1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş



Yüklə 2.59 Mb.
səhifə4/23
tarix05.05.2017
ölçüsü2.59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23


Əlavə 2

2 nömrəli keyfiyyət hesabatı.



Götəricilər

Sayıcılar (sorğuçular)

1

2

3

4

5

6

7

8

9

10

Hər sayıcı tərəfindən ay ərzində aparılan sorğuların sayı

97

21

161

40

53

232

172

137

193

175

Sorğudan imtina edən obyektlərin sayı (vahidlər)

4

3

36

6

8

22

12

10

43

43

Respondentlərin secmə planını yerinə yetirmə % -i

89

100

88

96

94

92

86

98

93

92

Gün ərzində hər sayıcının gedişlərinin orta sayı

2.6

3.8

2.6

4.0

2.8

2.4

2.4

2.4

3.2

2.7

Gün ərzində hər sayıcının getdiyi orta yol

22.8

46.8

96.2

40.2

44.3

38.8

63.4

53.4

68.0

49.9

Ay ərzində hər adama düşən daha uzun yol

1.3

1.3

2.1

1.0

1.8

1.8

1.6

1.5

1.3

1.7

Gün ərzində bir adamın ayaqla qət etdiyi gedişlərinin orta sayı

1.01

0.76

0.39

0.81

0.54

1.04

0.30

1.41

0.56

1.08

Bir gedişdə dayanmaların orta sayı

0.71

0.83

0.44

0.59

0.48

0.97

0.38

1.59

0.41

0.90

Bir sorğunun aparılmasının orta müddəti, dəqiqə

26

30

24

31

35

28

23

26

27

23

Sorğuya başlamaq üçün sayıcının sərf etdiyi vaxt, %

4

0

5

0

9

5

2

16

4

1

Sorğuya başlamaq üçün res-pondentin sərf etdiyi vaxt, %

2

0

25

0

11

16

18

11

23

11

Bir sayıcı üzrə sorğu aparıl-mayan (non respond) vahid-lərin orta sayı

0.5

0.4

0.8

0.4

0.9

0.3

0.7

0.2

0.2

0.3


3. İqtisadi fəaliyyət sahələri üzrə iqtisadi səmərəliliyin

müəyyənləşdirilməsi metodikası
Müasir davamlı inkişaf nəzəriyyəsində inkişaf ekoloji, iqtisadi və sosial kapitala ayrılan xalis investisiyaların həcmi ilə müəyyənləşdirilir. Xalis investisiya isə ümumi investisiyadan kapitalın bərpasına ayrılmış investisiyanı çıxmaqla tapılır. İnkişafın bu konsepsiyasında ilk növbədə ekoloji, iqtisadi, sosial aktivlərin mühafizəsi, onlardan səmərəli istifadə və bərpası problemləri nəzərdən keçirilir. Əgər bu qanunauyğunluğun pozulması ilə inkişaf ekoloji aktivlərin hesabına baş verərsə, onda belə inkişaf uzunmüddətli olmur, gələcəkdə ekoloji aktivlərin bərpası daha çox vəsait tələb edir. Odur ki, qərb iqtisadçıları mühafizə prosesini bərpadan az riskli hesab edərək, mühafizəyə üstünlük verirlər.

Bazar münasibətləri şəraitində təbii, ictimai məhsuldar qüvvələrin artırılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması rəqabət qanunları, iqtisadi səmərəliliyin yüksəldilməsi hesabına təmin edilir. İqtisadi səmərəlilik ictimai səmərəliliyin tərkib hissəsi hesab olunur və onu təmin etmək üçün müxtəlif metodlardan istifadə edilir.

İqtisadiyyatın sahələrində səmərəliliyin müəyyənləşdirilməsi üçün BMT-nin tövsiyə etdiyi Milli Hesablar Sistemi (MHS) mühüm əhəmiyyətə malikdir. Lakin MHS-nin tətbiqi yeni məlumat infrastrukturunun yaranmasını, qiymət, maliyyə və s. statistikasının rolunun artmasını şərtləndirir. MHS-nin göstəriciləri iqtisadi inkişafın makro göstəricilərinin formalaşmasına, iqtisadi fəaliliyyət sahələri üzrə makro göstəricilərin qarşılıqlı müqayisəsinə imkan verir.

İstər planlı iqtisadiyyatda, istərsə də bazar iqtisadiyyatında səmərəliliyin öyrənilməsi və onun artırılması problemi elmi-tədqiqat obyekti olmuş və onun üçün iqtisadi-riyazi metodlardan, müasir texnika və texnologiyadan istifadə edilmişdir. Planlı iqtisadiyyat dövründə iqtisadi səmərəlilik statistikası xərclər və məhsul buraxılışı prinsipinə əsaslansa da, iqtisadiyyatın iyerarxik (makro, mezo, mikro) quruluşuna əsaslanmamışdır. Ancaq ümumi prinsiplər (daha az xərclə, daha çox məhsul istehsal edilsin, qənaət edilsin və s.) səmərəliliyin müəyyənləşdirilməsi metodunun əsasını təşkil edirdi.

Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası dövründə səmərəlilik konsepsiyasına daha geniş mənada yanaşmaq lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyətinin nəticələrini nəzərə alaraq ekoloji, sosial, iqtisadi və maliyyə səmərəliliyi statistikasının təşkilinə ehtiyac yaranır. Səmərəliliyin müəyyənləşdirilməsi zamanı hər hansı bir amilin təsirinin nəzərə alınmaması, bərpasının təşkil edilməməsi inkişafın gələcək vəziyyətinə təsir göstərir.

Bazar iqtisadiyyatı şəraitində elmi cəhətdən əsaslandırılmış, dünya təcrübəsinə uyğun iqtisadi siyasətin işlənib hazırlanması və daim təkmilləşdirilməsi üçün səmərəlilik statistikası müasir tələblərə uyğun qurulmalıdır.




3.1. İqtisadi səmərəliliyin statistikası
Bazar iqtisadiyyatı şəraitində iqtisadi səmərəliliyin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Yerli və xarici istehsalçılar arasında artan rəqabət iqtisadiyyatın uğurlu fəaliyyət göstərməsinin əsas amili kimi iqtisadi səmərəliliyin yüksəldilməsi zərurətini yaradır. Təbii ehtiyatların məhdudluğu da onlardan istifadənin səmərəliliyinin artırılmasını tələb edir.

Klassik mənada iqtisadi səmərəlilik iqtisadi fəaliyyətin nəticələrinin xərclərə nisbəti ilə xarakterizə olunur. İqtisadi səmərəlilik meyarı iki variantda ifadə oluna bilər:

1.İqtisadi amillərin tam istifadəsi ilə maksimum nəticəyə nail olunmasında;

2.İqtisadi amillərin minimum məsrəfləri ilə əvvəlcədən müəyyən edilmiş nəticəyə nail olunmasında.

İqtisadi səmərəlilik mürəkkəb iqtisadi kateqoriya olduğu üçün, onu hər hansı bir göstərici ilə xarakterizə etmək mümkün deyildir. Beynəlxalq statistikada iqtisadi səmərəliliyi xarakterizə etmək üçün çoxlu sayda göstərici tətbiq edilir ki, bunları da aşağıdakı kimi qruplaşdırmaq olar:


  • istehsalın və məhsulun rentabelliliyi;

  • əmək məsrəflərinin səmərəliliyi;

  • material məsrəflərinin səmərəliliyi;

  • enerji məsrəflərinin səmərəliliyi;

  • ekoloji kapitaldan (torpaq, su və s.) səmərəli istifadə;

  • iqtisadi kapitalın (əsas kapital və s.) səmərəli istifadəsi.

Bu göstəricilər mikro, mezo və makro səviyyədə, eyni zamanda iqtisadiyyatın sektorları (real, maliyyə, ev təsərrüfatı, dövlət və s.) üzrə hesablanır.

İqtisadi səmərəliliyin klassik düsturu (nəticə və məsrəf nisbəti) aşağıdakı kimidir:

Burada, S - iqtisadi fəaliyyətin səmərəliliyi;



N - iqtisadi fəaliyyətin nəticələri;

M - ehtiyatların ümumi məsrəfidir.

Səmərəliliyin artırılması xərclərin və nəticələrin müxtəlif nisbətlərində baş verə bilər:

- nəticələrin artımının xərclərin artımından çox olması ilə;

- nəticələrin dəyişməməsi və xərclərin azaldılması ilə;

- nəticələrin artırılması və xərclərin dəyişməməsi ilə;

- nəticələrin azaldılmasına nisbətən xərclərin daha çox azaldılması ilə;

- nəticələrin artırılması və xərclərin azaldılması ilə.

Bütün hallarda nəticələrin xüsusi çəkisinin artımı, daha doğrusu, istifadə olunmuş ehtiyatların vahidinə düşən nəticənin xüsusi çəkisinin artımı baş verir. Lakin daha optimal hal nəticələrin maksimumlaşdırılması və xərclərin minimumlaşdırıl-masıdır.

Makro və mezo səviyyədə nəticələrin uçotu üçün ümumi milli məhsul göstəricisindən, xərclərin uçotu üçün kapital qoyuluşları (investisiya) göstəricisindən istifadə olunur. Birinci göstərici digər nəticə göstəriciləri (ümumi ictimai məhsul, milli gəlir, mənfəət və s.) ilə müqayisədə nəticələri dəyər ifadəsində dəqiq ölçməyə imkan verir. Kapital qoyuluşlarının həcmi göstəricisi bütün ehtiyatların ümumi məsrəflərini ifadə edir. Beləliklə, iqtisadi səmərəlilik düsturu aşağıdakı kimidir:


Burada, Sm - makro səviyyədə iqtisadi səmərəlilik;

ΔÜDM - ümumi daxili məhsulun dəyişməsi;

KQ - kapital qoyuluşlarının həcmidir.

Statistika təcrübəsində ayrı-ayrı aktivlərdən istifadənin səmərəliliyini ölçmək üçün xüsusi göstəricilərdən də istifadə olunur: material məsrəflərinin ümumi milli məhsula nisbəti (material tutumu), əsas fondların ümumi milli məhsula nisbəti (fond tutumu), istifadə olunmuş əmək ehtiyatlarının ümumi milli məhsula nisbəti (əmək tutumu), enerji ehtiyatlarının ümumi milli məhsula nisbəti (enerji tutumu). Bunlardan başqa, fond verimi, torpağın məhsuldarlığı, istehlak olunmuş enerji vahidinə düşən ÜMM (ekoloji davamlılıq göstəricisi) və s. göstəricilərdən də istifadə olunur.

Təhlil göstərir ki, ehtiyatların sərfinə bir çox amillər (təbii, iqlim, texnoloji, istehlak və s.) təsir göstərir. Ona görə də, səmərəlilik göstəricisi müxtəlif olur, yəni hər hansı məhsulun istehsalı bu və ya digər ölkədə müxtəlif səviyyədə xərc tələb edir. Ehtiyatların sərfinə idarəetmənin, istehsalın və əməyin təşkili də təsir göstərir. Mütəxəssislərin hesablamalarına görə, material ehtiyatlarının qənaətinin 80 %-i yeni texnika və texnologiyanın tətbiqi hesabına əldə edilir. Ehtiyatlara qənaət onların istifadəsinin bütün mərhələlərində (ehtiyatların hasilatı, emalı, məhsul istehsalı, istehlakı) baş verməlidir.

Səmərəlik göstəricilərinin səviyyəsinə görə inkişaf ekstensiv və intensiv olur. Ekstensiv inkişaf ehtiyatların istifadəsi həcminin artırılması, intensiv inkişaf isə ehtiyatların səmərəli istifadəsi vasitəsilə baş verir. İqtisadi inkişafa ekstensiv və intensiv amillərin birgə təsir göstərdiyi hallar da olur. İqtisadi fəaliyyətin intensivləşdirilməsi dedikdə, məhsul vahidinə ehtiyatların sərfinin azaldılması başa düşülür.


3.2. Mikro iqtisadiyyatda iqtisadi səmərəliliyin statistikası
Mikro iqtisadiyyatın səmərəliliyi göstəriciləri makro, mezo iqtisadiyyatın səmərəliliyi göstəricilərindən prinsipcə fərqlənir. Qeyd edilməlidir ki, beynəlxalq təcrübəyə əsasən, mikro iqtisadiyyatın statistikasının təşkili üçün menecment uçotunun məlumat bazasından istifadə edilir. Ölkəmizdə menecment uçotunun beynəlxalq tələblərə uyğunlaşdırılması ilkin mərhələdə olduğu üçün, mikro iqtisadiyyatın səmərəliliyin hesablanması üçün elmi-metodoloji tədqiqatların aparılmasına ehtiyac yaranmışdır.

Bazar iqtisadiyyatı şəraitində müəssisənin fəaliyyətinin iqtisadi səmərəliliyinə qiymət, valyutanın məzənnəsi, dövriyyə, kredit faizi, vergi, subsidiya, maliyyə bazarının konyunkturası və s. göstəricilər təsir edir. Mikro iqtisadi səmərəlilik göstəriciləri müəssisənin strateji planlaşması üçün öbyektiv informasiya mənbəyidir. Bu göstəricilərdən ayrı-ayrı fəaliyyət sahələrində istifadə edilir. Ona görə investisiyanın, ekologiyadan istifadənin (ətraf mühitin mühafizəsi və bərpası) səmərəliliyinin hesablanması üzrə elmi-metodoloji tədqiqatlar genişləndirilir.

Mikro iqtisadiyyatın səmərəliliyi statistikasında əsasən aşağıdakı göstəricilər-dən istifadə edilir:

- uzunmüddətli və cari aktivlərin hər vahidinə düşən gəlir;

- bir manat aktivlərə görə xalis məhsul buraxılışı;

- aktivlərin bərpası ücün gəlirin ayrılmış hissəsi;

- yığımın səmərəlilik əmsalı;

- yığım vahidinə görə istehlak;

- mənfəətin artımı;

- rentabellik və s.

- bir işçiyə dövriyyənin həcmi;

- bir işçiyə gəlirin məbləği;

- sərf edilən material ehtiyatı vahidinə görə gəlirin həcmi;

- sərf edilən material ehtiyatı vahidinə görə əlavə dəyərin həcmi;

- aktivlərin (cari və uzunmüddətli) hər vahidinə görə əlavə dəyər.

İşçi qüvvəsindən istifadənin səmərəliliyi göstəricilərini iki qrupa ayırmaq olar:

1) işçi qüvvəsindən istifadənin intensivliyini əks etdirən göstəricilər;

2) işçi qüvvəsindən və iş vaxtından ekstensiv istifadəni səciyyələndirən göstəricilər.

İşçi qüvvəsindən intensiv istifadə göstəricilərinə aşağıdakılar aiddir:

- əmək məhsuldarlığının səviyyəsi;

- məhsul və xidmətlərin əmək tutumu;

- əmək məhsuldarlığının və əmək haqqının artım sürətinin nisbəti;

- əmək məhsuldarlığının artması nəticəsində sərbəstləşən işçilərin sayı;

- əmək haqqına qənaətin məbləği.

İşçi qüvvəsindən ekstensiv istifadə göstəricilərinə aşağıdakılar aiddir:

- iş vaxtından (təqvim, tabel, maksimal mümkün iş vaxtı fondlarından, iş gününün müəyyən olunmuş müddətindən və s.) istifadə göstəriciləri;

- işçi qüvvəsinin hərəkəti, daimiliyi və axını göstəriciləri.

İstehsalın maddi aktivlərdən istifadəsinin səmərəliliyi göstəricilərini aşağıdakı qruplara ayırmaq olar:

I. İstehsal aktivlərindən istifadənin səmərəliliyi göstəriciləri:

- material xərclərinin hər vahidinə düşən əlavə dəyər;

- məhsul və xidmət vahidinin material tutumu;

- məhsul və xidmət vahidinin enerji tutumu;

- qeyri-istehsal aktivlərindən istifadənin səmərəliliyi göstəriciləri;

- istehsalın ümumi rentabelliyi;

- əsas fondların hər vahidinə düşən əlavə dəyər;

- maddi dövriyyə fondlarının hər vahidinə düşən əlavə dəyər;

- əsas kapitalın hər vahidinə düşən məhsul və xidmətlərin buraxılışı;

- dövriyyə kapitalının dövr etmə sürəti;

- dövriyyə kapitalının dövriyyəsinin sürətlənməsi nəticəsində azad olan vəsaitin məbləği.

II. Texniki tərəqqinin tətbiqinin səmərəliliyi göstəriciləri:

- istehsal aktivlərinin artımının hər vahidinə düşən əlavə dəyərin artımı;

- müasir texnika və texnologiyaların mənimsənilməsinə çəkilən əsaslı xərclərin ödənilmə müddəti;

- müasir texnika və texnologiyaların mənimsənilməsindən əldə olunan iqtisadi səmərə.

İstehsal amillərinə nisbi qənaət göstəriciləri:

- material xərcləri (aralıq istehlak);

- əsas kapital;

- maddi dövriyyə kapitalı;

- istehsalın texniki səviyyəsinin yüksəlməsi nəticəsində işçilərin sayının azalması və məhsulun maya dəyərinin aşağı salınması.

Ümumi yığım və kapital qoyuluşlarından istifadənin səmərəliliyi üzrə göstəricilər qrupuna aiddir:

- ümumi yığımda əsas kapitalın xüsusi çəkisi;

- ümumi yığımda dövriyyə kapitalının xüsusi çəkisi;

- iqtisadiyyata kapital qoyuluşlarının səmərəliliyi əmsalı.

Məlumdur ki, iqtisadi fəaliyyət zamanı (texnoloji proseslər nəticəsində) əmtəəlik məhsul (mal və xidmət) və tullantı əmələ gəlir. İqtisadi vahidin əmtəəlik məhsulun miqdar və məbləğ ucotunun təşkilinə marağı olsa da, tullantıların uçotunun təşkilinə marağı olmur. Nəticədə, ətraf mühit (torpaq, su, hava və s.) davamlı olaraq fiziki, kimyəvi və bioloji təsirlərə məruz qalaraq aşınır (kəmiyyət və keyfiyyətini dəyişir). Nəzərə alsaq ki, müəssisə ətraf mühitin mühafizəsi üçün xərclər ayırsa və bu xərcləri məhsul istehsalına çəkilən xərclərdə əks etdirsə, onda satışdan əmələ gələn mənfəəti azalır. Son zamanlar metodoloji materiallarda “çirkləndirici ödəməlidir” prinsipinə uyğun olaraq, istehsal xərclərinə ətraf mühitin mühafizə xərclərinin daxil edilməsi tövsiyə edilir. Hətta məhsul istehsalı və bölüşdürülməsi üzrə sahələrarası balans modelinin sxemi aşağıdakı kimi tövsiyə edilir.


Xərclər
















1-ci sektor (kənd təsərrüfatı)

2-ci sektor (sənaye)

3-cü sektor (ətraf mühitin mühafizəsi xərcləri)




Son tələb


İstehsalın həcmi

M

ə

h



s

u

l



1-ci sektor (kənd təsərrüfatı)

25

20

0




55

100


2-ci sektor

(sənaye)

14

6

0




30

50








3-sektor (ətraf mühitin mühafizəsi üçün məhsullar)

50

10

0




0

60

Sxemdən göründüyü kimi, məhsulun tam dəyəri daxili və xarici xərclərdən formalaşır. Daxili xərclər məhsul istehsalına çəkilmiş xərcləri, xarici xərclər ətraf mühitə atılmış tullantıların zərərsizləşdirilməsi (cari və gələcəkdə) üçün xərcləri göstərir. İstehsal olunmuş məhsulda ətraf mühitin mühafizə xərcləri nəzərə alınmazsa, gələcək dövrün xərcləri artar, inflyasiya proqnozlaşdırılan səviyyədən yüksək ola bilər. Lakin ətraf mühitin bərpasına çəkilən xərclər istehsal olunan məhsulda nəzərə alınsa, onda iqtisadi səmərəlilik aşağı düşər. Bu prosesin optimal tənzimlənməsi üçün Avropa ölkələri keçən əsrin sonlarından başlayaraq başqa ölkələrə kapital ixracına üstünlük vermişlər, bu ölkələrdə “təbii ehtiyatlar və onlardan istifadə” cədvəlləri tərtib edilir, təbii ehtiyatlardan zamana görə normal istifadə qaydalarına ciddi riayət edilir.

Bütün yuxarıda göstərilənləri nəzərə alsaq, iqtisadi səmərəliliyin hesablanmasında istifadə edilən xərc göstəricisinin geniş təhlilinə ehtiyac yaranır. Ümumiyyətlə, xərclər xüsusi və ictimai, istehsal və alternativ, aşkar və qeyri-aşkar, mühasibat və iqtisadi xərclərə və s. bölünür.

Əmtəə istehsalına çəkilən xərclərə xüsusi xərclər deyilir. Lakin əmtəə istehsalı ətraf mühütə mənfi təsir etdiyi üçün, cəmiyyət tərəfindən ətraf mühitin bərpasına xərclər çəkilir. Belə xərclər ictimai xərclər hesab edilir, onun sosial və ekoloji səmərəsi olur (hal-hazırda Abşeron yarımadasının ekologiyasının bərpası üçün çəkilən xərclər və s). İctimai və xüsusi xərclər iki üsulla qiymətləndirilə bilər. Birinci üsul faktiki qiymətlərə, ikinci üsul isə daha sərfəli halda ehtiyatların qiymətinə əsaslanır. Birinci üsul mühasibat, ikinçi üsul isə iqtisadi üsul hesab edilir. Aşkar xərclər dedikdə, xammal, material, yanacaq, işçi qüvvəsinin əldə edilməsi xərcləri, qeyri-aşkar xərclər dedikdə isə, müəssisənin mülkiyyətində olan ehtiyatların istifadəsi başa düşülür (məsələn, fermer üçün kirayə xərcləri, sahibkar üçün müzdlu əmək haqqı, lizinq və s.). Alternativ xərclərə sahibkarın icarəyə götürülmüş avadanlıqdan istifadə xərcləri aid edilir.

Xərclərin məhsulun dəyərində xüsusi çəkisi dəyişdikcə, istehsal olunmuş məhsulun həcmi də dəyişir. Bu dəyişiklik ekonometriyada istehsal funksiyası ilə hesablanır və istehsal funksiyası modeli aşağıdakı kimidir.

X=f(K,L,E,M,S)

Burada, X - ümumi məhsul buraxılışı

K - əsas kapital xərcləri (kapital xidməti)

L - əmək xərcləri (işçi qüvvəsi xidməti)

E - enerji məsrəfi

M - material məsrəfi

S - digər xidmət xərcləri

E, M, S aralıq istehlak, K və L isə son istehlak xərcləridir.

İqtisadi fəaliyyət sahələri üzrə xərcləri bir neçə qruplara bölsək, onda model aşağıdakı kimi də ifadə edilə bilər:

Xi = fi (Xij,....,Xnj.Lj,Kj)

X j - j iqtisadi fəaliyyət sahəsi üzrə məhsul buraxılışı;

Xij - i iqtisadi fəaliyyət sahəsindən j sahəsinə aralıq istehlak məhsulları;

Lj - j iqtisadi fəaliyyət sahəsində əmək xərcləri;

Kj - j iqtisadi fəaliyyət sahəsində kapital xərcləridir.

Belə funksiyalar ekonometrik modellər vasitəsi ilə həll edilə bilər. Onda tipik ekonometrik modeli aşağıdakı kimi olar.

X = a0 + a1 x E +a2 x H + a3 x F

Burada, E - ekoloji kapital xərcini;

H - insan kapitalı xərcini;

F - fiziki kapital xərcini göstərir.

Əgər umumi investisiyanı ∆E, ∆H, ∆F komponentlərə bölsək, onda onun səmərəliliyi ∆X olar.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə