Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə



Yüklə 51,63 Kb.
tarix05.05.2017
ölçüsü51,63 Kb.
#16883

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 12 noyabr 2013-cü il tarixli 35 №-li qərarı ilə təsdiq edilmişdir

 

4 nömrəli əlavə



 

Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə

 

İNZİBATİ REQLAMENT

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: hüquqi və fiziki şəxslərin daxili istehsal və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və tələb olunan sənədlərin qəbul edilməsi və nəticəsi barədə istifadəçiyə məlumat verilməsi.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi.

1.3.2. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının 1-ci bəndinin dördüncü abzası;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası"nın 1.2-ci və 1.3-cü bəndləri;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.30-cu bəndi.



1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra - Mərkəz) və Respublika Sanitariya-karantin Müfəttişliyi (bundan sonra - Müfəttişlik).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 5 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulu və nəticəsi barədə istifadəçiyə məlumat verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişlidir

2.2.1. Ödənişin hüquqi əsası, məbləği, bank rekvizitləri, ödəmə üsulları:

-    “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi;

-    15 (on beş) manat;

-    Bank rekvizitləri :

Adı: DXA

Kodu 210005

VÖEN 1401555071

Müxbir Hesab AZ41NABZ01360100000000003944

Bakı şəhəri Vergilər Departamenti

AZ17CTRE00000000000002117131

VÖEN 1400305751

S.W.I.F.T BIK CTREAZ22

Təsnifat kodu: 142211 Fond1

-         Ödəmə üsulu: bank, poçt, plastik kart vasitəsi ilə.

 

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.health.gov.az;

http://www.e-health.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az ; http://www.health.gov.az

Elektron poçt: office@health.gov.az

yerli istehsal məhsulları üçün: rgem@esehiyye.az

telefon: (+99412) 421 30 48, (+99412) 422 48 27

idxal olunan məhsullar üçün: skm@esehiyye.az.

telefon: (+99412) 594 49 84, (+99412) 497 63 62

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. ərizə (əlavə olunur):

2.6.2. istehsal olunan yeyinti və digər məhsullar üçün:

2.6.2.1. istehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının sanitariya müayinə aktının elektron formada surəti; Hansı ərazidən gedir söhbəti ?

2.6.2.2. qanunvericilikdə nəzərdə tutulduğu halda, xüsusi razılığın elektron formada surəti;

2.6.3. idxal olunan yeyinti və digər məhsullar üçün:

2.6.3.1. kontraktın (müqavilənin) elektron formada surəti;

2.6.3.2. istehsalçı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş yeyinti məhsulun mənşəyini və təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın notarial qaydada təsdiq edilmiş tərcüməsinin elektron formada surəti.

 

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.



 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar

 

3.1. Elektron xidmətlər üçün sorğu:



3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.



3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün aidiyyəti üzrə Mərkəzin Gigiyenik sertifikatlaşdırma bölməsinin və ya Müfəttişliyin Sanitariya-karantin işinin təşkili və ümumi nəzarət şöbəsinin müdirinə ünvanlanır.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi Mərkəzə və ya Müfəttişliyə müraciət edilməsi üçün müraciət formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.

3.3.2.2. avtomatik rejimdə müraciət Mərkəzin Gigiyenik sertifikatlaşdırma bölməsi və ya Müfəttişliyin Sanitariya-karantin işinin təşkili və ümumi nəzarət şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur.

3.3.2.3. Mərkəzin Gigiyenik sertifikatlaşdırma bölməsi və ya Müfəttişliyin Sanitariya-karantin işinin təşkili və ümumi nəzarət şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır. Məhsullarda mikrobioloji, sanitar-kimyəvi, toksikoloji və radioloji müayinələr aparılır qeydə alınmış nəticələrə əsasən müvafiq akt tərtib olunur;

3.3.2.4. tərtib olunmuş akta əsasən gigiyenik sertifikatın verilməsi üzrə qərar qəbul edilir və sertifikat ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir, həmçinin rəsmiləşdirilərək qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur.

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.3.4.1. sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edilmədikdə bu barədə ərizəçiyə daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciət və sənədlər elektron formada qəbul edilir və nəticəsi barədə istifadəçiyə məlumat verilməsi.



3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Xidmətin yerinə yetirilməsinə nəzarəti Mərkəz və Müfəttişlik həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.

3.5.3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

 


Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

 

Əlavə



 

Fiziki şəxslər üçün

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə



və ya Respublika Sanitariya-karantin Müfəttişliyinə

(lazım olanın altından xətt çəkməli)

 

Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi məqsədilə _________________________________________________________________________tərəfindən



(fiziki şəxsin adı, soyadı, atasının adı)

 

Ə R İ Z Ə

 

Yaşayış ünvanı:

(şəhər, rayon (indeks)küçə, ev, mənzil)



 

 


Telefon, faks,

elektron poçt ünvanı

 

 

VÖEN-i

 

Fəaliyyət növü

 

 

Hüquqi şəxslər üçün

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə



və ya Respublika Sanitariya-karantin Müfəttişliyinə

(lazım olanın altından xətt çəkməli)

 

Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi məqsədilə ___________________________________________________________________________tərəfindən



(müəssisənin rəhbəri)

 

Ə R İ Z Ə



 

Hüquqi şəxsin adı və VÖEN-i

 

Təşkilati-hüquqi forması

 

Hüquqi ünvanı (şəhər, rayon (indeks), küçə, ev,

 

Telefon, faks, elektron poçt ünvanı

 

 

Hesablaşma-hesabının nömrəsi və bankın adı

 

 

Yüklə 51,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin