1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə8/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
EKOLO

5. Biosferin quruluş sxemi




Biosfer (bio – həyat spháira − sahə yunan sözlərindən) – litosferi (yer qabığı və mantiyanın yuxarı hissəsi), hidrosferi (çaylar, göllər, dənizlər və okeanlar) və atmosferin aşağı qatlarını əhatə edən aktiv həyat mühitidir. Biosfer termini ilk dəfə 1875-ci ildə Avstriya geoloqu Zyus tərəfindən istifadə olunub. Biosferin aşağı hissəsi quruda 3 km və okeanın dibində isə 2 km dərinliyə qədər aşağıya yayılır. Yuxarı sərhədi – ozon qatıdır, ondan yuxarıda Günəşin ultrabənövşəyi şüaları üzvi həyatın mövcudluğunu istisna edir. 6. Biosfer haqqinda Vernadski təlimi

Biosfer haqqında müasir təlim 1924-cü ildə akademik Vladimir İvanoviç Vernadski tərəfindən yaradılıb, onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. Bura bütün canlı orqanizmlər və onların məskunlaşdığı mühit daxildir. Bu təlimdə canlı orqanizmlərin (o cümlədən insanın) fəaliyyəti ümumi halda planetar əhəmiyyətli və miqyaslı geokimyəvi faktor kimi ifadə olunur.

V.İ.Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. Vernadski biosferdə bir-birindən çox fərqlənən və eyni zamanda genetik əlaqəli 7 hissə fərqləndirir:


  1. canlı maddə – canlı orqanizmlər;

  2. biogen maddə – canlı orqanizmlərin həyat fəaliyyəti məhsulları (daş kömür, neft və s.);

  3. atil maddə – dağ qruntları (minerallar, gillər və s.);

  4. biokos – dağ qruntlarının və çöküntülərin paçalanması və canlı orqanizmlərlə emal məhsulları (torpaq, lil, təbii sular);

  5. radioaktiv maddə – radioaktiv maddələrin parçalanması nəticəsində alınan maddələr (radium, uran, torium və s.);

  6. seyrək yayılmış atomlar (kimyəvi elementlər) – Yer qabığında dağınıq vəziyyətdə olan;

  7. kosmik mənşəli maddə – meteoritlər, kosmik mənşəli elementar zərrəciklər (protonlar, neytronlar, elektronlar).

Canlı aləmin birinci halqası yaşıl bitkilərdir. Bitkilər günəş işığından istifadə edərək karbon qazını, suyu və mineral maddələri udub fotosintez prosesi gedişində müxtəlif üzvi maddələr yaradır. Fotosintez – yaşıl bitkilərin hüceyrələrindəki xlorofilin iştirakı ilə Günəş enerjisi hesabına baş verən kimyəvi reaksiyadır. Havadan СО 2 , torpaqdan Н 2 О və Günəş enerjisi hesabına – qlükoza (şəkərlərin ən sadəsi) və oksigen alınır. Yaşıl bitkilərin məhsulu, onların biokütləsi ikinci halqanın – heyvanların mövcudluğu və inkişaf üçün əsas olur. Heyvanlar aləmi daxilində onun bəzi növləri digərlərinin yem bazası rolunu oynayır. Mikroorqanizmlər canlı aləmin üçüncü halqasını təşkil edir.





Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin