14. Qlobal ekoloji problemlərin cəmiyyətin inkişafında rolu
Artan əhalinin tələbatının ödənilməsi və bizim planeti məhv etməmək üçün inkişaf etmiş ölkələr enerji və digər resursların istifadəsini və ətraf mühitə təsiri bir nəslin həyatı dövründə təqribən 10 dəfə azaltmalıdırlar. XX əsrin 60-cı illərinin ortalarında inkişaf etmiş ölkələrində qlobal ekoloji problemlərin müzakirəsinə başlanıldı. Bu problemlərin xüsusiyyəti ondadır ki, hər bir ayrı ölkənin və Dünya təsərrüfatının inkişafı və təsərrüfat fəaliyyəti ümumilikdə güclü antropogen təsirə məruz qalmış planetimizin ətraf mühitinin vəziyyətindən asılıdır. Ekoloji ziddiyyətlərin böyük sahələrə yayılması nəzərə çarpır. Ziddiyyətlərin keyfiyyət tərəfinə bunlar aiddir:
insanların yaşayış mühitinin və həyat fəaliyyətinin çirklənməsinin yüksək və hətta böhran səviyyəsi.
təbii resurslardan səmərəsiz istifadə.
Dostları ilə paylaş: |