1. İdarəetmə prinsipləri



Yüklə 1,35 Mb.
səhifə6/75
tarix07.03.2022
ölçüsü1,35 Mb.
#53444
1   2   3   4   5   6   7   8   9   ...   75
AİN muhazirelerin konspekti (2)

2.2. Statik xarakteristikalar

 

Idarə ounan dəyişənin və bütün aralıq dəyişənlərinin qiyməti zamana görə dəyişmirsə, AİS-in belə iş rejimi qərarlaşmış və ya statik rejim adlanır. İstənilən bənda və bütövlükdə belə rejimdə fəaliyyət göstərən AİS y = F(u,f) tipli statika tənlikləri ilə ifadə oluna bilər, haradaki zaman t iştirak etmir. Onlara uyğun qrafiklər statik xarakteristikalar adlanır. Bir ədəd u girişinə malik sistemin statik xarakteristikası y = F(u) əyrisinin köməyilə təsvir edilə bilər (şək.13). Əgər bənd f həyəcanlandırıcı təsirə görə ikinci girişə malikdirsə, onda xarakteristika f-in fərqli qiymətlərində y = F(u) əyrilər toplusu ilə və u-un fərqli qiymətlərində y = F(f) əyrilər toplusu ilə göstəriləcəkdir.


 

 

 



 


Bu tip funksional bəndlərə misal olaraq, yuxarıdakı şəkildə göstərilmiş, çəndəki suyun səviyyəsini tənzimləyən adi lingi göstərmək olar (şək.14). Onun statika tənliyi y = Ku kimi olacaqdır. Onu, giriş siqnalını K qədər gücləndirən (və ya zəiflədən) bənd kimi təsəvvür etmək olar. Çıxış dəyişəninin giriş dəyişəninə nisbətinə bərabər olan K = y/u əmsalı bəndin gücləndirmə əmsalı adlanır. Giriş və çıxış dəyişənləri müxtəlif təbiətə malik olduqda o, ötürmə əmsalı adlanır.

Verilmiş bəndin statik xarakteristikası a = arctg(L2/L1) = arctg(K) qədər meyilliyə malik düz xətt parçasıdır (şək.15). Xətti statik xarakteristikalara malik bəndlər xətti bəndlər adlanır. Real bəndlərin statik xarakteristikaları, bir qayda olaraq, qeyri-xətti olur. Onlar üçün ötürmə əmsalının giriş siqnalının qiymətindən asılı olması xarakterikdir: K = y/ u const.

Məsələn, sabit cərəyan generatorunun statik xarakteristikası şək.16-da göstərilmişdir. adətən qeyri-xətti xarakteristikanı hər hansı bir riyazi asılııqla vermək olmur, ona görə də onu cədvəl və ya qrafik formasında vermək tələb olunur.

 

 

 



 

 

Ayrı-ayrı bəndlərin statik xarakteristikalarını bilməklə bütöv AİS-in statik xarakteristikasını qurmaq olar (şək.17, 18). Əgər AİS-in bütün bənləri xəttidirsə, onda onun özü də xətti olacaqdır. əgər heç olmasa biri qeyri-xətti olarsa, onda AİS də qeyri-xətti olacaqdır.

Əgər bəndin xarakteristikasını çıxış dəyişəninin giriş dəyişənindən sərt funksional asılılığı formasında vermək olursa, belə bənd statik adlanır. Əgər belə asılılıq yoxdursa və giriş eyni bir qiymətinə çıxış müxtəlif qiymətləri uyğun gəlirsə, belə bənd astatik adlanır. Onun statik xarakteristikasını təsvir etməyin mənası yoxdur. Astatik bəndə misal kimi elektrik mühərriki göstərmək olar, haradaki, giriş dəyişəni gərginlik U, çıxış dəyişəni isə valın fırlanma bucağıdır. Belə ki, U = const olanda fırlanma bucağı istənilən qiymət ala bilər.



Astatik bəndin çıxış dəyişəni hətta qərarlaşmış vəziyyətdə belə zamanın funksiyasıdır.


 

 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin