1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

ləyici addım özümüzü müdafiə üçün ən inandırıcıdır

51

”. 



Keçən  əsrdə, beynəlxalq hüquq  qəbul etmişdir ki, hər hansı ölkəyə qaçılmaz 

hücum təhlükəsi olarsa, hücuma məruz qalmazdan öncə, o adi simmetrik qüvvələrə 

qarşı özünü müdafiə etmək üçün qanuni addım ata bilər

52

.  İndi isə  assimmetrik 



qruplar  təhlükəsi altında, qaçılmaz hücum təhlükəsi konsepsiyası bugünkü  düş-

mənlərin imkanlarına və məqsədlərinə uyğunlaşdırılmalıdır. Assimmetriyanı istis-

mar edən düşmənlərin hədsiz dağıdıcı hərəkətlərinə imkan verməmək və ya qarşısı-

nı almaq üçün, müdafiə olunan önləyici addımla hərəkət etməlidir

53

. Lakin önləyici 



addım “başqa bütün vasitələr qalmadıqda və əsasən də, ciddi təhlükə meydana gəl-

dikdə” istifadə oluna bilər. Bundan əlavə,”gözləmənin riskləri  əməliyyatın risklə-

rindən daha da mühüm olmalıdır

54

”.  



Avropada,önləyici addım beynəlxalq hüququ açıq pozduğuna görə geniş şəkildə 

tənqid olunur. Lakin onun lehinə güclü arqumentlər də vardır

55

. NATO önləyici 



zərbəni istisna etmir

56

. Önləyici zərbə strateji doktrina kimi Rusiya



57

, Fransa


58

                                                            



51

 İbid.p.6 və 15.” Ənənvi çəkindirmə konsepsiyaları vəhşi dağıntılar və günahsız insanları 

hədəf götürən məlum taktikalarla müşaiyət olunan düşmənə qarşı işləməyəcək; onun sözdə 

əsgərləri ölümlə şəhidlik axtarır və onların ən güclü müdafiəsi vətəndaşsızlığıdır”. 

52

 Önləyici addım o fikirlə atılır ki,düşmən tərəfindən hücum tez və ya gec baş verəcək. 



Bax: Slocombe, Walter B., “Force, Pre-emption and Legitimacy”, in Survival, Spring 2003, 

p. 124. 


53

 Hücum etmək niyyətinin mümkün sübutu hər hansı  şəhərdə nüvə  və ya bioloji silahın 

partladılması ola bilər. Potensial itkilərin sayını  nəzərə alsaq bu cür halı gözləmək 

qəbuledilməz olar. 

54

  İstiqamətlər o zamankı ABŞ Milli Təhlükəsizlik üzrə Prezidentin köməkçisi Kondeliza 



Raysın Mənhəttən  İnstitutunda 1 Oktyabr,2002- ci ildəki çıxışında verilmişdir. Bundan 

əlavə, orada başqa kriteriya da vardır: (1) təhlükənin təcililiyi;(2) təhlükənin həqiqiliyi; (3) 

vasitələrin ölçülüyü-qərar vermə üçün kəşfiyyatın  əsas olması. Bu kriteriyaların heç biri 

ölçülə bilən və ya həyata keçirilə biləndir. 

55

 Houben, Marc, Better Safe than Sorry. Applying the Precautionary Principle to Issues of 



International Security, Center for European Policy Studies, CEPS Working Document No. 

196, November 2003; at: http://www.ceps.be 

56

 2002 ci iln Noyabrında keçirilən Praqa sammitində Nato-nun qəbul etdiyi sənəddə 



(MC472)  ən azı açıq olmasa da önləyici zərbə müzakirə edilmişdir. Baxmayaraq ki, 

İttifaqın yeni hərbi konsepsiyasında terrorçuluğa qarşı mübarizədə “önləyici” və “ilkin 

özünü-müdafiə”-yə açıq surətdə isnad edilməsə  də,(Fransa və Almaniyanın tələbi ilə) 

aydındır ki, NATO təməl prinsip olaraq önləyici zərbəni istisna etmir. Bax: Tanner, Adam, 

“NATO Says It Could Launch Preemptive Strikes”, Reuters, Berlin, 31 October 2002. 


 

86

Avstraliya tərəfindən də qəbul edilmiş və hətta Yaponiya önləyici müdafiə hüququ-



nu özündə saxlayır

59

. Faktiki olaraq, asimmetrik terror təhlükələri probleminin eyni 



diaqnozunu Avropa Təhlükəsizlik Strategiyasında görürük

60

: ”Qloballaşma erasın-



da,uzaq təhlükələr yanimizdakı təhlükələr qədər qayğıverici ola bilər...İlk müdafiə 

xətti daha çox xaricdə olacaq.... Münaqişənin qarşısının alınması və təhlükənin qar-

şısının alınmasının vaxtı deyil deyilə bilməz”. Ona görə də, Avropa strategiyası ge-

nişlənməyə ,Avropa qonşuluğunda təhlükəsizliyin möhkəmləndirilməsinə çağırır. 

Bunun müxtəlif hərbi imkanlardan doğan, sadəcə sözlərin müxtəlif seçimi olmasını 

gələcək göstərə bilər. “Genişlənmə ilə qarşısını alma” həm də ABŞ-ın qlobal önlə-

yici zərbə strategiyasının yaxşı regional ekvivalenti də ola bilər. 

Avropa ölkələri, hüquq mühavizə, kəşfiyyat və həmçinin, hərbi cavabları tələb 

edən terror təhlükələri ilə uzun müddət üz-üzə gəlmişlər. Lakin qəbul olunmalıdır 

ki, Avropanın,xüsusilə də, 1970 və 1980- ci illərə təsadüf edən terrorçuluğa qarşı 

mübarizə təcrübəsi, Al-Qaidə kimi təşkilatların törətdiyi fəlakətli terror təhlükəsin-

dən köklü şəkildə  fərqlidir.  Avropanın içindən çıxan terror qruplarının məqsədi 

müasir transnasional terror təşkilatlarının məqsədlərindən fərqlənirdi. Onlar mütləq 

olaraq dövləti və ya onun hökümətini dağıtmaq yox,daha çox siyasi dəyişiklik və 

ya böyük muxtariyyət istəyirdilər. Və nəticədə, onlar fəlakətli insan ölümü ilə nəti-

cələnən hadisələr törətməkdə maraqlı deyildilər, çünki bu işlər onların ideyalarının 

həyata keşirilməsinə əks-təsir göstərərdi.  Madrid və London hücumlarının  müna-

sibəti dəyişməsinə baxmayaraq, Avropalıların çoxu hələ də düşünür ki, onlar terror 

və onun səbəblərini bu cür təhlükələrlə üzləşməyən ölkələrdən daha yaxşı başa dü-

şürlər. Terror təhlükəsinin idarə oluna bilməsi haqda və bu təhlükə ilə davranmaq 

                                                                                                                                                       

57

 “Putin Reaffirms Russia’s Right to Preemptive Strikes”, AFP, Tuesday 4 November 



2003. See also: Russian Chief of the General Staff, General Yury Baluyevsky: “We Will 

Take Any Action to Eliminate Terrorist Bases in Any Region at the Earliest Stage”, 



RFE/RL, 8 September 2004. 

58

 Fransa təkcə  “İraq Azadlığı əməliyyatı”-na etiraz etmədi,həmçinin NATO daxilində də 



önləyici zərbə variantının müzakirəsini rədd etdi, “capacite d’anticipation” açıqca deyilir  

və önləyici zərbə variantının hansı hallarda zəruriliyi yeni “Programmation Militaire”-də. 

Bax: Bunn, Elaine M., “Preemptive Action: When, How and to What Effect”, Strategic 

Forum, No. 200, 2003, National Defense University, Washington D.C., p. 6    

59

 General Shigeru,  “Müdafiə agentliyi”-nin Baş direktoru,2003- cü ilin Yanvarında əgər 



Şimali Koreya öz raketlərini hərbi vəziyyətə hazır edərsə, o zaman Yaponiiyanın “əks 

hücum”-a başlayacağını demişdir. Bax: Ishiba, “Japan to ´Counterattack´ if North Korea 

Prepares to Attack”, in The Yomiuri Shimbun/Daily Yomiuri, 25 January 2003 

60

 A Secure Europe in a Better World. European Security Strategy, Brussels, 12 December 



2003. 

 

87

üçün ən yaxşı yolun güc işlətməsi yox, danışıqların olduğu haqda fikirlər dolaşır



61

Doğrusu, bu cür münasibətlər təkcə son onilliklər ərzində Avropanın siyasi motivli 



terrorla mübarizə təcrübəsi ilə yox, həmçinin, Avropadakı geniş müsəlman azlığı-

nın təsiri ilə formalaşmışdır.Kifayət qədər Avropa siyasətçiləri qorxurlar ki, bu cə-

miyyətlərin ekstremist elementlərinə qarşı atılan istənilən addımlar, onlar tərəfin-

dən cavab tədbirlərinə və daha da radikallaşmaya gətirəcəkdir.  Təkcə Qərbi Avro-

pada 16 milyon müsəlmanın yaşadığını  nəzərə alsaq, bu hal ciddi qayğı  mənbəyi 

daşıyır. 

Orada başqa bir fərq də vardır: Avropalılar özlərini amorf terror təhlükəsinə 

qarşı “müharibədə” görmür. Əlbəttə,çoxları ABŞ-ın terrorçuluğa qarşı mübarizəni  

hərbi əməliyyat kimi xarakterizə etməsinə qarşı çıxırlar.Bir çox fikir sahiblərinin, 

hətta “terrorizmə qarşı qlobal müharibə”

62

 fikri heç xoşlarına da gəlmir, tez-tez o 



fikrə söykənirlər ki, ABŞ öz siyasəti ilə 11 Sentyabr hücumlarını gətirdi,bilavasitə 

ABŞ-ın İsraeli dəstəkləməsi ilə. Əlavə olaraq,belə bir hiss var ki, ABŞ-la birgə  ter-

rora qarşı qlobal müharibədə bir yerdə olmaqla, onlar öz ölkələrini də hədəfə çevi-

rirlər. 


ABŞ  və Avropanın terrora qarşı mübarizə yanaşmalarında  ən görünən fərq, 

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin faktiki olaraq tamamilə terror təhlükəsinə 

yönəlməsi ilə ifadə olunur. Avropada ona müqayisə olunan tərəfdaş yoxdur,şünki 

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin funksiyalarının çoxu Avropa ölkələrində 

müxtəlif nazirliklər arasında paylanmışdır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin 

çox funksiyalarını daxili işlər və ədliyyə nazirliklərində tapmaq olar. Daha mühüm 

məsələ: ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hüquq mühavizə imkanları Avropa-

dakı tipik Daxili İşlər və Ədliyyə nazirliklərinin imkanlarına nisbətən daha da məh-

duddur, onlar ölkənin hüquq mühavizə elementlərinin hamısı üzərində olmasa da, 

çoxunun üzərində hakimiyyətə malikdir. Hadisələrin bu cür gedişi Avropanın çoxlu 

sayda nazirlikləri ilə Amerikanın  Ədliyyə və  Nəqliyyat nazirlikləri arasında  illər 

boyu yaranmış yaxın münasibətlərə də çətinliklər törətdi və bu münasibətlər ABŞ 

Daxili Təhlükəsizlik Nazirliyindəki yeni tərəfdaşlar ilə də yenidən təsis edilməlidir. 

Bu nazirlik, immiqrasiya və gömrük siyasətini də həyata keçirməyi boynuna götür-

düyündən, keçmişdə Avropa ilə Amerika arasında sürüşmə mənbəyi olan bu məsə-

lələrdə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi indi Avropadakı tərəfdaşları ilə hüquq 

mühavizə və terrorçuluğa qarşı mübarizə məsələlərində möhkəm münasibətlər inki-

şaf etdirmək üçün səylər göstərməlidir, yüksək səviyyəli diplomatiya və əməkdaş-

lıq tələb edən səylər. 

                                                            

61

 Shapiro, Jeremy & Suzan, Bénédicte, “The French Experience of Counter-terrorism”, 



Survival, Vol. 45, No. 1, Spring 2003, pp. 67–68. 

62

 Stevenson, Jonathan, “How Europe and America Defend Themselves”, Foreign Affairs, 



March/April 2003, p. 77. 

 

88

Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security) Daxili Təhlükə-



sizlik üçün yaradılmış Federal İdarədir. Onun məsuliyyət dairəsinə, terrorizmdən əlavə 

geniş miqyaslı böyük daxili fəlakətlərin və başqa fövqaladə halların qarşısını alma,belə 

hallara hazırlaşmaq,cavab vermək və baş verdiyi halda bərpa işləri aparmaq daxildir. 

Lakin Nazirliyin əsas missiyası ABŞ daxilində terror hücumlarının qarşısını almaqdır. 

Baş Prokuror isə,hüquq mühavizə orqanlarının terrorçu fəaliyyətlərini aşkar etmək,qar-

şısını almaq və təhqiqat aparmaq səylərinə rəhbərlik edir

63

.Nəhəng ABŞ Daxili Təhlü-



kəsizlik Nazirliyinin 180 minlik işçisi var və 2006- cı il üçün təklif edilən 41 milyard 

dollar olan büdcə, sadəcə tamamilə müxtəlif mədəniyyətli 22 təşkilatı özündə birləşdir-

mir, o həmçinin, ardıcıl olaraq ümumi məqsədə doğru hökümətin bütün səviyyələrində, 

yəni,federal,ştat,və yerli səviyyədə məqsədləri,yolları və vasitələri inteqrə etməlidir ki, 

bütün mümkün olan resursların effektiv istifadəsinə imkan verilsin:  285 milyondan 

yuxarı əhalisi, 56 ştatı,əraziləri və idarəçiliyində olan əraziləri, 3,066 vilayət (county) 

və minlərlə  bələdiyyələri olan Amerika və onun vətəndaşlarının təhlükəsizliyi üçün. 

Bundan əlavə, Daxili Təhlükəsizlik Nazirliyinə tapşırılan həlledici funksiyalar aşağıda-

kılardır: “Amerika Birləşmiş Ştatları daxilində terror hücumlarını aşkarlamaq, bu hü-

cumlara qarşı hazirlaşmaq, ondan qorunmaq, cavab vermək və terror hücumlarından 

sonra bərpa işləri aparmaq”

64

. Buna əlavə olaraq, Daxili Təhlükəsizlik Nazirliyi ABŞ 



Müdafiə Nazirliyinin resuslarından ölkənin müdafiəsi üçün təkliflər verməli və bu işləri 

koordinasiya etməlidir, çünki ölkənin müdafiəsi daxili təhlükəsizliin altçoxluğudur. Bu-

radan, təhlükəsizlik və müdafiə sektorunda əmək bölgüsü üçün nəhəng işlər meydana 

gəlir. Buna baxmayaraq, Avropadan fərqli olan digər bir əsas fərq təhlükəyə qarşı daha 

böyük çoxtərəfli ümumi yanaşmanın olmasıdır: fəlakətli nəticələlərə gətirən beynəlxalq 

terror aktı. 

11 Sentyabrdan sonra Amerikan siyasətində baş verən böyük dəyişikliklər  daxili 



təhlükəsizliyin təbiəti və tələbləri ilə bağlıdır.Bu həm dövlət, həm özəldir,idarələrarası-

dır və mülki-hərbidir. Milli Təhlükəsizlik Strategiyasının yerinə yetirilməsi bütün fəa-

liyyət sahələrinin və hakimiyyətin əməkdaşlığını tələb edir. Hökümət-özəl sektor koor-

dinasiyası mühüm infrastrukturun qorunması üçün həyati məna daşıyır. 87 000 hökü-

mət səlahiyyəti olan dövlətin çoxtərəfli hökümət pillələrini cəlb edən idarə-İdarə koor-

dinasiyası, təhlükəsizlik qorxularına qarşı istənilən dövlətin cavab tədbirlərinin əsasını 

təşkil edir

65

. Daxili təhlükəsizliyə məsul olan mülki idarələrə adekvat hərbi dəstəyi tə-



min etmək üçün mülki -hərbi koordinasiya həyati dərəcədə lazımdır. 

                                                            

63

 Strategy for Homeland Defense and Civil Support. Department of Defense, Washington 



D.C., June 2005, p. 5. 

64

 13228 nömrəli Prezident  əmri ilə,Prezident administrasiyası nəzdində daxil təhlükəsizlik 



İdarəsi təsis edilmişdir. 

65

 US General Accounting Office, “Homeland Security: Effective Intergovernmental 



Coordination is Key to Success”, Strategic Issues, 20 August 2002. 

 

89

Ölkənin Müdafiəsi  



 

Daxili Müdafiə ABŞ-ın suverenliyini, ərazisini və  əhalisini və mühüm infrat-

strukturu xarici təhlükələrdən və təcavüzdən və ya Presidentin göstərdiyi başqa təh-

lükələrdən qorumaqdır. Müdafə Nazirliyi(MN) ölkənin müdafiəsi üçün məsul-

dur.Lakin, lakin MN-nin ABŞ  sərhədləri boyunca gələn terrorçularu durdurmaq, 

portlardan keçib gələn terrorçuları saxlamaq və ya ABŞ daxilində və ya xaricində 

terrorçuları  təyyarələri qaçırmağa qoymamaq kimi tapşırıqları yoxdur. MN-nin 

ABŞ ərazisndə terrorçuları axtarmaq və həbs etmək səlahiyyətləri də yoxdur. Fakti-

ki olaraq, daxili müdafiə silahlı qüvvələrin daxili təhlükəsizliyin daha geniş missi-

yasının əsas elementlərini təmin edən rola fokuslanır. 

2004- cü ildə qəbul olunmuş Strateji Planlaşdırma Siyasəti( Strategic Planning 

Guidance) ilə istiqamətlənən  Ölkə Müdafiəsi və Mülki Dəstək Strategiyası,Milli 



Təhlükəsizlik Strategiyasında,Ölkə Müdafiəsi üçün Mill Strategiya və Milli Müdafi-

ə Strategiyasında  ifadə olunmuş  məqsədlər və istiqamətləri özündə birləşdirə-

rək,ölkəni qorumaq üçün MN-nin əməliyyatlarını istiqamətləndirir. Amerikanın 

Milli Təhlükəsizlik Strategiyası ABŞ-ın xarici və təhlükəsizlik siyasətini genişlən-

dirərək irəliyə gedən önləyici addımlar,o cümlədən,düşmən ölkələr və terrorçu 

qruplara qarşı önləyici tədbirlər həyata keçirir. Ölkə Müdafiəsi üçün Mill Strategi-

ya Amerikanın terror hücumlarına qarşı milli səylərini istiqamətləndirir.O,hökümə-

tin bütün səviyyələrində daxili təhlükəsizlik üçün əhəmiyyəti fəaliyyət üçün çərçi-

və müəyyənləşdirir. 2005- ci ildə qəbul edilmiş Milli Müdafiə Strategiyası özünün 

ən yüksək prioriteti kimi, ABŞ-a yönəlmiş birbaşa terror təhlükələrini fikirdən dön-

dərmə,çəkindirmə və  pozmağı müəyyən edir. Strategiyanın həyata keçirilməsi, hə-

lə yetişməmiş ən təhlükəli təhdidləri erkən və təhlükə yaratmayan uzaqlıqda poz-

maq üçün qurulmuş aktiv,qatlaşmış müdafiədən asılıdır. O,ölkəni qorumaq üçün 

uyğun formanı, həcmi və qlobal duruşu təmin etmək üçün hərbi rəhbərliyi istiqa-

mətləndirir; düşmənin ön və arxa cəbhəsində  fəaliiyə göstərir,düşmənləri tezliklə 

məhv edir və qəti və davamlı nəticələr əldə edir; məhdud sayda gözlənilməyən şə-

raitləri qəbul edir

66



11 Sentyabrdan öncə ABŞ hərbi qüvvələri, xarici ölkələrdə çəkindirmə,sabitlik, 



və müharibə missiyalarına qöşulurdu. Amerika Birləşmiş Ştatları ölkəsi cəbhə zo-

                                                            

66

 Ölkə Müdafiəsi və Mülki Dəstək Strategiyası. Müdafiə Nazirliyi,Vaşinqton.İyun 2005, 



səh6-7. Bu geniş  əhatəli strategiyalardan başqa Ölkə Müdafiəsi və Mülki Dəstək 

Strategiyası tamamlayıcı və başqa həlledici strateji və planlaşdırma sənədləri ilə doldurulur. 

Bu sənədlərə Milli təhlükəsizlik və Daxili Təhlükəsizlik Prezident Direktivləri, Milli Hərbi 

Strategiyaları, Terrora Qarşı  Müharibə  Milli Hərbi Strateji Planı, MN və Daxili 

Təhlükəsizlik Nazirliyi Birgə Əməliyyatlar Konsepsiyası və Hərbi Transformasiya: Strateji 

Yanaşma daxildir. 



 

90

nası kimi yox,arxa zona kimi qəbul edilirdi və ölkə içi təhlükəsizlik federal,ştat və 



yerli səviyyələrdə çalışan mülki hüquq mühavizə orqanlarının işi sayılırdı. Bir neçə 

istisna halından başqa, ABŞ-da mülki dəstək missiyaları üçün nəzərdə tutulan hərbi 

resurslara icazə,xaricdə xidmətdə olan qüvvələrin əsas missiya tələbatlarına müda-

xilə edilməməsi  şərtilə verilmişdir. Ordudan ABŞ daxilində  və  ərazilərdə istifa-

də,mülki hakimiyyətə hərbi kömək altında geniş kateqoriya çərçivəsində həyata ke-

çirilmışdir. 

İndi,MN –də Daxili Təhlükəsizlik üzrə Müadfiə Nazirinin Köməkçisi vardır və 

onun  rolu ölkənin müdafiəsi və mülki dəstək məsələləri üzrə MN-nin bütün idarələrini 

strateji istiqamətlərlə təkmilləşdirməkdir. Baş Qərargah Rəisi ABŞ Şimal Komandanlı-

ğını,ABŞ Sakit Okean Komandanlığını, Şimali Amerka  Kosmik Müdafiə Komandan-

lığını və digər  hərbi komandanlıqları strateji istiqamətlə təmin edir və həmçinin,ölkə 

müdafiəsi və mülki dəstək missiyalarıni planlaşdırmaq və həyata keçirmək işlərinə ko-

ordinasiya və kömək edir. 2002- ci ildə Kolorado Springs-də təsis edilən ABŞ Şimal 

Komandanlığı ABŞ , Alyaska və  ərazi sularında ölkənin müdafiəsi və mülki dəstək 

missiyalarını planlaşdırma, təşkil etmə,və icra etməyə  məsuldur. O,həmçinin,Kanada 

və Meksika ilə təhlükəsizlik əməkdaşlığını koordinasiya edir. ABŞ Sakit Okean Ko-

mandanlığı,Havay və ABŞ-ın okeandakı  əraziləri və Sakit Okeandakı ABŞ-la bağlı 

dövlətlərin müdafiə  və mülki dəstək məsuliyyətlərini daşıyır

67

.  İki-ölkədən ibarət  Şi-



mali Amerika Kosmik Müdafiə Komandanlığı ABŞ və Kanadanın hava fəzasını qoru-

mağa cavabdehdir. ABŞ Strateji Komandanlığına qlobal raketdən müdafiə əməiyyatla-

rını planlaşdırma, inteqrə etmə və koordinasiya etmə və həmçinin, raketdən müdafiəyə 

dəstək, o cümlədən, bütün hərbi komandanlıqlar üzrə raket hücumu xəbərdarlığının tə-

min edilməsi  və fəza hərbi əməliyyatlarının,informasiya və kompyuter şəbəkəsi əmə-

liyyatlarının aparılması daxildir. 

Hərbi Nazirlik əməliyyat rayonu boyu Amerkan qüvvələrinin təşkil edir,təlim 

edir və avadanlıqla təmin edir və mülki dəstək və hökümət  əməliyyatlarının da-

vamlılığı üçün tələb ediləcək  əsas MN-i imkanları ilə  təmin edir. MN-nin başqa 

idarələri,ölkənin müdafiəsi üçün kəşfiyyat toplanması,analizi ilə  və prioritetlərin 

müəyyənləşdirilməsi; qabiliyyət qiymətləndirilməsi; və uyğun siyasətin nəzarəti, 

alqı-satqı, logistika,hazırlıq və maliyyə məsələlərində kömək edirlər. 

ABŞ ordusunun ölkənin müdafiəsi üçün cavabdeh olan hökümət qurumu oldu-

ğunu nəzərə alsaq ,çox adamlar təbii olaraq silahlı qüvvələrin daxili təhlükəsizlik 

üçün mühüm rol oynayacağını gözləyirlər. Əvəzində,hərbi rəhbərlik onların hərbi 

qüvvələrinin ölkəni müdafiə edəcəklərini, lakin daxili təhlükəsizliyin təmin edilmə-

                                                            

67

 Guam and Amerika Samoası; Şimali Mariana Adaları Birliyi; Sərbəst Assosiasiyada olan 



Dövlətlər: Federal Dövlətlər olan Mikroneziya, Marşal Adaları respublikası, Palau 

respublikası;  və  ərarzilər: Wake, Midway, Johnston, Baker, Howland and Jarvis Island, 

Palmyra Atoll, və Kingman Reef. 


 

91

sində mülki idarələrə sadəcə dəstəkverici rol oynayacaqlarını aydın surətdə bildirir-



lər. MN –nin tərif verdiyi kimi, bu iki termin arasındakı  fərq ondan ibarətdir ki, 

MN-i bu siyasətə dəstəkverici kimi hərəkət edirsə,bu daxili təhlükəsizlikdir, bu si-

yasətdə aparıcı roldadırsa,bu ölkə müdafiəsidir. ABŞ  hərbi komandanlığı Daxili 

Təhlükəsizlik Nazirliyinin vasitəsilə yox, MN-i vasitəsilə idarə olunur və presiden-

tə-ali baş komandana xidmət edir. Daxili Təhlükəsizlik Nazirliyi  Müdafiə Nazirli-

yi ilə hərbi dəstək barəsində razılığa gələ bilər. Pentaqondan Federal Cavab Planı 

maddələri altında müvəqqəti addımlar üçün kömək istənilə bilər. Bu plana gö-

rə,əgər yerli və dövlət strukturları  işin öhdəsindən gələ bilmirlərsə, o, baş verniş 

fövqaladə halın nəticələrinin idarəetməsi üçün funksional məsuliyyət və federal 

dəstək müəyyən edir, lakin daxildə az ssenarilər var ki, orada hərbi aparıci rolda ol-

sun. Çoxları Posse Comitatus Aktına isnad edirlər. Bu Akt ordunun daxili işlərdə 

rolunun məhdudlaşdırılmasının hüquqi əsası kimi, onun mülki hüquq məsələlərinin 

həyata keçirilməsində  və ya onlara riayət olunmasında aktiv iştirakını qadağan 

edir


68

. Lakin bu maddələr ordunun daxili əməliyyatlarda dəstəkverici rolunu məh-

dudlaşdırmır və müəyyən şərtlər altında birbaşa cəlb olunmasına imkan verir. Hü-

quqi çəkindirmələrdən də əhəmiyyətlisi, ordunun özünün daxili rollara cəlb olun-

mağa həvəssiz yanaşmasıdır. Mülki Hakimiyyətə Hərbi Kömək(Military Assistan-

ce to Civil Authorities) təlimatının siyahısına görə ştatlar və yerli hökümətlər daxil-

də hərbi dəstək üçün bir sıra hallarda xahişlər edə bilərlər,o cümlədən, təxirəsalın-

maz addımlar üçün,hüquq mühavizə orqanlarına dəstək, ictimai narahatlıqlar və 

fövqaladə hal nəticələrinin idarə edilməsi zamanı –məsələn, yüksək dərəcəli partla-

yıcı maddə ilə hücum olarsa və ya kimyəvi,radioloji,bioloji və ya nüvə təbiətli hü-

cum olarsa. Amerika ordusunun mülki-hərbi əməliyyatlarda təcrübəsi vardır

69

, am-



ma bu cür gündəlik işlərə həvəsi yoxdur. Hərbinin mülki işlərə cəlb olunmasına tə-

rəddüd etməsinin altında həm bürokratik, həm də  ənənə  məsələləri durur.Nəsillər 

boyu, Amerikanın döyüşçüləri milli təhlükəsizliyi  düşmənlə savaşa girərək güc 

nümayişi ilə qarşılamışlar. Ordu,demək olar ki, daxili işlərdən kənarda qalmış  və 

ölkə daxilində qanun-qaydanı təmin etməyi polis və FBİ(FTB) kimi federal idarələ-

rin və Alkoqol, Tütün və Odlu Silah Bürosunun (Bureau of Alcohol,Tobacco and 

Firearms)ixtiyarına buraxmışdır. Xarici-daxili əmək bölgüsü ABŞ mülki-hərbi mü-

                                                            

68

 “Whoever, except in cases and under circumstances expressly authorized by the 



Constitution or Act of Congress, wilfully uses any part of the Army or the Air Force as a 

posse comitatus or otherwise to execute the laws shall be fined under this title or 

imprisoned not more than two years, or both”. Title 18, US Code, Section 1385. 

69

 Narkotikə qarşı əməliyyatlar və iğtişaşların söndürülməsi,tufandan sonra fəlakət zonasına 



kömək, immiqrasiya böhranlarının idarə olunması– məsələn,Kuba emiqrantlarının 

Quantanomo körfəzində saxlanması  və ya mülki işlər cavabdehliyi,məsələn Panamada və 

Balkanlarda və çox sayda xaricdəki hümanitar missiyalarda. 


 

92

qaviləsinin özəlliyi olmuşdur. Bu Vyetnam müharibəsi sonrası çağırışın ləğv edil-



məsi ilə güclənmiş, peşəkar könüllü qüvvə hesabına,geniş könüllü ehtiyat qüvvə ilə 

birlikdə hərbi xidmətin formasını dəyişmişdir. Mülki sahə,hərbi proqramları,döyüş-

də üstünlüyü qazanmaq texnoloji yenilikləri maliyyə ilə təmin edir və silahlı qüv-

vələrə  mənəvi dəstək verir; hərbi sahə isə öz təcrübəsini güc tətbiqi vasitəsilə  və 

strategiya qabiliyyəti ilə təqdim edir. 

Bütün zənginliklərinə  və 400 milyarddan çox büdcəsi olmasına baxmayaraq 

Pentaqonun iki eyni zamanda aparılan orta regional münaqişədə(ORM) qələbə qa-

zanmaq üçün resursları kifayət etmir. Bunu qəbul edərək, Dördillik Müdafiə İcmalı 

(Quadrennial Defence Review)qorxu əsaslı yox,döyüş qabiliyyəti əsaslı yanaşmanı 

qəbul etdi.Bu strategiya,ordunu kəsişən münaqişələrdə ud-saxla-ud yanaşması tət-

biq etməsinə çağırır,nəinki eyni zamanda qələbəyə.Hərbi baxımdan, vətən üçüncü 

ORM sayılır.Ordunun üstün saydığı, düşmənlə savaşa girmək yanaşması –“ölkə  

kənarında oyun”-beləliklə, terrora qarşı “ev oyunu” ilə resurslar üzərində yarışda-

dır. Evdə və kənarda prioritetləri arasında tarazlıq Milli Qvardiya üçün xüsusi qay-

ğı törədir, çünki Milli Qvardiyanın həm federal, həm də ştat kimi ikili rolları vardır. 

Ştatların Qubernatorları Milli Qvardiyaya, daxili təhlükəsizliyi təmin etməyə  və 

mülki hakimiyyətə başqa hərbi kömək etməyə kifayət etməyən resurs kimi baxırlar. 

Federal hökümətin Qvardiyadan xaricdə istifadə etməsi by mühüm gücü ştatlardan 

məhrum edir. “İraq Azadlıq  Əməliyyat”-ı başlayandan bəri,müharibə üçün səfər-

bərlik bir sıra ştatları təbii fəlakətləri aradan qaldırmaq üçün onlara lazım olan re-

surslardan məhrum etdi. Bundan əlavə, ev və kənar oyunu kompromisi Qvardiya-

nın demoqrafik yapısı və ehtiyatları üzündən çətinləşdi. Qvardiyada xidmət edənlə-

rin və ya ehtiyatda olanların çoxu mülki həyatı yaşayan polis əməkdaşları,yanğın-

söndürənlər və tibbi heyətdən ibarətdir, ona görə  də onlar fövqaladə halda nəticə 

idarəetməsi kimi daxili təhlükəsizlik təhdidlərinin ön xəttini təşkil edirlər

70



Bütün bu məsələlər Avropada müəyyən mənada baxılıb və həll edilib. Avropa ölkə-

ləri daxlili təhlükəsizlik missiyalarını on illiklər boyu həyata keçirirlər; baxmayaraq ki, 

onların müəyyən olunmuş missiyaları Amerikada həyata keçirilən yollarla səsləşmir. 

Avropanın müharibədən sonrakı təhlükəsizlik təcrübəsi soyuq müharibənin sonuna qə-

dər, indiki dönəmdə azalan əhəmiyyət kəsb edən suverenlik müdafiəsinə yönəlmişdir. 

Çoxlu Avropa ölkəsi özlərinə xaricdən təhlükə olmadığını gördüyündən, ərazi müdafi-

əsini azaltmışlar. Məsələn, Almaniyanın elan etdiyi təhlükəsizlik doktrinası açıqlayır 

ki, Alman ərazilərinin müdafiəsi  Bundesverin bir daha ən yüksək prioriteti deyildir: öl-

kənin müdafiəsi xaricdən başlamalıdır

71

. Lakin,ərazi suverenliyi müdafiəsinı azaltma-



nın nəticəsi olaraq bu missiya artıq fəal xidmətdə olan qüvvələr vasitəsilə həyata keçi-

                                                            

70

 Davis, Jingle, “Call-ups Sap Homeland Security Strength; Safety Agencies Lose Workers as 



Reservists Go on Active Duty”, The Atlanta Journal and Constitution, 12 March 2003, p. 6A. 

71

 Bundesministerium für Verteidigung, Defense Policy Guidelines, May 2003, p. 4. 



 

93

rilmir. Əvəzində, çox hallarda bu missiya ehtiyat qüvvələrin öhdəliyinə buraxılır. Digər  



tərəfdən, eyni zamanda çoxlu sayda Avropa ölkələrində ehtiyat qüvvələr arasında da  

ümumi ixtisarlar olmuşdur, hətta o ölkələrdə ki, onlar polis sisteminə arxalanırdılar, 

məsələn,Finlandiya, Avstriya və İsveçrədə olduğu kimi. 

Çoxlu Avropa ölkələri  əlavə hava hücumundan müdafiə imkanlarına malikdir və 

bir çoxları bunlara uyğun təyyarələr də alır, lakin, ərazı müdafiəsində olduğu kimi, bu 

hal da düzənlənir və ya ikitərəfli müqavilələrlə kompensasiya edilir,qonşu ölkələrin ha-

va qüvvələrinə digərlərinin suveren hava məkanında uçüş keçirməsinə izn verilir

72



Eyni zamanda raketdən müdafiəyə və əməkdaşlıq çərçivəsində ballistik raket müdafiə-

sində də canlanma yaranmışdır. Avropa ölkələri raket hücumuna  müdafiə dərəcəsinin 

sual altında olduğunu boyunlarına almağa başlayırlar və ABŞ-ın da raketdən müdafiə  

sistemlərini Avropada yerləşdirməkdə qətiyyətli olduğunun şahidi olurlar

73



Kosmosda müdafiə sistemləri və kibersistemlərlə  və  əmək bölgüsü ilə bağlı 



müxtəlifliklər də görünməkdədir. ABŞ-da,MN-nin sahələri olan kosmos və kiber –

müdafiə Avropa ilə bağlı hətta çoxlu sayda təhlükəsizlik müzakirələrinin mövzusu 

da olmur.. Bəlkə də bu qismən olaraq Avropa hərbi kosmos sisteminin nisbətən ki-

çik olması ilə bağlıdır, lakin bunu kiber-sistemlərə,informasiya və kompyuter şəbə-

kəsi  əməliyyatlarına yönəlik yanaşmalara aid etmək olmaz. Avropada, kiber-sis-

temlərin müdafiəsi hüquq mühavizə orqanlarının sahəsidir. Olsa da, bir neçə müda-

fiə nazirliyi  informasiya və kompyuter şəbəkəsi əməliyyatları aparmaq üçün möh-

kəm bacarıqlar əldə edirlər. 

Mühüm infrastrukturun  qorunması sahəsində də fərqli yanaşmalar mövcuddur. 

Avropanın təhlükəsizlik və müdafiə qüvvələri həlledici hökümət və başqa obyek-

tlərin təhlükəsizliyini qorumaq üçün böyük təcrübələrə malikdirlər. Və Avropanın 

özü də müasir dövlətlərin işləməsi üçün arxalandığı mühüm, amma artıq dərəcədə 

müdafiəsiz sistemlərə malikdir. Bu sistemlər avtomatlaşdırma və elektronik məlu-

mat bazası idarəetməsi nəticəsində məhsuldarlıqlarını artirsalar da, daha da müdafi-

əsiz olmuşlar və onlar terrorçuların diqqətinə cəlbedici hədəflər təklif edirlər. Mü-

hüm infrastruktur qorunması ilə bağlı əsas fərq ondadır ki, ABŞ konsepsiyası çoxlu 

sayda Avropa ölkələrinin konsepsiyasına nisbətən daha geniş potensial hədəflər 

müəyyən edir.Digər tərəfdən, ABŞ,  milli  əhəmiyyətli infrastrukturu və  müdafiə 



əhəmiyyətli infrastruktur-dan fərqləndirir.  Sonuncu informasiya aktivlərini və güc 

əks etdirmə imkanlarını və aktivləri əhatə edir. Əhəmiyyətli informasiya aktivlərinə 

idarəetmə sistemləri şəbəkələri,müdafiə kompyuter şəbəkələri və kəşfiyyat, müşa-

                                                            

72

 Switzerland, for example, has concluded such agreements with the neighboring air forces 



of France, Germany, Austria, and Italy. 

73

 Taverna, Michael A., “Fresh Look at BMD: Hostility to US’ Iraq Policy Doesn’t Mean 



Europe Isn’t Worried About Weapons of Mass Destruction”, Aviation Week, 31 March 

2003, pp. 54-55. 



 

94

hidə və yoxlama aktivləri daxildir. Güc əks etdirən aktivlərə portlar və aeroportlar, 



hərbi nəqliyyat vasitələri və müəyyən strateji hərbi obyektləri əhatə edən səfərbər-

lik obyektləri daxildir. Amerikada ölkənin mühüm infrastrukturuna aşağıdakılar 

daxildir: kənd təsərrüfatı və ərzaq sistemi; maliyyə və bank sistemi; nəqliyyat sis-

temləri; su təmini;həyatı insani xidmət; və elektrik sistemləri. Avropa ölkələrinin 

çoxu bu aktivlərin müdafiəsizliyini və mühümlüyünü qəbul etsələr də, ancaq onla-

rın bir qismi bu problemə çoxtərəfli yanaşmışdır. Avropada əhəmiyyətli infrastruk-

turun qorunması  məsuliyyəti adətən bir necə nazirlik və idarələr arasında bölün-

müşdür və onların çoxunun paralel yurisdiksiyaları vardır. 

Əlavə  fərq ondadır ki, Avropada hökümətin davamlılığı  və  əməliyyatların da-

vamlılığı üçün görünən səylər azdır, bu daha çox ehtimalla Avropa ölkələri tərəfin-

dən fəlakətli terror təhlükəsinin potensialını qəbul etməməklə izah olunur. Və nəti-

cədə, görünür ki, çoxlu sayda hökümətlər bu yekun rəyə gəliblər ki, indiki zamanda 

bu cür imkanları saxlamaq tələbinə ehtiyac yoxdur. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin