1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

Təhlükəsizlik Qüvvələri 

 

Fövqaladə vəziyyət halında, təhlükəsizlik sektoru güc işlədilməsindən çəkinmə-

yə  və birinci növbədə digər böhran idarəetmə üsullarından istifadə etməyə çalışır. 

Güc işlətmə qanun aliliyinin əsas təməllərini qorumaq üçün dəstəklənməlidir. Qar-

şıdurma əvəzinə siyasi və iqtisadi təmasa üstünlük verilməlidir. Harada mümkünsə 

“yumşaq güc” yanaşmasına üstünlük verilməlidir: iqtisadi və siyasi stimulllarla qa-

nuni davaranışın təmin edilməsi. 

Təhlükəsizliyin yenidən təmin edilməsi yanaşması bütün mümkün siyasi mexa-

nizmlərdən istifadə edərək çoxüzlü olmalıdır. Mexanizmlər toplusundan istifadə et-

məyə meyllilik sabitlik və yenidən qurma əməliyyatlarının tələbləri üçün faydalı-

dır. Bu cür əməliyyatlarda, təhlükəsizlik məsələlərinə  həmişə bütöv baxılmalıdır, 

bir bölgədəki uğur digər bölgələrə də yayılır. 

 

Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü: 

Avropa Birliyində Sərhəd Xidməti 

 

Milli sərhədlər çox rəmzi xarakter daşıyır. Dövlət sərhədlərinin fiziki olaraq 

müəyyən edilməsi siyasi qurumların öz suverenliklərini müəyyən etməsinin yolla-

rından biridir. Sərhəd nəzarəti və milli dövlətin ərazi bütövlüyünün qorunması ha-

mı  tərəfindən qəbul edilmiş bu prinsipin təbii nəticəsi olmasına baxmayaraq, AB 

müəyyən dərəcədə bu sablonu pozmuş,suverenliyin üzv ölkələr tərəfindən paylaş-

dığı yeni qərar-qəbul etmə landşaftı formalaşdırmışdır. Birlik və 25 üzv ölkə ara-

sında məsuliyyətin bölünməsi davamlı siyasi prosesdir və burada milli maraqlar və 

məqsədlər həmişə üst-üstə düşmür. Hətta daha çox sual doğuran məsələ odur ki, 

AB təsisatlarının məhdud və sadəcə müəyyən “suveren-paylaşan” səlahiyyətləri 

vardır. Bu hal, birlik boyu sərhəd idarəetməsinin təşkilini,  əmək bölgüsünün qeyri-

adi səylər və bacarıq tələb edən mürəkkəb layihəsinə çevirir. Bu AB təsisatları ilə 

üzv ölkələr arasında əmək bölgüsünü nəzərdə tutur; üzv ölkələr arasında həmrəylik 

öhdəliyinə  əsasən çoxtərəfli  əmək bölgüsü; üzv ölkələr arasında ikitərəfli  əmək 

bölgüsü; ayrı-ayrı ölkələrin içində əmək bölgüsü. 

Bu gün, sərhəd təhlükəsizliyinə əsas qorxu kimi hüquq mühavizə orqanlarından 

yayınıb milli sərhədləri keçmək istəyən qeyri-dövlət subyektləri qəbul olunur; bey-

nəlxalq terrorçular, mütəşəkkil cinayət; qanunsuz mal keçirilməsi,o cümlədən, nar-

kotiklər,silahlar,şüalı materiallar,insan alveri,orqan alveri və ölkəyə qanunsuz giriş-

lər bu qəbildəndir. Avropada sərhəd nəzarəti, qeyri-sabitlik və onun nəticələrinə 

qarşı (məsələn, qaçqınlar və sığınacaq axtaranlar, cinayət və qanun və qaydanın po-

zulması) AB-nin ilk müdafiə xətti kimi görünür. 

Tam sərhəd nəzarəti mümkün olmadığından, sərhəd idarəetməsi termininə üs-


 

69

tünlük verilir. Sərhəd bölgələrində funksional təhlükəsizlik rolunu yerinə yetirən 



təşkilatlar və işçilərə sərhəd polisi və ya sərhəd gözətçiləri deyirlər. Sərhəd idarəet-

məsi ilə məşğul olan təhlükəsizlik xidmətlərinə polis, gömrük, immiqrasiya,sağlam-

lıq və veterinar müfəttişliyi və başqa subyektlər daxildir. Sərhəd nəzarəti xidmətləri 

müstəqil və xüsusiləşmiş çoxməqsədli təşkilatlar olub daxili işlər,ədliyyə nazirlik-

lərinə tabe olur və ya dövlətin polis qüvvələrinin hissəsi olur və faktiki olaraq baş-

qa təhlükəsizlik xidmətlərinə əsas bağlayıcı halqa olur. Ən effektli sərhəd təhlükə-

sizliyi təşkilatı, mərkəzləşmiş hakimiyyət əsasında yaranmış aydın məsuliyyət dai-

rəsi ilə və strukturlarının məqsədləri dəqiq ifadə olunmuş vahid birləşmiş sistemi-

dir. Sərhəd təhlükəsizliyi idarəsi sərt intizama sahib olmalıdır və o fövqaladə ierar-

xiyali təşkilatdır,lakin bölgədəki birliklərə imkan verilməlidir ki, onlar yerli şərtləri 

öyrənib problemlərlə effektiv məşğul ola bilsinlər. Burada qərar vermə proseslərin-

də mərkəzin rolunun azaldılması nəzərdə tutulur. 

Avropanın kənar nöqtələrində, dövətin zəif olduğu və silahlı bandaların müdaxi-

lə etdiyi bölgələrdə, quru sərhədlərinin idarə edilməsi üçün operativ tələblər polis 

təşkilatları və onların imkanları ilə uyğun gəlmir. Tez-tez  qorxulu mühitdə çalışan 

sərhəd qüvvələri hərbi birliklərə  ənənəvi yaxınlıqda olurlar. Hətta polis yönümlü 

sərhəd xidmətləri möhkəm mobil və ya çevik cavab verə bilən qüvvələr tələb edir-

lər ki, onların da effektiv olması üçün hərbi intizam olmalıdır. Ona görə də gözlə-

nilməyən,öncədən bilinməyən fövqaladə hallar üçün planlar hazirlayanda,  müdafiə 

sektorunun  resursları hesabına sərhəd idarəetməsinin necə gücləndirilməsi və bu 

qüvvələrin işə qarışması üçün necə təlim keçirilməsinə də yer verilməlidir. Əlbəttə, 

adi hallarda adam alveri və miqrasiya məsələləri böyük mənada polisin fəaliyyətinə 

aiddir.Bu o deməkdir ki,miqrantlarla və qaçaqmalçılıqla iş, sərhəd gözətçiləri ilə 

polisin, digər hökümət təşkilatlarının, beynəlxalq təşkilatların,QHT-lərin birlikdə 

işləməsini tələb edir və polis funksiyaları insan hüquqlarına hörmətlə həyata keçi-

rilməlidir. Məhsuldarlıq tam peşəkar təşkilatların hesabına ola bilər. 

Transnasional sərhədboyu təhlükələrin bütün AB ölkələri üçün problem yaratdı-

ğından,bu təhlükələrlə effektiv məşğul olmaq ümumi, koordinasiya olunmuş  və 

ahəngli siyasət tələb edir. Bu siyasət birləşmiş sərhəd idarəetməsi konsepsiyasının 

əmələ gəlməsinə gətirmışdir və bu konsepsiya sərhəd təhlükəsizliyi ilə maraqlı olan 

bütün tərəflərin öz səylərini koordinasiya etmələrini vurğulayır.Gömrük xidmətləri, 

miqrasiya və müxtəlif müfəttiş strukturları sərhəd xidməti polisi təşkilatları ilə ya-

xın iş birliyində olmalıdırlar. Sərhəd təhlükəsizliyi artıq bir ölkənin problemi olma-

dığından beynəlxalq  əməkdaşlıq tələb olunur. Ona görə  də,sərhəd idarəetmə sis-

temlərinə ölkə, təşkilatlararası və həmçinin, beynəlxalq, bölgə, çoxtərəfli və ikitə-

rəfli səviyyələrdə əməkdaşlıq daxildir. Bu baxımdan, AB Şenqen ölkələri arasında 

daxili sərhədləri ləğv edəndən sonra sərhədlərin idarəedilməsi tədbirləri AB-nin 

əsas qayğılarından biri olmuşdur və ona görə də Amsterdam Müqaviləsinin nəzərdə 


 

70

tutduğu azadlıq,təhlükəsizlik,və ədalət zonasını qurmaq üçün zəruri yollar tapmaq 



lazımdır. 

Azadlıq zonası təkcə insanların azad yerdəyişməsini təmin etmək yox, həm də 

köklü hüquqlarını  təmin etmək və ayrımçılığın bütün formalarına qarşı mübarizə 

aparmaqdır. Eynilə, özəl həyata hörmət və şəxsi məlumatların qorunması da təmi-

nat altına alınmalıdır. 



Təhlükəsizlik zonasına  cinayətə qarşı, xüsusilə  də terrorçuluğa qarşı mübarizə, 

insan alveri, uşaqlara qarşı cinayət, narkotik və silah qaçaqmalçılığı,korrupsiya və 

dələduzluğa qarşı mübarizə daxildir. Cinayətə və Narkotikə qarşı Xüsusi Əməliy-

yat yerinə yetirilir. Europol, üzv ölkələri arasında artan əməkdaşlığa yardım edən 

mühüm orqan kimi,xüsusilə də əməliyyat səviyyəsində, mərkəzi rol oynayır  

Ədalət zonası Avropa vətəndaşları üçün ədalətə bərabər çıxış təminatı verir və 

məhkəmə orqanları arasında  əməkdaşlığı  təşviq edir. Mülki məsələlərdə,Avropa 

vətəndaşlarını əhatə edən mühiti sadələşdirmək istəyir. Kriminal məsələlərdə cina-

yət axtarışı əməkdaşlığını gücləndirir,kriminal aktlar,prosedurlar və cərimələr üçün 

minimum ümumi qaydalar müəyyən edərək ümumi ədalət düşüncəsi yaradır. Sər-

həd boyu mübahisələrin spesifik halına da  böyük diqqət yetirilir. Şenqen İcra Kon-

vensiyası Vahid Bazar-ı yaratdı və onu “daxili sərhədləri olmayan və Müqavilənin 

maddələrinə uyğun olaraq malların, insanların, xidmətlərin və pulun sərbəst yerdə-

yişməsi təmin edilir” kimi müəyyən edti. Və o,vahid xarici sərhəd  də yaratdı  və 

Şenqen ölkələrinə immiqrasiya vahid qaydalar toplusu ilə həyata keçirilir. Böyük 

Britaniya və  İrlandiyadan fərqli olaraq, AB-nin bütün üzvləri  Şengen Sazişlərinə 

Daxilolma Protokolları imzalamışlar

36

  və AB üzvü olmayan Norveç və  İslandiya 



əməkdaşlıq sazişləri imzalamışlar. 

Azadlıq,təhlükəsizlik və ədalət  konsepsiyaları ilə məşğul olmaq üçün AB Fəa-

liyyət Planı

37

 qəbul edildi və sonrakı addımlarla bağlı yanaşmalar müəyyən edildi.  



Prioritet məqsədləri müəyyən etməklə bu konsepsiyalar praktiki məna daşıdı və AB 

fəaliyyətlərini inkişaf etdirmək üçün uyğun olaraq Avropa Ədalət Məhkəməsi və 

Avropa Parlamenti tərəfindən ciddi məhkəmə  və demokratik nəzarəti təmin edən 

razılaşdırılmış  çərçivə ilə  təmin etdi. Nəzərə alınan kriteriyalar aşağıdakılar idi: 

Amsterdam müqaviləsi ilə müəyyən edilən istiqamətlər; həmrəylik, operativ effek-

tivlik, müqavillə tərəfindən qoyulan məhdudiyyətlər:üzv ölkələr öz daxili təhlükə-

sizlikləri üçün yeganə məsuliyyət daşıyırlar; zaman və  mümkün olan resurslara re-

al yanaşma. Başqa müxtəlif səbəblər üzündən AB birləşdirici həllər tapmalıdır: sı-

                                                            

36

 İndiki zamanda Şenqen Zonası 25 ölkədən ibarətdir və onların 23 –ü AB ölkələridir və 2-



i AB üzvü olmayan ölkədir: İslandiya və Norveç. 

37

 Azadlıq, təhlükəsizlik və  ədalət zonası yaratmaq üçün Amsterdam Müqaviləsini 



maddələrini necə yaxşı həyata keçirmək üçün 3 Dekabr  1998 Şura və Komissiya Fəaliyyət 

Planı.Official journal C19,23,23.01.1999  



 

71

ğınacaq və immiqrasiya, mülki və cinayət məsələlərində hüquqi əməkdaşlıq; Euro-



polun əməliyyat imkanlarının artırılması; bir üzv ölkənin hüquq mühavizə orqanla-

rının digər ölkəyə müdaxiləsi;üzv ölkələrin hakimiyyətləri arasında qarşılıqlı yar-

dım, qərarların qarşılıqlı tanınması və hökmlərin icra edilməsi və üzv ölkələr ara-

sında extradisiyanın təmin olunması; çirkli pulların dövriyyəsinə qarşı fəaliyyətlə-

rin gücləndirilməsi;cinayət hüququnun ahəngləşdirilməsi. 

Bütün bu zaman ərzində, debatların daimi mövzusu o olmuşdur ki, daxili sər-

hədlərdə nəzarətin aradan qaldırılması xarici sərhədlərdə onun gücləndirilməsi ilə 

kompensasiya edilmədir. İnsanların Şenqenland deyilən ərazidə təhlükəsizlik prob-

lemləri yaradarq sərbəst hərəkət etmələrinin qarşısını almaq üçün, filtr funksiyaları-

nı aradan qaldırmaq üçün sərhəd nəzarəti tərəfindən irəli sürülən bir neçə kompen-

sasiya tədbirləri razılaşdırılmalıdır. 

AB-nin genişlənməsi üçün xarici sərhədlərin nəzarəti önəmlidir, təkcə ona görə 

yox ki, AB-nin xarici sərhədlərinin əlaqəli və effektiv olaraq ümumi idarə edilməsi  

AB ölkələrinin və onun vətəndaşlarının daxili təhlükəsizliyi üçün lazımdır, həm də 

ona görə ki, bu terrorçuluğa və mütəşəkkil cinayətə qarşı mübarizədə və xüsusilə 

də qeyri-qanuni immiqrasiya şəbəkələrinə  və insan alverinə qarşı mübarizədə va-

cibdir. 

Şenqen acquis

38

  üzərində qurulmuş bütün qanuni sənədlər və operativ təcrübə, 



Amsterdam Müqaviləsi və ona aid Protokol ilə AB-nin institutlaşmış  çərçivəsinə 

inteqrasiya olunmuşdur. Şenqen acquis aktlar və görülən tədbirlərdən təşkil olunur. 

AB ərazisində insanlarım sərbəst yerdəyişməsini kompensasiya etmək üçün atılmış 

əsas addımlar aşağıdakılardır:ümumi sərhədlərdə yoxlamların  aradan qaldırılması 

və onun xarici sərhədlərdə ciddi nəzarətlə  əvəz edilməsi

39

; hava limanlarında və 



portlarda Şenqen zonası daxilində səyahət edənlərin, Şenqen üzvü olmayan ölkələr-

dən gələn və ya o ölkələrə  səyahət edən yolçulardan ayrılması;xarici sərhədləri 

keçməyi tənzimləyən qaydaların ümumi adı, giriş şərtlərini və qısa müddətli vizala-

rı ahəngləşdirən qaydalar; sərhəd müşahidələrini  aparan idarələr arasında koordi-

nasiya( əlaqə adamları, təlimatların ahəngləşdirilməsi və işçilərin təlimi); qanunsuz 

immiqrasiyaya qarşı mübarizədə nəqliyyat vasitələrinin rolunun müəyyən edilməsi; 

bir ölkədən başqa ölkəyə səfər edən AB üzvü olmayan bütün ölkələrin vətəndaşları 

                                                            

38

 “Şenqen acquis və onun Birliyə inteqrasiyası”,  



http://europa.eu.int/scadplus/ leg/en/lvb/133020.htm  

39

 Hüdud  və ya sərhəd nəzarəti və ya hüdud və  sərhəd yoxlamaları arasında fərq vardır. 



Hüdud nəzarəti sistemlidir və ölkəyə kim daxil olursa,o immiqrasiya nəzarəti xidmətindən 

keçməlidir. Hüdud yoxlamaları qeyri-müntəzəm olur və gömrük və polis məqsədləri üçün 

edilir (məsələn, anti-terror tədbirləri). Bir çox Şenqen ölkələri, məsələn, Fransada 20 km-lik 

ərazidə mobil patrullar qanunsuz fəaliyyətdə  şübhələndikləri fərdləri və maşınları saxlayır. 

Lakin,sərhəddə sistemli statik nəzarət yoxdur. 


 

72

üçün bəyannamə yazmaları  tələbi; və  sığınacaq almaq istəyənlərə qaydalar tərtib 



edilməsi. 

Şenqen acquis-in hüquqi məcburi aktından başqa,  Şenqen ölkələrini siyasi cə-

hətdən bağlı edən və  Şenqen standardları deyilən digər maddələr də vardır və  ən 

uyğun olanı da Şenqen Qiymətləndirmə İşçi Qrupu tərəfindən hazırlanan Təkliflər 

və Ən Yaxşı Təcrübələr Kataloqu-dır.  Kataloq, üzv ölkələrdə görülən işlər haqda 

qiymətləndirmə aparılanda isnad edilir. Onun tərkibi Avropa dörd-sistemli

40

 sərhəd 


təhlükəsizliyi sistemini əhatə edir,üzv ölkələrin sərhəd idarəçiliyi üçün tələblər mü-

əyyən edir.Digər uyğun standardlar, üzv ölkələrin  İnsan Hüquqları üzrə Avropa 

Konvensiyasına olan öhdəliklərindən doğur, xüsusilə də, beynəlxalq müdafiə, güc 

işlətmə və məlumat qoruma məsələləri üzrə. 

 

Acquis-də Müəyyən Edilmiş bir çox Standardların Analizi 

 

Şenqen acquis, üzv ölkələrdə  təhlükəsizlik sistemi təsis edilməsi üçün yaxşı 

əsas yaradır. Əgər forma və məğzinə görə yerinə yetirilirsə, maddələr demək olar 

ki, müstəsna xarakter daşıyır. Əsas tələblər bunları əhatə edir: xarici sərhədlərin ke-

çilməsi;sərhəd yoxlamarı; sərhəd keşikçilərinin səlahiyyətləri;sərhəd müşahidələri; 

Şenqen həmrəyliyi; kəşfiyyat və risk analizi, peşəkar təcrübə  və  təlim; təşkilatı 

strukrur; hakimiyyətlər arası əməkdaşlıq;infrastrruktur; və avadanlıq.  Aşağıda, tə-

ləblər ümumiləşdirilir,çünki onlara sərhəd xidmətinin müdafə resursları ilə güclən-

dirilməsi halında ehtiyac duyular.  



Xarici sərhədlərin keçilməsi: Xarici sərhədlərdən ancaq izn verilmiş nöqtələrdən, 

hər bir ölkə üçün siyahılanmış sərhəd keçid məntəqələrindən keçilir. Çox az-az istisna-

lar ola bilər,lakin bütün bu hallarda ayrı -ayrı fərdlər hakimiyyət tərəfindən verilmiş xü-

susi imtiyazlarla hərəkət edirlər.Sərhədi qanunsuz  keçmək cəza daşıyır. 



Sərhəd yoxlamları: Sərhəd keçid nöqtələrində hər kəs girişdə və çıxışda yoxlan-

malıdır. Minimum olaraq, hər kəs qanuni sənəd təqdim etməlidir və sənədin qanuni 

olduğu yoxlanmalıdır. Yad ölkələrdən gələnlər həmişə daha çox yoxlanılır, giriş 

üçün müəyyən edilən bütöv şərtlər, o cümlədən, yad vətəndaşın ictimai və milli 

təhlükəsizliyə törədə biləcəyi təhlükə  yoxlanılır. Bu xarici vətəndaşla dialoq, Şen-

qen İnformasiya Sisteminin məlumat toplusuna isnad və onun sənədinin əsl olması-

                                                            

40

 Ardıcıl və inteqrasiya olmuş  sərhəd təhlükəsizliyi dörd fərqli, lakin bir –biri ilə  əlaqəli 



tədbirlər səviyyəsini  əhatə edir: Səviyyə 1 ölkə daxilində fəaliyyətlər və vətəndaşı olduğu və ya 

transit olan ölkələrlə, konsul əməkdaşlığına  əsas yer verərək (viza verilməsinə), sazişlərdən 

təşkil olunur. Səviyyə 2 ikitərəfli və qonşu ölkələrin Birliklə olan əməkdaşlığına isnad edir. 

Səviyyə 3 sərhəd təhlükəsizliyini keçid nöqtələrində effektiv yoxlamalarla və  həmçinin onlar 

arasında izləmə ilə təmin etməyə çalışır. Səviyyə 4 üzv ölkələrin ərazisində təhqiqat və hüquq 

mühavizə tədbirlərinə əsas olduqda fəaliyyətlərini ora yönəldirlər. 



 

73

nı tələb edir. Bu tədbirlər vaxt tələb edir, vəziyyətdən asılı olaraq ən azı hər adama 



bir dəqiqə,lakin sərhəd gözətçisi, giriş  şərtlərinə riayət edildiyi haqda qərar veril-

məsi üçün, nə qədər vaxt lazımsa onu da sərf etməlidir. 



Sərhəd gözətçilərinin səlahiyyəti: Sərhəd gözətçisi xidməti

41

 daimi olaraq uyğun 



sorğu vermək, qeydiyyat jurnalından istifadə etmək və girişə rədd qərarı vermək və 

sərhəd keçid məntəqəsində kriminal prosedur həyata keçirmək səlahiyyətinə malik 

olmalıdır. Sərhəd gözətçisi, həmçinin,maşınların içini yoxlamaq və şəxsin daşıdığı 

məmulatlari yoxlamq səlahiyyətində olmalıdır

42



Sərhəd müşahidəsi: Sərhəd müşahidəsi sərhəd idarəetmənin mühüm hissəsidir. 



O, sərhədin bütün hissələrinə tam təhlükəsizlik təminatı verə bilməz, lakin o cina-

yətin qarşısını almaqda önəmli dərəcədə effektli olmalıdır. Hər hansı effekt olması 

üçün,sərhəd müşahidəsi ikili funksiya yerinə yetirmək iqtidarında olmalıdır: qanun-

suz sərhədi keçəni tutmaq və qanunsuz yerdəyişməyə qarşı durmaq üçün uyğun 

avadanlıqla təmin olunmuş bacarıqlı qüvvə göndərmək. Sərhəd müşahidə fəaliyyəti 

vəziyyətdən xəbərdar olma və cavab tədbirləri görmə imkanları ilə ölçülməlidir. 

Vəziyyətdən xəbərdar olma müşahidənin necə təşkil olunduğunu göstərir

43

. Cavab 



tədbirləri görmək imkanları isə qanunsuz sərhəd keçidinə qarşı istifadə olunacaq 

vasitələrin növü, hazırlığı və əlçatanlığını göstərir

44

.  Şəxsi heyətin nə sayı, nə də 



                                                            

41

 Sərhəd nəzarətinə məsul olan xidmətlər üçün bax: COM92004)391/F:   



42

 Maşınların və  əşyaların yoxlanması  səlahiyyətləri Gömrük rəsmilərinin səlahiyyətini 

azaltmaq deyil, müqavilədə olan tərəflərin ictimai asayişinə  və  təhlükəsizliyinə olan 

təhlükənin qarşısını almaq məqsədi güdür. Gömrük istənilən halda gömrük nəzarəti etmək 

tam səlahiyyətində olmalıdır. 

43

 Bir sərhəd gözətçi birliyinin vəziyyətdən xəbərdar olma nəzəri nümunəsi kimi ; (1) sərhəd 



xəttinin 10 % -də 24 saat ərzində texniki müşahidə aparılır( sərhədin hər iki tərəfinin 1 km-

də bütün yolları  və  cığırları); (2) sərhəd zolağının 40% -də gündəlik patrullar tərəfindən 

müxtəlif müşahidə mövqələri. Bu zolağın hər bir hissəsi gündə orta hesabla 6 saat müşahidə 

olunur ki, qanunsuz keçid dərhal aşkar edilsin; (3) sərhədin qalan 50%-i elə yerlərdir 

ki,yerli şərait oradan keçməyin qarşısını qismən alır. Bu zona ən azı hər həftə axtarıcı itlə 

yoxlanılır. Bu zaman zona həftədə 12 saat yoxlanılır, nəticədə qanunsuz sərhəd keçidi bir az 

kecikmə ilə aşkarlanır. Bu zonaya yaxın olan yollar və cığırlar gündəlik nəzarətdədir (orta 

hesabla gündə 5 saat). Qanunsuz keçidin əsas axını  hətta az nəzarət olsa belə bu cür 

zonalarda tez aşkar olunur. 

44

 Bir sərhəd xidməti birliyinin cavabvermə bacarığının  nəzəri nümunəsi kimi: (1) bütün  



müşahidə patrulları gecə görmə cihazları və normal polis avadanlığı  ilə təmin olunmuş 2 

nəfərdən ibarətdir (bir neçə silahsız adamı tutmaq üçün  uyğun olan); (2)hər bir sərhəd 

gözətçi postunda ən azı 5 nəfər xidmətdə olur və onlar zonanın istənilən  nöqtəsinə 30 

dəqiqə  ərzində yetişə bilirlər.  Ən azı 1 axtarış iti 24 saat ərzində  hər bir postda olur.(3) 

xüsusi qrup hazır olur. Bir qayda olaraq, həyacan siqnalı olursa 10 nəfər 30 dəq.  ərzində 


 

74

qabiliyyəti müəyyən edilir,lakin ideal olaraq yaşıl sərhəd bir birindən 20-25 km 



aralıda yerləşən bölmələr  şəbəkəsi ilə  nəzarət oluna bilər. Bölmələrin hər biri 24 

saat işləməklə gecə görmə müşahidə imkanları ilə daimi olaraq sərhədin bir çox 

hissəsini müşahidə etmək imkanındadır. Yaxşı hazırlanmış əməliyyat konsepsiyası 

vəziyyətdən xəbərdar olma və cavab tədbirləri görmə imkanları təmin etmək üçün 

metodlar müəyyən edir. Müəyyən edilməli elementlər aşağıdakılardır: müşahidə və 

saxlanma üçün istifadə olunan taktikalar; adi və qeyri adi vəziyyətlərdə davranış 

kodeksi;güclərin yeridilməsi; müxtəlif vasitələrdən,o cümlədən, ehtiyatlardan isti-

fadə; qonşu birliklərdən müraciət etmə metodları; yüksək idarəetmənin ixtiyarında 

olan vasitələrdən və ehtiyatlardan istifadə. Görülən iş və aşkar edilən cinayətin sə-

viyyəsi arasındakı əlaqə sərhəd müşahidəsinin nə qədər “məhsuldar” olduğunu əda-

lətli qiymətləndirməyə imkan verir. 

Şenqen həmrəyliyi: Sərhəd idarəetməsi bütün müqavilədə olan ölkələrin təhlükı-

sizliyini qorumaq üçün aparılır-  Şenqen Konvensiyasında müəyyən edildiyi kimi 

Şenqen həmrəylyi ruhunda . Məlumatların saxlanması və mübadiləsi müxtəlif zo-

nalarda sərhəd vəziyyətini daha düzgün qiymətləndirmək üçün zəruridir. Bu həm 

ölkə daxilində, həm də müqavilədə olan ölkələr arasında da tətbiq edilir. Məlumat-

ların sistemli şəkildə saxlanması və onları mübadilə edilməsinə hazır olmaq,atılma-

lı olan zəruri addimlardan biridir. Praktikada bunu, bütün sərhəd xidmətini  əhatə 

edən kompyuter şəbəkəsi tələb edir. 



Kəşfiyyat və risk anaıizi: Hüquqi məcburi olan acquis üzərində qurulan standar-

dlar risk analizi və kəşfiyyat sisteminin qurulmasını tələb edir. Sistem bütün sərhəd 

gözətçilərini kəşfiyyat məlumatlarını özlərinin gündəlik işində istifadə edən keyfiy-

yətli profiler(dosye toplayan) eməlidir. Kataloq iki cür risk analizi müəyyən edir: 

operativ və taktiki. Operativ risk analizi, nəqliyyat vasitələrinin hərəkəti və sərhəd 

idarəetməsinin təsirini qiymətləndirmək üçün sistem analizi ilə məşğul olur,sərhəd-

lə bağlı mövcud nə qədər cinayət baş verdiyini dəyərləndirir və sistemdəki pozun-

tuları tapır. Taktiki risk analizi sərhəd gözətçi tədbirlərinin real zaman miqyasında 

idarəetməsinə aiddir. Bu o deməkdir ki,sərhəd keçid nöqtələrində sərhədi keçənlər 

profillərə bölünür- yəni burada kimin o birisindən daha çox yoxlanması müəyyən 

edilir. Dənizdə isə, bu müşahidə məlumatları və mümkün kəşfiyyat informasiyaları 

arasındakı arayışdır. Bu arayış ondan ötrü hazırlanır ki, hansı gəmi daha geniş for-

mada yoxlanmalıdır.Sərhəd gözətçiləri informasiyanın əsas qəbulediciləri olmalıdı-

rılar və bu informasiyalar sonra sistemli olaraq ölkədə risklərin və təhlükələrin stra-

teji qiymətləndirməsinə çevrilir. 

Təşkilatı struktur: Təşkilati strukturlar aşağıdakı tələblərin yerinə yetirilməsinə 

izn verməlidirlər: xarici sərhədləri keçən bütün şəxslər yoxlanmalı və sərhəd müşa-

                                                                                                                                                       

keçid nöqtəsində olur. Onlar şübhəliləri təqib edib həbs etmək üçün  xüsusi təlim görmüş və 

avadanlıqla təmin olunmuşlar.  


 

75

hidəsi təşkil olunmalıdır; bütün xarici sərhədlər boyu nəzarət tədbirlərinin səviyyə-



si  bərabər təşkil olunmalı  və  tədbirlər ölçülü olmalıdır; yoxlama və müşahidəni 

aparmaq üçün kifayət dərəcədə müvafiq təcrübəli  İşçilər olmalı    və onların  şəxsi 

məlumatları, sənədləri, mal və maşınları yoxlamaq üçün iznləri olmalıdır; rəhbər-

liklə əlaqə olmalıdır,çünki o vəziyyətlə əlaqədar lazımi səviyyədə resurslar və tak-

tikalarla təmin edə bilir və bölgə və yerli vəziyyətlə bağlı tam biliyə sahib olur; sər-

həd xidməti sisteminin işi,sərhəd boyu hökm sürən vəziyyətə və başqa harada la-

zımsa o şəraitə uyğunlaşdırılmalıdır,uyğun olaraq ayrılan resurslar da uyğunlaşdı-

rilmalıdır; mərkəzi və yerli səviyyələrdə informasiya mübadiləsi təşkil olunmalıdır; 

şəxsi heyət yüksək peşəkarlıq standardlarına cavab verməli, kömək, hüquqların və 

təhlükəsizliyin təmin olunması kimi ardıcıl praktikaya sahib olmalıdır. Bütün bun-

lar lazımi səviyyədə ilkin və davamlı təlim hesabına təmin edilir; və təşkilat kəşfiy-

yat,risk analizi və cinayət axtarışı kimi metodları tətbiq etmək imkanında olmalıdır. 

Bu tələblər müstəqil, xüsusiləşmiş, bütün sərhədlərin idarəetməsinə məsul olan  

və ədliyyə və daxili işlərdən sorumlu olan nazirliyin səlahiyyəti altında sərhəd gö-

zətçi xidməti yaratmaqla ən yaxşı səviyyədə həyata keçirilə bilər. Təşkilat səmərəli, 

məhsuldar və çevik olmalı və onun şəxsi heyəti intizamlı və həvəsli olmalıdır. Da-

xili struktur cavabdehlik və ierarxiya üzərində qurulmalıdır. Sərhəd gözətçilərinin 

işinin süquta uğraması təkcə bu uğursuzluğa məruz qalan ölkəyə problemlər yarat-

mır, həm də digər ölkələrə təsir edir. Ona görə də yaxşı sərhəd idarəetməsi bütün 

başqa ölkələrin də maraq dairəsindədir. Bu baxımdan sərhəd idarəetməsi digər baş-

qa polis xidmətlərindən daha mühümdür, çünki orada dövlət  sadəcə öz  vətəndaş-

larının qarşısında məsuliyyət daşıyır. 



Hakimiyyətlər arasında əməkdaşlıq: AB müqaviləsinin kriminal məsələlər üzrə 

polis və hüquqi əməkdaşlıq maddələri, üzv ölkələrin polis qüvvələri, gömrük nazir-

liyi və digər səlahiyyətli orqanları arasında həm birbaşa,həm də Europol vasitəsilə 

yaxın əməkdaşlığa çağırır. O,həmçinin,səlahiyyətli orqanlar,o cümlədən üzv ölkə-

lərin polis,gömrük və başqa xüsusiləşmiş hüquq mühavizə orqanları arasında cina-

yət tərkibli qanun pozuntularının qarşısını almaq, aşkarlamaq və təhqiqat aparmaq 

kimi  əməliyyat  əməkdaşlığına da çağırır.  Şenqen Kataloqu bu əməkdaşlığı  təşkil 

etmək üçün bir çox yollar göstərir:  görüşlər; birgə risk analizləri;birgə təlimlər; və 

qeyri-qanuni immiqrasiyaya qarşı vahid yanaşma qurmaq ən yaxşı təcrübələr kimi 

adlandırılmışdır. 

Finlandiyada mövcud olan əməkdaşlıq tədbirləri dövlət daxilində əmək bölgüsü 

üçün ən yaxşı praktika kimi görünməkdədir.Orada,hər üç hakimiyyətdən biri o biri-

sinin hakimiyyətinin bir qisminə sahibdir. Hər bir hakimiyyət öz köklü sahələri üz-

rə əsas məsuliyyət daşıyır. Daimi və ya gündəlik sazişlər əsasında, başqa hakimiy-

yət məsul hakimiyyətin adından zəruri məsələləri yerinə yetirə bilər. Kömək edən 

hakimiyyət əsas tərəfdaş hakimiyyətin təlimatlarına tamamilə riayət etməli və hesa-



 

76

bat verməlidir. Bu cür tədbirlər xidmətin ən yüksək səviyyəsini təmin edir, xüsusilə 



də uzaq yerlərdə, çünki çox vaxt lazım olduğu məqamda sadəcə bir hakimiyyət  

orada ola bilər. Çünki, hər üç hakimiyyət üçün verilən ilkin təlim eynidir, onlara il-

kin tədbirləri və ya kiçik tapşırıqları bir birinin adından necə həyata keçirməyi çox 

asanlıqla təlimatlandırılırlar. 



İnfrastruktur:  Şenqen  İcra Komitəsinin qərarı ilə aeroportlarda qeyri-Şenqen 

yolu ilə gedən yoxlanılmamış  sərnişinlərin Şenqen- daxili istiqamətində gedən sər-

nişinlərə qarışmasının qarşısını almaq üçün sərnişinlərin necə bir-birindən ayrılma-

sını müəyyən etmişdir.Bu fiziki ayrılma tələb edən bir işdir və o zaman sərnişin və 

sənədlərin bir-biri ilə müxtəlif yerlərdə qarışmasının qarşısı alınır.Quru sərhəd ke-

çid nöqtələrində elə strukturlar qurulmalıdır ki,prinsipcə, maşınla sərhədi keçənlər 

üçün yoxlama aparanda sərnişinlər maşının işində otura bilsinlər. Tövsiyə edilən 

punktlar bunlar ola bilər: yol hərəkəti axınını qonşu ölkənin hakimiyyətinin nüma-

yəndələri ilə əməkdaşlıq edərək birlikdə idarəetmə; müxtəlif növ maşınlar üçün fər-

qli yollar; yol xətləri aydın işarələnməli və çevik təşkil olunmalıdır; yolların nöm-

rələri və daşıma imkanları və şəxsi heyət yoxlama və müşahidələri tez və nizamla 

Şenqen qaydalalarına uyğun yerinə yetirməlidir; sərhəd yoxlamaları keçirmək üçün 

spesifik köşələr təşkil olunmalı və onlar  sərnişinlərlə üz-üzə olmalıdır ki, pasport 

nəzarəti aparan sırada duranları görə bilsin;pasport müfəttişinin görmə xətti sərni-

şinlərin başının üstündə olmalıdır ki, onun müşahidə etmə imkanı olsun və sərni-

şinlərin köşənin içini iznsiz müşahidə etmələri mümkün olmasın. Bir çox qiymət-

ləndirmələr üçün qəbul olunmuş praktika sonrakı strukturları gözləməkdir: ikinci 

xətt ofisi, orada mürəkkəb halların əlavə təhqiqatı aparıla bilər; geniş tərtibdə sənəd 

yoxlanması üçün ikinci xətt xüsusi sənəd yoxlayan ofisi; ölkəyə daxil olmağa və ya 

ölkədən çıxmağa izn verilməyən  şəxslər üçün saxlanma və ya gözləmə salonları. 

Qorunma ehtiyacı olan adamlar cinayətdə şübhəli bilinib saxlanan adamlardan ay-

rılmalı və qadınlar kişilərdən ayrılmalıdırlar. 



Avadanlıqlar: Şenqen Kataloqu birinci xəttdə (köşkdə) və ikinci xəttdə( ehtiyat 

ofisi) və mobil avadanlıq tələb edən sərhəd keçid nöqtələrində sərhəd yoxlamaları 

üçün avadanlıqlar müəyyən edir. Bütün sərhəd keçid məntəqələri milli dövlət mə-

lumatlarına və Şenqen İnformasiya Sisteminə online birləşməlidir və onlar telefon 

və telefaks xətləri ilə birləşməlidirlər. Lakin statistika və informasiya toplamaq 

üçün komputerlər və uyğun proqramlar lazımdır və bunlar  mövcud milli yaddaş 

sistemləri əsasında hazırlanan müxtəlif məlumat bazalarına birləşməlidirlər. İnfor-

masiya birləşmələri təhlükəsiz və kodlaşdırılmış olmalıdır. 

Bütün sərhəd gözətçiləri güc işlətməyə legitim hal yarananda özlərini və başqa-

larını qorumaq imkanına malik olmalıdırlar. Minimum güc işlədilməsini təmin et-

mək üçün,sərhəd gözətçilərinin ixtiyarında dəyənək və ya qaz tapançası olmalıdır. 

Şəxsi silah ciddi hall olduğu zaman istifadə oluna bilər.  Avtomat hər bir birlikdə 



 

77

ola bilər və təhlükəli qarşıdurmalar üçün ilk ehtiyat silah kimi istifadə oluna bilər. 



Silahın daimi daşınması  məsələsi risk analizi və yerli mədəniyyətdən asılı olaraq 

yerlərdə həll olunan məsələdir.  

Sərhəd müşahidəsi üçün, biriklər radio ilə təmin olunmalıdırlar.Cinayətgarların 

radionun tezliyinə girə bilməməsi və dinləməməsi üçün, rabitə   kodlaşdırılmalıdır. 

Sərhəd patrulları gecə -görmə cihazları ilə  təmin olunmalı, bel silahı, avtomat və 

sonda uzun mənzilli ağır silahlarla silahlanmalıdırlar. Sərhəd pozucularını aşkarla-

maq üçün axtarıcı itlərdən ən yaxşı vasitə kimi istifadə etmək lazımdır.Sərhəd gö-

zətçi məntəqələri maşınlarla təmin olmalı, sonda hava sistemləri və ehtiyatlar üçün 

nəqliyyat vasitələri də olmalıdır. 

Lakin, Şenqen Kataloqu müxtəlif növ stasionar, daşınan və ya  antennalı  sərhəd 

müşahidəsi qəbulediciləri təklif edir. Bu seçim yerli vəziyyətin və şəraitin analizi 

əsasında edilir, amma sərhədin ən zəif nöqtələri daimi müşahidə altında olmalıdır. 

Dənizdə isə əsas müşahidə birləşmiş radar şəbəkəsi vasitəsilə məhsuldar aparıla bi-

lər. Patrul gəmiləri, sahildən-kənar dəniz katerləri və hava vasitələri  radar müşahi-

dəsini tamamlamaq üçün zəruridir. Uzun sahilləri qorumaq üçün ,cavab tədbirləri 

görmək və patrul birliklərinə xidmət göstərmək üçün sahil güvənlik məntəqələrinin 

şəbəkəsinin yaradılması vacibdir. Bu məntəqələr, həm də sərhəd keçid nöqtələri ki-

mi də dəniz yolu üçün,məsələn, gəzinti katerləri və kiçik balıqçı gəmiləri üçün də 

listifadə oluna bilər. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin