«168 saat»ın «Talelər» rubrikası üçün bu dəfə taleyini bizə Ramin adlı bir gənc



Yüklə 270,33 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix13.04.2017
ölçüsü270,33 Kb.
#13894
1   2   3   4

9-cu bölüm. Anar  

Həmin gün biz 11 saat telefonla danışdıq. Heç yorulmaq bilmirdik.  

Mən  iki  yerdə  işləyirdim.  Gündüzlər  sexdə  işləyirdim,  gecələr  isə  zavodda 

mühafizəçi dayanırdım. Bunları Nərminə danışırdım, o da halıma  yanırdı. Mənim 

üçün nələr etmək istəyirdi. Deyirdi, kaş çoxlu pulum olardı, sənə hər şey edərdim. 

Əlbəttə  ki,  mən  etiraz  edirdim.  Mənə  kontur  göndərdi.  Bu,  məni  incitsə  də,  onu 

qırmamaq üçün qəbul etdim. Dedi, öz telefonumu satıb sənə pul verəcəm. Neçə dəfə 

downloaded from KitabYurdu.org



dedi  səni  görmək  istəyirəm.  Sənə  kömək  etmək  istəyirəm.  Hətta  geydiyim 

ayaqqabının ölçüsünü də soruşdu. Bildim ki, mənə ayaqqabı almaq istəyir. Amma 

mən bunların heç birini qəbul edə bilməzdim. O zaman mən vicdan əzabı çəkərdim 

ki, Nərmin mənə nəsə edir. Mən buna razı ola bilməzdim. Mən qayıtmışdım, Ramini 

oyundan çıxartmışdım... Nərmin yenidən mənim idi.  

Martın 23-də Nərminin təkidiylə görüşməli idik. O, mənə pul verəcəkdi, pal-paltar 

alacaqdım... Amma mən buna imkan verə bilməzdim axı. Qürurum yol verməzdi 

qızdan sədəqə götürməyə.  

Nərmin həyatımın son dönəmi – narkomaniya, həbsxana, işsizlik, yoxsulluq dönəmi 

barədə  demək  olar  ki,  hər  şeyi  bilirdi.  Bu  aralarda  heç  üzümü  də  görməmişdi. 

Düzdür, indi işə düzəlmişdim, amma sıxıntılar da davam edirdi axı. O,  ən istəkli 

adamına kömək etməkdə israrlı idi. Mənsə, qəti qərar qəbul etmişdim. Görüş baş 

tutmamalıdır.  Mən  yalnız  özümü  tam  doğruldandan  sonra  Nərminin  üzünə  çıxa 

bilərdim.…  

Bu son günlərdəki danışıqlarımızdan sonra Nərminin məni nə qədər çox istədiyindən 

təsirlənmişdim.  Hətta  o,  söyləmişdi  ki,  səni  unutmaq  üçün  ərə  getmək  belə 

istəmirəm...  Mənlə  danışdığı  müddətdə  Raminə  hər  gün  cəmi  10  SMS  yazırdı, 

halbuki əvvəlki günlərdə bu SMS-lərin sayı 300-350 olurdu...  

Ah, mənim sevimli Nərminim...  

Mən o qızı o qədər çox sevirəm ki, dünyada hər şeydən çox. Amma sadəcə bir dost 

kimi.  Başqa  heç  nə  ola  bilməzdi.  Düzdü,  bəlkə  də  ona  qarşı  nə  vaxtsa  ürəyimin 

dərinliklərində cüzi də olsa sevgi olub. Amma böyümədən, üzə çıxmadan onu boğub 

öldürmüşəm içimdə. Mən onu sadəcə bir dost kimi sevirdim (Hər halda, özümü buna 

inandırmağa çalışırdım). Və bu cür sevdiyimə maddi sıxıntı verməyi heç vaxt ürəyim 

qəbul etməzdi. Vicdanım yol verməzdi buna.  

Çox inadcıl idi, dediyindən əl çəkən deyildi. Görüşsək və onun təklif etdiyi yardımı 

götürməsəm, bilirdim ki, bu, onu məndən qıracaq...  

downloaded from KitabYurdu.org



Amma nə etmək olardı?…  

Özgə bağın meyvəsisən,  

Yel gətirdi bizim bağa.  

Gecə bizi qovuşdurur,  

Səhər gəlir ayırmağa...  

Nərmin məni kitab manyakı adlandırırdı tez-tez. Gecə-gündüz kitab oxumağım ona 

da  sirayət  etmişdi.  Bəyəndiyim  kitabları  oxuyub  ona  da  verirdim.  Bu  kitabların 

arasında  şeir  kitabları  da  az  deyildi.  Vahid  Əzizin  şeirləri  də  bəyəndiklərimin 

sırasındaydı. Bu səhər şairin ölməz misralarına bəslənmiş mahnını Zamiqin ifasında 

eşidib çox kövrəldim...  

Həyatın  öz  qayda-qanunları  var, bunların  arasında  ən pozulmazı  isə istək, hiss və 

ehtirasın harmoniyasında özünü tapmış sevgi qayda-qanunlarıdır...  

Çox təəssüf ki, bəzən bizim ən sevdiyimiz meyvə məhz özgə bağın meyvəsi olur...  

10-cu bölüm. Ramin  

Novruz bayramı arxada qaldı. Adi bayramlardan biri oldu bu bayram. Çünki, məni 

həyata  bağlayan  yeganə  tel  indi  yox  idi.  Nərmin  bu  arada  məndən  tamamilə 

soyumuşdu.  Amma  ümidli  idim  ki,  onu  özümə  qaytara  biləcəm.  Onun  aləmində 

yataq  xəstəsi  olan,  amma  sağalmağa  ümidini  bir  an  da  olsa  itirməyən,  güclü 

xarakterə,  iradəyə  malik  bir  gənc  əsl  qəhrəman  idi  o,  bu  qəhrəmanı 

qiymətləndirməyi  bacarırdı.  Məni  dünyaya  bağlayan  yeganə  tutalqa  olduğunu 

bildiyi üçün də mənimlə əlaqəni üzməyəcəyindən əmin idim. Həddən artıq duyğusal 

bir qız idi Nərmin.  

Bir  gün  «Son  günlər  niyə  məndən  soyumusan»  sualının  cavabında  «Anarla 

zəngləşirdim»  söylədi.  Çox  kədərli  idi,  həm  də  qəzəbli.  Anarın  ünvanına  çox 

«qəşəng» sözlər işlətdi. Dedi, Anar heyvandır, yaxşılıq başa düşən deyil. Dedi mən 

ona nələr etmək istəyirdim, amma o razı olmadı..  

downloaded from KitabYurdu.org



Nə  isə.  Yavaş-yavaş  yenə  Ramin-Nərmin  münasibətləri  normallaşdı,  əvvəlki 

məcrasına düşdü.  

Aprelin 1-i idi. Dedi, bu gün rəfiqəm gələcək, aşağı düşəcəm. Bir az gəzib gələcəm. 

Əlbəttə ki, buna razı ola bilməzdim. Dedim, yox, düşmə. Dedi, artıq çıxıram. Ürəyim 

darıxır.  Amma  mən  ona  elə  sözlər  dedim  ki...  Birtəhər  onu  yola  gətirib  evə 

qalxmasına nail oldum. Çox çətin oldu, amma alındı. Dedi, hara baxıram, hər yerdə 

bir qızla-oğlan gəzir. Mən nə qədər evdə oturacam, axı dəli oluram. Mən niyə çölə 

çıxmamalıyam ki?  

Ancaq mən istədiyimə nail oldum... O, evdə qalası oldu.  

Dəli  qısqanclığım  tutmuşdu  axı.  O  rəfiqəsiylə  gəzməyə  çıxsaydı,  oğlanlar  ona 

baxardılar. Düzdür, qəribə qız idi, heç kəsə meyli olmazdı. Neçə dəfə küçədə hansısa 

oğlan söz atanda əsəbi halda söyləmişdi ki, ayıb deyil, nişanlı qıza söz atırsan?  

Amma bununla belə, ona kənar gözlərin adicə baxmasını da qəbul edə bilmirdim...  

Nərminin arzusu Londonda, Parisdə, İstanbulda olmaq idi. Şirin dilimi işə saldım ki, 

sağalım, gələcəkdə o böyük şəhərləri birgə gəzəcəyik.  

Ertəsi  gün  mənə  dedi  ki,  ata  məni  bir  işə  düzəldir.  Gənclikdə  bir  firma  var  orda 

işləyəcəm.  Ordan  da  xaricə  göndərirlər.  Mən  şoka  düşdüm.  Bu,  ola  bilməz  axı, 

Nərmin necə işləyə bilər? Dedim, yox, işləmə. Dedi, işləyəcəm. Bu nədir e, mənim 

hər işimə qarışırsan. Bir kəlmə, işləyəcəm. Mən ona dedim ki, sənə pul lazımdır? 

Pula  görə  işləyirsən?  Ordan  nə  qədər  maaş  alacaqsan?  Həmin  maaşı  mən  sənə 

verəcəm, amma otur evdə. Heç yerdə işləmə. O dedi, dəli olmusan? Elə şey olar? 

Yox, bu mümkün deyil, elə şeyi ağlına da gətirmə. Amma sonda mən onu atasının 

düzəldəcəyi işdən də imtina etdirdim.  

O, arada göz yaşları içində yazırdı:  

-  Sən  məndən  çox  şey  tələb  edirsən.  Dost  yox,  heç  sevgili  də,  adama  bu  qədər 

məhrumiyyətlər eləməz.  

downloaded from KitabYurdu.org


Onu başqalarından qoruyurdum, get-gedə mənə daha çox bağlandığını da duyurdum. 

Bir axşam mənim necə bir görünüşüm olduğunu soruşdu.  

Bu mesajı yazdı: “Sarışınsan yoxsa qara? Gözünün rəngi nə rəngdi? Necə geyimləri 

xoşlayırsan? Nələrdən xoşun gəlir? Xobbin nədir?”  

Bu mesaj məni bir az qorxutdu. Dedim, birdən mənə aşiq olar. Görmədiyi, bilmədiyi 

adama. Amma bilirdim ki, Anara söz vermişdi, heç kəsi sevməyəcəyinə. Mən ona 

xüsusiyyətlərimi olduğu kimi yox, başqa cür yazdım. Sonra mən ondan necəliyini 

soruşdum:  «Gözümün  rəngi  qəhvəyi,  saçlarım  uzundu,  bir  az  sarışınam,  boyum 

hündürdü,  geyimin  klassik-sport».  Necə  var  hamısını  düz  dedi.  Hündürboy, 

ağappaq, bir qızdı, çox gözəldi.  

Sonra maşından söz düşdü. Ən sevdiyi şey maşın sürməkdi. Ən sevdiyi maşınlar - 

Ferrari, Bentli, Porşe, İnfiniti. Ən sevdiyi ətir – Versage. Dinlədiyi musiqilər türk 

musiqiləri.  Hər  gün  musiqiyə  qulaq  asır.  Sevdiyi  müğənnilər  Kayahan,  Kutsi... 

Bijuteriyani çox sevir. Şık geyinməyi çox sevir...  

Hər şeyi olduğu kimi yazdı...  

Axı özü barədə danışmağı xoşlamazdı. Yalnız Anara hər şeyi etiraf edərdi... Birdən 

doğrudan da məni sevdi, onda necə olacaq?  

Yox... Axı buna yol verə bilməzdim... Bu mümkünsüz idi...  

***  

Bir gün axşamdan konturu qurtarmışdı, mənə yaza bilməmişdi. Ona 24 min kontur 



göndərdim ki, gen-bol işlətsin. Məndən küsdü. Dedi, niyə göndərirsən? Mən bunları 

necə  qaytaracam?  Dedim,  pul  verməmişəm,  qardaşım  Bakcell-də  işləyir.  Ordan 

pulsuz götürə  bilir. Barışdıq. Dedi, bəs mən  səninçün  nə  edə  bilərəm?  Dedim,  ən 

sevdiyim şey şirniyyatdı, tortdu. Bir dənə tort bişirərsən, əvəzini ödəyərsən. O da 

qəbul etdi.  

Yenə  də  söhbətləşmək  mövzusu  təkrarlanırdı.  Deyirdim,  Nina,  bu  vaxtadək 

dözmüsən, bir az da səbr elə, hər şey yaxşı olacaq. Demişəm, sağalmayınca heç kəslə 

downloaded from KitabYurdu.org



danışmayacam,  bu,  mənim  prinsipimdir.  Düzdür,  arada  prinsipimi  pozub  səninlə 

danışmaq istədim. Onda da sənin başın Anara qarışdı...  

Nərminə  söz  də  verdim  ki,  sağalıb  gələndən  sonra  ilk  danışdığım  adam  sən 

olacaqsan.  

Təzə  tanış  olanda  nömrəsini  təsadüfən  yığdığımı  söyləmişdim,  o  da  bununla 

kiyayətlənmişdi.  Amma  bu  son  günlər  təkidlə  nömrəsini  necə  əldə  etdiyimi  də 

soruşurdu.  

Növbəti dəfə bu barədə sual edəndə yalandan dedim ki, mən sənin nömrənə uyğun 

5  nömrə  yığdım  və  ən  xoşuma  gələn  sənin  səsin  oldu.  Və  özümə  söz  verdim  ki, 

mütləq  bu  qızla  dost  olmalıyam.  Həm  də  o  vaxtkı  vəziyyətimi  ona  başa  saldım. 

Dedim,  bütün  günü  evdə  oluram.  Heç  yerə  getmirəm.  Bir  qızla  dost  olub  onunla 

danışmaq  istəyirdim.  Evdə  çox  darıxırdım.  Və  qismətimə  sən  çıxdın.  O  da  buna 

inandı.  

Öncə sizə - qəzet əməkdaşlarına da belə demişdim. Amma indi etiraf edim ki, sizi 

aldatmışdım. Mən onu əvvəlcədən tanıyırdım...  

11-ci bölmə. Ramin.  

Anar  haqda  nələr  düşündüyünü  yoxlamaq  üçün  onu  bir  daha  sınağa  çəkdim.  Ona 

dedim  ki,  Nina,  sən  ki  mənə  görə  tanımadığın,  bilmədiyin,  hətta  səsini  belə 

eşitmədiyin birinə görə, hər şeydən vaz keçirsən, mənə görə heç yerə getmirsən, heç 

nə etmirsən, sənə çox borcluyam. Qoy sağalım gəlim, sənə Anardan da yaxşı dost 

olacam.  Mən  ona  dedim  ki,  sənə  elə  bir  dost  olacam  ki,  bütün  dünya  bizim 

dostluğumuzdan danışacaq. Bütün hamı bizim dostluğumuza həsəd aparacaq. Buna 

inan, Nina. Sənə Anarı unutduracam. Hər şeyi mənə burax, amma qalır bir şey. Sənin 

Anarı  unutmağın.  Bizim  dostluğumuza  mane  ola  bilən  tək  bir  adam  varsa,  o  da 

Anardı. Sən onu unutsan, hər şey öz yolunda olar. O dedi ki, mənə elə gəlir, mən heç 

vaxt Anarı unutmayacam. Heç kəs də onu mənə unutdura bilməz. Bir görün bu qız 

downloaded from KitabYurdu.org


necə  də  sədaqətli  imiş.  Anar  bunu  bu  qədər  incidib,  Anar  buna  bu  qədər  sıxıntı 

çəkdirib, amma yenə də deyir mən Anarı unutmayacam...  

Artıq  vədə  yetişmişdi.  Axı  ona  demişdim  ki,  aprelin  əvvəlində  İrana-  əməliyyat 

olunmağa gedəsiyəm. Aprelin 3-də gecəyə kimi yazışdıq, vidalaşdıq.  

Ertəsi gün bir gümüş mücrü, içində də gümüş üzük və sırğadan ibarət gözəl hədiyyə 

düzəltdim. Göndərdim Günəşliyə.  

Günəşlidə  Nərgizgilin  aptekləri  var  idi.  Hərdən  özü  də  gedib  otururdu  aptekdə. 

Əvvəlki günlərdə aptekin harda yerləşdiyini öyrənmişdim. Nərgizə mesaj yazdım ki, 

get aptekə, qardaşım sənə bloknot gətirib, onu versin, getsin. Təəccübləndi. Dedi, 

mən indi düşə bilmərəm aşağı, aparıb versin kitab mağazası var, orda işləyən qıza, 

desin ki, bu Nərgizə çatacaq, qız məni tanıyır. Mən də razılaşdım. Hədiyyəni Nərgiz 

deyən dükana göndərdim. Saat 3-də dükandakı qız xəbər etdi ki, Nərgiz hədiyyəni 

götürdü. İçindəkini görəndə bilmədi sevinsin, yoxsa pis olsun. Dedi, mən bunu qəbul 

edə bilmərəm.  

Nərgiz mənə yazdı: Adam göndər, gəlsin hədiyyəni götürsün. Dedim, dəli olmusan? 

O  sənindi,  mən  necə  onu  geriyə  götürüm?  Dedim,  onu  sənə  verməkdə  məqsədim 

odur ki, mən çıxıb gedirəm, əgər sağalıb gəlsəm, gələcəm. Yox, əgər sağalmasam, 

onu məndən yadigar saxla. Mən sağalmasam, daha heç vaxt sənlə danışmayacam. 

Çünki mən belə şikəst olduqdan sonra danışmağımıza lüzum olmayacaq. Əgər şikəst 

qalıb  səni  görməyəcəmsə,  əgər  sənlə  görüşməyəcəmsə,  ünsiyyətdə  olmayacamsa, 

bizim danışmağımızın heç bir mənası yoxdu. Belə olmaq məni çox üzür.  

O da çox pis oldu. Dedi, hər gecə dua edəcəm ki, sağalasan, sən sağalacaqsan. Mən 

də dedim, qismət nədirsə odur. Gecəyə kimi danışdıq. Mən duyurdum ki, bir də heç 

vaxt  Nərgizlə  danışmayacam.  Ayrıla  bilmirdik  bir-birimizdən.  Bir  türk  mahnısı 

qoydum.  

O da musiqini telefonda dinlədi. Hande Yenerin “Acı veriyor” mahnısı idi. Sonra 

özümü saxlaya bilmədim, gözlərim doldu. O da ağladı. Gecə saat 3-də sağollaşdıq....  

downloaded from KitabYurdu.org



Doğrudan da mənə çox ağır idi. Bax, bu anımda mən Nərgizi itirməyimdən üzülür, 

sıxılırdım.  Onu  Anara  qaytarmalıydım,  oyun  artıq  bitmişdi.  Sanki  cərrahi 

əməliyyatdan sağ çıxmayacağıma əmin idim...  

***  


Telefonun dəyişsə,  

Təzə nömrəni  

Gətir, basdır məzarıma,  

Eşidirsənmi?  

Vaqif Səmədoğlu  

Bu ilki aprel nədənsə çox soyuq keçdi, yəqin xatirinizdədir. Soyuq küləklər, yağış, 

hətta sulu qar...  

Yarım aylıq müddət mənimçün sanki bir ilə qədər uzun keçdi. Axı Nərgizsiz idim. 

Bilirdim ki, Nərgiz əməliyyatdan qayıdıb gələcəyim müddəti səbirsizliklə gözləyir. 

15 günün tamamında Nərgizə yazdım ki, mən sağalmadım, məni unut. Bir də heç 

vaxt  gəzə  bilməyəcəm.  Odur  ki,  bu  dərdi  ölənədək  tənhalıqla  keçirməyimlə 

daşımağa qərar vermişəm...  

Nərgiz məni unutmalı idi, vəssalam. Ancaq o, yazırdı ki, nə olur olsun, səni unudan 

deyiləm.  Mən  sənə  inanıram,  inanıram  ki,  sən  özündə  güc  tapacaqsan,  Allah  da 

kömək olacaq. Sən gəzəcəksən!  

Yox,  oyun  tamamlanmalı  idi.  Mən  Nərgizin  həyatından  çıxmalı  idim.  Son  dəfə 

hıçqıra-hıçqıra ağlayaraq yazdım: «Əlvida, mənim Ninam. Bu, sənə yazdığım son 

kəlmələrdir. Xoşbəxt ol. Sən buna layiqsən...».  

İki ay mövcud olan, ayaqları işləməyən, heç kəslə ünsiyyət qurmayan, sağalıncaya 

qədər danışmayacağına qərar verən, amma  gözlənilmədən, bir təsadüf nəticəsində 

telefonla öz Ninasını tapan, onunla həyat sevgisinə qovuşan, onunla sevinən, onunla 

gülən,  ağlayan,  sabahkı  günə  inam  əldə  edən  Ramin  adlı  22  yaşlı  bir  oğlan 

hönkürərək ağlayırdı. Və göz yaşları içində sanırdı ki, heç vaxt yeriyə bilməyəcək...  

downloaded from KitabYurdu.org



12-ci bölmə. Anar  

Aprelin  ortalarında  Nərgiz  tamam  məndən  qaçmağa  başladı.  Zəngimi  çox  soyuq 

qarşılayır,  SMS-lərimə  cavab  vermirdi.  Çox  kədərli  idi,  çox  tutqun  idi.  Sanki 

dünyadan küsmüşdü.  

Növbəti  dəfə  məni  acıladı.  Dedim,  niyə  mənimlə  belə  rəftar  edirsən?  Dedi, 

günahların çoxdur. Və ardınca da, etiraf etdi ki, bir şərtlə səni bağışlayacam, mənə 

Ramini tapmalısan. Dedim, bu mümkün deyil. Mən - qısqanc birisi, öz əllərimlə necə 

rəqibimi tapıb sənə qovuşdurum? Amma o, inad elədi ki, tapmalısan.  

Onu  da  söylədi  ki,  sən  tapmasan,  özüm  gedib  küçə-küçə  düşərək  onu  axtaracam. 

Hətta qardaşının iş yerinə – Bakcell-ə gedəcəm.  

Mən  bu  an  başa  düşdüm  ki,  Ramin  Nərgiz  üçün  necə  qiymətli  imiş.  Mən  başa 

düşdüm ki, Nərgiz heç cür onu unuda bilməyəcək. Yox, bu sevgi deyildi. Bu, özünə 

qapanmış,  ümidsiz  birinin  yeganə  ümidi  ola  bilmək,  həyatdan  küskünü  həyatla 

barışdıra bilmək missiyasını davam etdirmək istəyi idi.  

... Bəs mənim hisslərim? Axı mənim hisslərim o qədər saf, o qədər içdən gələn idi 

ki. Onları tapdalamaq, onları saya almamaq düzgün deyildi.  

Həmin gecə səhərəcən ürəyimdə Nərgizlə danışdım:  

Mənasız  saydığım  bir  dövrdə təsadüfən gəldin  həyatıma. Gözlənilmədən oldu  hər 

şey. Hər şey dəyişdi. Çətini kimisə sevməyim idi. Özünlə gətirdin bütün sevincləri 

və sevgiləri.  Qınadılar  məni. Səni tanıdığım  üçün qınadılar  məni. Sənin bir  başqa 

dünyanın  insanı  olduğunu,  əslində  bu  dünyada  yerinin  olmadığını,  mənimsə  dəli 

olduğumu dedilər. Heç nə düşünmədin. Mənimçün bir sən vardın.  

Bütün dünyama bəs edən bir sən.  

Səninlə sevdim hər şeyi, səbr etməyi, bağışlamağı, laqeyd olmağı, düşündüklərimi 

deməyi. Əslində sevmədiyim hər şeyi səninlə öyrəndim.  

Bilmirəm mənimçün kimsən? – dostmu, yoxsa...  

downloaded from KitabYurdu.org


Dəyərlisən  mənimçün.  Bircə...  bunu  bilirəm.  Dünyamsan  mənim,  Dünyaya  belə 

sığmırsan, acizlik çəkir səni saxlamağa dünya. Sənin gözlərinlə baxmağı sevirəm bu 

dünyaya. Anlayırsan məni, Nərgiz? Başa sala bilirəm hisslərimi? O qədər dəyərlisən 

ki... Hisslərimin adını nə qoyacağımı bilmirəm. Ucuzlaşdırmağımdanmı qorxuram 

görəsən?  Yoxsa  səni  itirəcəyimdənmi?  Desələr  ki,  bu  eşqdir,  inanmaram.  Ya  da 

inanmamağım üçün israr edərəm. Bir ömür boyu yanımda deyil, beynimdə, ruhumda 

olmağını  istəyirəm.  Səninlə  düşünməyi  sevirəm,  səninlə  sən  olmasan  belə 

dərdləşməyi sevirəm.  

Sevincimi  elə  beynimdəki,  ürəyimdəki  səninlə  bölüşməyi  sevirəm.  Bəlkə  bir  gün 

təsadüfən, mənim sənə olan hisslərimin dərinliklərini duysan, qorxma, qürurlu ol, 

necə  varsansa,  bax,  yenə  eləcə  qal.  Adının  mənası  kimi.  Axı  Nərgiz  –  gözəl  və 

qürurlu deməkdir. Sən də onun kimi həmişə qürurlu ol. Necə varsan, elə. Dəyişməsin 

heç nəyin. Düşüncələrin, duyğuların, çünki  mən səni belə tanımışam. Unudulmaq 

istədiyini ağlına belə gətirmə. Unut hər şeyi. Hətta varlığım da belə nə vaxtsa əzab 

versə  sənə,  məni  unut.  Mən  razıyam.  Unut  hər  şeyi.  Nə  olursa  olsun,  kiminlə 

olursansa ol. Unutma ki, sən dualarımda hər gün, hər gecə dilə gətirdiyimsən. Bunu 

unutma...  

***  


Nərgiz  məndən  Ramini  tapmağı  diləyirdi.  Ümidlə  mənim  bu  xahişi  yerinə 

yetirəcəyimi  gözləyirdi.  Amma  bilmirdi  ki,  bu  baş  tutmayacaq.  Mən  Ramini 

tapmayacam. Ümumiyyətlə, heç kəs Ramini tapmayacaq...  

Nərgiz bir şeydən xəbərsiz idi ki, Ramini heç vaxt görməyəcək...  



13-cü bölmə. Anar  

«Sevgi-əksər  halda  bizi  uçuruma  aparan  bir  gözübağlılıq  və  məsuliyyətsizlikdir. 

Ancaq sən sevənləri qorumalısan. Buna gücün çatmırsa, ən azından, onları qorumağı 

müqəddəs tanrıdan diləməlisən...»  

downloaded from KitabYurdu.org


Budur, iyun qapının kəndarındadır. Bir neçə gündən sonra dərslər başlayır. Biz yenə 

kollecə gedəcəyik, yenidən Nərgizi görəcəm. Amma o, məni danışdırmayacaq. Mən 

onun qarşısında bir görün necə günahlar törətmişəm.  

Əminə ilə münasibətdən başlayaraq Ramini tapmaq xahişini yerə vurmağıma qədər, 

bir görün ona nə qədər mənəvi zərbələr vurmuşam...  

Mən  onun  qarşısında  günahkar  idim.  Səhvdən  səhv  törətmişdim,  onunla  dostluq 

münasibətlərində  ikən  Əminəylə  gizlin  əlaqə  saxlamağım  faş  olanda  onun  dərin 

nifrətini qazanmışdım.  

Onun gözündəki ucalıqdan yerə düşməyim mənə sarsıdıcı zərbə olmuşdu.  

Düzdür,  intihar  həddinəcən  çatmağıma  dözməyib  mənimlə  barışmışdı,  amma 

yanında gözü kölgəli idim...  

Depressiyaya  düşməyim,  narkotikaya  meylim,  həbsxana,  məcburi  müalicə 

məcburiyyəti... Səhv dalınca səhvlər...  

Hamısı Nərgizi itirməyim ucbatından idi əslində...  

Mən Nərgizə yazırdım:  

... Salam Mələk, necəsən?  

... Zəng edə bilərəm? Darıxmışam səninçün.  

... Onsuz da bilirəm, sən Ramini çox istəyirsən, mən artığam daha.  

... Allah haqqı, bir də səni üzməyəcəyimə söz verirəm. Hər şeyi düzəldəcəm, Mələk.  

... Dar şalvarla gödəkçə geyinmə, üstündən uzun bir şey geyin. Saçını da açıq qoyma. 

Bilirəm, sən bunları çox xoşlayırsan. Amma nə olar, eləmə.  

...  Səni  düşünürəm.  Sənin  üçün  yenə  o  yola  düşsəm,  inan  peşman  olmaram.  Sən 

yanımda  olsan,  heç  vaxt  heç  nədən  üzülmərəm.  Səndən  dəyərli  heç  nə  yoxdur 

həyatda.  

... Dərslərə  az qalıb. Həm  istəyirəm  iyun  tez  gəlsin, həm  istəyirəm  gəlməsin. Tez 

gəlməyini  onunçün  istəyirəm  ki,  səni  görəcəm.  Tez  gəlməməyini  isə  ona  görə 

istəyirəm ki, Raminin qayıtması da yaxınlaşır. Bu yadıma düşəndə çox qorxuram.  

downloaded from KitabYurdu.org



... Əgər qız oğlanı, yaxud oğlan qızı çox istəyirsə, qarşısındakı bunu dəyərləndirməyi 

bacarmalıdır.  Amma  bu  işdə  çox  vaxt  oğlan  vicdansızlıq  edir,  qızın  onu  çox 

istəməsindən istifadə edir. Və nəticədə qız bunu başa düşəndə ya depressiyaya düşür, 

onda insanlara inamsızlıq yaranır. Ya da özünə qəsd edir?  

... Məgər  sən  bilmirsən  səni  neçə  çox  istəyirəm?  Sən  bilmirsən, sən  yazmayanda, 

yaxud gec-gec yazanda mən necə darıxıram? Bilmirsən mənlə soyuq rəftar edəndə 

bu mənə necə pis təsir edir.  

... Nə olar, bir də Ramindən danışmayaq.  

... Səni dünyalar qədər istəyirəm, mənim biricik dostumsan. Bilirəm ki, mənə nifrət 

etməzsən, özün elə-belə deyirsən. Sənin məndən zəhlən gedə bilməz heç vaxt...  

... Sən həmişə bir cümlə cavab yazırsan. Sənin 20 mesajın mənim bir mesajımdır. 

Sənin  yazdığın  mesajların  üzünü  çıxartsan,  20  mesajından  bir  cümlə  güclə 

düzəltmək olar...  

... Yaxşı, mən sənlə razıyam. Ramin haqda düşünə bilərsən, onu fikirləşə bilərsən, 

hətta  onu  məndən  çox  da  istəyə  bilərsən.  Bunlara  qarışmıram.  Amma  əsla  məni 

üzmə, nə olar...  

... Söz verirəm, taparam Ramini sənin üçün...  

...  Ay  daa,  mən  bu  gün  səsini  eşidəcəm.  Demək,  25  dəqiqədən  sonra  danışa 

biləcəyik? Nə yaxşı. Çox sevindim. Nəhayət ki...  

... 15 dəqiqə qaldı.  

... 10 dəqiqə qaldı, Mələk.  

... Cəmi 2 dəqiqəyə zəng edirəm...  

... Vaxtdır, zəng edim?  

... Nə oldu, Mələk?  

... Zəng edim?  

... Danışa bilməyəcəyik? Axı niyə???  

downloaded from KitabYurdu.org


...  Sən  məni  dəyişməyə  çalışırsan,  hə?  Amma  dəyişə  bilməzsən,  mən  iki  il  öncə 

tanıdığın Anaram. Necə tanımışdınsa, elə də qəbul et...  

... Nə istəyirsən et. Get gir internetə, get şəhəri gəz, kiminlə istəyirsən danış... Daha 

heç nə deməyəcəm...  

... «Məni unut» yazırsan. Mən? Necə unudum? Sən bunu tələb edə bilməzsən. Sən 

öz ürəyinə hakimsən. Amma mənə zor edə bilməzsən.  

...  Yadında,  bir  dəfə  mənə  demişdin  ki,  yıxılan  adamı  arxadan  itələmək  olmaz, 

əksinə, əl verib qaldırmaq lazımdır. Çünki hər bir insanın dəstəyə ehtiyacı var. İndi 

də mən yıxılmışam. Çox xahiş edirəm, mənə əl ver, qalxım. Axı mənim də köməyə 

ehtiyacım var.  

... Mənimlə çox ürəksiz danışırsan. Axı bu, məni incidir.  

... Nə olar, belə etmə...  

... Etmə, nə olar.  

... Məni də çox istəməyin üçün nə etməliyəm? Mən də ayaqlarımı itirməliyəm?  



Yüklə 270,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin