2015 Number 2, Volume 1, 2015



Yüklə 234,77 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix25.12.2016
ölçüsü234,77 Kb.
#3176
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
92 | Elxan Mikayılov

.

 Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində 

 rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə   



 

 

 

 

 

 

 

 



 

 

Qazaxstan)  bəzi  məhsullar  üçün  həm  baytarlıq  sertifikatı,  həm  də  uyğunluq  bəyannaməsinin 



mövcud  tələbi  ilə  bağlı  qeyd  olunur  ki,  Gömrük  İttifaqının  hazırda  tərtib  etdiyi  texniki 

reqlamentlərdə uyğunluğun təsdiqi üçün sadəcə bir sənəd tələb olunacaqdır [3, s. 7].  

 

Azərbaycanda qida təhlükəsizliyinin mövcud vəziyyəti və problemlər 

Beynəlxalq  təcrübəyə  əsasən  yeyinti  məhsullarına  dair  normativ  sənədlərin  işlənməsi, 

tətbiqi və tələblərinə uyğunluğa nəzarət  milli standartlaşdırma sisteminin tərkibinə aid olmasa 

da  ölkəmizdə  bunun  məhz  milli  standartlaşdırma  sisteminin  tərkibində  olması  təklif  edilən 

islahatlar  içərisində  beynəlxalq  sistemə  əsasən  yeyinti  məhsullarının  necə  tənzimlənməli 

olduğun və hansı islahatların aparılmalı olduğunu təsvir etməyi zəruri edir. Belə ki, irəlidə qeyd 

ediləcək institutsional islahatlardan əlavə yeyinti məhsullarının tənzimlənməsi sahəsində bir çox 

islahatlar aparılmalıdır.  ÜTT-nin Sanitariya  və Fitosanitariya Sazişinə əsasən üzv ölkələr  qida 

təhlükəsizliyinə dair Kodeks Alimentarius, bitki məhsulları üzrə Beynəlxalq Bitki Mühafizəsi 

Konvesiyası, heyvan  mənşəli məhsullar üzrə Beynəlxalq Epizotik Təşkilatının üzvü olmalı və 

yeyinti məhsullarına dair norma və qaydalar həmin təşkilatların tələblərinə uyğunlaşdırmalıdır. 

Hazırda  Azərbaycan  həmin  təşkilatların  və  Konvensiyaların  üzvü  olsa  da,  onların  standartları 

ölkədə çox az tətbiq edilir.  

Ümumiyyətlə qida təhlükəsizliyi üzrə mövcud sistemdə beynəlxalq tələblərlə müqayisədə 

aşağıdakı çatışmazlıqlar mövcuddur:  

 



qida  təhülkəsizliyinə  dair  standartlar,  sanitar  və  fitosanitar  norma  və  qaydaların 

əksəriyyəti  Sovet dövründə hazırlanmış və bu günün tələblərinə cavab vermir

 

yeyinti məhsullarının təhülkəsizliyinə dair görülən  tədbirlər onların daşıdığı riskə görə 



deyil, sadəcə standartların tələblərinə uyğunluğa görə sertifikatların mövcudluğu əsasında 

aparılır. Bu isə məhsulların təhlükəsizliyindən çox, sertifikatların mövcudluğuna nəzarəti 

təmin edir; 

 



bütün  qanunlar  qida  məhsullarının  məcburi  sertifikatlaşdırılmasına  əsaslanan  nəzarət 

modelini tətbiq edir, bu isə risk  əsaslı olmadığından, ÜTT –nin SPS Sazişinə uyğun deyil. 

Xərclər müəssisələr tərəfindən çəkilməklə yanaşı, demək olar ki, bütün sertifikatlaşdırma 

işləri  laboratoriya  sınağının  nəticələrinə  əsaslandığından,  bu,  sahibkarlıq  fəaliyyətinə 

həddən  artıq  yük  qoyur.  Bundan  başqa,  bəzi  qurumlarda  nəzarət  və  sınaq  funksiyaları 

ayrıca  funksiya  hesab  olunmur  ki,  bu  da  maraqların  toqquşmasına  səbəb  olur.  Çünki 

laboratoriyalar  çox  böyük  kapitala  malik  avadanlıqların  saxlanması  üçün  gəlir  əldə 

etməyə çalışır; 

 

qida  təhlükəsizliyinə  nəzarət  sistemində  bir  çox  dövlət  orqanları  təkrar  yoxalamalar 



aparır  və  bir-  birinin  fəaliyyətlərin  təkrarlayır.  Bu  isə  sahibkarlar  üçün  əhəmiyyətli 

dərəcədə əlavə xərc və vaxt itkisi yaradır; 

 

Dövlət  Gömrük  Komitəsi  tərəfindən  sərhəddə  aparılan  məhsulların  təftişi,  əsasən, 



yükün mənşəyi ilə əlaqəli risklərə istinad etmədən aparılır. İxrac nəzarət sistemləri də zəif 

olaraq qalır. Rusiya bazarı tərəfindən qida  təhlükəsizliyinə dair daha ciddi idxal nəzarəti 




AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                           Number 2, Volume 1, 2015 

 

 



 

 


Yüklə 234,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin