1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
Ulu öndər Heydər Əlİyеv: Azərbaycan gənclərinə üzümü tutaraq deyirəm ki, cəmiyyətdə

hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq Vətəni qorumaq peşəsi bu

peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün

gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir.

“Şərq qapısı”

    İritonnajlı avtomobillərlə daşınan yüklərə

gömrük nəzarətini həyata keçirmək məqsədilə

Culfa gömrük sərhəd-buraxılış məntəqəsində

X-Ray rentgen nəzarət-yoxlama kompleksi

qurulub. Naxçıvan Muxtar Respublikası Döv-

lət Gömrük Komitəsinin sədri, gömrük xid-

məti  general-leytenantı  Asəf  Məmmədov

kompleksin istismara verilməsi mərasimində

qeyd  edib  ki,  “SHMİTH  HCVG”  markalı

rentgen nəzarət sistemi iritutumlu avtonəq-

liyyat vasitələrinin, onlarda daşınan yüklərin

müayinəsində operativliyi və dəqiqliyi təmin

edəcək. Bununla da, qaçaqmalçılığa, o cüm-

lədən  narkotik  vasitələrin,  odlu  silahların,

partlayıcı maddələrin qanunsuz dövriyyəsinə

qarşı mübarizədə effektivlik artacaq. 

    Rentgen nəzarət-yoxlama kompleksi haq-

qında məlumat verən Culfa Gömrük İdarəsinin

Texniki  nəzarət  vasitələri  bölməsinin  rəisi,

gömrük xidməti polkovnik-leytenantı Hüseyn

Abdullayev bildirib ki, binanın uzunluğu 36,

eni 11, hündürlüyü isə 8,8 metrdir. Kompleks

dəmir beton qurğularla inşa edilib. 

    Binanın girişində yoxlamaya cəlb olunan

nəqliyyat  vasitələrinin  hərəkətini  tənzimlə-

məkdən ötrü işıqfor və şlaqbaum sistemi qu-

rulub,  avtomatik  nömrəoxuyan  cihazlar  və

kameralar quraşdırılıb. 

    Nəqliyyat vasitəsi nəzarət-yoxlama kom-

pleksinə gətiriləndən sonra sürücü mal-müşayiət

sənədləri ilə birgə binanı tərk edir. Kompleksin

giriş və çıxış qapıları bağlanır. Radiasiyadan

qorunmaq və təhlükəsizlik baxımından müayinə

zamanı binanın içində heç kim olmamalıdır.

Qeyd edək ki, rentgen qurğusu aktiv olarkən

dörd  bir  tərəfindən  xəbərdarlıq  siqnalları

verilir. Bununla belə, binanın ətrafında və da-

xilində baş verə biləcək fors-major (təhlükəli)

halların aradan qaldırılması üçün prosesi ani

olaraq dayandırma sistemi mövcuddur. 

    Rentgen qurğusu yaxınlıqdakı əməliyyat

otağından  idarə  olunur.  Xidməti  otaqlar  da

rentgenqoruyucu  xüsusi  örtüyə  malikdir.

Əməliyyat otağında 1 ədəd radiasiya stansi-

yası,  eləcə  də  2  ədəd  əl  radiostansiyası  və

radiometr mövcuddur. Radiometrlə radiasi-

yanın səviyyəsi nəzarətdə saxlanılır. Nəzarətçi

operator  qurğunun  yerləşdiyi  binanın  içini

vizual  müşahidə  etdikdən

sonra  mikrofon  vasitəsilə

rentgen qurğusunun işə sa-

lınması barədə xəbərdarlıq

edir və yoxlama başlayır. 

    Almaniya istehsalı olan

bu rentgen qurğusu vasitə-

silə saatda 23 ədəd nəqliyyat

vasitəsinə  baxış  keçirmək

mümkündür.  Yoxlama  X-

Ray şüasının köməyilə aparılır. Bu şüa mak-

simum  400  mm  qalınlıqda  olan  metaldan

keçiriciliyə  malikdir.  Ümumi  çəkisi  27  ton

olan qurğu yük maşınlarının içərisində istə-

nilən  yerdə  gizlədilmiş  əşyaların  təsvirini

1  mm  dəqiqliklə  görməyə,  əşyanın  tipini,

habelə onların təhlükəlilik dərəcəsini müəyyən

etməyə imkan verir. Müayinə bitdikdən sonra

kom pyuterdə avtonəqliyyat vasitəsinin istə-

nilən  nöqtəsinə  rəngli  və  ağ-qara  formatda

baxılır,  dəqiq  yoxlama  və  analiz  aparılır.

Əks etdirmədə  üzvi  və  qeyri-üzvi  maddələr

rənglərlə avtomatik olaraq fərqləndirilir. Ra-

dioaktiv materiallar da ayrıca görünür. Yad

cismlər  sıxlığına  və  quruluşuna  görə  ayırd

edilir. 

    Əməliyyatçılar  bu  sahədə  ölkəmizdə  və

xaricdə  keçirilən  kurs  və  təlimlərdə  iştirak

etməklə  X-Ray  rentgen  nəzarət  sisteminin

işlədilməsi sahəsində lazımi bilik və təcrübə

qazanıblar.  Qeyd  edək  ki,  rentgen  nəzarət-

yoxlama  kompleksi  istifadəyə  verilən  gün

müayinə  olunan  avtonəqliyyat  vasitəsində

əvvəlcədən nümunə olaraq gizlədilmiş odlu

silahı asanlıqla aşkar etmək mümkün olub.




Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin