1. İdarəetmə prinsipləri


İdarəetmənin fundamental prinsipləri



Yüklə 1,35 Mb.
səhifə2/75
tarix07.03.2022
ölçüsü1,35 Mb.
#53444
1   2   3   4   5   6   7   8   9   ...   75
AİN muhazirelerin konspekti (2)

1.2. İdarəetmənin fundamental prinsipləri

 

İdarəetmənin üç fundamental prinsipini fərqləndirirlər: açıq idarəetmə prinsipi, kompensa-siya prinsipi və əks-əlaqə prinsipi.



 

1.2.1. Açıq idarəetmə prinsipi

 


Çörək bişirmə sobasının AİS-inə baxaq (şək.1). Onun prinsipial sxemi konkret texniki qurğulardan ibarət konkret AİS-in işləmə prinsipini göstərir. Prinsipial sxemlər elektrik, hidravlik, kinematik və s. ola bilər.

Bişirilmə texnoligiyası sobadakı temperaturun verilmiş proqram üzrə dəyişdirilməsini, çox vaxt isə müəyyən həddə saxlanılmasını tələb edir. Bunun üçün qızdırıcı elementdəki gərginliyi reostatın köməyilə tənzimləmək lazımdır. İO-un belə hissəsinə obyektin idarə olunan orqanı deyilir. Reostat, ventil, zaslonka və s. belə orqan kimi fəaliyyət göstərə bilər.

İdarə olunan dəyişəni ona mütənasib olan və AİS-də istifadəsi üçün rahat formaya çevirən hissə həssas element adlanır. Həssas elementin çıxışındakı fiziki dəyişən İO-un çıxış dəyişəni adlanır. Bir qayda olaraq, bu dəyişən elektrik siqnal (gərginlik, cərəyan şiddəti) və ya mexaniki yerdəyişmədir. Həssas element kimi termocüt, taxometr, elektrik körpülər, təzyiq, deformasiya və vəziyyət vericilər və s. elementlər istifadə oluna bilər. Baxdığımız misalda bu, termocütdür, onun çıxışında sobadakı temperatura mütənasib gərginlik formalaşır ki, o da nəzarət üçün qoyulmuş ölçü cihazına göndərilir. İO-un idarəedici orqanının girişindəki fiziki dəyişən giriş dəyişəni adlanır.


İdarə olunan dəyişənin tələb olunan qiymətdə saxlanılması üçün İO-a göstərilən təsir idarə edici təsiru(t) adlanır. Bu təsir idarəetmə qurğusunun köməyilə hasil edilir. İdarəetmə qurğusunun əsas hissəsi icra mexanizmidir (icra mexanizmi kimi elektrik və ya porşenli mühərriklər, membranlar, eletromaqnitlər və s. istifadə oluna bilər).

Tapşırıq verici qurğu idarə edici təsirinin dəyişdirilməsi proqramını müəyyən edən, başqa sözlə tapşırıq siqnalını - uо(t) verən qurğudur. Sadə halda uо(t)=const. Tapşırıq verici qurğu kimi yumruqvari mexanizm, maqniqafon lenti, saatdakı rəqqas və s. ola bilər. İdarəetmə və tapşırıq qurğularının rolunu insan oynaya bilər. Lakin bu artıq AİS olmayacaqdır. Baxdığımız misalda tapşırıq verici qurğu reostatın sürüngəcini proqrama uyğun hərəkətə gətirən və bu proqramı təyin edən yumruqvari mexanizmdir.




Baxdığımız AİS-i elementləri funksional bəndlərdən təşkil edilmi funksional sxem kimi sxem şəklində təsvir etmək olar. Bu bəndlər içində giriş dəyişəninin çıxış dəyişəninə çevrilməsi qaydası qeyd edilmiş dördbucaqlılıar kimi təsvir edilir. Bu dəyşənlər eyni və ya müxtəlif təbiətə malik ola bilər, məsələn, giriş və çıxışda elektik gərginlik və ya girişdə elektrik gərginlik, çıxışda isə mexaniki yerdəyişmə və s.

Bəndin girişinə təsir göstərən f(t) dəyişəni həyəcanlandırıc təsir adlanır. O, ətraf mühitin, əlavə yüklərin dəyişmələrinin çıxış dəyişəninə göstərdiyi təsiri əks etdirir.

Ümumi halda funksional bəndin bir neçə girişi və çıxışı ola bilər (şək.3). Burada u1,u2,...,un – giriş dəyişənləri; f1,f2,...,fm – həyəcanlandırıcı təsirlər; y1,y2,...,yk – çıxış dəyişənləridir.

 

Funksional bəndlərin işləmə prinsipi müxtəlif ola bilər, ona görə də funksioanl sxem konkret AİS-in iş prinsipi haqqında heç bir təsəvvür yaratmır, o, sadəcə siqnalların keçmə yollarını və emal edilməsi ardıcıllığı göstərir. Siqnal – informasiya anlayışıdır, hansı ki, funksional sxemdə fiziki dəyişənə uyğun gəlir. Onun keçmə yolları istiqamətlənmiş oxlarla göstərilir (şək.4). Siqnalın budaqlanması yerləri düyünlər adlanır. Siqnal fiziki kəmiyyətin dəyişməsi forması ilə təyin edilir, onun nə kütləsi, nədə enerjisi vardır, ona görə düyün nöqtəlıərində siqnallar bölünmür, düyünə daxil olan siqnal bütün istiqamətlərə bərəbər miqdarda gedir. Siqnalların toplanması cəmləyicidə, çıxılması isə müqayisə etmə qurğusunda həyata keçirilir.

Baxdığımız çörək bişirmə sobasının AİS-i funksional sxem formasında göstərmək olar (şək.5). Verilmiş sxemin açıq idarəetmə prinsipi qoyulmuşdur, bu prinsipin mahiyyəti odur ki, idarə etmə proqramı avvəlcədən tapşırıq verici qurğu tərəfindən sərt qoyulur, idarəetmə prosesin parametrlərinə göstərilən həyəcanlandırıcı təsirləri nəzərə almır. Açıq idarəetmə prinsipi əsasında işləyən sistemlərə misal olaraq saatı, maqnitofonu, kömpüteri və s.-ni göstərmək olar.

 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin