«168 saat»ın «Talelər» rubrikası üçün bu dəfə taleyini bizə Ramin adlı bir gənc



Yüklə 270,33 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix13.04.2017
ölçüsü270,33 Kb.
#13894
  1   2   3   4

 

SEVGİ ÜÇBUCAĞI 

«168  saat»ın  «Talelər»  rubrikası  üçün  bu  dəfə  taleyini  bizə  Ramin  adlı  bir  gənc 

danışdı. Bu yazıda onun qəribə həyatından söz açacağıq. Bu həyatda hər şey var: 

enişlər,  yoxuşlar...  Sevinc  dolu  anlar,  sarsıntılar...  Ümid  seli  və  ümidsizlik 

qəbiristanlığı... Bu həyatda Anar adlı bir rəqib də var.  

Və  bu  həyatda,  həm  də  Nərmin  adlı  məsum  bir  qız  da  mövcuddur.  Raminin 

həyatında indi tək bir qız – Nərmin olduğu halda Nərminin həyatında iki oğlan var: 

Anar və Ramin. Anar onu Mələk adlandırır, Raminsə Nina.  

Anar və Ramin arasında Nərminin ürəyini fəth etmək üçün amansız çırpışma gedir. 

Onlar bir-birilərini fiziki cəhətdən məhv etmək dərəcəsinədək düşmənçilik edirlər.  

Nərminin ürəyindən də belə bir amansız çırpışma gedir. Anar, yoxsa Ramin... Öncə 

Anar gəlmişdi, sonra Ramin gəldi. Başlayaq öncədən...  

«... Ağıl, məntiq, düşüncə, iradə, əxlaq, gözəllik, qürur, şərəf, mənlik – ideal insan 

hisslərinin bütün çalarları. Allah ondan heç nəyi əsirgəmədi və o da öz üzərinə düşən 

öhdəlikləri layiqincə həyata keçirməkdədir. O, yaşamır, yaşamağı öyrədir. Allah onu 

yaratdı ki, bir çoxlarını örnək olsun. Öz füsünkarlığı, əsrarəngizliyi ilə, ən əsası da, 

ağılı, kamalı ilə.  

Həmişə belə qal, Nərgiz.  

Sən  bəzən  mənə  yad,  bəzən  də  doğma  olursan.  Amma  yad  olanda  belə  doğma 

olduğunu gizləyə bilmirsən...  

Mənim  Nərgizim...  Mənim  qara-boz  həyatımı  ən  al-əlvan  rəng  çalarları  ilə 

zənginləşdirən tale rəssamım...».  

Bu etirafı Ülvi Nərgizlə tanış olduqdan az sonra etmişdi...  

PROLOQ  


Dünən sənin telefonun öldü: Ölən yalnız adamlar olmur ki, telefon nömrələri də ölür. 

Ömrü  boyu  çox  rəqəmlər  unudacaqsan:  Pasportunun  nömrəsini,  dostunun  telefon 

downloaded from KitabYurdu.org


nömrəsini,  aya  qədər  olan  məsafəni,  yaşadığın  şəhərin  əhalisinin  sayını,  başqa 

rəqəmləri – hamısını unudacaqsan. Bircə bu 7 rəqəmdən savayı. Bu 7 rəqəm, özü də 

mənə bu ardıcıllıqda sənin üçün ən əziz hədiyyə idi. 7 rəqəm, onun səsi və dəstəkdən 

gələn bənövşə ətri.  

Bəzən mən telefonu elə qaldırırdım ki, sanki röyalın qapağını qaldırırdım. Bəzən bu 

telefon dəstəyini elə qoyurdum ki, elə bil tabutun qapağını bağlayırdım.  

İndi  bu  nömrə  yoxdur.  Yox,  əslində  var,  ama  mənimçün  yoxdur.  Mənimçün  bu 

nömrə  indi  yasaq  ərazidir.  Barmağımın  altında,  telefon  nömrələrində  yerləşən  7 

rəqəm indi mənim üçün keçilməz bir məsafədir, kilometrdir, uzun bir yoldur. Mən 

bu məsafənin 5-dən 4-nü keçə bilərəm, 6 rəqəmi yığa bilərəm. Amma heç vaxt son 

rəqəmi - 7-cini yığa bilməyəcəm. Sənin nömrən bağlı qapıdır, açarını itirmişəm.  

Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidər və deyərdim, - sənə nə olub.  

Səni  görməyə  də  bilərdim,  amma  məsafədən  belə  duyurdum.  Sahil  kəndlərinin 

sakinləri  dəniz  görməyəndə  belə  duyduqları  kimi.  Bala  bir  quş  gözləri  görməyə-

görməyə  uzun  bir  məsafədən  anasını  hiss  etdiyi  kimi  səni  həmişə  hiss  edəcəm. 

Amma heç vaxt... heç vaxt... heç vaxt...  

Toxuna bilməyəcəm.  

Anar «Mən, sən, o və telefon» hekayəsindən...  

1-ci hissə. Anar  

Adım  Anardır.  23  yaşım  var.  Həm  bütün  tay-tuşlarım  kimiyəm,  həm  də  onların 

hamısından fərqliyəm. Fərqlərim çoxdur, xasiyyətimin çox qəliz olmasını söyləyir 

doğmalarım,  məni  tanıyanlar.  Ancaq  fərqlərimin  ən  əsası  bu  deyil.  Məni  tay-

tuşlarımdan  fərqləndirən  ən  başlıca  cəhət  odur  ki,  mən  Nərmini,  «Mələk» 

adlandırdığım bu fövqəladi insanı tanıyıram. Qələmin mürəkkəbliyinə səmimiliyimi 

qatsam,  onun  haqqında  qələmin  vərəq  üstündə  həkk  etdiyi  ilk  söz  bu  olar:  «onu 

tanımıram».  Axı  necə  tanımaq  olar  daim  dəyişən,  təkmilləşən,  gözəlləşən  birini, 

hərdən özündən razı olan, özünü çəkən, utopiyalardan kənar realist birini? Düşüncə 

downloaded from KitabYurdu.org



selinə malik olan bu qızı tam tanımaq məgər mümkündürmü? Çoxcildlik bir kitabdır 

sanki o. Amma bu kitabı o hamıdan gizlin saxlasa da, kitab rəfinin ən hündür qatında 

əlçatmaz bir yerdə gizləsə də, ona həsəd aparan, onun yaxınlığına nail olmaq üçün 

yüzlərlə pərəstişkarından qoruyub saxlasa da, tək məndən gizləmir. Məndən, bir də 

Ramin adlı birisindən...  

Çox xoşbəxtəm ki, onun ürəyini ilk fəth edən məhz mən olmuşam. Çox xoşbəxtəm...  

***  

2009-cu  ilin  oktyabr  ayının  8-i  idi.  Mən  qiyabiçi  tələbəyəm,  kollecdə  oxuyuram. 



Qrupa daxil olanda gözümə bir qız sataşdı. Dərhal içimdə məhrəm, ilıq hisslər baş 

qaldırdı.  Çox  gözləyə  bilmədim,  elə  ertəsi  gün  söz  göndərdim,  ondan  xoşum 

gəldiyini bildirdim. Adı Əminə idi qızın. Amma bunun qarşılığında «sevdiyim oğlan 

var»  söyləyib  Əminə  mənə  rədd  cavabı  verdi.  Təbii  ki,  centlimenlik  edərək  üzr 

istədim və onu bir daha narahat etməyəcəyimi söylədim. Üstündən bir müddət keçdi. 

Dekabr gəldi, artıq havalar soyumuş, ilin son günləri şaxta-sazağı ilə sanki dayanıb 

durmaq, vida anlarını uzatmaq və ən əsası da, getməsinin, qeyb olmasının hayıfını 

çıxmaq istəyirdi. İçimdə bir ölgünlük, boşluq var idi. Arabir onu görür, üzümü yana 

çevirib keçib gedirdim. Amma fikrimdə, xəyalımda həmişə o idi. Onu heç cür unuda 

bilmirdim...  

Dekabrın  20-də  Azər  adlı  qrup  yoldaşım  zəng  edib  bildirdi  ki,  Əminə  mənim 

nömrəmi istəyir. Həyəcan qarışıq sevinc hissi içimə dolub bütün varlığımı əsir elədi. 

İnanmayırmış kimi bir də ona bu sözləri təkrar elətdirdim.  

- Əminə deyir ki, Anarın nömrəsini mənə ver...  

Dilim topuq vura-vura «... əlbəttə ver» sözlərini söylədim. Əminə zəng vurdu, mənə 

simpatiyası  olduğunu  bildirdi,  dost  olmağımızı  təklif  etdi.  Həm  də  etiraf  etdi  ki, 

sevdiyi  yoxdur.  İlk  tanışlıqda  yalandan  mənə  guya  sevdiyi  oğlan  olduğunu 

bildiribmiş...  

downloaded from KitabYurdu.org


Və  beləcə  dostluğumuz  başladı.  Biz  kollecdən  kənarda  görüşür,  daha  çox  parka 

gedir,  bir-birimizi  tanımağa  çalışırdıq.  Zarafatlaşır,  deyib-gülür,  telefonlarımıza 

şəkil, musiqi göndərirdik. Qış vaxtı boşalmış parkdakı görüşlərin ən böyük özəlliyi 

o idi ki, biz tam sərbəst olurduq, ətrafda heç kim olmur du. Bir dəfə əlindən tutmaq 

təmasından başlayıb ta ki, odlu yanaqlarını öpmək yaxınlığınadək yaxınlaşmışdıq... 

Butün  qrup  qızları  mənim  Əminəni  sevdiyimi  bilirdilər.  Nərmin  adlı  bir  qız  – 

Əminənin  rəfiqəsi  isə  bizim  yaxınlaşmağımıza,  mehriban  olmağımıza  xüsusi 

canfəşanlıq  göstərirdi.  Onlar  bir  parta  arxasında  otururdular.  Nərmin  dururdu  ki, 

mən Əminəylə oturum...  

Nərminlə  tez-tez  ünsiyyətimiz  yaranırdı...  Bir  də  gözlərimi  açıb  gördüm  ki,  mən 

Nərminlə də dostlaşmışam...  

Əminə  ilə  tez-tez  sözümüz  çəp  də  gəlirdi,  bəzi  məqamlarda  bir-birimizi  başa 

düşmürdük. İçimdəki ideal qız obrazının Əminəyə uyğun olmadığını get-gedə daha 

dərindən hiss edirdim. Beləcə, ondan soyuduğumu duyurdum. Ondan soyuduqca isə, 

Nərminə meylim daha da artırdı. Bu qürurlu, oğlanlarla ünsiyyətdən qaçan gözəl-

göyçək  qıza  içimdə  çox  böyük  istək  baş  qaldırmışdı.  Onu  günü-gündən  daha  çox 

istəməyə başlayırdım... Əlbəttə, bu sualı bax indi, 2011-ci ilin iyununda öz-özümə 

verəndə,  dərhal  da  cavabım  sıraya  düzülmüş  hərf  və  sözlərin  cümlə  sadalaması 

şəklində əzbər, birnəfəsə söylənilir:  

-  Mən  Nərmini  niyə  çox  istədim?!  Çünki  o  qızda  heç  bir  qızda  görmədiyim 

xüsusiyyətləri  gördüm.  O  qızda  saflıq,  paklıq,  təmizlik,  sadəlik,  mehribanlıq, 

gülərüzlülük,  ürəyiaçıqlıq  və  ərköyünlük  gördüm.  Çox  duyğusal  biri  idi.  Həm  də 

həddindən  artıq  gözəl  idi.  Hündür  boyu,  iri  yanaqları,  yekə  gözləri  var  idi.  Bu 

gözəllikdə  bir  qızın  indiyədək  həyatında  oğlan  olmaması  mənə  maraqlı  gəlirdi. 

Mənim  qarşıma  çox  qız  çıxıb,  çox  qız  görmüşəm,  bu  qızların  içində  elə  birisi 

olmayıb  ki,  keçmiş  həyatında  oğlan  olmasın.  Hamısı  həyatlarında  kiçik  də  olsa, 

oğlana aid bir parça, nəsə yaşamışdı. Mən fikirləşirdim, görəsən, elə bir qız olacaq 

downloaded from KitabYurdu.org



ki, onun həyatında oğlan olmasın, onun oğlanlara qarşı simpatiyası yox, antipatiyası 

olsun. Sonda Nərminlə rastlaşdım və bunları Nərmində gördüm. Onu o qədər çox 

istədim ki...  

Bu aralar Əminə ilə də danışırdım. Sadəcə, dost kimi. Amma Nərgizlə Əminənin 

arası  dəymişdi.  Aralarında  söz-söhbət  olmuşdu  və  bunlar  küsmüşdülər.  Bir-

birilərinə qarşı prinsipləri var idi.  

İllər  dəyişdi,  yeni  il  gecəsində  həm  Nərmini,  həm  Əminəni  ürəkdən  təbrik  edib 

həyatımın bir parçası olan bu iki qızla 2010-cu ilə daxil oldum.  

Yanvarın 3-də Əminəylə yenicə telefonla danışıb xudahafizləşmişdik ki, telefonuma 

zəng  gəldi.  Bir  oğlan  məni  söhbət  eləməyə  çağırırdı.  Mən  də  tərəddüd  etmədən 

gələcəyimi  söylədim.  Görüş  «Qurd  qapısı»nda  saat  21.00-da  baş  tutdu.  Məndən 

Əminədən ayrılmağımı istədi və mən təbii ki, «yox» dedim. Oğlanın kim olduğunu 

soruşdum. Əminənin sevdiyi oğlanam, - dedi. Buna inanmadım. Əminəyə zəng edib 

bunun doğru olub-olmadığını öyrəndim. Doğru idi.  

Əminənin  sevdiyi  oğlan  var  imiş.  Amma  mənə  deməmişdi.  Bu  məni  çox  incitdi. 

Dilxorçuluq  içində  «Qurd  qapısı»nı  tərk  etdim.  Və  qərar  verdim  ki,  Əminəni 

həyatımdan  silim.  O  gündən  sonra  Nərminə  daha  çox  bağlandım,  onu  daha  çox 

istədim.  Həyatda  hər  kəsdən,  hər  şeydən  çox  istədim.  Hər  gün  6-7  saat  telefonla 

danışırdıq. O qız heç vaxt çölə çıxmırdı. Çünki o təmiz ev tərbiyəsi görmüş bir qız 

idi. Mən ona çox demişdim, təklif etmişdim, çıxaq gəzək. Amma bunun mümkünsüz 

olduğunu bilirdim. Nəisə... Biz hər gün danışırdıq.  

Mən onunla çox xoşbəxt idim...  

Bəzən biz xoşbəxt olduğumuzu hiss etmədən xoşbəxtlik içində yaşayırıq. Ona görə 

də belə günlərimizin qədrini bilmirik...  

Nərminlə xoşbəxt idim. Amma Əminəni də ürəyimdən çıxara bilmirdim... Hisslər 

ürəyimin bir küncünə sıxılıb qalmışdı, sən demə...  

downloaded from KitabYurdu.org


Növbəti  dərs  ilində  Əminəylə  yenidən  barışdıq.  Yenə  əvvəlki  yaxınlığımız  bərpa 

olundu.  Özümdən  asılı  deyildi,  sanki  bir  maqnit  cazibəsi  ilə  bu  qız  məni  özünə 

çəkirdi... Tənəffüslərdə baş-başa verir, kollecin həyətində gəzişir, bütün günü SMS-

ləşirdik. Çox önəmli park gəzintiləri də öz yerinə qayıtmışdı.  

Bu,  Nərminə  çox  pis  təsir  edirdi,  onun  xətrinə  dəyirdim  bu  hərəkətimlə.  Nərmin 

məni qısqanırdı, Əminəylə düşmən olduğu səbəbindən isə mənim belə etməyim onu 

cızığından çıxarırdı. O, hər gün məndən tələb edirdi, ki Əminədən ayrılım. Nəhayət, 

oktyabrın 11-də qəti olaraq qarşıma şərt qoydu:  

- Ya mən, ya o.  

Mən çox çətin bir durumda qaldığımı etiraf etdim, seçim etməkdə çətinlik çəkdiyimi 

bildirdim. Belə olanda Nərmin öz qərarını verdi. Və məndən ayrıldı...  

DOSYE. NƏRMİN  

1992-ci ildə Bakıda anadan olub.  

1998-ci  ildə  Suraxanı  rayonu,  Yeni  Günəşli  qəsəbəsində  yerləşən  282  saylı  orta 

məktəbə  daxil  olub.  2009-cu  ildə  həmin  məktəbi  bitirib.  Elə  həmin  il  İqtisad 

Universitetinə qəbul olmaq arzusu ilə sənədlərini II qrupa verib, təəsüflər olsun ki, 

testdən  keçməyərək  Abşeron  rayonu,  Xırdalan  şəhərində  yerləşən  Humanitar  və 

İqtisad kollecinə daxil olub. Hal-hazırda həmin kollecin tələbəsidir. Qiyabiçidir.  

Ailələri 4 nəfərdən ibarətdir: atası, anası, qardaşı və özü.  

Subaydır, heç bir yerdə işləmir.  

Xobbisi – gəzmək, musiqi dinləmək, yeni-yeni geyimlər almaq.  

Vurduğu ətir – «Versage».  

Arzuladığı şeylər – maşın sürmək, cins itə sahib olmaq, səfərə çıxmaq – Londonu, 

Parisi, İstanbulu gəzmək.  

Xasiyyəti – duyğusal, ərköyün, inadcıl  

Ən pis xüsusiyyəti – insanlara tez inanması.  

NƏRMİNİN BÜRCÜ  

downloaded from KitabYurdu.org



Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət 

edin. Xərçəng ürəkdən, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə «mən sizi 

hardasa  görmüşəm»  -  ilə  başlayasınız.  Onların  çox  gözəl  yaddaşları  var. 

Həmsöhbətiniz  qadın  Xərçəngdirsə, onda siyasət, incəsənət  və ümumi  tanışlardan 

söhbət açın.  

Xərçənglərlə səmimi söhbət zamanı onların şəxsi problemləri haqqında danışmayın. 

Bir  anlıq  onlar  sizə  bütün  problemləri,  sirrləri  haqqında  danışa  bilərlər.  Çox 

keçmədən, yeni tanışla bu qədər səmimi danışdıqları üçün peşman olacaqlar. Sizə 

münasibətləri  dəyişə,  hətta  sizdən  yan  da  gəzəcəklər.  Mütləq  onların  etibarını 

qazanmalısınız.  

İlk  görüşü  teatra  və  konsertə  təyin  edin.  Xərçənclər  romantik  musiqiyə  çox 

həssasdırlar. Əgər xərçənglərə hədiyyə almaq istəsəniz, onda evdə istifadəyə lazım 

gələn  əşyaları  seçsəniz,  yaxşı  olar.  Çərçivəli  şəkillər,  mətbəx  ləvazimatları  və  s. 

Xərçənglər  kolleksiya  toplamağı  xoşlayır.  Hansı  əşyalarının  çatışmadığını  bilib, 

məhz  ondan  alsanız,  Xərçəngin  ürəyincə  olar,  ona  dünyanı  bağışlamış  olarsınız. 

Marka,  kibrit  qabı  onlar  üçün  qızıl  qədər  qiymətlidir.  Gümüş-zinət  əşyalarını 

sevirlər.  Mücrü  də  alıb  hədiyyə  etsəniz,  siz  onların  ürəyini  fəth  etmiş  olarsınız. 

Xərçənglər analarına qarşı çox mehriban olurlar, özləri də xüsusi diqqət və ehtiram 

istəyirlər.  Xərçənglərlə  münasibətdə  bunu  da  unutmayın  ki,  onlar  laqeydliyi, 

diqqətsizliyi sevmirlər.  



2-ci hissə. Anar  

... «Sən o qədər içdən, o qədər səmimisən ki, sanki içində heç bir pislik və ağırlıq 

yoxdur.  Məni  ən  çox  narahat  edən  tərəfin  sakit,  rahat,  sanki  yüz  il  belə  qalmağa 

hazırmış kimi yorulmayan baxışların və səs tonundur. Sənin yanında insan hönkürüb 

ağlaya biləcək qədər özünü rahat hiss edir. Nərgiz, sən insan qəlbini dolayısı ilə çox 

gözəl dərk edir, həyatı dərindən anlayırsan. Sən hər şeyi hiss edir və etdirə biləcək 

qədər gücə maliksən.  

downloaded from KitabYurdu.org



İlk  baxışdan  özündən  razı,  eqoist,  amma  tanıdıqca  tam  əksi  olduğunu  anladığım 

birisən,  dəyişkən  olduğun  qədər  sadiq  birisisən.  Hamıya  bənzədiyin  halda,  eyni 

zamanda heç kimə bənzəməyən birisisən. Anladığım və hələ də anlaya bilmədiyim 

birisisən. Tanıdığım və hələ də tam tanıya bilmədiyim birisisən.  

Sanki  bir  mələksən,  göydən  yerə  enmisən.  Yox,  sən  əslində  Nərmin  yox,  elə 

Mələksən. Mənim Mələyim...».  

***  

İndi o həyatımdan çıxmışdı. Dərin ifadəli gözlərində kədər sezilirdi həmişə...  



Əminə iləsə münasibətlərim get gedə dərinləşirdi. Bir gün Əminənin nişanlanması 

xəbərini  eşitdim.  O  sevişdiyi  oğlana  yox,  başqasına  nişanlanmışdı...  Demək, 

həyatında  məndən  başqa,  azı  2  nəfər  də  olub?  Əslində, bu,  mənə  ondan  ayrılmaq 

üçün  növbəti  bəhanə  olmalı  idi.  Bununla  belə,  əlaqəmizi  yenə  də  kəsmədik. 

Nərmindən  fərqli  olaraq  Əminə  ilə  münasibətlərim  söhbət  və  SMS-lərlə 

məhdudlaşmırdı. Biz  görüşür, gəzməyə  çıxırdıq. Sadəcə, indi  sevgililər  kimi  yox, 

dostlar kimi edirdik hər şeyi. Nişanlı olduğu, başqasına məxsusluğu səbəbindən ona 

başqa  gözlə,  başqa  fikirlə  baxmırdım,  dostluğumuza  xəyanət  etmirdim.  Onu  çox 

istəyirdim, o da məni çox istəyirdi. Həm də lap çox. Çətin anlarımda yanıma gəlir, 

həmişə mənə dəstək olurdu...  

Nərmin...  O  bakirə, o  gözəl  varlıq...  Bir  gözüm  Nərmində  qalmaqda  idi.  Ürəyim, 

hisslərim, duyğularım Nərminlə idi. Küsülü olsaq da, onun həyatından qopa bilmir, 

daha  doğrusu,  bunu  istəmirdim.  Heç  bir  oğlanı  ona  yaxın  buraxmırdım.  Nə  vaxt 

eşidəndə  ki,  kimsə  ona  sataşır,  ya  arxasınca  gəlir,  həmin  oğlanları  tapıb  onlarla 

dalaşırdım. Onu istəyən olanda da araya girir, buna yol vermədən «o qız mənlikdir» 

söyləyirdim... Özüm o son söhbətdən sonra Nərminə yaxınlaşmağa risk eləmirdim. 

Amma ürəyimdə nəsə bir inam var idi ki, biz barışacağıq. Nəsə olacaq, hansısa xoş 

təsadüf bizi yenidən birləşdirəcək. O xoş təsadüfü çox gözləməli olmadım...  

downloaded from KitabYurdu.org


Tanışlığımızdan bir il keçmişdi artıq, növbəti il qovuşuğu qapının kəndarında idi: 

2010-cu il dekabrın 12-də kollecin bufetində Nərmini görəndə sanki ürəyim qopub 

ayağımın altına düşdü... Nərmin o qədər gözəl, o qədər sevimli və o qədər doğma idi 

ki. Ona yaxınlaşa bilmədim, onunla kəlmə kəsmək xoşbəxtliyinə «tabu» qoyduğum 

üçün  peşiman-peşiman  ona  tərəf  baxdım.  Və  o...  Gözləmədiyim  halda  mənə 

yaxınlaşıb portağal təklif etdi. İlk öncə etiraz etdim, amma təkidini görüb götürdüm. 

Çox həyəcanlı idim. Və həm də çox xoşbəxt idim...  

Beləcə biz barışdıq.  

Və elə növbəti gündə Nərmin ambisiyasını ortaya qoyub yenidən məndən Əminə ilə 

ayrılmağımı tələb etdi. Nərmini çox istəyirdim, ondan ayrı qala bilməzdim, bu şəksiz 

idi. Ancaq Əminəni də axı, Nərmin qədər olmasa da, hər halda çox istəyirdim. Necə 

ayrıla bilərdim ondan? İki odun arasında qalmışdım, bilmirdim nə edim.  

Nərmin  təkid  edir,  dirəniş  göstərirdi.  Dərhal  Əminədən  ayrılmağımı  təkidlə  tələb 

edir, əks halda, bir də heç vaxt mənimlə barışmayacağını dilə gətirirdi. Mən azacıq 

düşünüb Nərmini itirməmək üçün onu aldatdım, Əminəni atacağımı söylədim.  

Bununla da, Əminə ilə münasibətləri gizli müstəviyə keçirdim. Yenə görüşür, SMS-

ləşirdik, amma indi Nərmindən gizlində qalırdı hər şey.  

Əminədən  isə  Nərminlə  barışdığımı  gizlətməli  olmuşdum.  Beləcə,  ikili  oyun 

oynamaqla idim. Halbuki, özüm də çox gözəl bilirdim ki, bu oyunun sonu yoxdur, 

gec-tez yalanlarımın üstü açılacaq...  

II hissə  

3-cü bölüm. Anar  

«Sənin sadəliyin sənin özünsən, sənin daxilindir, kövrəkliyindir, tənhalığındır. Sən 

özünü  səmimiliyinlə  tanıtdırdın,  sevdirdin.  İstərdim  həyatda  ağ-qara  rənglərə  öz 

həyatsevərliyin ilə vurduğun rəngarənglik palitrası heç vaxt səndən əskik olmasın.  

Səninlə yanaşı olmaq bir yana, sənin adicə varlığını hiss etmək belə həyatda hər şeyə 

dəyər.  

downloaded from KitabYurdu.org



Çox qısa bir zaman ərzində insanı özünə inanılmaz dərəcədə bağlayan birisən sən.  

Sənin necə olduğunu söyləyə bilsəydim, səni belə çox istəməzdim.  

Sən sirr daşıyıcısı, naməlum, məchul birisisən...».  

... Hər gün daha da bağlanırdım Mələyimə. Hər gün istəyim birə-beş artırdı. Amma 

Həmidəni qəlbimdən çıxara bilməməyim, ikili oyunum bir gün məni çox çılpaq bir 

həqiqətlə  və  çox  müdhiş  bir  faciəylə  üz-üzə  qoydu...  Yeni  il  ərəfəsində  Nərminlə 

Əminənin sözləri düz gəlmədi, onsuz da düşmən olan qızlar söz savaşından əlbəyaxa 

savaşa keçdilər. Və bu dava zamanı bölüşmə predmeti kimi mənim də adım hallandı 

və belə məlum oldu ki, gizlincə hər iki qızla da dostluq edirəmmiş...  

Onların  düşmənçiliyi  daha  pik həddə  çatdı,  üstəlik  hər  ikisində  mənə  qarşı  nifrət 

yarandı, hər ikisi məndən üz döndərdi...  

Əslində,  mən  sirrimin  açılacağını  Əminədən  gözləyirdim.  «Qurd  qapısı»  söhbəti, 

məni,  sevdiyini  aldatması,  sonra  başqasına  nişanlanması...  Amma  Nərmindən 

gözləmirdim. Çünki Nərminə özüm kimi inanırdım...  

Gecə ona zəng edib bircə kəlmə söz dedim, «sənə inanırdım». Həmin gecə ömrümün 

ən  dəhşətli  gecəsi  oldu.  Özümü  heç  cür  bağışlaya  bilmirdim,  iki  qızı  aldatdığım, 

hissləri  ilə  oynadığım,  sonda  isə  hər  ikisi  tərəfindən  alçaldılaraq  atıldığım  mənə 

rahatlıq  vermirdi.  Hətta  o  dərəcədə  sarsılmışdım  ki,  damarlarımı  kəsib  özümü 

öldürmək  qərarına  da  gəldim.  Nərminlə  Əminəyə  vida  sözlərimi  çatdırmağı  qrup 

yolaşımız Fatimədən xahiş etdim. Xoşbəxtlikdən, Fatimə məni fikrimdən daşındırdı, 

aciz  və  zəif  olub  gülüş  hədəfinə  çevrilə  biləcəyim  ehtimalı  ilə  qüruruma  və 

kişiliyimə toxundu. Hər şeyin yaxşı olacağına məni inandıra bildi, mən də intihar 

fikrindən vaz keçdim...  

Ertəsi  gün  Fatimə  hər  iki  qıza  zəng  edib  mənim  düşdüyüm  vəziyyəti  izah  etdi, 

həyatla  vidalaşmaq  həddinəcən  gəldiyimi  bildirdi.  Xahiş  etdi  ki,  qızlar  mənimlə 

barışsınlar. İlk öncə Nərmin, dalınca da Əminə zəng etdilər. Onlar hər şeyin arxada 

qaldığını, baş verənləri unutmağımın zəruriliyini söylədilər...  

downloaded from KitabYurdu.org



Ömrümdə ilk dəfə narkotikin dadına baxdım. Həyatım qara zolağa daxil olmuşdu 

sanki, heç cür ordan çıxa bilmirdim…  

Səhərisi gün  mən kollecə gəldim, kimsənin üzünə baxmaqdan utanırdım... Kişilik 

instinktim məhz bu gün son qərar verməyimi zəruri edirdi. Dəmiri isti-isti döyməli 

idim, başqa yolum yox idi. Mən Əminə ilə ayrılıb, Nərminlə qalmaq qərarını verdim. 

Beləcə,  Nərmin  ömrümə  qayıtdı.  Mənim  Mələyim  onsuz  keçərkən  ağ-qara 

bürünmüş həyatıma yenidən al-əlvan rənglər gətirdi...  

4-cü hissə. Anar  

Biz  demək  olar  ki,  bütün  günü  SMS-ləşirdik.  Telefonun  mesaj  siqnalını  hər  an 

gözləməkdə idim. Telefon əlimdə bitmişdim... Onun SMS-ləri tək telefonuma yox, 

həm də beynimə həkk olunurdu.  

18.12.2010  

Nə  qədər  ciddi  olduğumu  bilmirsən.  Ayın  30-da  məclisə  də  gedəcəm,  bufetə  də 

haçan istəsəm düşəcəm. Get qanunlarını başqa qız dostlarına diqtə elə.  

19.12.2010  

Mənimlə  danışırsan,  bu,  bəs  deyil,  hələ  başqaları  ilə  də  danışırsan?  Eybi  yox, 

istəyirsən lap 10-u ilə danış, mənə dəxli yoxdur.  

20.12.2010 8  

downloaded from KitabYurdu.org



Anar, qadası, yaxşı da. Mən səni çox istəyirəm, bunu heç vaxt danmaram. Hər zaman 

yanındayam. Narahat olma. Damar-zad kəsmək nədir axı? Belə eləmə də, qorxuram 

vallah.  

Sabah gələcəksən, elə bir vəziyyət görəcəksən, elə bil heç nə olmayıb. Narahat olma. 

Heç kim də nifrət eləmir sənə.  

21.12.2010  

Əsəbiləşirəm. Niyə axı? Mənim ən böyük günahım insanlara tez güvənməyimdir? 

İnsanları özüm bilməyimdir? Yoxsa yaxşı tanımadığım bir insanla dost olmağımdır? 

Bəlkə pis qız olmağımdır? Nə? Nə? Nədir axı?  

22.12.2010  

Anar, mən həyatımı yaşamaq istəyirəm, yanlış, ya doğru. Səhv, ya düz. Buna qoy, 

mən özüm qərar verim.  

23.12.2010  

«Sənə  inanıram»  romanını  yarıyacan  oxumuşam.  Orda  hədər  yerə  yazılmır  ki: 

«Yalan nədən yaranır? Təbii ki, qorxudan. Qorxu - bizim qərar qəbul etməyimizin 

əsas ləngidicisidir.  

O, qəbul etdiyimiz qərarı tükürpədən səslə dayandıran əyləcdir»...  

24.12.2010  

Hər insanın səhvləri olur, qadası. Yıxılan insana zərbə vurmazlar. Çünki birinci dəfə 

deyil belə şey görürəm. İnanmaq istəyirəm sənə. Axı bunadək inanmışam. Bu inam 

da birdən qırılmır.  

25.12.2010  

Əgər biri səni aldatmışdırsa, bu onun günahıdır. O adam, əgər səni bir neçə dəfə 

aldatmışdırsa, bu artıq sənin günahındır.  

26.12.2010  

Bu dünyada iki qüsursuz insan vardır. Biri doğulmamış, biri isə ölmüş. Hər yazdığım 

mesajda sən varsan. Özünü orda axtar, səhvlərinlə, günahlarınla.  

downloaded from KitabYurdu.org



27.12.210  

Hər  bildiyini  söyləmə,  amma  hər  söylədiyini  bil...  Çox  gözəl  sözlərdir...  Kontur 

qurtardı, daha yaza bilməyəcəm.  

28.12.2010  

Unudum? Bu, sən deməklə deyil ki. Bəlkə sən hər şeyi silib atmaqda ustasan, çox 

yaşamısan belə şeyləri. Amma məndə birinci dəfədir. Mən istəsəm də silə bilmirəm. 

Unutmaq üçün zaman lazımdır.  

Xahiş  edirəm,  nömrəmi  sil.  Mən  də  siləcəm.  Amma  beynimdən  necə  siləcəm, 

bilmirəm.  

29.12.2010  

Bəlkə də həyatda heç kəs, ailəmdən kənar heç bir insan məni bu qədər ağlada, incidə 

bilməzdi. Amma sən bunu etdin.  

29.12.2010  

Sən Əminəni sevirsən...  

31.12.2010  

Bu  gecə  ağ  saqqalı,  qırmızı  papaqlı  bir  kişi  səni  qaçırtmaq  istəsə, qorxma.  Çünki 

Şaxta Babadan yeni il hədiyyəsi olaraq səni istəmişəm...  

Daha  yazmayacam.  Bayramını  təbrik  edirəm.  İnşallah,  bu  il  sənə  düşərli  olar, 

evlənərsən. Sənin xoşbəxt olmağını istəyirəm, buna layiqsən, dostum.  

02.01.2011  

Aa. Bu saatda, bu soyuqda çöldəsən? Get evə, qadası. Get, mənə də mesaj yaz ki, 

evdəyəm. Tez ol, bax yatmıram, gözləyirəm.  

04.01.2011  

Önümdə  getmə,  səni  izləməyə  bilərəm.  Arxamdan  da  gəlmə,  yol  göstərməyə 

bilərəm. Yanımda yeri və yalnız dostum qal. Albert Kamyudan.  

15.01.2011  

downloaded from KitabYurdu.org


Səninlə səhərdən-axşama kimi danışmaq istəyirəm. Amma heyif, alınmır. Bircə tətil 

tez bitsəydi. Bircə məktəb tez açılsaydı...  

17.01.2011  

«Bilirəm,  biz  sadəcə  dostuq.  Subay  qalası  deyilsən  ki.  Birini  sev,  buna  sözüm 

yoxdur. Amma məndən üstün, məndən çox heç kimi istəmə...»  

Bəzən gecə sübhədək yazışırdıq. Minlərlə SMS yazmışıq biri-birimizə. Bu SMS-lər 

ömürümüzün birgə keçən gunlərinin yeganə şahidləridir...  


Yüklə 270,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin