzində
    məhsul satışı həcminin dəyişməsi, A- t zamanı ərzində reklam məs-
    rəfləri həcmi, r - reklam dövriyyəsinə reaksiya, M – bazarın əmtəə ilə
    doydurulması, b- əmtəənin reallaşması həcminin azalması.
    Buradan belə aydın olur ki, əmtəənin reklamına göstərilən reaksiya nə qə-
    dər çox olarsa, satışın həcmi bir o qədər artacaq, bazar firmanın məhsulu
    ilə nə qədər az doydurularsa, satış həcmi bir o qədər azalacaq.
  • 1   ...   12   13   14   15   16   17   18   19   ...   48




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin