2015 Number 2, Volume 1, 2015



Yüklə 234,77 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix25.12.2016
ölçüsü234,77 Kb.
#3176
1   2   3   4   5   6   7   8   9   10   ...   20
86 | Elxan Mikayılov

.

 Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində 

 rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə   



 

 

 

 

 

 

 

 



 

 

 



Göründüyü  kimi  yeyinti  məhsullarına  istehsal  səviyyəsində  bir  çox  dövlət  orqanı 

nəzarət edir. Bitki və bitki məhsullarına Dövlət Fitosanitar Nəzarəti Xidmət, diri heyvanlara və 

heyvan  məhsullarına  Dövlət  Baytarlıq  Xidməti  nəzarət  edir.  Bundan  sonra  istehsala  girən 

xammala  və  istehsal  prosesinə  Səhiyyə  Nazirliyi  və  Standartlaşdırma,  Metrologiya  və  Patent 

üzrə  Dövlət  Komitəsi  nəzarət  edir. Məhsul  bazara  daxil  olanda  sonra ona  nəzarəti  isə  əsasən 

İqtisadiyyat  və Sənaye Nazirliyi yanından Anti-inhisar siyasəti və istehlakçıların hüquqlarının 

qorunması  üzrə  Dövlət  xidməti  nəzarət  edir.  Bununla  yanaşı  Səhiyyə  Nazirliyi  də  yeyinti 

məhsullarına bazarda nəzarət edir. Göründüyü kimi burada bir çox təkrarlanmalar mövcudddur.  

Hər  bir  orqanın  özünə  məxsus  labaratoriyaları  mövcudddur.  Azərbaycanda  yeyinti 

məhsullarının  sınağı  fəaliyyətinə  8  dövlət  qurumu  cəlb  olunmuşdur.  Standartlaşdırma, 

Metrologiya  və Patent üzrə Dövlət  Komitəsi tərəfindən milli standartlar üzrə akreditə olunmuş 

67  sınaq  laborotoriyası  (yeyinti  məhsulları  üzrə)  mövcuddur  (9).  Bu  rəqəmə  özəl  baytarlıq 

laboratoriyaları  daxil deyildir.  Lakin,  heç  də  bu  laboratoriyaların  hamısı  qida  təhlükəsizliyinə 

rəsmi nəzarət məqsədilə sınaq fəaliyyəti göstərmirlər.  

Azərbaycanda  mövcud  olan  67  laboratoriyadan  yalnız  ikisi  ISO17025  üzrə  akreditə 

olunmuşdur.  Bu,  İstehlak  Mallarının  Ekspertizası  Mərkəzinin  (İqtisadiyyat  və  Sənaye 

Nazirliyinin  nəzdində)  və  AZTEST-nin  laboratoriasıdır  (Standartlaşdırma,  Metrologiya  və 

Patent üzrə Dövlət Komitəsi yanında) (2). 

 

Yuxarıda  qeyd  edilənlərdən  aydın  olur  ki,  Azərbaycanda  milli  standartlaşdırma  sistemi 



qida  təhlükəsizliyinin  təmin  edilməsində,  o  cümlədən  qida  məhsullarına  dair  normaların 

hazırlanması,  qida  məhsullarının  sertifikatlaşdırılması  və  istehsalatda  və  bazarda  məhsulların 

standartların  tələblərinə  riayət  edilməsində  aktiv  rola  malikdir.  Ancaq  sual  yaranır  ki,  bu  nə 

dərəcəd beynəlxalq təcrübə ilə uzlaşır və nə dərəcədə effektivdir. Bu haqda irəlidəki bölmədə 

məlumat verək.  


Yüklə 234,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin