13. İNKİŞaf etmiŞ VƏ İNKİŞaf etməKDƏ olan öLKƏLƏRİn beynəlxalq iQTİsadiyyati iqtisadi inkişafın məqsədləri


İEOÖ arasında böyük fərqlər olduğuna görə onları aşağıdakı kimi qruplaşdırırlar



Yüklə 17,67 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü17,67 Kb.
#40391
1   2   3   4   5   6
13. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadiyyatı

İEOÖ arasında böyük fərqlər olduğuna görə onları aşağıdakı kimi qruplaşdırırlar:

Əsas ölkələr (Braziliya, Meksika, Hindistan və Çin) güclü potensiala malikdir, ÜDM-in miqdarına görə dünyada ilk 20 ölkə sırasına daxildir, hər nəfərə düşən ÜDM-ə görə isə İEOÖ-lərlə eyni sırada dururlar. Bəzi emal sənayesi sahələri yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edir.

Neft ixrac edən ölkələrdə onun satışından əldə edilən gəlirlər hesabına hər nəfərə düşən ÜDM 10-15 min dollardan çoxdur. Onlara Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Oman və Bəhreyn aiddir.

Yeni sənaye ölkələri (YSÖ) güclü emal sənayesi sahələrinə malikdirlər və nisbətən yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənirlər. XX əsrin 70-80-ci illərində əsasən Asiyada yerləşən ölkələr sosial-iqtisadi inkişaf tempinə görə qabaqcıl yer tutmuşlar.

YSÖ xarici investisiya, idxal edilən texnologiya, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsi hesabına son vaxtlarda elmtutumlu sənaye məhsulları istehsal edirlər. Yeni sənaye ölkələrinə İndoneziya, Tailand, Malayziya, Filippin, Uruqvay, Çili, Argentina və s. aiddir.

Keçid dövründə olan ölkələrin bir hissəsi son vaxtlarda müstəqillik əldə etmiş, digərlərində siyasi sistem dəyişmişdir. Bu qrupa Şərqi Avropanın, Asiyanın keçmiş və hazırkı sosialist ölkələri aiddir.



Dünya iqtisadi forumu (WEF) “İnkluziv inkişaf indeksi” adlı 109 ölkənin yer aldığı reytinqini təqdim edib.

Nəticələr 3 əsas istiqamətlər çərçivəsində 12 əsas göstərici əsasında əldə edilib:

- Artım və inkişaf;

- İnkluziya (daxil edilmə);

- Ədalətlilik və nəsillər arasında dayanıqlılıq.

Qiymətləndirilən 109 ölkədən 30-u “inkişaf etmiş iqtisadiyyata” malik ölkə kimi təyin edilib. Böyük Britaniya 21, ABŞ isə 23-cü pillədə qərarlaşıb.

Daha çox inkişaf etmiş iqtisadiyyata sahib ölkələrin TOP-9-luğunu nəzərdən keçirək:


Yüklə 17,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin