1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı


qalmış bu ayin və etiqadlar icra olunmağa başlanmışdır



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   ...   18   19   20   21   22   23   24   25   26
qalmış bu ayin və etiqadlar icra olunmağa başlanmışdır.

Kimçonq Universitetinin

“Elmi əsərlər” jurnalında

Naxçıvanla bağlı məqalə

dərc edilib

    Naxçıvan Dövlət Universiteti ilə

Cənubi  Koreyanın  Kimçonq  Uni-

versiteti arasında elm, təhsil və yeni

texnologiyanın tətbiqi istiqamətində

yaradılmış sıx əlaqələr getdikcə daha

da genişlənir. Kimçonq Universite-

tinin “Elmi əsərlər” jurnalı 2012-ci

ildə çıxan 33-cü sayında Naxçıvan

Dövlət Universitetinin rektoru, aka-

demik İsa Həbibbəylinin “Azərbay-

can-Cənubi  Koreya  əlaqələrində

Naxçıvan” mövzusunda məqaləsini

çap etməklə universitetlərarası əla-

qələrin salnaməsinə daha bir səhifə

də əlavə etmişdir. Məqalədə Cənubi

Koreya  ilə  Naxçıvan  Muxtar  Res-

publikasının rabitə, informasiya tex-

nologiyaları, elm və ali təhsil sahə-

sindəki çoxcəhətli əlaqələrindən sis-

temli  şəkildə bəhs olunur.

Mehriban SULTAN

    Hazırda mürəkkəb cərrahi, o cüm-

lədən açıq ürək əməliyyatlarının da

Naxçıvanda  həyata  keçirilməsinə

şərait  yarandığından  müalicə  və

müayinə üçün başqa yerlərə üz tutan

xəstələrin sayı xeyli azalmışdır. Hə-

ləlik belə əməliyyatlar, əsasən, Ba-

kıdan dəvət olunmuş Mərkəzi Neft-

çilər Xəstəxanası Ürək-Damar Xəstə -

likləri  Mərkəzinin  yüksək  ixtisaslı

briqadası tərəfindən həyata keçirilir.

Bununla  yanaşı,  yerli  həkimlər  də

bu  sahədə  müəyyən  uğurlara  nail

olmuşlar.

    Naxçıvan  Muxtar  Respublikası

Səhiyyə Nazirliyinin dəvəti ilə hazır -

da  Ürək-Damar  Xəstəlikləri  Mər-

kəzinin  yüksək  ixtisaslı  briqadası

Naxçıvan Diaqnostika-Müalicə Mər-

kəzində  növbəti  humanitar  aksiya

keçirir.  Kardiocərrahların,  kardio-

loqların, anestezioloqların, əməliyyat,

reanimasiya, palata tibb bacılarının

təmsil olunduğu briqada son iki gün

ərzində 6 açıq ürək əməliyyatı həyata

keçirmişdir.

    Əməliyyat və müayinələrdə yerli

həkimlərdən Şahin Mazanov, İntiqam

Fətullayev,  Süleyman  Cəfərov  da

yaxından iştirak edirlər. Onların iş-

tirakı ilə ürək əməliyyatına ehtiyacı

olan  xəstələr  əvvəlcədən  müəyyən

olunaraq  növbəyə  alınmışlar.  Həf-

tənin sonunadək davam edəcək ak-

siyada, bütövlükdə, 30 xəstə üzərində

açıq ürək əməliyyatının aparılması

nəzərdə tutulmuşdur. 

    Həkim  briqadasının  fəaliyyəti

dövründə gizli ürək xəstəlikləri və

onların  risk  amilləri  araşdırılacaq,

ürək xəstəliyi aşkarlanan xəstələrin

sonrakı müayinə və müalicələri diq-

qət mərkəzində saxlanılacaqdır.




Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin