1. Psixologiyanın mövzusu və vəzifələri


Ünsiyyətin psixoloji səciyyəsi



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix06.11.2022
ölçüsü344,91 Kb.
#67616
1   ...   9   10   11   12   13   14   15   16   17
1-15

13.Ünsiyyətin psixoloji səciyyəsi 
Psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Ünsiyyət- hər 
hansı bir adama bu və ya digər münasibəti ifadə etmək tərzidir. 
Ünsiyyət-iki və daha çox adamın öz səylərini əlaqələndirməyə və 
birləşdirməyə yönəldilmiş qarşılıqlı təsir prosesidir. Ünsiyyət tələbatı 
sosial tələbatdır və insan tələbatları içərisində xüsusi əhəmiyyətə 
malikdir. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların 
içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspresiv-mimik vasitələri 
də mümkündür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli 
hərəkətləri və s. Ünsiyyətin növlərini müəyyən etmək mümkündür: 
1.Şəxsiyyətlərarası ünsiyyət 
2.Sosial ünsiyyət 
3.Qrup ünsiyyəti 
4.Maddi ünsiyyət 


5.İşarə ünsiyyəti 
6.Mənalı ünsiyyət və s. 
-Ünsiyyətin baş tutması üçün onun mövzusu müsahiblər üçün 
müəyyən əhəmiyyət kəsb etməlidir. Başqa sözlə, ünsiyyət təkcə 
informasiyanın məzmunu ilə deyil, daha çox müsahiblər üçün 
əhəmiyyəti ilə müəyyən olunur. Ünsiyyət dairəsi genişləndikcə, 
insanın münasibətlər şəbəkəsi də mürəkkəbləşir. Lakin bir cəhət 
aydındır ki, insanın bütün qruplarda mövqeyi adətən eyni olmur. 
Hətta bir qrupda liderə çevrilmiş hər hansı bir adam bəzən başqa bir 
qrupda onun adi üzvlərindən biri kimi iştirak edir və əksinə, bir 
qrupun adi üzvü başqa qrupda lider rolunda çıxış edir. Şəxsiyyətin bir 
qrupdakı mövqeyi onun digər qrupdakı mövqeyinin formalaşmasına 
bu və ya digər dərəcədə təsir göstərir. Məsələn, işlədiyi kollektivdə 
adamın mövqeyinin yüksək olması onun ailədəki mövqeyinə mühüm 
təsir göstərir. Adama öz ailəsində həyat yoldaşı, uşaqları böyük 
hörmətlə yanaşdıqda, bu, qonşuların ona münasibətinə mühüm təsir 
göstərir və s. 
Müasir psixologiyada ünsiyyətin üç tərəfini fərqləndirirlər: 
1. Ünsiyyətin kommunikativ tərəfi- insanların birgə fəaliyyət 
prosesində öz aralarında müxtəlif ideya barədə fikir mübadiləsi 
aparmaları nəzərdə tutulur. 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin