1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Morfemin təyinatına görə tipləri. Meqamorflar



Yüklə 116,59 Kb.
səhifə52/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   48   49   50   51   52   53   54   55   ...   64
dilciliye giris imtahan suallari

100.Morfemin təyinatına görə tipləri. Meqamorflar
Morfemlərin tipləri, Morfemlər onların dildəki təyinatına görə üç tipə bölünür: 1) köklər, 2) əsaslar, 3) affikslər.
Kök sözdüzəldici yuva əmələ gətirən bütün qohum sözlərin ümumi hissəsidir. Kök törədici əsas kimi işlənə və törədici əsasın tərkibinə daxil ola bilər.Kök təkcə sözdüzəldici yuvanın mərkəzində deyil, həm də leksik mənanın ifadəsi və formalaşmasını mərkəzində yerləşir. Ona görə də köksüz dil yoxdur, sözlər kökə bərabər ola bilər .Sözün zəruri hissəsi olaraq və çoxlu sayda sözlərdə təkrar edilməklə kök ən müxtəlif fonetik və semantik dəyişikliyə məruz qalır.
Əsas bilavasitə əlaqədə olan sözlərin və sözlərin formalarının ümumi hissəsidir. Əsas müəyyən sözün bir tərəfdən leksik mənasını, digər tərəfdən isə onun ümumi qrammatik mənasını ifadə edir. Törəmə morfem olmaqla əsaslar sözlərin və onların formalarının əmələ gəlməsində müstəsna rol oynayır.
Affikslər dilin qrammatik vasitələrinin mühüm tipidir. Kök və əsaslarla işlənərkən tutduqları mövqeyə görə affikslər prefikslərə və postfikslərə bölünür. Postfikslər sözdə kök və ya əsasdan sonra gələn affikslərə deyilir. Onlar suffikslərə və fleksiyalara bölünür .Suffikslər sözdüzəldici və formadüzəldici ola bilər.Prefikslər kök və ya əsasdan əvvəl işlənən affikslərə deyilir.Prefikslər qrammatik mənaların göstəricisi kimi,yəni formadüzəldici affiks kimi də işlənir.Hind-Avropa dillərində,bu nadir hallara təsadüf edilir.
Morfemlər və sözformaları arasında aralıq işarələrin 3 tipi vardır
1.Morflarla verilən,lakin xətti şəkildə üzvlənməyən işarələr-zəif meqamorflar
2.İşarələnənə görə guya verilən işarələr-güclü meqamorflar
3.İşarələyənə görə guya verilən işarələr-morfoloji frazemlər
Meqamorflar mütləq şəkildə başqa işarələr vasitəsilə verilən qeyri-elementar işarədir.Zəif və güclü meqamorflar bir üumi meqamorf təşkil edir.Güclü meqamorflar “kök+ affikslər” ,”affiks + affiks “ şəklində formalaşa bilər.Meqamorfların ikinci tipi latın dilində,qədim gürcü dilində müşahidə edilir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin