0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   ...   22   23   24   25   26   27   28   29   30

 

 

9.5. Tərəvəz konservlərinin və tomat məhsullarının tədqiqi 

 

Tədqiqat apararkən tərəvəz konservlərindən aşağıdakı qaydada nümunə 



ayrılır. Butulka və bankalara qablaşdırılmış və yeşiklərə yığılmış halda daxil olan 

partiya maldan 5% miqdarında, lakin ən azı 5 yeşikdən nümunə götürülməlidir. 

Çəlləklərdən tomat pasta götürüldükdə, onu əvvəlcə yaxşı qarışdırmaq və 0,5 kq 

miqdarında laboratoriya nümunəsi ayırmaq lazımdır. Orta nümunə  tərtib etmək 

üçün hər yeşikdən 1-3 butulka və ya banka (0,33; 0,5; 0,65; 0,8 və 1,0 litr tutumlu) 

götürülür. Ayrılmış nümunələrdən laboratoriya nümunəsi hazırlanır. 

Tərəvəz konservlərinin və tomat məhsullarının orqanoleptiki üsulla xarici 

görünüşü, dadı, iyi və  rəngi yoxlanılır. Fiziki-kimyəvi göstəricilərdən bankanın 

germetikliyi, quru maddələrin miqdarı, mineral qatışıqların olması, qəlyanaltı  və 

nahar konservlərində yağın, turşuluğun və duzun miqdarı, bəzi hallarda ağır metal 

duzlarının miqdarı müəyyən edilir. 

Tapşırıqlar. 

1.

 



Tərəvəz konservlərinin və tomat məhsullarının orqanoleptiki göstəricilərinin 

tədqiqi. 

2.

 

Bankanın germetikliyinin yoxlanılması. 



3.

 

Hissələrin nisbətinin təyini. 



4.

 

Quru maddələrin miqdarının təyini. 



5.

 

Tomat-püredə bərk qatışıqların təyini. 



6.

 

Sulfitləşdirilmiş məhsullarda yodometrik üsulla sulfit turşusunun təyini. 



 

9.5.1. Tərəvəz konservlərinin və tomat məhsullarının  

orqanoleptiki göstəricilərinin tədqiqi 

 

Tərəvəz konservlərinin xarici görünüşünün yoxlanılması etiketin olması və 



onun vəziyyətinin müəyyən edilməsindən başlanır. Bu zaman etiketdəki yazıların 

 

 

412



məzmunu öyrənilir. Taranın xarici görünüşündə, baxmaqla müəyyənləşdirilə bilən 

nöqsanların olması (germetikliyin pozulması, qapağın  şişməsi, boşalması  və s.) 

yoxlanılır. Məhsulun özü yoxlanarkən tomat kütləsi bircinsli olmalı, qabıq 

hissəcikləri olmamalı və kiflənmə müşahidə edilməməlidir. Tomat-pasta və tomat-

püredə tumun olması nöqsan sayılır. 

Dad və iyi yoxlanarkən dequstasiya şərtlərinə əməl etmək lazımdır. Tomat 

məhsulları özünəməxsus dad-tam xüsusiyyətlərinə malik olmalıdır. Kənar dad-tam 

olması yolverilməz hesab edilir. Tərəvəz konservlərinin dadı  əsas xammalın və 

əlavələrin dadına müvafiq olmalıdır. 

Tomat məhsullarının  rəngi yoxlanarkən təbii işıqdan istifadə edilməlidir. 

Bir çox hallarda bu məqsədlə  rəngli  şkalalardan da istifadə olunmalıdır. Texniki 

yetişkənliyə çatmamış pomidordan alınan tomat məhsulları tutqun rəngli olur. 


 

 

413



 

 

9.5.2. Bankanın germetikliyinin yoxlanılması 

Bu üsulun mahiyyəti ondan ibarətdir ki, konserv bankasını isti suyun 

içərisinə salıb yoxladıqda daxildən hava qabarcıqları çıxır və bankanın qapağının 

və ya tənəkə bankanın tikiş yerlərindən içəriyə su keçirsə, deməli germetiklik 

pozulmuşdur. 

Ləvazimatlar və avadanlıq. Su qızdırmaq üçün qazan, istilik mənbəyi, 

termometr. 



Işin gedişi. Tədqiq olunacaq konserv bankasının xarici görünüşü 

yoxlanarkən əvvəlcə etiket kağızından təmizlənir və yuyulur. Sonra şüşə banka bir 

qədər isti su buxarı üzərində saxlanılır və sonra istiliyi 85

0

C olan suyun içərisinə 



yerləşdirilir. Bu zaman bankanın qapağının qıraqlarından və ya tənəkə bankanın 

tikiş yerlərindən qabarcıqların ayrılması germetikliyin pozulmasını göstərir. Bunu 

müşahidə etmək üçün banka su içərisində 5-7 dəq saxlanılmalıdır. Bundan sonra 

konserv bankası sudan çıxarılır, qurudulur və növbəti tədqiqatlar aparılır. 



9.5.3. Hissələrin nisbətinin təyini 

Ləvazimat. Texniki tərəzi, çini kasa, süzgəc, xörək qaşığı. 

Işin gedişi. Tərəvəz konservlərinin tərkibində tərəvəz və şirə olduqda ayrı-

ayrı hissələrin nisbəti müəyyənləşdirilir. Bu işi yerinə yetirmək üçün üzəri yaxşı 

təmizlənmiş  və silinmiş konserv bankası 0,5 q dəqiqliklə  çəkilir (D

1

). Bankanın 



qapağı açılır və  məhsul süzgəcdən və ya xüsusi setkadan əvvəlcədən kütləsi 

müəyyən edilmiş çini kasaya süzülür. Süzülmə 10 dəq davam etdirilir. Bundan 

sonra kasadakı  məhsul çəkilir və onun ilk kütləyə görə faizi hesablanır. Bundan 

sonra konserv bankasında qalan məhsul (duru hissə) başqa qaba tökülür, konserv 

bankası təmizlənir, yuyulur, qurudulur və çəkilir. 

Bankanın brutto kütləsi  – D

1

 

Bankanın qapaqla kütləsi  



– D

2

 



Konservin netto kütləsi   – (D

1

 – D



2

) = D 


 

 

414



Duru hissənin kütləsi    

– D


3

 

Quru hissənin kütləsi    



– (D – D

3

)  = D



4

 

Duru hissənin faizlə miqdarı   – 



100

3



D

D

 

Quru hissənin faizlə miqdarı   – 



100

4



D

D

 

Qüvvədə olan standartlara əsasən tərəvəz konservlərində duru hissənin 



faizlə miqdarı konservin çeşidindən asılı olaraq 45-50%, quru hissə isə 50-55% 

olur. 


9.5.4. Tomat-püredə bərk qatışıqların təyini 

 

Tomat-pasta və tomat-püre istehsalında istifadə olunan pomidorlar 



ehtiyatsızlıq üzündən yaxşı yuyulmadıqda və texnoloji əməliyyatlara düzgün riayət 

edilmədikdə, onların tərkibinə bərk qatışıqlar, o cümlədən mineral qatışıqlar düşür. 



Ləvazimatlar. Texniki-kimyəvi tərəzi, 500-1000 ml-lik hündür kimyəvi 

stəkan, qıf, filtr kağızı,  şüşə büks, şüşə çubuq, Mufel sobası, eksikator, distillə 

suyu. 

Işin gedişi. 100 q tomat-pasta və ya tomat-püre tutumu 500-1000 ml olan 

hündür kimyəvi stəkana tökülüb, üzərinə dolanacan təmiz kran suyu əlavə edilir. 

Şüşə çubuqla qarışdırıldıqdan sonra asılı və bərk qatışıqların çökməsi üçün 20-30 

dəq sakit saxlanılır. Bu müddətdən sonra ehtiyatla nisbətən bulanıq olan üst 

hissədəki su süzülür və stəkanda onun həcminin 1/4 və ya 1/3 hissəsi qədər 

qalmalıdır. Yenidən stəkana kran suyu əlavə edilir və bu cür yuma stəkandakı 

məhlul şəffaflaşana kimi davam etdirilir. Axırda stəkandakı suyu ehtiyatla boşaldıb 

dibindəki çöküntünü külsüz filtrdən süzürük. Filtrdə qalan çöküntünü bir neçə dəfə 

su ilə yuyub filtri çöküntü ilə birlikdə əvvəlcədən daimi çəkiyə qədər qurudulmuş 

çini tigelə keçirib Mufel peçində ağımtıl kül alınana kimi közərdirik. Tigeli 20 dəq 

eksikatorda soyudub kütləsini təyin edirik. Bərk qatışıqların faizlə miqdarı 

aşağıdakı düstur üzrə hesablanır: 

100

1

2



=



D

D

D

X

 


 

 

415



burada, D – tədqiq olunan məhsulun kütləsi, q-la; 

  D


1

 – tigelin boş kütləsi, q-la; 

  D

2

 – tigelin küllə birlikdə kütləsi, q-la. 



Mineral qatışıqların miqdarı əla sort tomat məhsullarında olmamalı, 1-ci sort 

tomat-pastada 0,05%-dən, tomat-püredə 0,08%-dən, tomat sousunda isə 0,03%-dən 

çox olmamalıdır. 

 

9.5.5. Quru maddələrin miqdarının təyini 

Tomat məhsullarında quru maddənin miqdarı 2 üsulla təyin olunur: quru 

maddələrin filtratın xüsusi çəkisinə görə təyini; quru maddələrin refraktometr üsulu 

ilə təyini. 

9.5.5.1. Quru maddələrin filtratın xüsusi çəkisinə görə təyini 

 

Ləvazimatlar. Analitik-kimyəvi tərəzi, piknometr, su hamamı, termometr, 

tənzif, distillə suyu, quruducu filtr kağızı. 



Işin gedişi. Piknometr qurudulur və kütləsi təyin edilir (D

0

). Piknometrə 



cizgi yerinə qədər distillə edilmiş su tökülür və 20

0

C temperaturda su hamamında 



20 dəq saxlanılır. Sonra piknometrdən cizgidən artıq su boşaldılır, xarici səthi 

qurudulur, su ilə birlikdə kütləsi təyin edilir (D

1

). Piknometrdəki su boşaldılıb 



oraya əvvəlcədən 2 və ya 4 dəfə distillə suyu ilə qarışdırılıb təzyiq altında cunadan 

keçirilmiş tomat-püre və ya tomat-pasta məhlulu tökülür. Piknometr 20

0



temperaturda su hamamında 20 dəq saxlanılır, cizgidən artıq olan hissə boşaldılır, 



səthi qurudulur və kütləsi təyin edilir (D

2

). Xüsusi çəki aşağıdakı düstur üzrə 



hesablanır: 

0

1



0

2

20



20

D

D

D

D

D



=

 

burada, D



0

 – boş piknometrin kütləsi, q-la; 

   D

1

 – piknometrin su ilə kütləsi, q-la; 



   D

2

 – piknometrin məhsulla kütləsi, q-la. 



 

 

416



Alınmış xüsusi çəkiyə  əsasən aşağıdakı  cədvəldən quru maddənin miqdarı 

tapılır. Alınmış rəqəm durulaşdırma əmsalına(2 və ya 4-ə) vurulur. 

Qüvvədə olan standarta əsasən tomat-pastada quru maddələrin miqdarı 30; 

35; 40; 45 və 50%, tomat-püredə isə 12; 15 və 20%-dir. 

 

9.5.6. Sulfitləşdirilmiş məhsullarda yodometrik üsulla  

sulfit turşusunun təyini 

 

Meyvə-tərəvəzlərin cari emal üçün bir müddət saxlamaq məqsədilə onların 



püresini sulfit turşusu ilə konservləşdirirlər. Meyvələri qurutduqda və kütləvi 

iaşədə  təmizlənmiş kartofun təbii rənginin saxlanılması  məqsədilə  də sulfit 

turşusundan və ya kükürd anhidridindən istifadə edilir. Odur ki, həmin məhsullarda 

sulfit turşusunun miqdarı standart üzrə normalaşdırılır. 



 

 

417



 

Cədvəl 9.3. 20

o

C  temperaturda filtratən xüsusi çəkisinə görə quru 



maddələrin faizlə miqdarı 

Filtratın 

xüsusi çəkisi 

Quru maddə, 

%-lə 

Filtratın 



xüsusi çəkisi 

Quru maddə, 

%-lə 

Filtratın 



xüsusi çəkisi 

Quru maddə, 

%-lə 

1,0108 2,78 1,0254 6,43 1,0397 9,90 



1,0113 2,89 1,0258 6,53 1,0402 10,03 

1,0118 3,02 1,0263 6,65 1,0406 10,13 

1,0125 3,14 1,0268 6,78 1,0411 10,25 

1,0128 3,27 1,0273 6,90 1,0416 10,36 

1,0133 3,40 1,0278 7,03 1,0420 10,45 

1,0138 3,51 1,0282 7,13 1,0425 10,57 

1,0143 3,65 1,0287 7,23 1,0429 10,67 

1,0148 3,77 1,0292 7,35 1,0435 10,83 

1,0153 3,90 1,0296 7,45 1,0440 10,93 

1,0158 4,03 1,0302 7,60 1,0445 11,05 

1,0163 4,15 1,0306 7,70 1,0449 11,15 

1,0168 4,28 1,0310 7,80 1,0454 11,27 

1,0173 4,40 1,0315 7,93 1,0459 11,40 

1,0178 4,53 1,0320 8,05 1,0465 11,53 

1,0182 4,63 1,0325 8,16 1,0468 11,63 

1,0188 4,77 1,0330 8,27 1,0474 11,75 

1,0192 4,87 1,0334 8,37 1,0478 11,84 

1,0196 4,97 1,0339 8,50 1,0482 11,93 

1,0201 5,10 1,0344 8,63 1,0488 12,07 

1,0206 5,22 1,0349 8,75 1,0492 12,17 

1,0211 5,35 1,0353 8,85 1,0497 12,30 

1,0215 5,47 1,0358 8,97 1,0502 12,40 

1,0220 5,57 1,0363 9,07 1,0506 12,50 

1,0226 5,72 1,0368 9,20 1,0512 12,65 

1,0230 5,82 1,0372 9,30 1,0516 12,74 

1,0235 5,94 1,0378 9,45 1,0520 12,83 

1,0240 6,07 1,0385 9,57 1,0525 12,95 

1,0244 6,15 1,0387 9,67 1,0529 13,05 

1,0249 6,29 1,0393 9,80 1,0534 13,16 

 

Ləvazimat və reaktivlər. Texniki tərəzi, saat şüşəsi, 200 ml-lik konusvari 

kolba, titrləşdirici avadanlıq, 1 n natrium və ya kalium qələvisi məhlulu, sulfat 

turşusu, 1%-li reaktiv nişastası məhlulu, 0,02 n yod məhlulu. 



Işin gedişi. Texniki tərəzidə saat şüşəsində 5 q məhsul nümunəsi (tomat-

pasta və ya tomat-püre) çəkib götürməli və 200 ml-lik konusvari kolbaya 

keçirməli. Saat şüşəsinə bulaşmış  məhsul distillə suyu ilə yuyulub kolbaya 

keçirilir. Sulfit turşusunun tədricən sərbəst hala keçməsi üçün kolbaya 25 ml 1 n 



 

 

418



qələvi məhlulu (KOH və ya NaOH) əlavə edib çalxalamalı  və 15 dəq sakit 

saxlamalı. Sulfitləşdirilmiş  məhsullarda sulfit turşusu digər üzvi birləşmələrlə 

kimyəvi birləşmiş halda olur. Qələvi əlavə etdikdə sulfit turşusunun hamısı KOH 

və ya NaOH birləşərək sulfit turşusu birləşmələri əmələ gətirir. 

Sulfit turşusu birləşmələrinin parçalanması üçün kolbaya 10 ml sulfat 

turşusu (1:3) əlavə edilir. Bu zaman sulfit turşusu sərbəst hala keçir. Kolbaya 1 ml 

(20 damla) 1%-li nişasta indikatoru əlavə edib 1-2 dəq müddətində itməyən göy 

rəng alınana kimi 0,02 n yod məhlulu ilə titrləşdiririk. Yodun təsiri ilə sulfit 

turşusu aşağıdakı reaksiyaya uyğun sulfat turşusuna oksidləşir. 

H

2



SO

3

 + J



2

 + H


2

→ H



2

SO

4



 + 2HJ 

Hesablama aşağıdakı düstur üzrə aparılır: 



A

B

X

100


00064

,

0



=



 

burada, A – təhlil üçün götürülmüş məhsul nümunəsinin miqdarı, q-la; 

    B – titrləşməyə sərf olunan 0,02 n yod məhlulunun miqdarı, ml-lə; 

    0,00064 – 0,02 n yod məhlulunu kükürd anhidridinə çevirmə əmsalı; 

100 – faizlə hesablama üçün. 

Sulfitləşdirilmiş xammalda sulfit turşusunun norması 0,1-0,2%-dən, 

təmizlənmiş kartofda 0,002%-dən, sulfitləşdirilmiş xammaldan alınan məhsulda 

0,01%-dən çox olmamalıdır. 



Qeyd. Yod məhlulu təkcə sulfit turşusunu deyil, digər üzvi maddələri də 

(aldehidləri, aşı  və boya maddələrini) oksidləşdirdiyi üçün alınmış  nəticədən 

0,002% çıxılmalıdır. 

Yuxarıdakı üsul tədris laboratoriyasında aparıla bilər, lakin dəqiq tədqiqat 

aparmaq üçün nəzarət işi aparılmalı və oksidləşməyə sərf olunan yodun miqdarı iki 

təhlilin – əsas və  nəzarət işlərinin aparılmasında sərf olunan yod məhlulunun 

miqdarının fərqi kimi götürülməlidir. 

Tərəvəz konservlərinin və tomat məhsullarının tədqiqindən alınan 

nəticələrin laboratoriya dəftərində yazılış forması. 


 

 

419



Məhsulun adı,əmtəə sortu, kütləsi(həcmi)________________________ 

Sıra 


sayı 

Keyfiyyət göstəriciləriləri  

Standart 

göstəricisi 

Tədqiqatın 

nəticəsi 

1. 

1.1. 


1.2. 

1.3. 


Orqanoleptiki göstəricilər 

Xarici görünüşü 

Dadı və iyi 

Rəngi 


 

 

2. 



2.1. 

2.2. 


2.3. 

2.4. 


2.5. 

Fiziki-kimyəvi göstəriciləri 

Bankanın germetikliyi 

Hissələrin nisbəti, %-lə 

Quru maddələrin miqdarı, %-lə 

Tomat-püredə bərk qatışıqlar, %-lə 

Sulfit turşusu, %-lə 

 

 



 

Tədqiq olunan göstəricilər üzrə  tərəvəz konservlərinin və tomat 

məhsullarının keyfiyyəti haqqında ətraflı nəticə yazmaq lazımdır. 

 

Özünü yoxlamaq üçün suallar 



 

1.

 



Meyvə-tərəvəz konservlərinin hansı orqanoleptiki keyfiyyət göstəriciləri 

müəyyən edilir? 

2.

 

Tərəvəz konservisi bankasının germetikliyi necə yoxlanılır? 



3.

 

Tərəvəz konservlərində hissələrin nisbəti təxminən necə olmalıdır? 



4.

 

Tomat məhsullarında quru maddələr hansı üsullarla təyin edilir? 



5.

 

Sulfitləşdirilmiş  məhsullarda sulfit turşusunun təyini üsulunun mahiyyətini 



izah edin. 

6.

 



Konservlərin kimyəvi, bakterioloji (mikrobioloji) və fiziki bombajını əmələ 

gətirən səbəblər hansılardır? 



9.6. Qurudulmuş meyvə-tərəvəzlərin tədqiqi 

 

Qurudulmuş meyvə  və  tərəvəzin keyfiyyətini yoxlamaq üçün aşağıdakı 



qayda üzrə nümunə ayrılır. Qurudulmuş meyvə-tərəvəz partiyasında 100 vahid 

bağlama olarsa 3 yer, hər sonrakı 100 vahid bağlamadan  əlavə olaraq 1 yer 



 

 

420



götürülür.  Əgər bağlama vahidi zədələnmişsə, həmin məhsuldan tədqiqat üçün 

nümunə götürülməməlidir. Qurudulmuş meyvə kiçik bükümdə olarsa (preslənmiş 

briket formada), götürülmüş meyvə 500-1000 q olmalıdır. Ümumiyyətlə, 500-dək 

büküm vahidindən ən azı 3 kq, artıq olduqda isə ən azı 5 kq götürülməli və yaxşı 

qatışdırdıqdan sonra orta nümunədən tədqiqat üçün ən azı 1200 q laboratoriya 

nümunəsi ayrılmalıdır.  Əgər zərərverici həşəratlar aşkar edilərsə,  əlavə olaraq 

ayrıca 500 q götürülməlidir. Nümunələr bağlamaların aşağı, orta və yuxarı 

laylarından götürülməlidir. 

Açılmış bağlama yerlərindən briketin kütləsi 1 kq-dan artıq olarsa, müxtəlif 

laylardan bir və ya bir neçə briket götürülməlidir. Ümumiyyətlə, 600 bağlama 

yerindən  ən azı 3 kq, 600-dən artıqdan isə  ən azı 6 kq nümunə götürülməlidir. 

Götürülmüş ayırmalar qarışdırılıb orta nümunə hazırlanmalıdır. 

Nəmliyi təyin etmək üçün 100 q, qurudulmuş kartof, yerkökü və 

çuğundurun qurusunu müəyyən etmək üçün 200 q, soğan, kələm və başqa tərəvəz 

üçün 100 q, anbar zərərvericiləri üçün 500 q, metal qatışıqlarını təyin etmək üçün 1 

kq ayrılmalıdır. 



Tapşırıqlar. 

1.

 



Qurudulmuş meyvə-tərəvəzlərin orqanoleptiki göstəricilərinin təyini. 

2.

 



Qurudulmuş meyvələrin texniki təhlili. 

3.

 



Qurudulmuş meyvələrdə zərərvericilərlə zədələnmənin təyini. 

4.

 



Metal qatışıqların təyini. 

5.

 



Bərk mineral qatışıqların təyini. 

6.

 



Qurudulmuş meyvə-tərəvəzlərdə nəmliyin təyini. 

 


 

 

421



 

 

9.6.1. Qurudulmuş meyvə-tərəvəzdərin orqanoleptiki göstəricilərinin təyini 

 

Qurudulmuş meyvə qablaşdırılan taralar açıldıqda məhsulun xarici 



görünüşü, rəngi,  ətirliyi və dadı  hər növ qurudulmuş meyvə-tərəvəzin 

özünəməxsus aparılır. Albalının qara-qonur, parlaq olması, 5-7%-nin rənginin 

qırmızımtıl olmasına yol verilir. Diametri ən azı 6-10 mm, daha xırdaları  əlavə 

olaraq 1 sortda 5-10%, zədələnmiş  və  lətsiz  ən çoxu 2-10% və s. qatışıqların 

olmasına yol verilir. Dadı şirintəhər, kənar dad və iyin olmasına yol verilmir. 

Qurudulmuş meyvələr orqanoleptiki müayinə edildikdə kifin, çürümə  və 

anbar zərərvericilərinin, güvə  və onun sürfələrinin olmasına və gözlə görünən 

metal qatışıqlarının olmasına yol verilmir. Qurudulmuş üzümün sortundan və 

növündən asılı olaraq (səbzi, soyaqi, bidanə) açıq qəhvəyi, açıq yaşıl, sarımtıl, açıq 

yaşıldan qızılı rəngə, qəhvəyi, qonurtəhər və müxtəlif çalarlı olur. 

Soyaqi kişmiş üzümünün diametri sortundan asılı olaraq ən azı 6-10 mm, 

zədələnmiş (xırdalanmışları), xırdaları 3-7%, başqa növ üzüm qurusunun miqdarı 

0,3-1,0%-dən artıq olmamalıdır. 

Günəşdə qurudulmuş  səbzədə diametr növündən asılı olaraq 6-10 mm, 

bundan kiçik diametrli 4-10%, zədələnmiş və zəif inkişaf etmişlər ən çoxu 6-10%, 

başqa növ üzüm 0,3-0,5%-dən artıq olmamalıdır. Bidanə üzümündə diametri 

sortundan asılı olaraq ən azı 6-10 mm, bundan kiçiklərin miqdarı 1-5%, zədələnmiş 

və zəif inkişaf etmişlər 3-12%-dən çox, başqa növ üzüm qarışığı 0,3-0,5%-dən çox 

olmamalıdır. Hər növ üzüm qurusu özünəməxsus dad, tam və ətrə malik olmalıdır. 

Ərik qurusunun növündən asılı olaraq rəngi qonur-qırmızımtıl (kükürd 

qazına verilmiş Sübhani, Xurmayı növləri), tünd qonur və ya tünd qəhvəyi ləkəli 

(kükürdlə işlənməmiş), sarı-qonurdan tünd qonuru (kükürd qazına verilmiş Xasaki 

növü) rəngədək olur. Ərik quruları kükürd qazı ilə  işlənmiş olarsa, açıq sarıdan 


 

 

422



tünd narıncı  rəngədək, kükürd qazı ilə  işlənməyibsə, açıq qonurdan tünd qonuru 

rəngədək olur. 

Şaftalı qurusunun rəngi kükürd qazı ilə işlənməmişdə açıq sarıdan qəhvəyi, 

kükürd qazı ilə işlənmişlərdə isə rəngi qonura çalan tünd qəhvəyi olur. 

Çəyirdəksiz ərik qurusu (qaysı) girdə və ya oval formada, yanlardan basıq 

olur. Çəyirdəyi çıxarılıb yarıya bölünmüş  ərik (kuraqa) və  şaftalı qurusu düzgün 

oval və ya dəyirmi olur, 5-10%-nin düzgün olmayan formada olmasına yol verilir. 

Bütöv və yarı bölünmüş  ərik yaxşı  ətli, diametri ən azı 20-30 mm, bunlardan az 

ölçülüləri 5-15%-dən artıq olmamalıdır. Tək-tək kif zədələnmələri (diametri 1-2 

mm) 10-25%-dən çox olmamalıdır. Qaysı və kuraqada çəyirdəklilərin miqdarı 0,1-

0,2%-dən artıq olmamalıdır. 

Şaftalı qurusu ətli,  əsasən 30-45 mm diametrli, bundan kiçik ölçülüləri 5-

15%, dağılmışları ən çoxu 3-5%, diametri 1-2 mm olan kif zədələnmələri 10-30%-

dək, çəyirdəkliləri 0,1-0,2%-dək ola bilər. 

Kükürd qazına verilib qurudulmuş alma kremidən açıq qırmızımtıl rəngədək 

və sarı çalarlı olur. Forması ayparaşəkilli, dəyirmi, diametri ən azı 30 mm, qalınlığı 

5 mm olur. Turşaşirin dadı, xüsusi ətirliyi olur. Qüvvədə olan standarta əsasən 

alma qurusunda kənar dad və iyin olmasına, spirtə qıcqırma əlamətlərinin, görünən 

kif zədələnmələrinin, çürümüş payların olmasına yol verilmir. Orqanoleptiki 

təhlildə zərərvericilərin və kif göbələklərinin müşahidə edilməsinə yol verilmir. 

 


 

 

423



 

 

9.6.2. Qurudulmuş meyvələrin texniki təhlili 

 

Ləvazimatlar.  Şüşə lövhə, ağ kağız, pinset, texniki tərəzi, qurudulmuş 

meyvə nümunələri. 

Işin gedişi. Texniki tərəzidə 200 q qurudulmuş meyvə  çəkib, ağ kağız 

üzərində olan şüşə lövhənin səthinə yaymalı və pinset vasitəsilə meyvə qurularını, 

zəif inkişaf etmiş meyvələri, kənar qatışıqları, meyvəsiz çəyirdəkləri ayırmaq 

lazımdır. Hər ayrılmış hissəni (quru meyvə fraksiyalarını) ayrı-ayrılıqda texniki 

tərəzidə  çəkib, faizlə ümumi miqdara görə xüsusi çəkisini hesablamaq lazımdır. 

Alınmış  rəqəmlər standart göstəricilərlə müqayisə edilib məhsulun keyfiyyəti 

haqqında nəticə yazılmalıdır. 

 


 

 

424



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin