1. Fəlsəfənin predmeti və funksiyaları



Yüklə 69,24 Kb.
səhifə9/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
Fəlsəfə 1-25

7.Sokrata qədərki fəlsəfə
Milet məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Milet məktəbinin nümayəndiləri olan Fales, Anaksimandr, Anaksimen hər şeyin, bütöv kainatın ilkin maddi əsasını suda və havada görürdülər.
Milet məktəbinin əsasını Fales (e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa, astronomiya, həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslanaraq 28 may 585-ci ildə Günəşin tutulacağını əvvəlcədən xəbər vermişdi.
Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat sudan yaranır, istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür etmək mümkün deyil. Fales deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır, toxumdur, o da ki, mayedir; bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər, susuz məhv olurlar; Günəş də, ulduzlar da suyun buxarlandan qidalanırlar. Deməli, hər şey sudan yaranır.
Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş, fəlsəfə ilə yanaşı təbiət elmləri, xüsusilə də astronomiya ilə məşğul olmuşdur. Anaksimandrda heliosentrik baxışların rüşeyminə rast gəlirik. O deyirdi ki, Yer daimi, əbədi fırlanma hərəkətinə malikdir. İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır.
Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi Anaksimen (e.ə. 585-524) Falesin və Anaksimandrın tələbəsi olmuş, onların tə”limlərini əsaslandırmış və inkişaf etdirmişdir. Anaksimen Havanı hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, hər şey Havadan yaranır və son nəticədə havaya çevrilir.
Hefes məktəbi. Efesli Heraklitin fəlsəfi baxışları. Efesli Heraklit (e.ə. 540-480) yüksək rütbəli, aristokrat ailəsində anadan olmuşdur. Heraklit tə”liminin tarixi əhəmiyyəti ondan ibarətdir ki, o, dünyanın maddiliyi ideyasını təbiətin hərəkəti və dəyişməsi fikri ilə zənginləşdirdi. Heraklitin fəlsəfi görüşləri, dünya haqqındakı fikirləri onun “Təbiət haqqında” əsərində şərh olunmuşdur. Bu kitabda bir sıra təbiət hadisələrinin, o cümlədən, ildırımın, şimşəyin çaxmasının səbəbləri izah edilir, dünyanın meydana gəlməsi və onun dialektik inkişafı haqqında diqqətəlayiq fikirlər söylənilir. Heraklit deyirdi ki, bütün mövcudatın əbədi, maddi əsası oddur. Bu od daimi hərəkətdədir. Bütün predmetlər, cisimlər oddan yaranır və “öldükdə” yenidən oda çevrilirlər. Təbiət, Kainat atəşin əbədi hərəkətinin – sönməsinin və alovlanmasının məhsuludur.
Eley məktəbinin nümayəndələrinin fəlsəfi baxışları. Eley məktəbi. Bu məktəb e.ə.VI-V əsrlərdə fəaliyyət göstərmişdir. Onun yaranması və inkişafı Ksenofan Kolofonlu, Parmenid Eleyli və Zenon Eleylinin adı ilə bağlıdır.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin