1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Tükənməyən təbii resurslara



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
Ekoloji təhlil mühazirələr

Tükənməyən təbii resurslara
okeanın su resursları, iqlim 
resursları, yer təkinin enerjisi, dəniz qabarması və dalğaları 
daxildir. Planetar miqyasda su resursları praktiki olaraq 
tükənməyən resurs hesab edilməsi faktı məlumdur. Lakin Yer 
səthində su istifadəsi sistemində şirin su ehtiyatı qeyri-bərabər 
paylanmışdır. Bəzi rayonlarda geniş ərazilərdə suyun 
çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli 
istifadə olunması nəticəsində regionlar səviyyəsində və lokal 
səviyyədə su ehtiyatının faciəli azalması baş verir. Məlum 
olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi 
həcmi 1390 mln. km3 -a yaxındır. Lakin onun 96,4%-i Dünya 
okeanının duzlu suları və yalnız 2,6%-i (36 mln. km3 ) şirin 
suların payına düşür. Duzlu dəniz suyunun şirinləşdirilməsi 
texnologiyası artıq məlumdur. Odur ki, Dünya okeanı, duzlu 
göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları 


kimi istifadə oluna bilər. Dünya təsərrüfatına öz ehtiyacını 
ödəmək üçün 4,5 min km3 -ə yaxın su tələb olunur. Bu isə bərpa 
olunan su resursunun təxminən 10%-i qədərdir. Deməli, 
təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində, 
bu su resursları tükənməz resurs kimi qiymətləndirilə bilər. 
Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca 
kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti 
yarana bilər. Hələ ki, təbii mühit müxtəlif məqsədlər üçün öz 
ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su 
«bəxş» edir. Ətraf mühitdə su və havanın miqdarı praktiki 
olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar 
keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, 
suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu 
təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi 
ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-
gigiyena işləri) tükənməz qala bilər. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin