1. Fəlsəfənin predmeti və funksiyaları


Fəlsəfə və dünyagörüşü, mahiyyəti və formaları



Yüklə 69,24 Kb.
səhifə2/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   2   3   4   5   6   7   8   9   ...   33
Fəlsəfə 1-25

2.Fəlsəfə və dünyagörüşü, mahiyyəti və formaları
Dünyagörüsıi – mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli sosıal-mənəvi və emosional-psixoloji fenomendir. Onun elmi, fəlsəfi, ümumbəşəri, milli, sosial-sinfi, siyasi, mənəvi, dini, ateist, esletik və digər çalarları vardır. Dünyagörüşü – insan həyatının özünəməxsus yol göstəricisi, şəxsiyyətin həyat mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur Dünyagörüşün mahiyyəti, struktur komponentləri, növləri və s. Haqqında fəlsəfə elmində çoxlu fikirlər söylənilməsinə baxmayaraq, bu sahədə müəyyən ziddiyyətli, mübahisəli mövqelər indi də qalır.
Dünyagörüşü – insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü – fərdin, sosial qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqamətini müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə, dünyagörüşü – obyektiv dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bunlar elə baxışlardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak və fəaliyyətini, sərvət meylini əsaslandırır və istiqamətləndirir.
Dünyagörüşü – təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, əxlaqi, estetik və s. Baxışların ifadəsidir. Dünyagörüşün predmetində insan durur.
Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. Dünyagörüşün obyeklini bütövlükdə dünya, varlıq təşkil edir. Dünyagörüşün predmetini isə təbiət aləmi ilə insan aləminin qarşılıqlı münasibəti və həmin münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir.
Dünyagörüşünü özünün inkişaf ardıcıllığı, in`ikas dərinliyi, əsaslandırılmış olub-olmaması cəhətdən ən ümumi şəkildə dörd mühüm tarixi növə ayırmaq olar: mifoloji, dini, elmi, fəlsəfi.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin