1. Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiya


Praktikada biznesdə yaranan tərəfdaşlıq əlaqəsinə bir neçə tərəfdən yanaşma



Yüklə 328,45 Kb.
səhifə5/36
tarix21.12.2023
ölçüsü328,45 Kb.
#188949
1   2   3   4   5   6   7   8   9   ...   36
vasitəçilik

8. Praktikada biznesdə yaranan tərəfdaşlıq əlaqəsinə bir neçə tərəfdən yanaşma.
Praktikada biznesdə yaranan tərəfdaşlıq əlaqəsinə bir neçə tərəfdən ələ almaq olar:

  • Dövlətlərarası əlaqələrin bir hissəsi kimi (dövlətlərarası tərəfdaşlıq əlaqəsi);

  • Dövlət, biznesmenlər və işçilər arasında yaranmış tərəfdaşlıq əlaqəsi(sosial tərəfdaşlıq); Bu tərəfdaşlıq daxilində dövlət və biznesmənlər tərəfindən işçilərə işləri müqabilində əmək haqqı ödənilir.

  • Bazar iqtisadiyyatında mövcud olan subyektlər arasında yaranmış olan tərəfdaşlıq əlaqələri; Burda hər iki tərəf firmalar və firma və sahibkar da ola bilər.

Tərəfdaşlar arasında uğurlu əməkdaşlığı həyata keçirmək üçün müəyyən prinsiplərin olması mütləqdir. Bunlardan bəziləri:

  1. Könüllülük; 4. Sinerji;

  2. Ortaq maraq; 5. Aydın öhdəlik;

  3. Asılılıq; 6. Birgə iş;

  1. Tamamlayıcı dəstək;

  2. Yaxşı ünsiyyət;

  3. Qarşılıqlı hörmət və inam.

Tərəfdaşlar arasında əlaqələr hüquqi aktlar və qaydalara əsaslanmalıdır. Belə hüquqi aktlar dedikdə daha çox saziş nəzərdə tutulur. Ümumi mənada saziş hüquqi akt olub müəyyən peşə, sahə işçiləri üçün əmək şaraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir. Biznesdə saziş mənfəət əldə etmək üçün qiymətli malların tərəfdaşlar arasında yaradılan kommersiya mübadiləsidir. Birtərəfli saziş və iki və daha çox şəxslərin iştirakını nəzərdə tutan qarşılıqlı saziş fərqlənirlər. Sazişin əsasında kommersiya marağı dayanmaqdadır. Əgər tərəfdaşa hər hansı bir məhsul verilib, əvəzində pul və ya digər məhsul alınırsa, bu saziş adlanır.
Eyni bir əmtəə ilə saziş müxtəlif fayda verə bilər. Sazişin kommersiya nəticəsi onun hazırlanması və həyata keçirilməsi prosesində hansı şərt qoyulmasından ibarətdir. Yəni sahibkarlıq məqsədinin hansı iqtisadi-hüquqi formaya malik olmasından və bu məqsədə nail olmaq üçün vasaitin həcmindən asılıdır. Bununla əlaqədar olaraq hər bir sahibkar özünün praktiki fəaliyyətində əməkdaşılığın konkret formasıını təklif etməli, yaxud tərəfdaşın seçdiyi əməkdaşlıq formasına uyğun olmalıdır. Buna görə sahibkarların biznesdə yarana biləcək bütün tərəfdaşlıq formaları haqqında məlumatları olmalıdır.
Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsasını sahibkarlıq sazişi təşkil edir. Sahibkarlıq sazişi dedikdə iqtisadi xarakterli məqsədlərə nail olmaq üçün iki və daha çox sahibkarın öz səylərini birləşdirməsi və ya fəaliyyət nəticələrinin mübadiləsi üzrə razılaşmaları nəzərdə tutulur. Saziş bağlanılan zaman tərəflərin üzərində müəyyən hüquqlar və öhdəliklər olur. Sazişin yazılı forması müqavilə adlanır. Müqavilənin məzmunu və forması isə konkret olaraq əməkdaşlığın istiqamətindən asılıdır. Bütövlükdə aşağıdakı məntiqi ardıcıllığa riəyət olunur: ilk öncə sahibkar mümkün və uyğun tərəfdaşla əməkdaşlıq sferasını müəyyənləşdirir, sonra əməkdaşlığın konkret formasını seçir və bundan sonra müqavilə bağlamaq təklifi ilə çıxış edir.



Yüklə 328,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin