1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə15/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
UNEC 1638823694

Qarışıq istinadda isə, sətrin ünvanlaşması sütunun ünvanlaşmasından fərqlənir. Məsələn, B$4 - qarışıq istinaddır. Burada sütun nisbi və sətir isə mütləq ünvanlaşdrılıb. $B7, R3C[-4], R[7]C3 qarışıq istinadlardır.

Düsturda xarici istinaddan da istifadə mümkündür. Xarici istinad -cari kitabın digər vərəqinin xanalarına və ya digər kitabın vərəqələrinin xanalarına istinaddır. Xarici istinadın köməyi ilə iki və ya bir neçə işçi kitabı əlaqələndirmək mümkündür. Xarici istinadda düstur olan kitab asılı adlanır. Düstur ilə emal olunan verilənləri saxlayan kitab isə ilkin adlanır. Xarici istinad verilməzdən əvvəl ilkin işçi kitab yadda saxlanılmalıdır.

Xarici istinadda iki kitabdan istifadə olunarsa, onda hər iki kitab açılaraq ekranda yerləşdirilir. Xarici istinadda işçi kitab, işçi vərəqə və xanalar ünvanı göstərilir. Burada apastrof, kvadrat mötərizə və nida işarəsindən (!) istifadə olunur. İşçi kitabın yolu, işçi kitab, işçi vərəqə apastrof daxilində olur. Işçi kitab kvadrat mötərizə daxilində olmaqla, işçi vərəqənin adından sonra nida işarəsi qoyulur. Məsələn:

‘D:\EXCEL\[KAFEDRA.XLS]Kaf_65!$D$7’

Əgər asılı və işçi kitablar eyni qovluqda yerləşərsə, yolun göstərilməsi vacib deyil.




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin