2015 Number 2, Volume 1, 2015



Yüklə 234,77 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix25.12.2016
ölçüsü234,77 Kb.
#3176
1   2   3   4   5   6   7   8   9   ...   20
 

Giriş.Məlum olduğu kimi ərzaq təminatında əsasən iki mühüm istiqamət movcudddur. 

Bunlardan  biri  ərzaq  təhlükəsizliyi,  ikincisi  isə  qida  təhlükəsizliyidir.  Ölkəmizin  ərzaq 

ehtiyatların yetərincə formalaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində 

son  illər  əhəmiyyətli  işlər  görülməkdədir.  Belə  ki,  ―2008-2015-ci  illərdə  Azərbaycan 

Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatina  dair  Dövlət  Proqramı‖ 

çərçivəsində  kənd  təsərrüfatının  inkişafı  və  etibarlı  ərzaq  təminatı  istiqamətində  əhəmiyyətli 

işlər görülmüş və demək olar ki, ölkəninin ərzaq təhlükəsizliyi təmin edilmişdir. Ancaq, bu öz 

növbəsində  ərzaq  təminatı  istiqamətində  ikinci  prioritet  istiqamət  olan  yeyinti  məhsullarının 

təhlükəsizliyinin təmin edilməsi istiqamətində də zəruri tədbirlərin görülməsini labüd etmişdir. 

Bura  qida  təhlükəsizliyinin  təminatı  sisteminin  ÜTT-nin,  Avropa  Birliyinin  və  müvafiq 

beynəlxalq  təşkilatların  tələblərinə  uyğunlaşdırılması  və  məhsulların  təhlükəsizliyinin  və 

keyfiyyətinin  yüksəldilməsi  daxildir.  Qida  təhlükəsizliyi    sisteminin  beynəlxalq  tələblərə 

uyğunlaşdırılması bu sahədə yeni yanaşmanın formalaşmasını və qanunverici  və institutsional 

bazanın,  eləcədə  qida  məhsulların  dövlət  nəzarətinin  təkmilləşdirilməsini  tələb  edir.  Digər 

tərəfdən milli standartlaşdırma sistemi də beynəlxalq tələblərə uyğunlaşdırılmaqdadır. Hazırda 

Azərbaycanın  milli  standartlaşdırma  sistemi  qida  təhlükəsizliyinin  təmin  edilməsində  mühüm 

rola malikdir. Ancaq beynəlxalq təcrübə fərqli mənzərəni ortaya qoyur. Odur ki, burada milli 

standartlaşdırma  sisteminin  qida  təhlükəsizliyinin  təminində  oynadığı  mövcud  rolu  və 

beynəlxalq təcrübənin tələb etdiyi rolu təhlil edək və beynəlxalq tələblərə uyğun olaraq mövcud 

sistemdə aparılmalı olan islahatları təsvir edək.  




Yüklə 234,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin