1. Klinik psixologiyanın predmeti


Aqressiyanın profilaktikası və idarə olunması



Yüklə 167,82 Kb.
səhifə11/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
klinik ümumi cavablar

Aqressiyanın profilaktikası və idarə olunması
Aqressiyanın qarşısının alınmasının ən geniş yayılmış üsulu müvafiq cəzalandırmadır. Lakin Beronun tədqiqatları göstərir ki, mümkün cəza yalnız müvafiq şəraitdə aqressiyanın qarşısını ala bilər. Əgər potensial aqressorlar son dərəcə hiddətlənmə vəziyyətindədirsə, cəzalanma təhlükəsi onlar tərəfindən bir qayda olaraq nəzərə alınmır. Zorakı əməldən əldə olunan mənffət cəza qorxusunu üstələyirsə, cəzalandırma aqressiyanı cilovlaya bilməyəcək. Ən nəhayət, aqressiyanın qarşısını almaq üçün cəza kifayət qədər sərt, onun tətbiq ehtimalı isə yüksək olmalıdır. Bundan əlavə, müəyyən davranış formasının daim cəzaya məruz qalacağının aqressor tərəfindən dərk olunması çox vacibdir.
Aqressiyanın idarə olunmasının digər istiqaməti katarsis – şəxsin hiddət və qəzəbini sosial cəhətdən məqbul sayılan formada ifadə etmək imkanının olmasıdır. Məlum olmuşdur ki, bir aqressiv aktın icrası aqressoru sonrakı əmələ əl atmasından daşındırır. Təəssüflə qeyd etməliyik ki, sosial məqbul sayılan profilaktika formalarının heç də hamısı aqressiyanın səviyyəsini azaltmır.
Təmkinli, səbrli olmaq, çağırışları, münaqişələri konstruktiv həll etmək, özünü əxlaq normaları çərçivəsində saxlamaq qabiliyyətinin nümayişi insanlara aqressiv davranış nümayişindən heç də az təsir etmir. Digər insanların əməllərinin düzgün dərk olunması da mühüm əhəmiyyət kəsb edir. Şəxs tərəfindən təxribat kimi qiymətləndirilən hərəkətlər həqiqətdə bu cür olmaya da bilər. Məsələm, bir qədər gərgin, yüksək tonla müşayiət olunan telefon danışığı texniki nasazlıq üzündən kəsilərsə, bu qəsdən edilmiş kimi qiymətləndirilə bilər.
Psixoloqlar tərəfindən aqressiyanı idarə edən effektiv tədbirlər işlənib hazırlanmışdır. Bunlara daxildir:
Modelləşdirmə - aqressiya tətbiq etmədən məqsədə nail olmaq üçün müxtəlif modellərin nümayişi;
Rollu oyunlar- əks əlaqənin yaradılması, qeyri – aqressiv davranış modellərinin təqdir olunması, əldə olunmuş vərdişlərin real şəraitdə praktiki tətbiqi.

26.SUİSİD

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin