«168 saat»ın «Talelər» rubrikası üçün bu dəfə taleyini bizə Ramin adlı bir gənc



Yüklə 270,33 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix13.04.2017
ölçüsü270,33 Kb.
#13894
1   2   3   4

5-ci hissə. Anar  

«... Bəs  niyə  min  illərdir  ki, heyvan, quş, balıq  və  həşəratların güclüləri zəiflərini 

məhv  etməkdə  ikən,  zəiflər  qırılıb  yox  olmurlar?  Meşədə  yalnız  pələng,  səmada 

qartal,  dənizdə  köpək  balığı,  səhrada  ilan  yaşamır?  Çünki  min  illərdir  ki,  daim 

təhlükədə  qalan  zəiflər  müxtəlif  yollar  axtarıb-aramaqla  ya  cəldliklərinin,  ya 

hiyləgərliklərinin, ya sürətli nəsilartırma qabiliyyətlərinin, hətta rəngdəyişmələrinin 

hesabına yaşamaqda davam edirlər.  

Heyvan,  quş,  balıq  və  həşəratların  vəhşi  qanunları  insan  cəmiyyətində  də,  ancaq 

nisbətən sivil formada mövcud olmaqdadır...  

Üstəgəl, insan cəmiyyətində zəif heyvan, quş, balıq və həşəratların malik olmadığı 

bir  silah  da  var.  Zəiflər  ümidlərlə  də  silahlanırlar.  Sabahkı  günə,  xoş  günə  olan 

ümidlərlə...  

Ümid ən təsirli tiryəkmiş, demə...».  

...  Həmin  vaxtlar  «Sonuncu  ölən  ümidlərdir»  kitabı  o  qədər  populyar  idi  ki, 

kollecimizdə hamı onu oxumuşdu. Hamının sözünün əvvəli də İlqarla Nailə idi, axırı 

da. Nərminlə mən də hər gün öz aramızda kitabı müzakirə edir, qəhrəmanları gah 

ittiham  edir,  gah  onlara  bəraət  verirdik.  Ümidlər  barədə  olan  sözləri  isə 

əzbərləmişdik. Axı biz də sabahkı günə ümid bəsləyir, ümidlə yaşayırdıq...  

Nərminlə indi lap yaxın idik. Mənim fədakarlıq göstərərək Əminədən ayrılmağım, 

məhz onu seçməyim Nərmində mənə olan hissləri birəbeş artırmışdı...  

downloaded from KitabYurdu.org


Dərs  günlərinin  birində  kollecin  həyətinə  çıxanda  bir  oğlanın  Nərminə  telefon 

nömrəsi verdiyini gördüm. Dərhal oğlanın üstünə cumdum, ona hədə-qorxu gəldim. 

«Bir də bu qıza yaxınlaşsan, səni o dünyaya vasil edərəm» söylədim. Yazıq oğlan 

ilim-ilim itdi.  

Əsəbi  halda  Nərminə  yaxınlaşıb  soruşdum  ki,  o  oğlan  niyə  sənə  telefon  nömrəsi 

verirdi? Nərmin dedi ki, məndən xoşu gəlir. Dedim, bəs sənin necə, sənin də ondan 

xoşun gəlirmi? Dedi, niyə də gəlməsin.  

Ardınca da köhnə söhbəti başıma vurdu, riyakar olduğumu, eyni vaxtda iki qızla bir-

birindən xəbərsiz yaxın olmağımı vicdansızlıq adlandırdı.  

Bu sözlər mənə çox pis təsir etdi. Nərmindən heç vaxt bu sayaq sözlər gözləmirdim. 

Keçmişi  tez-tez  xatırlaması  mənə  öldürücü  zərbə  idi.  Onun  kimisə  sevməsini, 

kimdənsə xoşu gəlməsini isə heç qəbul edə bilmirdim...  

Elə  şoka  düşmüşdüm  ki,  heç  özümdə-sözümdə  deyildim.  Qəzəbimi  boğa 

bilmədiyimdən yumruğumu düyünləyib kollecin pəncərə şüşələrindən birini qırıq-

qırıq etdim. Sağ əlimin üstü kəsik-kəsik olmuşdu, qan dayanmırdı.  

Nərmin  bunu  görüb  çox  pis  hala  düşdü.  Hönkürtü  ilə  o  qədər  ağladı  ki.  Gözləri 

qızardı, şişdi. Məndən niyə belə etdiyimi soruşdu, mən dedim ki, məgər bəlli deyil 

niyə belə eləməyim?  

And-aman elədi ki, o oğlandan xoşu gəlmir, sadəcə, məni qısqandırmaq üçün belə 

edirmiş...  

Son sözləri bu oldu:  

- Mənim heç kəsdən indiyədək xoşum gəlməyib, bundan sonra da gəlməyəcək...  

İki gündən sonra dərsləri yekunlaşdırıb tətilə çıxdıq, Nərminlə ayrıldıq. O vaxtan 

sonra  bir  daha  görüşmədik...  İndi  özümdə  güc  tapmalı,  iyunadək  Nərminsizliyə 

dözməli  idim.  Bir  də  iyunda  dərslər  başlayacaqdı  axı...  Arada  isə  onu  görə 

bilməzdim. O, evdən heç yerə çıxmırdı axı...  

downloaded from KitabYurdu.org


Mən  təbiətcə  özümü  güclü  sayırdım.  Amma,  demə,  zəifliklərim  var  imiş. 

Çevrəmdəki  uşaqlar  narkotik  aludəçiləri  idi,  şəxsi  həyatımda  uğursuzluqlar 

sıralanmaqda  ikən  get-gedə  çevrəmə  daha  çox  üz  tuturdum.  Kollecdən  tətilə 

çıxmağımız, Nərmindən ayrılmağım isə məni daha çox sıxır, depressiyaya salırdı... 

Özü də Nərmindən küsülü ikən ayrılmağım, mənə qarşı etdiyi son haqsızlıq heç cür 

mənə rahatlıq vermirdi... Heç bilmədim, necə oldu, narkotiklərə qurşandım. Hətta 

arada  üzərimdə  narkotik  maddə  gəzdirdiyim  üçün  həbs  də  olundum...  Ömrümdən 

keçən bu qara xətt məni məhrumiyyətlərə düçar etdi. Evdəkilər hər şeylərini satıb 

məni həbsdən qurtardılar...  

Sonra məcburi müalicə, narkotikdən asılılığının tam yox edilməsi prosesi oldu...  

Sonra bir qədər özümə gəldim, maddi sıxıntı amansız həmlə etmişdi ailəmizə, çox 

çətin  idi  dolanmaq...  Tikintiyə  fəhlə  düzəldim.  Daş  işi  heç  mənlik  deyildi,  ağır 

zəhmətə alışmamışdım... Amma məcbur idim...  

Beləcə,  həyatımın  ən  çətin  dönəmində  özümdə  güc  tapıb  məhv  olmaqdan  xilas 

oldum, min bir zəhmətə qatlaşıb özüm uçurub dağıtdığım ailə maddiyatımızı bərpa 

etməyə başladım...  

Bu arada Nərminlə ara-sıra SMS-ləşirdik. O, həm həyatımı bilir, həm də bilmirdi. 

Mənə dəstək olmaq istəyir, ürək-dirək verir, çox istədiyini söyləyirdi...  

... Sən hər şeyi ürəyinə salırsan. Heç nəyi ürəyinə salma, nə olar.  

... Nəsə olub, məndən gizlədirsən. Niyə yazmırsan?  

... Axı sənə nə olub, vallah narahatam. Dəli eləmə məni.  

... Sənin həbs olunmağını eşitdim. İnan, ayağımın altından yer qaçdı...  

... Sənin belə olmağın, bu başını gələnlər bəlkə də ən çox məni sarsıtdı. Axı niyə 

belə oldu?  

... Sən belə etməməliydin. İnsan necə yaşayacağını özü seçir. Sən nə fikirləşərək belə 

etdin, bilmədim. Bu, ən axırıncı variant idi. Bu, ölümə bərabər bir səhv idi.  

downloaded from KitabYurdu.org


... Harda işləyirsən? Yaxşıdır ki, iş tapmısan. Daha heç nə barədə düşünmə, hər şey 

arxada qalıb. Yeni bir səhifə aç.  

Müalicə  al,  təmiz  qurtar.  Gələcəyini  düşün.  Sənin  həyatın  hələ  qabaqdadır,  bunu 

unutma.  

... Düşün ki, özündən başqa ailən də var, onlara inamı yenidən qazandır. Sən mənim 

ağıllı dostumsan, hər şeyə yenidən sahib olacaqsan!...  

Amma mən hər şeyin belə davam etməsini istəmirdim. İçimdə bir utanc hissləri var 

idi.  Daha  onu  –  o  gözəllik  simvolunu,  o  ülvi  və  pak  qızcığazı  özümə  – 

narkomaniyaya meyl etmiş, həbsxana görmüş birisinə yaraşdıra bilmirdim. Odur ki, 

günlərin birində telefonumu söndürdüm və Nərminlə əlaqələrim büsbütün kəsildi...  

«Əvvəl işıq vardı, sonra zülmət gəldi. Əvvəl zülmət vardı, sonra işıq gəldi. Biri var 

zülmət içində işıq axtarasan, biri də var işığın içində zülmət. Birincidə sən nikbin, 

sabahkı günə inanan bir insan ampluasında görünürsən. İkincidə isə mənən, ruhən 

ölmüş birisən...» («Sənə inanıram» kitabından).  

5-ci bölüm. Anar  

Günlər keçir ağır-ağır  

Səndən ayrı.  

Yollarıma çiskin-çiskin  

kədər yağır,  

səndən  ayrı...  Nərminsiz  qalmaq  çox  çətin  idi.  Yeganə  təsəllim  onun  yazdığı  və 

silmədən  qoruyub  saxladığım  SMS-ləri  dönə-dönə  oxumaq,  birgə  dinlədiyimiz, 

sevdiyimz türk musiqilərini dinləmək, bir vaxtlar baş-başa verib oxuyaraq müzakirə 

etdiyimiz sevgi romanlarını təkrar-təkrar vərəqləmək idi.  

Ancaq heç cür toxtaya bilmir, hara gedirdimsə, nə edirdimsə, beynimdən onu qopara 

bilmirdim.  Gözlərim  hey  onu  axtarırdı.  Hər  an  mesajını  gözləyirdim.  Halbuki, 

onunla  ünsiyyətdə  olduğum  telefonu  axı  söndürmüşdüm.  Ondan  daha  mesaj  gələ 

bilməzdi...  

downloaded from KitabYurdu.org



6-cı bölüm. Ramin  

Həyatım qəfildən büsbütün dəyişdi.  

20 yaşında ikən avtomobil qəzasına düşüb yerimək qabiliyyətini itirdim. İlk dövrdə 

nitqim  də  tutulmuşdu.  Ancaq  sonra  nitqim  düzəldi,  bununla  belə,  ayaqlarım 

açılanadək heç kəslə kəlmə kəsməyəcəyimə qərar verdim. Ailəmizdən başqa hamı 

ilə  ünsiyyəti  qırdım.  Dostları,  qonşuları,  qohumları,  sevdiyim  qızı...  hamını  öz 

şikəstliyimə  görə  unutmağa  məhkum  idim.  İstəmirdim  halıma  acısınlar,  mənə 

yazıqları gəlsin...  

Qəribə  bir  məşğuliyyət  tapdım  dörd  divar  tənhalığının  ölü  sükutunda.  Telefon 

nömrələri yığıb SMS göndərirdim. Gözləyirdim ki, bu SMS-lərin birinə haçansa bir 

gözəl qız cavab verər. Cavablar oxşar və monoton olurdu adətən:  

«Səhv düşmüsünüz...»  

«Hansı nömrə lazımdır ki, sizə?...»  

«Mən sizi tanımıram...»  

«Bir də bu nömrəyə SMS yollamayın...»  

Amma  bir  gün  istədiyim  oldu.  Nərmin  adlı  bir  qız  öncə  SMS-imi  top-tüfənglə 

qarşılasa da, ardıcıl yazmağım, əl çəkməməyim onda mənə qarşı maraq yaratdı.  

O,  əsəbi  halda:  «Axı  nömrəmi  hardan  əldə  etmisən?»  sualını  verəndə  «Məni  səni 

tanımıram,  heç  görməmişəm,  sırf  təsadüfdir»  cavabını  yazdım.  Sonra  başıma 

gələnləri ona yazdım. Yazdım ki, 22 yaşım var, 20 yaşında ikən musiqi kollecinin II 

kursunda  oxuduğum  vaxtlarda  öz  maşınımla  qəzaya  uğramışam,  27  gün  komada 

qalmışam. 2 ildir hələ də ayaqlarım tutmur. Düzdür, təzə-təzə buna inanmadı, amma 

mən  onu  inandırmağa  çalışdım.  Niyə  belə  olmağının  səbəbini  soruşdu.  Dedim, 

mənim  sevdiyim  qız  var  idi.  O  qız  AZİ-də  oxuyurdu.  İki  il  idi  ki,  bir-birimizi 

sevirdik.  Bir  gün  dostum  mənə  sevdiyim  qızın  «Gəncliy»in  parkında  bir  oğlanla 

görüşdüyünü  dedi.  Mən  maşına  oturub  ora  gedərkən  surət  həddini  aşdığım  üçün 

qəzaya  uğradım.  Və  başıma  bu  iş  gəldi.  Bir  az  inandı.  Amma  çox  təkid  etdi  ki, 

downloaded from KitabYurdu.org



telefonda danışmalıyıq. Dedim, bu mümkün deyil, mən 2 ildir susuram. Komadan 

ayıldığımda  dilim  söz  tutmurdu,  danışa  bilmirdim.  Amma  sonra  düzəldi,  özüm 

danışmadım. Soruşdu niyə? Dedim, bu, mənim prinsipimdir. Özümə söz vermişəm 

ki, sağalmayınca heç kəslə danışmayacağam. Heç evdəkilərlə də danışmıram.  

Mən  ona  ilk  SMS-i  fevral  ayının  17-si  yazmışdım.  İki  günlük  ardıcıl  yazışmadan 

sonra  mən  ondan  istədiyim  sözü  aldım.  Əlbəttə  ki,  bu  sözü  böyük  səbirsizliklə 

gözləyirdim. O yazmışdı: «Çox gözəl nömrən var». Axı mənim çox super Bakcell 

nömrəm var idi. Bu vəziyyətdə qürrələnəsi yeganə şey bu nömrə idi.  

Fürsətdən istifadə edib məni daha çox istəməyi, mənə inanmağı üçün öz nömrəmə 

uyğun, yalnız son rəqəmi fərqli olan bir nömrə aldım və içinə onun 18 yaşına uyğun 

olaraq  18  min  kontur  yüklədim.  Nömrə  və  kontur  zərfini  Gənclikdə  yerləşən 

Mac,donalds-a qoydum. Nərminə də yazdım ki, sənə filan yerdə kiçik bir hədiyyə 

qoymuşam, get götür.  

Təəccübləndi,  tərəddüd  etdi.  Götürməyəcəyini  söylədi.  İki-üç  saat  müzakirə  və 

mübahisə etdik. Axırda bir təhər hədiyyəni götürəcəyinə razı sala bildim onu.  

Bir müddət sonra nömrəni telefona taxıb necə gözəl nömrə olduğunu, üstəlik 18 min 

konturla yükləndiyini bildi. Yazdı ki, çox təəccübləndim və sevindim. İndiyədək heç 

kəsdən belə hədiyyə görməmişdim. Yazdı, sənə çox minnətdaram, amma hədiyyəni 

qəbul edə bilməyəcəm, belə bahalı hədiyyəni qəbul edə bilmərəm...  

Paralel  olaraq  onun  həyatını  büsbütün  öyrənmişdim.  Anar  barədə  də  hər  şeyi 

bilirdim. Münasibətləri qədərincə mənə aydın idi.  

Mən  bilirdim  ki,  onun  Anara  olan  istəyində  Anarın  onu  dəlicəsinə  qısqanması 

başlıca  yer  tuturdu.  Bu  xüsusiyyəti  bəyəndiyindən,  mən  də  qısqanclıq  oyununa 

başladım. Yazdım, səni daşa-divara qısqanıram, bu nömrə səndə olsa rahatlaşaram, 

bilərəm başqası ilə SMS-ləşmirsən... Nəhayət onu razı sala bildim...  

Beləcə,  ünsiyyətmiz  möhkəmləndi.  Çalışırdım  Anarda  olan  xüsusiyyətləri  bir-bir 

ortaya qoyum. «Sevdiyin varmı?» sualıma «yox» cavabı vermişdi...  

downloaded from KitabYurdu.org



Mən həm istəyirdim onun Anar haqqında nə düşündüyünü öyrənim, həm də Anarsız 

keçirdiyi  həyatına  bələd  olmaq  istəyirdim.  Dəhşətli  bir  «qısqanc  dost»  obrazı 

yaratmışdım. Hətta bəzən «kopya Anarsan» deyirdi mənə, soruşanla ki, Anar kimdir, 

cavab vermirdi. Onu rəfiqələriylə harasa getməyi belə qoymurdum. Özümü ona o 

qədər istətmişdim ki, kimsə narahat edəndə mənə bildirirdi. Hətta ona edilən gizli 

zəngləri belə tuturdum, bir də belə zəng gəlmirdi.  

Gəzə bilməyən bir adamın onun üçün bu qədər şey eleməsi çox təsiredici idi, odur 

ki, Nərmin get-gedə daha çox bağlanırdı mənə.  

Bir dəfə dostluq mövzusunda söhbət açdım, soruşdum oğlan dostun olubmu, dedi 

olub, adı da Anar. Cəld də əlavə etdi ki, xasiyyəti eynən səninki kimidir. Dedim nə 

Anar, harda qalır? Dedi Xırdalanda. Oyunun qaydalarına görə mən Anarı tanımalı 

idim,  belə  daha  rahat  olacaqdı  gələcək  münasibətləri  qurmağa.  Dedim  xırdalanlı 

Anarı mən də tanıyıram. Nərmin bu təsadüfə çaşıb qaldı. Öncə inanmadı. Amma 

mən  söylədim  ki,  həyatda  təsadüflər  çox  olur.  Məndən  Anarı  necə  tanıdığımı 

soruşdu. Dedim uğrunda qəzaya uğradığım qız var idi, yadında, sənə danışmışdım? 

O qız da Xıdalanda qalır. Qızın sinif rəhbəri Anarın anası olub.  

Nərmin heyrət içində bildirdi ki, xasiyyətinizin eyniliyi, görünür, tanışlığınızı zəruri 

edibmiş. İkiniz də qısqanc, ikiniz də davakar, ikiniz də mütaliəni - kitab oxumağı 

sevən... Dərhal məndən xahiş etdi ki, istədiyim qızdan Anar barədə soruşum. Dedi 

qurban sənə, öyrən gör Anar hardadır, niyə telefonunu söndürüb, nə olub ona?  

Dedim  öyrənərəm.  Ancaq  Anarın  başına  gələnləri  artıq  bilirdim.  O  narkotikaya 

qurşanmış, hətta həbs də olunmuşdu. Çıxandan sonra müalicə alırdı. Ertəsi gün ona 

yazdım  ki,  Anarın  başına  nəsə  faciə  gəlib.  Heç  evlərinə  də  getmir.  Nərmin  göz 

yaşları içində məndən xahiş etdi ki, Anarı tapım.  

Ona Anarı tapacağıma söz verdim.  

7-ci bölüm. Anar  

Gözlərinə de ki,  

downloaded from KitabYurdu.org


girməsinlər yuxuma,  

nə kədərli,  

nə sevincli,  

nə şirin vədəli.  

Dodaqlarına de ki,  

Çəkilsinlər xəyalımdan.  

Pıçıltılı,  

gileyli,  

hədəli.  

Bu  gözəl  şeir  parçasını  «Sonuncu  ölən  ümidlərdir»  kitabından  götürmüşdüm. 

Əzbərləmişdim bu parçanı.  

Eləcə də bunu:  

Qəlbim yaman kövrəlib,  

yaman doluxsunmuşam.  

Yadıma yenə də sən,  

Sən düşmüsən bu axşam.  

Gəlib qulaq asasan,  

Neçə dərdim, acım var.  

Eh, indi bilsən sənə,  

Necə ehtiyacım var.  

Gözəl şairlərimizin kitabdan götürərək əzbərlədiyim belə gözəl, qəlbi riqqətə gətirən 

parçaları  çox  idi.  Eləcə  də  Varisin  kitablarından  bu  cür  ibrətamiz  cümlələr 

köçürmüşdüm qara üzlü cib dəftərçəmə: “Əvvəl işıq vardı, sonra zülmət gəldi. Əvvəl 

zülmət vardı, sonra işıq gəldi. Biri var zülmət içində işıq axtarasan, biri də var işığın 

içində  zülmət.  Birincidə  sən  nikbin,  sabahkı  günə  inanan  bir  insan  ampluasında 

görünürsən, ikincidə isə mənən, ruhən ölmüş birisən”. Və yaxud bu fikrini: “Yalan 

nədən  yaranır?  Təbii  ki,  qorxudan.  Qorxu  bizim  qərar  qəbul  etməyimizin  əsas 

downloaded from KitabYurdu.org



ləngidicisidir.  O,  qəbul  etdiyimiz  qərarı  tükürpədici  səslə  dayandıran  əyləcdir”. 

Bunları Nərmin də xoşlayırdı. İndi bu misraları, bu kəlamları beynində təkrarlayıb, 

Nərmini  xəyalımda  canlandırır,  onunla  birgə  keçən  günlərin  xiffətini  çəkirdim. 

Onun üçün burnumun ücü göynəyirdi.  

Və  Raminlə  tanışlığından  xəbər  tutandan  sonra  onu  qısqanmağa  başlamışdım. 

Başqasıyla ünsiyyət qurmağı, get-gedə ona daha çox bağlanmağı ilə, demək mənə – 

Anara  xəyanət  edirdi...  Get-gedə  peşiman  olurdum  törətdiklərim  üçün.  Məni 

gizlənməyə məcbur edən, mənə utanc gətirən şeylər dünyada ən çox istədiyim adamı 

- Nərmini də əlimdən almışdı...  

Bir müddət mənim nömrəm bağlı qaldıqdan sonra telefonu yandırdım. Sən demə, 

Nərmin  hər  gün  mənə  zəng  edirmiş.  Mənimçün  çox  narahat  idi.  Biz  danışdıq. 

Məndən eşitdiklərinin düz olub-olmadığını soruşdu. Mən dedim düzdür, sən bunları 

hardan bilirsən? Nərmin mənə Ramin adlı bir oğlanla telefonda dost olduğunu dedi. 

Dedi  sənin  barəndə  bu  məlumatları  da  Ramin  deyib.  Mən  təbii  ki,  bunu  normal 

qarşılamadım. Soruşdum, niyə dost olmusan? Axı sən oğlanlara inanmırdın? Dedi 

yaxşı oğlandır. Həm də sənin kimidir. Dedi heç vaxt telefonda danışmamışıq, ancaq 

SMS-ləşmişik.  O  gəzə  bilmir,  xəstədir.  Ancaq  sağalana  kimi  dostluq  edəcəm. 

Sağalsın,  ayrılacam.  Və  mən  Raminlə  görüşəcəyimi  söylədim.  Nərminə  dedim 

Raminə inanmıram, bəlkə səni aldadır, bəlkə gəzə bilir? Dedi get yoxla.  

Mən guya, gedib Raminlə görüşdüm və Nərminə doğrudan da onun gəzə bilmədiyini 

söylədim. Ancaq, əslində, getməmişdim. Zəng edib soruşmuşdum.…  

Beləcə, münasibətlərimizin yeni mərhələsi başladı. Bu mərhələdə artıq hər ikimiz - 

Anar  da,  Ramin  də  Nərminlə  danşırdıq.  Nərmin  Raminlə  aralarında  olan  bütün 

söhbətləri  açıb  mənə  danışırdı.  Hərdən  Raminin  ona  canım,  ürəyim  deməsindən 

əsəbləşdiyini də bildirirdi. Ancaq xahiş edirdi ki, Raminə heç nə deməyim.  

Get-gedə gözümün qabağında Nərminin dəyişməsinə dözə bilmirdim. Onu Raminə 

dəlicəsinə qısqanırdım. Ramini öldürmək həddinə çatmışdım hətta.  

downloaded from KitabYurdu.org



Amma nə etmək olar... Bu oyunu özüm başlamışdım. Özüm də sona çatdırmalıydım. 

Oyun  hara  kimi  davam  edəcəkdi,  axırı  nə  olacaqdı,  təsəvvürümə  belə  gətirə 

bilmirdim...  

Günlər beləcə keçir, Nərmin-Anar-Ramin üçbucağı daha da möhkəmlənirdi...  

Bu arada çox ciddi problemlər də yaranmışdı...  

Mən  əvvəllər  konturlara  hədsiz  pul  xərcləyirdim.  Çünki  bütün  sutkanı  Nərminlə 

mesajlaşırdıq. Qıza da konturu mən yükləyirdim.  

Başıma  gələn  problemlərdən,  ailəmiz  varidatını  itirəndən  sonra  çox  ciddi  maddi 

sıxıntı  çəkirdim.  Tikintidə  işləməklə  –  quru  maaşla  ailənin  və  özümün  yükünü 

çəkmək axı çox ağır idi.  

İndi  Nərminlə  əlaqəni  yenidən  bərpa  etdikdən  sonra  «konturlara  hardan  pul 

tapmaq?» sualı qarşımda keçilməz bir çəpər kimi dayanmışdı. Təkcə fevral ayının 

sonunda – 13 günə bir-birimizə yazdığımız mesajların sayı 4300 olmuşdu...  

Təcili nəsə etmək lazım idi...  

... Bir müddət üçbucaqda qaldıqdan sonra gecənin bir aləmində, Nərmin yatan vaxt 

ona  belə  bir  mesaj  yazdım:  «Sən  Ramini  çox  istəyirsən.  Sən  mənə  olan  istəyini 

onunla  bölürsən.  Amma  mən  səni  kiminləsə  paylaşa  bilmirəm.  İstəmirəm  kimisə 

belə istəyəsən. Mən sənin ömründən çıxıram. Əlvida!».  

***  

«Küsdüm.  Bu  nə  deməkdir?  Mənim  üçün  nəyin  yaxşı,  nəyin  pis  olduğunu  özüm 



qərar  verə  bilərəm.  Sən  niyə  mənim  əvəzimə  qərar  verirsən?  Xətrimə  dəydin. 

Ağlayım indi?».  

Bu mesajı o vaxt mənə Nərmin yazmışdı, hələ Ramin yox idi onda. O vaxt onun 

əvəzinə qərar verib onu hövsələdən tez-tez çıxardırdım. İndi də onun əvəzinə qərar 

verdim. «Anar, yoxsa Ramin» seçimində Nərmini Raminlə baş-başa qoyub Anr kimi 

sakitcə qeyb oldum. «... Məşhur bir əhvalat var, magistral yolun kənarında bir yoxsul 

uşaq  yaşayır.  Bahalı  maşınlarda  gəlib-gedən  yaşlı,  varlı  qocalara  həsədlə  baxır... 

downloaded from KitabYurdu.org



Onların yerində olmağı arzulayır. İllər keçəndən sonra həmin uşaq var-dövlətə çatır, 

qocalır. Bir dəfə həmin magistral yoldan bahalı maşınla keçəndə isə yolun kənarında 

durub gəlib-gedənlərə baxan yoxsul bir uşaq görür... Həsədlə o uşağa baxır, onun 

yerində olmağı arzulayır...». Bu hissəni oxcuyub kitabı yerə qoydum...  

Doğrudan da, insan çox mürəkkəb bir varlıq imiş. Gündəlik həyat tərzi, düşüncələri, 

arzu və istəyi daim dəyişməkdə, daim təzad yaratmaqdadır...  

Eləcə də, mən özüm... Bir vaxtlar Nərminli həyatımda hamı mənə həsəd aparırdı... 

Sonra onu öz əllərimlə Raminə verdim, indi mən Raminə həsəd aparırdım...  



4-cü hissə  

8-ci bölüm. Ramin  

Nərminlə münasibətlərimiz dərinləşdikcə özümü xoşbəxtlərin xoşbəxti sanırdım. O, 

ildırım sürətiylə mənimlə yaxınlaşdıqca, hiss edirdim ki, eyni sürətlə də Anardan 

uzaqlaşır...  

Nərminin öncəki SMS-ləri belə idi:  

... Dostum idi, bəlkə də dost yox, qardaş idi...  

...  Elə  yaxşı  idi  ki.  Mən  onu  heç  vaxt  unutmaram.  Mənə  çox  yaxşılıqlar  etmişdi. 

Yaxşılıqlarını unutmaram sadəcə.  

... Məni hər şeydən, hər kəsdən qoruyurdu. Mənə bir artıq söz deyən olsaydı, davaya 

gedərdi. Başım ağrıyanda dərman alardı...  

... O, çox yaxşı oğlan idi. Onu o qədər çox istəyirdim ki...  

Amma sonrakı SMS-lər get-gedə məzmunca dəyişilirdilər:  

... Yox, dedim axı, o, mənim dostum deyil, sadəcə, qrup yoldaşıyıq biz.  

...  Mənim  elə  dostum  olmayıb,  yoxdur.  Başa  düşürsən?  Mən  daha  onunla 

danışmıram.  

...  Nə  xəyanət?  Mən  Anara  xəyanət  edirəm?  Dosta  xəyanət  olar?  Sadəcə,  belə 

olmalıydı, oldu da. Onun adını çəkmə! Birdəfəlik!  

downloaded from KitabYurdu.org



...  Eh.  Niyə  yaşayım,  niyə?  Hər  gün  eyni  şeylər,  eyni  mənasız  həyat.  Çox  pis 

xüsusiyyətlərim var. Tez inanan, tez ağlayanam...  

...  O  kimdir  axı,  səni  məndən  kənarlaşdırmaq  istəyir?  Onun  dediklərini  etmək 

istəyirsən ki? Mən onu biryolluq siləcəm...  

Anarla  münasibətləri  kəsildiyindən,  Nərminin  qanının  qaraldığını  da  sezirdim. 

Arada məndən təkidlə Anardan bir xəbər bilməyimi tələb edirdi. Müalicəmlə bağlı 

İrana gedəsi oldum. Nərminlə martın 4-ü İrana – müalicəyə getdiyimi söyləyib ora 

yola düşdüm. Orada 9 gün qalıb Bakıya döndüm. Ayın 13-ü artıq evdə idim. Gələn 

kimi  həddən  artıq  darıxdığımı  ona  yazdım.  Bildirdim  ki,  gəlmişəm.  O,  sağalıb-

sağalmadığımı soruşdu. Dedi nə olar, de ki, artıq gəzə bilirəm, sevindir məni. Dedim, 

hələ  sağalmamışam,  əməliyyat  olunmalıyam,  inşallah,  aprelin  2-də  yenidən  İrana 

qayıtmalıyam.  Nə  illah  elədi  ki,  gəl  danışaq,  səsini  eşidim,  dedim  yox,  bu 

mümkünsüzdür...  

Yazışmalarımız  yenə  əvvəlki  qaydada  davam  etməyə  başladı.  Bir  gün  məndən 

kimdənsə  xoşumun  gəlib-gəlmədiyini  soruşdu.  Dedim  ki,  bir  qızdan  xoşum  gəlir. 

Əgər evlənsəm, o qızla evlənəcəm. İlk dəfə Nərmin məni qısqandı. Dedi, yox, heç 

kəsi sevmə, birinci dəfə idi ki, mənə belə bir söz deyirdi. Danışmadığı, görmədiyi, 

birini qısqanmışdı. Sonra özü də dedi ki, bu nədi e, artıq gicliyim tutur. Danışmayaq 

bu barədə.  

Bir  müddətdən  sonra  Nərmin  yenidən  dirəniş  göstərdi  ki,  mütləq  telefonda 

danışmalıyıq. Dedi, bu dəfə də danışmasan, səndən ömür billah küsəcəyəm. Dedi, 

pis vəziyyətdəyəm, kefim yoxdur, danışaq, bir az özümə gəlim.  

Nə  qədər  etiraz  etdimsə  də,  mümkün  olmadı.  Çox  çıxılmaz  vəziyyətdə  idim.  Axı 

danışa bilməzdik, danışsaydıq... Yox, bir sirr vardı, danışsaydıq bu sirr açılacaqdı... 

Məcbur  qalıb  vaxtı  uzatmağa  çalışdım:  «İndi  evdə  qonaqlar  var,  getsinlər,  zəng 

edərəm»,  -  söylədim.  Dedim,  bəlkə  çılğınılığı  keçər  və  zəngləşmək  məsələsi 

downloaded from KitabYurdu.org


yadından çıxar. Amma yox. Dəqiqədən bir yazırdı ki, nə oldu, qonaqlar getmədi? 

Yazırdı ki, bu gün də danışmasaq, doğrudan səninlə qurtaracam...  

Məhz bu anda Anar təsadüfən ona zəng etdi... Uzun fasilədən sonra olan bu zəng 

Nərmini o qədər təəccübləndirdi ki. Və həm də o qədər sevindirdi ki... Nərminin bir 

müddət yazmadığını görəndə nömrəsini yığıb məşğul olduğunu görmüş, şübhələnib 

dərhal Anarı yığmış, onun da nömrəsinin məşğul olduğunu görmüşdüm. Mən əmin 

idim ki, bu an Nərminin titrək səsində həyəcan, sevinc tonu vardı, başa düşürdüm 

ki, o, Anarı necə də çox istəyirmiş...  

Nərminlə  Anar  danışırdı,  mənsə  tək  qalmışdım.  Ona  mesaj  yazdım.  Yazdım  ki, 

qonaqlar getdi, zəng edim? Təbii ki, Anarla danışdığı üçün Nərmin bu mesaja cavab 

yaza bilməzdi. Ardınca növbəti SMS-lər yazıldı:  

«Zəng edim, ya yox?»  

«Nə oldu, niyə cavab vermirsən?»  

«Demək, danışmaq istəmirsən?»  

«Bax indi danışmasan, bir də heç vaxt danışmayacam səninlə».  

Amma Nərmin cavab vermirdi. Doğrudan da, o, ilk dəfə, heç vaxt üzünü görmədiyi, 

səsini  eşitmədiyi,  bağlandığı  bir  oğlanla  danışacaqdı,  danışmayan  bir  oğlanı 

danışmağa vadar edəcəkdi. Amma Anara görə bu oğlandan – məndən vaz keçdi. Hər 

gün mənimlə danışmaq istəyən, bunu arzulayan Nərmin, bu gün Anara görə bunu 

etmək istəmədi.…  



Yüklə 270,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin