1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


) Didaktik–təhsil verici məsələlər



Yüklə 393,7 Kb.
səhifə27/48
tarix26.12.2023
ölçüsü393,7 Kb.
#197602
1   ...   23   24   25   26   27   28   29   30   ...   48
1. Riyaziyyat n t drisi metodikas n n predmeti, m qs di, v zif l

1) Didaktik–təhsil verici məsələlər; onları iki növə ayırıllar:
a) sırf didaktiv–məsələ-çalışmalar; onların məqsədi öyrənilmiş nəzəri materialı sadə çalışma-misallar üzərində bilavasitə möhkəmləndirməkdir. Aydındır ki, sinifdən sinfə keçməklə əlaqədər bu sırf didaktik çalışmalar mürəkkəbləşir və onları həll etmək üçün yalnız bilavasitə öyrənilən material deyil, nəzəriyyənin müəyyən qədər əvvəl öyrənilmiş məsələlərdən istifadə etmək lazım gəlir; bununla əlaqədar onların həlli şagirddən analiz, sintez və s. həll üsullarının tətbiqini tələb edir;
b) təhsil xarakterli didaktiv məsələlər, yəni mətnli məsələlərdir ki, onların həlli üçün məsələ şərtinin müəyyən analizindən istifadə etmək, cavabı almaq üçün bir neçə əməli yerinə yetirmək lazım gəlir; həm də belə məsələlərin fabulasında sənayə, kənd təsərrüfatı istehsalatın, coğrafiya, biologiyaya, aid statistik məlumatlar tətbiqi olunur.
2) Tətbiqi xarkterli məsələlər; onlar da iki növə bölünür;
a) rasional üsullarla yerinə yetirilməsi tələb olunan hesablama xarakterli çalışmalar və istehsalat-məişət xarakterli fabulaya malik mətnli məsələlər (istehsalatda müxtəlif maşın və mexanizmlərin məhsuldarlığından istifadə etməklə, təyyarə, teploxod, raket, avtonəqliyyatın sürətlərinin orta qiymətlərindən, müxtəlif smeta, təsərrüfat işlərinə və s. aid məsələlər);
b) verilənləri texnika, fizika, kimya, astronomiyadan alınan istehsalat xarakterli, faiz hesablamalarına aid və s. mətnli məsələlər.
Tədqiqat xarakterli problem məsələlər:
a) Texnikanın empirik düsturlarının tətbiqinə aid məsələlər;
b) Çatışmayan verilənlərin uyğun cədvəllərdən, sorğu kitablarından alınan, daxil edilən parametirlərin mümkün qiymətləri aydınlaşdırlan və alınan cavapları araşdırılan və s, məsələlər.
2)Riyaziyyat məsələlərinin tərbiyəvi əhəmiyyəti. Müstəqil Azərbaycan Respublikasının müasir riyaziyyat dərsliklərindəki məsələlərin fabulası əsasən şagirdlərdə yüksək mənəvi keyfiyyətlərin, elmi dünyagörüşü tərbiyəsi, neft istehsalı və təsərrüfatda nailiyyətlərin əldə edilməsi, milli adət-ənənələrimiz haqqında məsələlərə həsr olunmuşdur. Məsələlərin yalnız fabulası deyil, bütövlükdə riyaziyyat məsələlərinin həlli təlimi prosesi tərbiyə edir. Riyaziyyat məsələlərinin həlli təlimi: Düzgün təşkil edilmiş təlim şagirdlərdə düzlük və doğruluq, çətinliklərin aradan qaldırılmasında inadkarlıq, öz yoldaşlarının əməyinə hörmət tərbiyə edir. Məktəbdə təlim tərbiyədən ayrı ola bilməz. Riyaziyyat məsələləri həll etməklə riyaziyyat müəllimi həm də şagirdləri tərbiyə edir, onlarda, müstəqil Respubilkamıza xas olan keyfiyyətlər formalaşdırır. Riyaziyyat məsələlərinin özü də şagirdlərə tərbiyəvi təsir göstərir. Məsələnin fabulası, mətni tərbiyəvi təsirə malikdir. Respubilkamızın, onun regionlarının inkişafı haqqında dövlət planları, kvartallar üzrə iqtisadi inkişafa dair materiallar üzrə tərtib edilən məsələlər həlli vətənpərvərlik tərbiyəsinə mühüm dərəcədə kömək edir. Düzgün təşkil edilmiş məsələ həlli, xususən, məsələnin müstəqil həlli şagirdlərdə əməksevərlik tərbiyə edir. Məsələ həll etdikdə şagirdlərdə səbirlilik, diqqətlik, özünü toplama kimi bəzi əqli əmək vərdişləri formalaşır. Mürəkkəb məsələlərin həlli şagirdlərdən çətinliklərin aradan qaldırılmasında təkidlilik, məqsədlərin əldə edilməsində inadkarlıq göstərilməsi tələb olunur. Bununla da şagirdlərdə riyazi bilik, bacarıq və vərdişlərin əldə edilməsində məsuliyyət və borc hissləri tərbiyə edilir və inkişaf olunur. Məsələ həllini şagirdlər dəftərlərinə yazırlar. Müəllim onlara həllin müxtəlif yazılış formalarını göstərir ki, bununla da şagirdlərdə səliqəlilik tərbiyə edilir.
3)Riyaziyyat məsələlərinin həlli prosesində şagird təfəkkürünün inkişafetdirici əhəmiyyəti. Riyaziyyat məsələlərinin həlli çox saylı fikri bacarıqların tətbiqini tələb edir. Verilmiş situasiyanı analiz etmək bacarığı, verilənləri və axtarılanları həll edilən məsələni əvvəllər həll edilmiş məsələlərlə, qarşı–qarşıya qoymaq verilmiş situasiyanın gizli xassələrini aşkarlamaq; fikri eksperimenti həyata keçirmək sadə riyazi modelləri qurmaq; məsələ həlli üçün faydalı informasiyalar seçmək. Onu sistemləşdirməklə sintez etmək; öz fikirlərini mətn, simvolik, qrafik və s. şəkildə qısa və dəqiq tərtib etmək; məsələ həllində alınan nəticələrini ümumiləşdirmək və ya xüsusiləşdirmək, verilmiş situasiyada xüsusi halları araşdırmaq. Söylənilənlər riyaziyyat məsələləri həllinin təlimində psixoloqiya elminin müasir naliyyətlərinin nəzərə alınmasının zəruriliyini göstərir.
Psixoloqlar tərəfindən müəyyən olunmuşdur ki, verilmiş sinfin müxtəlif şagirdlər tərəfində məsələnin qavranılması müxtəlifdir. Riyazi qabiliyyətli şagird məsələnin ayrı-ayrı elementlərini, onun qarşılıqlı əlaqəli komplekslərini və kompleksdə hər bir elementin əhəmiyyətini qavrayır. Orta şagird isə yalnız məsələnin ayrı-ayrı elementlərini qavrayır. Ona görə məsələ həlli təlimində məsələnin elementlərinin əlaqəsi və münasibətlərini şagirdlərlə təhlil etmək zəruridir. Məsələ şərtlərinin işlənilməsi priyomlarının seçilməsi belə asanlaşır. Məsələ həllində çox vaxt yaddaşa müraciət etmək lazım gəlir. Riyazi qabiliyyətli şagirdin fərdi yaddaşı bütün informasiyaları deyil, əsasən ümumiləşmiş və geniş strukturu saxlayır. Belə informasiyanın saxlanılması beyini artıq informasiyalarla yükləmir, başa düşülənləri uzun müddət saxlamağa və asanlıqla istifadə etməyə imkan verir. Məsələ həllində ümumiləşdirmə təlimi yalnız yaddaşı deyil, həm də təfəkkürü inkişaf etdirir, ümumiləşmiş əlaqələri formalaşdırır. Riyaziyyat məsələlərinin bilavasitə həllində və bu həllərin təlimində bütün bunların nəzərə alınması zəruridir.

Yüklə 393,7 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin