1. Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiya


Onlayn satış platformaları barədə açıqlamalar verin



Yüklə 328,45 Kb.
səhifə8/36
tarix21.12.2023
ölçüsü328,45 Kb.
#188949
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
vasitəçilik

11. Onlayn satış platformaları barədə açıqlamalar verin

  • Onlayn satış platformaları məhsulların fərdi satıcılarını istehlakçılarla birləşdirir. Bu platformalar xüsusilə rəssamlar və sənətkarlar arasında populyardır, çünki onlar marketinq və göndərmədə kömək edə bilər. Çox vaxt onlayn satış platforması istehlakçıları sayta cəlb etmək üçün əl işləri kimi məhsullara diqqət yetirir. İstehlakçılar daha sonra fərdi tacirlərin təklif etdiyi müxtəlif məhsulları nəzərdən keçirə bilərlər.

  • Onlayn satış platformaları yaradıcılardan siyahıya görə ödəniş etməklə və hər satışın müəyyən faizini komissiya kimi götürməklə qazanc əldə edirlər.

  • Son illər Azərbaycanda onlayn staış platformasının fəaliyyəti geniş vüsət alıb. Bunlara “Trend-yol”, “Asos”, Ali-express”, “Amazon”, “Alibaba”, “E-bay” aid edilir



12. Qeyri-istehsal sahəsində əməkdaşlığın əsas formaları.
Qeyri-istehsal sferası özündə bir neçə sahələri birləşdirir. Bunlar ticarət, məişat xidmatlari, maliyyə,təhsil, tibb, turizm və digər sahələri əhatə edir. Qeyri-istehsal sahəsinin bəzi əlamətləri aşağıdakılardır:

  1. Məhsulun individual şəkildə istehsalı;

  2. Xidmət olaraq xarakterizə olunan istehsalçı və istehlakçı arasındakı

əlaqələrin xüsusiyyətləri;

  1. Mexanizmin minimal olması,təşkilatçılığın aşağı dərəcədə olması və əmək bölgüsü və işçilərin kooperativliyinin olmaması.

Ümumi olaraq baxıldıqda qeyri istehsal və xidmət sahələrini eyni mənada işlətmək olar, Qeyri-istehsal sahəsində şirkətlər təşkilati səviyyələrinə görə xarakterizə olunur. Bu sahədəki şirkətlər ölçüsünə görə kiçik kooperasiyalar şəklində fəaliyyət göstərirlər və əməyin avtomatlaşdırılması aşağı səviyyədə olur.Buraya daxil olan müəssisələr gözlə görünən və görünməyən məhsulları istehsal edə bilirlər. Xidmət sferasında isə müəssisələr istehsallarının spesifikası baxımından xarakterizə olunurlar. Burada təşkilatın səviyyəsi elə böyük əhəmiyyət kəsb etmir. Xidmət sahəsində müəssisələr balaca və ya böyük ola bilərlər.Belə ki,individual istehsalat kiçik ölçülü olur və buna görə də əməyin avtomatlaşdırlmasının yüksək səviyyəsinə ehtiyac yoxdur.Bu sahədəki müəsisələrə misal olaraq evlərin alqı-satqısi ilə məşğul olan böyük şirkətləri,100-dən çox işçiləri olan və əmək bölgüsü xəstəxanaları misal göstərmək olar.
Müasir şəraitdə sürətlə inkişaf edən sahələrdən biri də xidmət sahəsidir. Xidmət bazarı-qeyri-istehsal sferasının müəssisələrinin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sahəsidir. Xidmət bazarının bəzi özünəməxsus xüsusiyyətləri mövcuddur ki,bunlar da əsasən xidmətlərin xüsusiyyətləri ilə bağlıdır. Bu bazarın bəzi spesifik xüsusiyyətlərini aşağıdakı şəkildə göstərə bilərik:

Xidmət sahəsində şirkətlər arasında tərəfaşlıq əlaqələrinin formalarından biri olan françayzinqə rast gəlmək olar. Məsələn,sığorta şirkətləri ilə artıq françayzinq sazişləri imzalanır. Bu siğortaçını minimal zərərin ödənilməsindən azad edir. Siğortada françayzinqlər şərtli və şərtsiz ola bilir.Şərtli françayzinq zamanı sıfır və ya normativ təzminat mövcuddur.Bu növ françayzinqə ən aydın misal cızıqdır.Düzdür,sağlamlığa zərər dəysə də,dəyilən ziyanın dərəcəsi minimal olduğuna görə təzminatın ödənilməsi gözlənilmir.Bəzən isə ödənişlər olur və bu ödənişlər minimal olduğundan tamam ödənilir.Şərtsiz françayzinqda isə yaranan zərərdə minimal ödənişlə yaranmış zərər arasındakı məbləğ ödənilir.Bu növ françayzinqdə heç vaxt yaranmış zərər tam şəkildə ödənilmir.



Yüklə 328,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin