2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat



Yüklə 0,83 Mb.
səhifə20/40
tarix26.12.2016
ölçüsü0,83 Mb.
#3456
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
Bidət – Bəd – sözündən götrülmüşdür. Uydurma, yeni bir şey irəli sürmək deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra ibadət və Allaha yaxınlıq niyyətilə qondarılmış, lakin nə Quranda, nə də Sünnədə dəlili olmayan hər hansı bir etiqadi sözə və əmələ deyilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır160. İbn Ömər - radıyallahu anhu – deyir ki: «İnsanlar gözəl görsələrdə hər bir bidət zəlalətdir»161. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bizim bu işimizlə əlaqəli ondan olmayan bir şeyi sonradan ortaya çıxararsa o, rədd olunacaqdır (Başqa rəvayətdə: Hər kim bizim işimizə uyğun olmayan bir əməl etmiş olarsa o (əməl) rədd olunacaqdır)»162. Əli - radıyallahu anhu – deyir ki: «Əgər din ağıla görə olsaydı (xufun) alt tərəfinin məst edilməsi, üst tərəfin məst edilməsindən daha uyğun olardı. Lakin mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (xufun) üst tərəfinə məst etdiyini gördüm»163. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi – deyir ki: «Əgər Muhəmmədin səhabələri bir dırnağı belə məst etmişlərsə mən də onlara uymağın fəzilətini əldə etmək üçün (ayağımı) yumazdım»164. Sufyan əs-Souri – rahmətullahi aleyhi – deyir ki: «İblis bidəti günahdan daha çox sevir. Çünki günahdan tövbə edilir, bidətdən isə tövbə edilməz»165. Günah edən kimsə günah etdiyini bildiyi üçün tövbə etməsi və günahları səbəbilə məğfirət diləməsi umulur. Bidət sahibi isə itaət və ibadət içərisində olduğuna inanır. Tövbə də etməz, məğfirət də diləməz. İblisdən nəql edilən: «Adəm oğullarının belini günahlarla qırdım. Onlar isə tövbə etməklə, məğfirət diləməklə belimi qırdılar. Mən də onlar üçün məğfirət diləmələri, tövbə etməyəcəkləri günahlar ortaya qoydum. Bunlar isə ibadət şəkilində olan bidətlərdir». İbnul Məcisun – rahmətullahi aleyhi – deyir ki, İmam Malik – rahmətullahi aleyhi – belə dediyini dinlədim: «Hər kim İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Muhəmməd – sallallahu aleyhi və səlləm – in risalətə qarşı xainlik etdiyini iddia etmiş olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim….». (əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan heç bir şey bu gün də din olmaz»166. İmam Malik – rahmətullahi aleyhi – deyir ki: «Bu ümmətin başı nə ilə islah olunmuşsa, bu ümmətin sonu da ancaq onunla islah olunur (düzəlir). O, gün din olmayan heç bir şey bu gün də din olmaz»167. Şeyx İbn Qasım – rahmətullahi aleyhi – deyir ki: “Allaha dəvət metodunda iki qaydanın olması şərtdir (vacibdir). Birinci: Dəvət yalnız Allah rızası üçün olmalıdır. İkinci: Dəvət Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsinə uyğun olmalıdır. Birinci şərti itirən müşrikdir, ikinci şərti itirən isə bidətçidir”168. Həsənul Bəsri - rahmətullahi aleyhi - deyir ki: «Əməl olmadıqca söz səhih olmadığı kimi, niyyət olmadıqca da, əməl və söz də səhih deyildir. Bir kimsə sünnət üzərə olmadıqca da, nə söz, nə əməl, nə də niyyət səhih olur»169.

Artıq bizə bəlli oldu ki, dəvət qapıları bağlıdır. Allah və Rəsulunun əmr etdiyi (din etdiyi) yollardan başqa qeyri yollarla Allahın dininə dəvət etmək olmaz və heç kəsə də səlahiyyət verilməyib ki, özündən yeni dəvət üsulları icad etsin hansı ki, nə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu edib, nə də səhabələri. Çox böyük bir xəta edərək deyirlər ki, “İslam Nəşidləri” günümüzdə əcnəbi vətəndaşlar üçün ən yaxşı dəvət üsuludur. Allahu Əkbər! Nə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in, nə Səhabələrin, nə də ki, Tabiinlərin (dəvətdə) istifadə etmədiyi üsul necə yaxşı (gözəl) dəvət üsulu ola bilər?

İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – xütbə verərkə ayaq üstə dayanan bir kimsəni gördü və onun kim olması barəsində soruşdu. İnsanlar: “O – Əbu İsraildir, günəş altında dayanmağı, oturmamağı, kölgələnməməyi, danışmamağı və oruc tutmağı nəzir etmişdir”. Peyğəmbər: “Əmr edin ona danışsın, kölgələnsin, otursun, lakin orucunu axıra çatdırsın”170. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm –o, kimsəyə bütün şeyləri qadağan etdikdən sonra yalnız oruc tutmağı (davam etməyi) əmr etdi. Çünki Oruc - Allahın sevdiyi bir ibadətdir. Orucdan qeyri etdiyi əməllər isə Allaha yaxınlaşdıran bir ibadət olmadığı üçün (qadağan edildi). Hətta kimsə bunları (ibadət) hesab etsədə belə”171. İmam Şatibi – rahmətullahi aleyhi – İmam Məlik – rahmətullahi aleyhi –sözlərini qeyd edərək deyir ki: “Diqqət edin! Necə İmam Məlik – rahmətullahi aleyhi – günəş altında dayanmağı, (bütün gün ərzində) susmağı, Şama və Misirə piyada getməyi nəzir etməyi qadağan edərək bütün bunları günahlardan saymışdır. Halbuki bu əməllər özü-özlüyündə icazəlidir. Lakin bu əməlləri İslam dininə nisbət etdikdə və bunlar vasitəsilə Allaha yaxınlaşmaq üçün ibadət edilməyə başladıqda İmam Məlik bunları günahlardan saymışdır”172. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Allaha ibadət məqsədilə yun gödəkçə geyinmək bidətdir”173.

Bütün bu misallardan bəlli oldu ki, istənilən əsli halal olan bir şeyi Allaha yaxınlaşmaq üçün ibadət üsulu edilərsə qadağandır. “İslam Nəşidləri” də belədir nə vaxt ki, onlar Allaha yaxınlaşmaq üçün bir üsul (vasitə) seçilərsə.

İslam Nəşidlərinin” Qadağan Olunmasına İkinci Səbəb: Kitab Əhlinə, Kafirlərə və Azğın Sufilərə bənzəmək olduğu üçün qadağan edilmişdir. Kitab Əhlinə gəldikdə Xristian Katoliklər öz kilsələrində Allaha yaxınlıq məqsədilə müəyyən mahnılar oxuyurlar. Bütpərəst olan Qirşnaçılarda Allaha yaxınlaşmaq üçün bu üsullara əl atırlar. Bidət əhli olan Sufilərə bənzəməyə gəldikdə isə: İlk olaraq İslam ümmətində Allaha yaxınlaşmaq üçün Nəşidlərdən istifadə edənlər onlar olmuşlar. Bununla Allahı zikr edir və Allaha yaxınlaşırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Kim bir qövmə bənzəmək istəyərsə o, da onlardandır»174. İmam Nəvəvi, əl-Munaui, əs-Sənani, İbn Abidin – Allah Onlrdan Razı Olsun - deyirlər ki: “Bənzəməyə gələn qadağa istənilən qövmə, cəmiyyətə, millətə aiddir. İstər kafirlər olsun, istər gühkarlar olsun, istərsə də bidət əhli olsun”175.

Lakin bəzi kimsələr qeyd edilər ki: “Biz Nəşidləri dinin bir parçası olaraq adlandırmırıq. Bu bizə atılan böhtandır”. Onlara demək istəyirəm ki, günümüzdə çox eşidirik: “Mən Nəşidlərə qulaq asdığım zaman imnım artır”, “Mən elə zənn edirdim ki, Nəşidlərə qulaq asmağa görə savab yazılır”, “Nəşidlər – dəvət üçün ən gözəl üsuldur” və s. Hətta bəzi ölkələrdə Nəşidlərlə bağlı kassetlərin çıxması və üzərində: Zikrullah – Allahı zikr etmək kimi sözlərin yazılması onu göstərir ki, İslam Nəşidləri Allaha yaxınlıq üçün bir vasitə edilmişdir.

İslam Nəşidlərinin” Qadağan Olunmasına Üçüncü Səbəb: Nəşidlərin oxunma tərzinə görədir. Buda günümüzdə olan Nəşidlərin melodik (Təlxin) və Xor şəkilində oxunmasıdır. Bununla da Nəşidlər İslam dinində qadağan edilmiş musiqiyə çevrilir ki, buna da əl-Ğinə deyilir. İmam Şatibi – rahmətullahi aleyhi – deyir ki: “Günüüzdə bir çox insanların etdikləri kimi (bədəvi) ərəblərdə melodik oxuma tərzi yox idi. Onlar şerləri mənalı (ifadəli, təsirli, aydın, səlis) surətdə söyləyər, indikilər kimi (səslərini gözəlləşdimək) üçün müəyyən kurslar keçməzdilər. Səslərini yumşaldar və uzadardılar, musiqidən xəbəri olmayan ərəblər kimi...”176.

Nəşidlərin qadağan olunmasına qarşı çıxan müsəlmanların bir çoxları görürsənki cahillikdə musiqi ilə yaşayan, nəfəs alan, musiqinin fanatı olan kimsələr olublar. Lakin tövbə edib İslamı qəbul etdikdən sonra, musiqinin haram olduğunu bildikdən sonra əvəz olaraq (nəfsi-istəklərini sakitləşdirmək) üçün Nəşidləri tapdılarr. Məst oxunma tərzinə (səsin gözəlliyiə) görə Nəşidlər bir çoxları üçün Allahın haram etdiyi musiqini əvəz etmişdir. Günümüzdə isə bir çoxları Nəşidlərin mənasını başa düşmədiyi halda belə onları dinləyirlər. Nəşidlərin mənasını bilməyən bir kimsə haradan bilə bilər bu Nəşidlərin nəyə dəvət etdiyini, kimləri tərif etdiyini. Məgər azdı müəyyən cəmaatlara çağıran Nəşidlər, İxvan əl-Muslimin cəmaatını onların başçılarını tərif edən nəşidlər. Lakin haqqı axtaran, öz nəfsi-istəklərinə qalib gələn bir kimsə üçün yuxarıda qeyd edilən dəlillər kifayət olmalıdır ki, bundan tövbə edib çəkinsin.



Səid b. Museyyib – rahmətullahi aleyhi – deyir ki: “Mən musiqiyə nifrət edirəm, lakin şeri sevirəm”177. İmam b. Abidin – rahmətullahi aleyhi – deyir ki:”Musiqi – haramdır”178. İmam b. əl-Həc əl-Maliki – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən şerlər qadağan olunur nə vaxt ki, onları uzada-uzada oxuyarlarsa”179.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin