1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   ...   18   19   20   21   22   23   24   25   26
       Naxçıvan Muxtar Respublikası 

Dövlət Gömrük Komitəsinin

mətbuat xidməti

Stolüstü tennis

turniri 

    Boz  ayın  dörd  müqəddəs  çər-

şənbəsinin birincisi əzəl çərşənbədir.

Xalq arasında o, “əvvəl çərşənbə”,

“gözəl çərşənbə”, “su çərşənbəsi”,

“sular  novruzu”,  “gül  çərşənbə”

adları  ilə  də  tanınır.  Mənbələrə

görə, əzəl çərşənbədə təzə ilin gəl-

məsi münasibətilə ən əvvəl su tə-

zələnir;  elə  buna  görə  də  bu  çər-

şənbə su ilə, suyun təzələnməsi ilə

əlaqələndirilir. 

    Məlumdur  ki,  türk  xalqlarının

mifoloji  təsəvvüründə  ən  qədim

kultlar içərisində su kultu mühüm

yer tutur. Su ilə bağlı yaranmış ta-

pınmalar içərisində su tanrısı Abanın

və  Nahidin  adı  ilə  bağlı  çox  əski

süjetlər xalq arasında geniş yayıl-

mışdır. Elə həmin görüş və etiqad-

larla  bağlı  təsəvvürlərin  bir  çoxu

əzəl çərşənbənin – su çərşənbəsinin

ayin-etiqadları ilə çarpazlaşmış, bu

çərşənbənin  adı  ilə  bağlı  silsilə

inam,  etiqad,  ənənə,  mərasim  və

sair yaranmışdır.

    Əzəl çərşənbə suyatapınma ina-

mı  ilə  başlayır.  Hamı  hələ  Günəş

doğmamışdan su üstünə gedir, təzə

suda  əl-üzünü  yuyur,  biri-birinin

üzərinə su çiləyir, su üstündən at-

lanır, yaralıların yarasına su səpirlər.

İnama  görə,  “təzə  su”,  daha  doğ-

rusu, əzəl çərşənbənin sübh tezdən

köpüklənən ağ suyu dərdlərin dər-

manıdır.  Çox  ehtimal  ki,  Xızırın

dirilik  çeşməsindən  su  içdiyi,

Koroğlu nun  Qoşa  bulağı  tanıdığı

gün də elə əzəl çərşənbə günü ol-

muşdur. Su sağlamlığın rəhni kimi

səciyyələnir.  Su  çərşənbəsi  günü

“təzə su”dan keçənlər, azar-bezarını

ona verənlər il boyu xəstəliklərdən

uzaq olurlar. Elə həmin gün su üs-

tündə  bir  sıra  ayinlər  icra  edilir.

Səsi batanlara, danışa bilməyənlərə

bu sudan içirirlər. Adamlar elə bu-

radaca  günah  işlətməyəcəklərinə,

ancaq və ancaq yaxşılıq edəcəklərinə

and içirlər. Mərasim suyun başına

dövrə  vuran  adamların  aşağıdakı

nəğməsi ilə başa çatır:



    Sel çapar, su çapar,

    Bir günah işlətdim,

    Gəl onu tut, apar.

    Sel çapar, su çapar,

    Gəl apar, gəl apar.

    Su çərşənbəsi günü adamlar səhər

tezdən üz tutarlar axar suyun üstünə:

niyyət  eləyib  suyun  üstündən  tul-

lanar, əl-üzlərini yuyar, biri-birinin

üstünə  su  çiləyər,  “Bu,  mübarək

sudu”,– deyərlər. Təzə sudan gətirib

evin dörd küncünə, həyət- bacaya,

mal-qaranın  üstünə  çiləyərlər.  İn-

sanlar bununla ilin ruzi və bərəkətli

olacağına inanırlar. Qucaqdakı kör-

pələri, qoca və xəstələri də su üs-

tündən hoppandırarlar ki, salamatlıq,

əmin-amanlıq,  xoşbəxtlik  olsun.

Suyun  qüdrətini,  müqəddəsliyini

həmişə  önə  çəkən  əcdadlarımız

hətta  ilin  axır  çərşənbəsində  belə,

“Suüstü” deyilən mərasimi təntənə

ilə qeyd etmişlər. Bu ənənə Naxçı-

van,  xüsusilə  Ordubad  rayonunun

sakinləri tərəfindən bu gün də ya-

şadılaraq gələcək nəsillərə ərməğan

edilir.

    Ulularımız arzu və niyyətlərini,

dərdlərini suya söyləmiş, su ilə gə-

ləcək  talelərini  görmüşlər.  Səfərə

çıxanın, uzaq ellərə yol alanın ar-

xasınca su atmışlar ki, Tanrı onun

köməyi  olsun.  “Su  bulanmayınca

durulmaz”,  “Su  murdarlıq  götür-

məz”, “Suyu çirkləndirənin nəşini

yumağa  su  tapılmaz”,  “Suyu  ver

susayana,  içsin  qana-qana”,  “Su

olan  yerdə  dirilik  olar”,  “Su  içən

adamı  qəfil  vurmazlar”,  “Süfrəyə

su dağılması aydınlıqdır”, “Su dolu

qabla qabağına çıxsalar, işin avand

olar”,  “Su  içəni  danışdırmazlar”,

“Lal  axan  sudan  keçməzlər”,  “Su

içən adamı ilan çalmaz” və başqa

inanclar, “Su haqqı!”, “Axar suya

and olsun!” kimi andlar ulu əcdad-

larımız tərəfindən su ilə bağlı ya-

radılan müdrik kəlamlardır. 

    İlaxır çərşənbələrin hər biri əc-

dadlarımızın elə müqəddəs etiqad-

ları,  duyğuları  ilə  bağlıdır  ki,  bu

gün onları öz dünənimiz, keçmişi-

miz kimi yaşatmağa borclu olmaqla

yanaşı,  həm  də  gələcək  nəsillərə

çatdırmalıyıq.


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin