2. Satış xidmətinin idarə edilməsi Ticarət heyətinin fəaliyyətinin qiymətləndirilməsi



Yüklə 146,43 Kb.
səhifə1/8
tarix07.01.2024
ölçüsü146,43 Kb.
#207110
  1   2   3   4   5   6   7   8
M-vzu-142 (1)


MÖVZU 14. TİCARƏT HEYƏTİNİN İDARƏ EDİLMƏSİ
План:

1.Müəssisələrin idarə edilməsində satışın təşkili

2.Satış xidmətinin idarə edilməsi

3. Ticarət heyətinin fəaliyyətinin qiymətləndirilməsi




1.Müəssisələrin idarə edilməsində satışın təşkili


Şəxsi satışlar – marketinq kompleksinin bir elementinin, irəlilədilmənin əsas tərkib hissəsidir. Amma, onlar heç də bütün ticarət işçiləri tərəfindən həyata keçirilmir. Yaradıcı təşəbbüsün artması dərəcəsinə görə satış xidmətinin altı tip əməkdaşı fərqləndirilir:

  1. Paylayan. Əsas vəzifəsi yalnız məhsulun çatdırılmasından ibarət olan ticarət işçisidir (məsələn, süd, çörək və başqa əmtəələr).

  2. Sifarişləri qəbul edən ya daxili (piştaxta arxasında dayanmış satıcı), ya da xarici (supermarketin menecerindən məhsul göndərilməsi üzrə sifarişləri qəbul edən ticarət nümayəndəsi) sifarişlərin rəsmiləş­dirilməsi ilə məşğul olur.

  3. Missioner. Satıcı-missionerin əsas vəzifəsi sifariş-lərin qəbulundan çox, real və potensial istehlak-çılarla və ya onların öyrədilməsində yaxşı qarşılıqlı münasibətlərin formalaşdırılmasıdır (məsələn, əczaçılıq firmasını təmsil edən tibb məsləhətçisi).

  4. Texniki məsləhətçi. Yüksək texniki biliklərə malik satış xidməti nüma­yəndəsidir (məsələn, müştəri-kompaniyaya məsləhətlər verilməsini həyata keçirən mühəndis).

  5. Tələbin təşkilatçısı. Maddi əmtəələrin (tozsoran) və ya xidmətlərin satışının təşkilində kreativ metod-lardan istifadə edən əməkdaşdır (sığorta və ya təhsil).

  6. H azır qərarların satıcısı. İstehlakçılarda yara­nan problemlərin aradan qaldırılması üzrə ixtisaslaşmış, bir qayda olaraq, işlədiyi kompaniyanın əmtəə və xidmətləri ilə əlaqəsi olan ticarət nümayəndəsidir (mə­sələn, kompyuter və ya kommunikasiya sistem-ləri).

Ticarət işçiləri bir və ya bir neçə vəzifəni həyata keçirirlər:
Potensial müştərilərin axtarılması. Perspektiv istehlakçıların (və ya məh­sulun satış istiqamət-lərinin) axtarılması;

Yüklə 146,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin