1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri



Yüklə 388,38 Kb.
səhifə1/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
  1   2   3   4   5   6   7   8   9   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1


1.Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri. Hər bir xüsusi metodika o cümlədən riyaziyyat tədrisi metodikası pedaqogika elminin bir sahəsi olub, ümumpedaqoji qanunauyğunluqlar əsasında təlim-tərbiyənin konkret məsələlərini öz spesifikasına uyğun həll edir. Tədris metodikasının əsas xususiyyətlərindən biri tələbələrə müstəqil təfəkkürmedotlarını və fəaliyyətin elmi cəhətdən əsaslandırılması kimi keyfiyyətləri aşılamaqdan ibarətdir. Riyaziyyat tədris edən müəllim fənni şagirdlər başa düşdüyü şəkildə, elmi cəhətdən qüsursuz, yüksəl səviyyəsində şərh etməli və bununlada şagirdlərdə elmi biliklərə həvəsi və təlabatı artırmağa çalışmalıdır. Müəllim riyaziyyat tədrisi metodikasını öyrənməklə ümumi pedaqoji səviyyəni yüksəldir, pedaqoji işin ümumi metodlarını mənimsəyir. Riyazıyyatın müxtəlif üsullarını öyrənir. Onları müqayisə edir. İbtidai siniflərdə riyaziyyat tədrisinin məqsədləri aşağıdakılardır: 1.Şagirdlərin riyazı təfəkkürünü inkişaf etdirilməsi əsasında riyazı anlayışların mənimsənilməsi 2.Riyazl vərdişlərin formalaşması 3.Şagirdlərin hərtərəfli inkişafı Yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün riyaziyyat tədrisi metodikası qarşısında konkret vəzifələr durur: 1.İbtidai siniflərdə riyaziyyatdan öyrəniləcək materialın seçilməsi 2.Riyaziyyatın ibtidai məktəb kursu üzrə tədris proqramının işlənib hazırlanması 3.Seçilmiş material üzrı tədrisin təşkili 4.Təlim-tərbiyə üçün effektli metodların seçilməsi. Mövcud tədris proqramına əsasən ibtidai siniflərdə şagirdlər mənfi olmayan tam ədədlər, onlar üzərində hesab əməlləri, sadə kəsrləri öyrənməklə yanaşı, kəmiyyətlərin ölçülməsi, həndəsi və cəbr elememtləri ilə tanış olurlar. Ədəd anlayışının formalaşdırılması, kəmiyyətlər və onların ölçülməsi, kəmiyyətlər arasında düz və tərs mütənasib asılılıqlar ilə ilk tanışlıq ən sadə tənliklərin və bərabərsizliklərin həll edilməsi kurs ərzində diqqət mərkəzində olur. Riyaziyyatın tədris metodikasının vəzifəsi- şagirdləri həmdə riyazi anlayışlarla tanış etmək üçün ən səmərəli üsullar axtarıb tapmaqdan ibarətdir. Bunun üçün təlim prosesində şagirdlərin yaddaşına deyil, onların şüurlu surətdə dərk etmələrinə diqqət yetirilməlidir.


Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin