1. Psixologiyanın mövzusu və vəzifələri



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix06.11.2022
ölçüsü344,91 Kb.
#67616
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
1-15

10.Fərdi və ictimai şüur 
•Fərdi şüur- cəmiyyətdə yaşayan hər bir şəxsin şüurudur. Fərdi 
şüurun özünəməxsus xüsusiyyətləri vardır. Fərdi şüur insanın 
doğulması və ölümü ilə birlikdə doğulur və ölüb gedir. Fərdi şüur 
ailənin, dostların, tanışların və şəxsi həyat şəraitinin təsirinin nəticəsi 


kimi meydana çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri 
və s. kimi amillərin də təsiri altında olur. 
İctimai şüur- cəmiyyətdə formalaşan təsəvvürlər, baxışlar, ideyalar 
sistemidir. İctimai şüur müxtəlif formalarda-fəlsəfə, əxlaq, incəsənət, 
din və s. formalarda meydana çıxır. İctimai varlığı əks etdirib, ona fəal 
təsir göstərən bu formalardan hər birinin öz inikas formaları vardır və 
hər biri insanlara özünəməxsus şəkildə təsir göstərir. 
Fərdi şüurla ictimai şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, 
qarşılıqlı surətdə bir-birini zənginləşdirir. Hər bir insan bütün həyatı 
boyu başqa insanlarla münasibətləri vasitəsilə, təlim, tərbiyə yolu ilə 
ictimai şüur normalarını mənimsəyir.
 
11.Fəaliyyətin psixoloji səciyyəsi 
Fəaliyyətinsanla təbiət arasında məqsədə yönəldilmiş qarşılıqlı 
təsir prosesidir. Həmin prosesdə insan təbiəti dəyişir, onu özünə tabe 
edir, qanunları aşkara çıxarıb onlardan istifadə edir. Fəaliyyət əvvəlcə 
praktik fəaliyyət kimi formalaşmışdır və onun əsasında tədricən 
nəzəri fəaliyyət təşəkkül etmişdir. Fəaliyyət olmadan insan həyatı da 
mümkün deyil. Fəaliyyət insanın özünü, onun iradəsini, xarakterini, 
qabiliyyətini dəyişdirir. İnsan fəaliyyəti bəzən kifayət qədər mürəkkəb 
olsa belə heyvanların davranışından fərqlənir. Bu fərq 
aşağıdakılardan ibarətdir: 
1.İnsan fəaliyyəti şüurludur. İnsan niyə, nəyin naminə fəallıq 
göstərdiyini bilir, qarşıya məqsəd qoyur, onun həyata keçirilməsi 
yollarını təhlil edir, nəticəni əvvəlcədən görür. 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin