1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
Ekoloji təhlil mühazirələr

Torpağın temperaturu
xarici mühitin 
temperaturundan asılıdır, Temperaturun sutkalıq dəyişməsi 
yalnız 1 m dərinliyə qədər hiss olunur. Yayda torpağın 
temperaturu havanın temperaturundan aşağı, qışda isə yuxarı 


olur. Torpaq soğulcanları gilli, gillicəli və qumluca torpaqlarda 
aktiv hərəkət edərək onun məsaməliyini artırır.
Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və 
duzluluğu sayılır. Mühitin reaksiyası bir çox heyvan və bitkilər 
üçün olduqca mühüm faktor hesab olunur. Quru iqlim şəraitində 
neytral və qələvi, rütubətli rayonlarda isə turş torpaqlar üstünlük 
təşkil edir. Taxılların çoxu neytral və zəif qələvi torpaqlarda 
(məs. qaratorpaq) yaxşı məhsul verir. Duzlu torpaqlarda suda 
həll olan duzların miqdarı izafi həddə çatır. Duzlu torpaqların 
şoran və şorakət tipləri mövcuddur. Duzlu torpaqların 
özünəməxsus flora və faunası var. Burada bitkilər duzların 
konsentrasiyası və tərkibinə davamlıdır, lakin müxtəlif bitki 
növləri müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər 
halofitlər adlanır.
Torpağın müxtəlifliyi onun müxtəlif ölçülü orqanizmlər üçün 
müxtəlif mühit yaratmağa imkan verir. Torpaq mühitinin 
mürəkkəbliyi çox müxtəlif fəaliyyətli qruplaşmaların – 
aerobların və anaerobların, üzvi və mineral birləşmələrdən 
istifadə edənlərin məskunlaşması üçün müxtəlif cür şərait 
yaradır.
Mikrofauna
(ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.) 
adlanan qruplaşmada birləşən kiçik torpaq heyvanları üçün 
torpaq mikro su hövzəsi hesab olunur. Əslində onlar su 
orqanizmləridir. Onlar qravitasiya və kapilyar su ilə dolmuş 
torpaq məsamələrində yaşayırlar, həyatlarının bir hissəsini isə 
mikroorqanizmlər kimi pərdə suyunun hissəcikləri səthində 
adsorbsiya olunmuş vəziyyətdə keçirə bilir. Bu növlərin çoxu su 
hövzələrində yaşayır. Lakin onların torpaq formaları şirin su 
növlərindən kiçik olur, bununla yanaşı, əlverişsiz dövrlərin 


sonunu gözləyərək uzun müddət sistalaşmış vəziyyətdə qalmaq 
qabiliyyətinə malikdirlər. Halbuki, şirin su amyoblarının ölçüləri 
50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 10-
15 mkm olur. Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5 
mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə olur və 
bədənlərinin formalarını kəskin dəyişə bilirlər. Hava ilə tənəffüs 
edən bir qədər iri heyvanlar üçün torpaq kiçik mağara sistemi 
sayılır. Belə heyvanlar mezofvuna adlanan qrupda birləşir. 
Torpaq mezofaunasının nümayəndələrinin ölçüləri millimetrin 
onda bir hissəsindən 2-3 mm-ə qədər olur. Bu qrupa əsasən 
buğumayaqlılar, gənələrin bir sıra qrupları, ilk qanadsız 
həşəratlar, qanadlı həşəratların xırda növləri və s. daxildir. 
Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma üzvləri yoxdur. 
Mezofaunanın
bir qədər iri nümayəndələri torpaq havasında 
nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara 
malikdir: bunlardan bədəndə qoruyucu pulcuqları qismən su, 
hava keçirməyən örtükləri, tənəffüsü təmin edən primitiv 
sistemli epikutikula ilə başdanbaşa qalındivarlı zirehi göstərmək 
olar. Torpaq su ilə basıldıqda mezefaunanın nümayəndələri 
həyatını havanın qovuqcuqlarında keçirir. Hava heyvanların 
tüklə və pulcuqlarla örtülü sukeçirməyən bədənlərinin ətrafında 
yığılaraq saxlanılır. Havanın qovuqcuqları xırda heyvanlar üçün 
özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür. Torpağın mikro 
və mezofaunasının nümayəndələri torpaq donuşluğunu keçirmək 
qabiliyyətinə malikdirlər, belə ki, növlərin əksəriyyəti donmağa 
məruz qalan qatlardan aşağıya keçə bilmir. Bədənlərinin ölçüləri 
2...20 mm olan torpaq heyvanları makrofaunanın nümayəndələri 
sayılır. Bura həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər, 
torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit 
olub hərəkət etmələrinə böyük mexaniki müqavimət göstərir. Bu 


nisbətən iri formalar torpağın hissəciklərini aralayaraq onun 
təbii boşluqlarını genişləndirmək, yaxud yeni izlər (yollar) 
açmaq yolu ilə hərəkət edirlər. Hər iki hərəkət üsulu heyvanların 
xarici quruluşunda iz buraxır. Qazıma (eşmə) yolu ilə hərəkət 
etməmək yalnız bədənləri kiçik en kəsiyə malik olan növlər 
üçün xasdır, əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə 
malikdir (çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə 
təzyiq göstərmək hesabına torpaq hissəciklərini aralayaraq 
hərəkət edənlərdən torpaq soğulcanları, uzunayaqlılara aid 
milçəyin 
sürfələrini və b. göstərmək olar.
Torpağın meqafaunası
– əsasən məməlilərdən ibarət olub iri 
yereşənlərdir. Bir sıra 
növlər bütün həyatını torpaqda keçirir. Onlar torpaqda yollar və 
yuvalar sistemi qazırlar. Bu heyvanların xarici görkəmi və 
anatomik xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı 
əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı 
kompakt, dalğalı bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı 
güclü qazıcı sonluğa malikdirlər.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin