1. Fəlsəfənin predmeti və funksiyaları


Qədim Şərqdə fəlsəfi fikir (Hindistan və Çin)



Yüklə 69,24 Kb.
səhifə5/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   2   3   4   5   6   7   8   9   ...   33
Fəlsəfə 1-25

4.Qədim Şərqdə fəlsəfi fikir (Hindistan və Çin)
E.a. I miniiliyin VI-V əsrlərindən Hindistanda fəlsəfə artıq sisiemləşdirilmiş şəkildə, müəyyən cərəyanlar, anlayışlar formasında mövcud idi. Burada ən ümumi anlayışlar: varliq, materiya, insan, həyat, kainat və s. Haqqında əsasən dini-mifoloji, idealist səciyyə daşıyan fəlsəfi baxışlar, materialıst fəlsəfi sezmələr meydana çıxmışdı. Qədim hind fəlsəfi fikri hakim brahmanizm dini təlimi və ona müxalif şəkildə formalaşmış «Vedlər»də («ved» - «bilik» deməkdir) ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə oxunan dini himnlərin və mahnıların məcmusu idi. «Vedlər» əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, insan haqqında və s. Ümumiləşmiş fəlsəfi ideyalar da var idi. Müxtəlif hissələrdən ibarət olan «vedlər»in sonuncu hissəsini upanişadlar təşkil edirdi («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqları yanında oturanlar» deməkdir. Ğörünür, onlar «Vedlər» öyrənən şagirdlər olmuşlar). «Vedlərin» əsas biliciləri və təbliğatçıları yüksək kastadan (təbəqədən) olan müdrik brahman kahinləri hesab olunurdular.
Lakin qəbilə münasibətlərinin dağılması, quldarlığın formalaşması ilə əlaqədar «Vedlərin» təlimlərinə, brahman kahinlərinin ayin və rıtuallarına, inamlarına etiraz edənlər də meydana gəlirdi. Bunların sırasında brahmanizmə tənqidi yanaşan şramanları, acivikləri (naturalist-fəlsəfi təlim), çaynizm və buddizmi qeyd etmək olar. Bu tənqidi dini-fəlsəfi cərəyanlar əsasında qədım dövr hind fəlsəfi sistemi olan sutrılar meydana çıxmışdi.
Sutrılar – fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şəklində ifadəsı idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər – lokayat və çarvak baxışları formalaşmışdır.
Lokayat təlimi (ehtimal olunur ki, «lokayat» sözü «ancaq bu dünya» deməkdir) dini-mistik axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada yaradılması zərurətini təbliğ edirdi.
Çarvak təliminə görə («çarvak» - qədim hind dilində «dörd söz», «dörd mahiyyət» mənasını verir) bütün mövcudatın əsasında dörd ünsür – od, su, hava, torpaq durur. Varlıq bu ünsürlərin birləşməsindən meydana çıxır, parçalanmasından məhv olub gedir. Çarvaklar dünyanın maddı vəhdəti ideyasını təbliğ edir, materiya və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc olmasıni qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər.
E.ə. VI əsrdə iLk Çin fəlsəfi məktəbləri, Konfutsi, Lao-Tszi və b. Çin filosofları meydana çıxıb fəaliyyət göstərmişlər. O vaxt formalaşmış konfutsiançılıq və daosizm fəlsəfi-dini cərəyanlan da onların adı ilə bağlı olmuşdur. Ümumiyyətlə, Şərq fəlsəfəsi bir tərəfdən fəİsəfi, digər tərəfdən dini səciyyə daşımışdır.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin