0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   ...   22   23   24   25   26   27   28   29   30

Ləvazimatlar və reaktivlər. 20 və 25 ml-lik pipetka, 250-300 ml-lik kolba, 

qum saatı, qıf, filtr kağızı, Felinq-1 və Felinq-2 məhlulu, etil spirti, dəmir-

ammonium zəyi məhlulu, KMnO

4

  məhlulu (1 litrdə 4,98 q KMnO



4

), titrləyici 

qurğu. 


 

 

370



Işin gedişi. 250-300 ml-lik konusvari kolbaya 25 ml Felinq-1 və Felinq-2 

məhlulu töküb azbest tor üzərində qaz lampasında (və ya elektrik plitəsində) 

qaynayana qədər qızdırırıq. Məhlulun üzərinə pipetka ilə 20 ml «A» məhlulu töküb 

qarışığı qaynamağa başlayan andan etibarən 3 dəq qaynadırıq. Kolbadakı  məhlul 

göy rəngə çevrilir və  qırmızı-kərpici rəngdə çöküntü əmələ  gəlir. Kolbadakı göy 

məhlulu azbest filtrdən (Bunzen kolbasının köməkliyi ilə) süzüb kolbanın 

dibindəki qırmızı-kərpici rəngli mis-oksid çöküntüsünün üzərinə 2-3 dəfə qaynar 

distillə suyu əlavə edib süzürük. Əgər mis-oksidi məhlulun səthində üzərsə, onda 

qarışığa bir neçə damla spirt əlavə edirik ki, mis-oksidi məhlulun dibinə çöksün. 

Süzmə zamanı çalışmaq lazımdır ki, mis-oksidi (Cu

2

O) filtrə keçməsin.  Əgər 



ehtiyatsızlıq üzündən çöküntü filtrə keçmiş olarsa, onda çalışmaq lazımdır ki, 

çöküntü həmişə distillə suyunun altında qalsın. Çünki Cu

2

O havadakı oksigenlə 



oksidləşib CuO-ə çevrilir, bu isə Felinq-3 məhlulunda həll olmur. Nəticədə itki 

olur və invertli şəkərin miqdarı azalır. Kolbada qalmış mis-oksidin üzərinə 25 ml 

dəmir-ammonium zəyi məhlulu (Felinq-3 məhlulu)  əlavə edib, onu həll etdikdən 

sonra, azbest filtrdəki mis-oksidi də onunla həll edib təmiz konusvari kolbaya 

süzürük. Məhlul yaşılımtıl rəngə boyanır. Kolbadakı  məhlulu Xamilyon məhlulu 

ilə (1 litrdə 4,98 q KMnO

4

 həll edilir) açıq qırmızı rəng alınana qədər titrləyirik. 



Titrə  sərf olunan KMnO

4

  məhlulunun ml-lə miqdarını 10-a vurub misin mq-la 



miqdarını  təyin edirik. Sonra misin miqdarına  əsasən cədvəldən invertli şəkərin 

mq-la miqdarını tapırıq (cədvəl 9.1). 

Hesablama aşağıdakı kimi aparılır. 50 q məhsul götürülmüş  və 500 ml 

kolbada məhlul hazırlanmışdır. Məhluldan 100 ml götürüb Pb(CH

3

COO)2-ın artıq 



miqdarını 200 ml-lik kolbada çökdürürük. Invertli şəkərin təyini üçün 20 ml filtrat 

götürülmüşdür. 



qram

X

1

20



500

20

100



50

=



=



 

Deməli, 20 ml məhlul 1 q məhsula uyğun gəlir. Məsələn, tutaq ki, titrə 16,4 

KMnO

4

 sərf olunmuşdur. Bu 16,4x10=164 mq misə uyğun gəlir. Cədvəldə 164 mq 



 

 

371



misə 86,5 mq invert şəkəri uyğun gəlir. Beləliklə, 1 q məhlulda 0,0865 q şəkər 

vardır. Onda 100 q-da 8,65 q və yaxud da 8,65% invert şəkəri olduğu tapılır. 

Cədvəl 9.1. 

Misin 


miqdarı, mq 

Invert 


şəkərin 

miqdarı, mq 

Misin 

miqdarı, mq 



Invert 

şəkərin 


miqdarı, mq 

Misin 


miqdarı, mq 

Invert 


şəkərin 

miqdarı, mq 

20,6 10 59,3 30 112,6 60 

22,6 11 61,1 31 114,3 61 

24,6 12 63,0 32 115,2 62 

26,5 13 64,8 33 117,6 63 

28,5 14 66,7 34 119,2 64 

30,5 15 68,5 35 120,9 65 

32,5 16 70,3 36 122,6 66 

34,5 17 72,2 37 124,2 67 

36,4 18 74,0 38 125,9 68 

38,4 19 75,9 39 127,5 69 

40,4 20 77,7 40 129,2 70 

42,3 21 79,5 41 130,8 71 

44,2 22 81,2 42 135,6 73 

46,1 23 83,0 43 137,2 75 

48,0 24 84,8 44 140,5 77 

49,8 25 86,5 45 145,3 80 

51,7 26 88,3 46 150,0 83 

53,6 27 90,1 47 154,8 86 

55,5 28 91,9 48 157,9 88 

57,4 29 95,4 50 161,1 90 

97,1 51 98,9 52 164,2 92 

100,6 53 102,3 54 168,8 95 

104,0 55 105,7 56 173,4 98 

107,4 57 11,9 59 176,5 100 

 

«B» məhlulunda saxarozanın təyini 

Saxarozanın miqdarını  təyin etmək üçün «A» məhlulundan 50 ml götürüb 

100 ml tutumu olan ölçülü kolbaya tökürük. Həmin kolbaya 5 ml xüsusi çəkisi 

1,19 olan HCl əlavə edib, tez-tez çalxalamaq şərtilə su hamamında 68-70

0

C-də 8 


dəq saxlayırıq. Temperatura nəzarət etmək üçün kolbanın içərisinə termometr 

 

 

372



salınır. Termometri çıxardıqda 5-6 ml su ilə yuyub kolbanın içərisinə 

tökülməlidir ki, itki olmasın. Kolbadakı məhlul soyudulub 10 və 15%-li 

soda məhlulu və ya quru soda ilə neytrallaşdırılır. Neytrallaşma lakmus 

kağızı ilə yoxlanılır. Soda əlavə etdikdə köpüklənmənin qarşısını almaq 

üçün sodanı hissə-hissə tökmək və  hər dəfə mükəmməl qarışdırmaq 

lazımdır. Neytrallaşma qurtardıqdan sonra distillə suyu ilə cizgiyə qədər 

doldurmalı. Lazım gələrsə, filtrdən süzülür və  əldə edilən məhlul «B» 

məhlulu adlanır. 

«B» məhlulunda invertli şəkərin miqdarı «A» məhlulunda olduğu 

kimi təyin olunur. Hesablama aparıldıqda nəzərə almaq lazımdır ki, 

təyin olunan məhlul 0,5 q məhsula uyğun gəlir. 

qram

X

5

,



0

100


200

500


50

20

100



50

=





=

 



Titrə sərf olunan KMnO

4

 məhlulun miqdarına görə misin miqdarı 



hesablanır və sonra cədvəldən misin miqdarına görə invert şəkərin 

miqdarı tapılır. Saxarozanın miqdarını hesablamaq üçün aşağıdakı 

düsturdan istifadə edilir: 

C =  ( I


2

  -  I


1

)  x  ),95 

 

burada, C – invertləşmiş saxarozanın miqdarı, %-lə; 



  I

2

 – «B» məhlulunda tapılmış invert şəkərin miqdarı; 



  I

1

 – «A» məhlulunda tapılmış invert şəkərin miqdarı; 



0,95 – invert şəkəri saxarozaya çevirmək  əmsalıdır. Çünki 0,95 q 

saxaroza invertləşdikdə 1 q invert şəkər  əmələ  gəlir. Bunu aşağıdakı 

kimyəvi tənliklə izah etmək olar: 


 

 

373



C

12

H



22

O

11



 + H

2



→ C

6

H



12

O

6



 + C

6

H



12

O

6



 

saxaroza      su         qlükoza     fruktoza 

342,11     18,02        180,12       180,12 

 

Deməli, 342,11 q saxarozadan 360,24 q invert şəkəri əmələ gəlir. 



95

,

0



9502

,

0



24

,

360



11

,

342



 



Saxarozanın miqdarını hesabladıqdan sonra ümumi şəkərin miqdarını 

hesablayırıq: 

Ş = I

1

 + C 



burada, Ş – ümumi şəkərin miqdarı, %-lə; 

   I


1

 – «A» məhlulunda tapılan invert şəkərin miqdarı; 

   C – saxarozanın miqdarı. 

Tədqiq olunan meyvə-tərəvəzdəki invert şəkərin, saxarozanın və 

ümumi  şəkərin miqdarı  ədəbiyyat göstəricilərinin orta rəqəmi ilə 

müqayisə edilməlidir. 

 


 

 

374



Özünü yoxlamaq üçün suallar 

 

1.



 

Meyvə-giləmeyvələrin şirinlik dərəcəsi nədən asılıdır? 

2.

 

Müxtəlif meyvə-tərəvəzlərdə qlükoza, fruktoza və saxarozanın 



nisbəti necədir? 

3.

 



Meyvə-tərəvəzlərdə  şəkərin təyini üçün əsas məhlul, «A» 

məhlulu və «B» məhlulu necə hazırlanır? 

4.

 

Reduksiyaedici şəkərin miqdarı hansı üsulla təyin edilir? 



5.

 

Saxarozanın inversiyasının mahiyyətini izah edin. Reaksiyanın 



tənliyini yazın və hesablama əmsalını (0,95) tapın. 

6.

 



Meyvə-tərəvəzlərdə ümumi şəkərin miqdarı necə hesablanır? 

 


 

 

375



 

 

9.3. Təzə meyvə-tərəvəzin tədqiqi 

 

Təzə meyvə-tərəvəzlərin keyfiyyət göstəricilərini öyrənən zaman, onların 



əmtəə sortlarını, orqanoleptiki və fiziki-kimyəvi göstəricilərinin dövlət 

standartlarına və respublika standartlarına uyğun olması əsas götürülür. Meyvələrin 

çoxu keyfiyyət göstəricilərindən asılı olaraq 1-ci və 2-ci əmtəə sortlarına və 

standarta uyğun gəlməyənlərə aid edilir. Tədqiq olunan nümunə  

bütün partiya malın keyfiyyəti haqqında düzgün anlayış versin deyə, bütün ərzaq 

mallarında olduğu kimi, təhlildən əvvəl orta nümunə götürülür. Əgər partiya malda 

100 yer olarsa, o zaman ən azı 3 yerdən nümunə götürülür. 100 yerdən artıq olan 

hər 50 yer üçün əlavə olaraq bir yerdən nümunə ayrılır. Ayrılmış nümunələr 

qarışdırılıb laboratoriya təhlili üçün orta nümunə götürülür. Orta nümunə ayırarkən 

tumlu meyvələrdən, yerkökü və soğan tərəvəzlərindən ayrılmış nümunənin 10%-i 

miqdarında, sitrus meyvələrinin 20%-i miqdarında, giləmeyvələrin 5%-i 

miqdarında laboratoriya üçün orta nümunə götürülür. Laboratoriya təhlili üçün 

ayrılmış orta nümunə diqqətlə hər cür kənar qarışıqlardan təmizlənib yuyulur. Bəzi 

növ tərəvəzlər isə (tomat tərəvəzləri, saplaqlı istiot) təmiz dəsmalla silinir. 

Toxumlu meyvələr saplaq hissədən, çiçək yuvasından və toxum kamerasından 

azad edilməlidir. Tumlu meyvələr təhlil üçün qabığı ilə birlikdə  əzilib 

hazırlanmalıdır. 

Meyvə  və  tərəvəzlərin  əsas keyfiyyət göstəriciləri onların zahiri görünüşü 

(forması, rəngi, təmizliyi, meyvənin ümumi vəziyyəti), yetişmə dərəcəsi (dərilmə, 

adi və istehlak yetişkənliyi), ölçüsü, zədələnməsi və  xəstəliyin olması (qabığın 

bozarması, solğunlaşması, meyvə yumrusunun zədələnməsi) və s. hesab edilir. 

Meyvə  və  tərəvəzlərə aid qüvvədə olan standartlarda hər bir göstəriciyə 

müəyyən tələblər verilir. Meyvə-tərəvəzlərin yuxarıda göstərilən keyfiyyət 

göstəricilərini düzgün qiymətləndirmək üçün, çox vaxt əvvəlcə onların botaniki 



 

 

376



sortları müəyyənləşdirilir. Tərəvəzlərin təsərrüfat-botaniki sortlarını və meyvələrin 

homoloji sortlarını  təyin edən zaman əvvəlcə onların xarici əlamətləri 

müəyyənləşdirilir, sonra onları  kəsir, daxili vəziyyəti, dadı,  ətirliyi təyin edilir. 

Məsələn, tədqiqat üçün götürülən alma nümunələri əvvəlcədən ölçülüyünə görə 3 

qrupa – iri, orta və  xırda meyvələrə ayrılır. Hər bir qrup çəkilir və almanın orta 

kütləsi müəyyənləşdirilir. 

Qüvvədə olan standartlara əsasən meyvə-tərəvəzlərin keyfiyyəti 

qiymətləndirildikdə – orqanoleptiki göstəricilərdən onların xarici görünüşü, iriliyi, 

yetişkənliyi, meyvələrin isə xarici görünüşü ilə yanaşı konsistensiyası,  ətirliyi və 

dadı  təyin edilir. Fiziki-kimyəvi göstəricilərdən  şəkərin, titrlənən turşuluğun, 

nişastanın, pektin, aşı və boya maddələrinin miqdarı, C vitamini, karotin və s. təyin 

edilir. 


Tapşırıqlar. 

1.

 



Meyvə-tərəvəzlərin orqanoleptiki göstəricilərinin təyini. 

2.

 



Meyvə-tərəvəzlərin titrlənən turşuluğunun təyini. 

3.

 



Tərəvəzdə nişastanın turşu hidrolizi ilə təyini. 

4.

 



Aşı və boya maddələrinin təyini. 

5.

 



Pektin maddələrinin təyini. 

 

9.3.1. Meyvə-tərəvəzlərin orqanoleptiki göstəricilərinin təyini 

 

Ləvazimatlar. Iti bıçaq, 5-10 dəfə böyüdücü lupa, millimetrlik xətkeş, 

meyvə-tərəvəz nümunələri, meyvə-tərəvəz albomu və mulyajlar. 

Meyvələrin əvvəla xarici görünüşü yoxlanılır. Onun rənginin homoloji sorta 

müvafiqliyi, formasının etalona uyğunluğu, zədəli olub-olmaması (mexaniki, 

fizioloji, fitopotoloji, zərərvericilərlə zədələnməsi) müəyyənləşdirilir. Gün işığında 

baxmaqla yetişkənliyi (adi, istehlak, texniki) təyin edilir. Meyvələrin 

konsistensiyası (yumşaq, bərk) baxmaq, əlləmək və çeynəməklə təyin edilir. 


 

 

377



Ətirliyi bütöv və ya kəsik meyvələri iyləməklə, dadı isə çeynəməklə 

müəyyən olunur. Nəticədə  bəzi meyvələrin yaxşı  ətirli, bəzilərinin isə  ətirsiz 

olması aşkar edilir. Dadını yoxladıqda turş, turşa-şirin, acı, büzüşdürücü, dadsız və 

s. göstəricilər müəyyən edilə bilər. 

Tərəvəzlərin xarici görünüşü yoxlandıqda onun eyni təsərrüfat-botaniki 

sorta aid olması forma və rənginə görə təyin edilir. Tərəvəzlərin böyüklüyü ən iri 

diametrinin ölçüsünə, bəzilərində isə bir ədədin kütləsinə görə  təyin edilir. 

Yerkökünün bəzi botaniki sortlarında  ən böyük və  ən kiçik en kəsiyinin 

(diametrinin) ölçüsü müəyyənləşdirilir. 

Yetişkənliyi meyvənin böyüklüyü, rəngi, qabığının vəziyyəti,  ətliyinin 

bərkliyi və s. göstəricilərə görə təyin edilir. 

Meyvə-tərəvəzlərin orqanoleptiki göstəriciləri onların növləri, tipləri və 

çeşidindən asılı olaraq qüvvədə olan standartların və digər texniki-normativ 

sənədlərin tələbinə uyğun olmalıdır. 



9.3. 1.1. Kartofun keyfiyyətcə tədqiqinin xüsusiyyətləri 

Istehlak üçün göndərilən və tədarük edilən təzə ərzaq kartofunun keyfiyyəti 

QOST 7176-85 üzrə müəyyən olunur. Kütləvi iaşə müəssisələrinə  və  pərakəndə 

ticarət şəbəkəsində satılmaq üçün göndərilən kartofun keyfiyyəti QOST 26545-85 

üzrə müəyyən olunur. 

Kartofun keyfiyyəti müəyyən olunarkən  ən çoxu 5 mm dərinlikdə  və 10 

mm-dən uzun olmayan mexaniki zədələnmiş, bir qurd xətti olan və  səthinin  ən 

çoxu      

1

/

4



    hissəsi      dəmgil xəstəliyinə tutulmuşlar standart kartof hesab edilir. 

Əgər kartofun səthində olan təbii çatlar onun əmtəə görünüşünü korlamırsa 

və qabığın altından dərin çatlara keçmirsə o, standart hesab edilir. 

Kartofun qabığını baş barmaqla sıxdıqda, o soyulursa belə kartof qabığı 

bərkiməmiş hesab edilir. 

Ərzaq kartofu üçün QOST-da nəzərdə tutulandan çox miqdar qeyri-standart 

aşağıdakı hallarda ola bilər. 


 

 

378



1.

 

Ölçüsünə görə uyğun gəlməyən yumrular. 



2.

 

Cücərmiş, göyərmiş  və yaşılımtıl rəngli sahənin 2 sm



2

-dən çox olması, 

lakin səthinin   

1

/



4

-dən çox olmamalıdır. 

3.

 

5 mm-dən çox dərinlikdə və 10 mm-dən çox uzunluqda mexaniki zədəsi 



olan kartof (kəsilmiş, çatlamış,  əzilmiş) yumruları. 

1

/



2

    hissədən kiçik 

kartof kəsikləri. 

4.

 



Kənd təsərrüfatı zərərvericiləri ilə zədələnmiş kartof, o cümlədən məftil 

qurdu ilə 1-dən çox zədəli kartof və 2-dən çox dəliyi olan kartoflar. 

5.

 

Səthinin 



1

/

4



-dən çox sahəsi dəmgil ilə zədələnmiş kartoflar. 

6.

 



Qabığı bərkiməmiş kartoflar (gec yetişən sortlar üçün). 

7.

 



Içi boş kartoflar (uzununa kəsik sahəsinin yarısından azı boş olduqda). 

8.

 



Zəif solmuş və bürüşmüş kartoflar. 

9.

 



Ətliyinin tündləşməsi (boz ləkəlilik uzununa kəsik sahəsinin yarısından 

çox olmamalıdır). 

Aşağıdakı kartof yumruları tullantı (çıxdaş) hesab olunur. 

1.

 



Ən böyük en kəsiyinin diametri 20 mm-dən az olan kartoflar. 

2.

 



Paslı (dəmir pası) ləkəliliklə zədələnmiş kartoflar. 

3.

 



Səthinin  

1

/



4

    hissəsindən çoxunun yaşıl rəngdə olması. 

4.

 

Əzilmişlər. 



5.

 

1



/

2

     hissədən kiçik kartof kəsikləri. 



6.

 

Içi boş kartoflar (uzununa kəsik sahəsinin yarısından çoxu boş olduqda). 



7.

 

Ğəmiricilər tərəfindən zədələnmiş kartoflar. 



8.

 

Fitoftora, çürümə (yaş, quru, həlqəvari, boz bakterial və s.) və Nematod 



xəstəliyinə tutulmuş kartoflar. 

9.

 



Az donmuş, donmuş və buxarla boğulmuş (yanmış) kartoflar. 

10.


 

 Əkin kartof yumruları. 

11.

 

Bahar mövsümündə satılan zaman kəskin bürüşmüş kartoflar. 



 

 

 

379



 

 

9.3.1.2. Tərəvəzlərin  keyfiyyətcə tədqiqinin  

xüsusiyyətləri 

 

Təzə ağbaş kələm 

 

           Istehlak  üçün  göndərilən, tədarük edilən və  sənaye emalına göndərilən 



təzə ağbaş kələmin keyfiyyəti QOST 1724-85 üzrə, kütləvi iaşə müəssisələrinə 

və  pərakəndə ticarət  şəbəkəsində satılmaq üçün göndərilən kələmin keyfiyyəti 

QOST 26768-85 üzrə müəyyən olunur. 

QOST 1724-85 və QOST 26768-85 tələbinə uyğun olaraq kələm başları sıx 

yapışan yarpaqlara qədər yerləşən yaşıl və  ağ yarpaqlardan təmizlənməli və baş 

üstündə qalan özəy hissənin uzunluğu 3 sm-dən çox olmamalıdır. Özək hissəsi 

çatlamış və boş olan kələmlər qeyri-standart hesab edilir. 

Qış üçün saxlanan kələm başlarında 2-4 ədəd sıx yapışmayan yarpaqların və 

özək hissənin 7 sm-ə  qədər olmasına icazə verilir. Lakin kələmin keyfiyyəti 

yoxlanarkən həmin yarpaqlar kəsilib atılır və özək hissə 3 sm qalana qədər kəsilir. 

Bütün bunlar 100%-dən çox olan itkiyə aid edilir. 

Əgər kələm başları standarta uyğun gəlmirsə, onda ümumi məhsuldan 

standart və qeyri-standart hissənin miqdarı müəyyənləşdirilir. 

Mexaniki zədələnmiş, çürümüş, xəstəlik və  kənd təsərrüfatı  zərərvericiləri 

ilə  zədələnmiş yarpaqlar təmizləndikdən sonra kələm başlara keyfiyyətinə görə 

əlavə olaraq standart və qeyri-standart hissəyə ayrılır. 

Tezyetişən kələm başlarında 2 ədəd sıx yerləşməyən yarpaq olanlar standart 

məhsula, 3 və daha çox yarpaqlar sıx yerləşmədikdə qeyri-standart məhsula aid 

edilir. 

Orta və gecyetişən kələm başlarının aşağı  və yan tərəfində 2 ədəd sıx 

yerləşməyən və 4 ədəd yuxarı hissədə  sıx yerləşməyən yarpaq olanlar standart 


 

 

380



məhsula, 5 və daha çox yarpaqlar sıx yerləşmədikdə qeyri-standart məhsula aid 

edilir. 


Əgər kələm başında dərin mexaniki zədələr varsa, onu qeyri-standarta aid 

edirlər. Qeyri-standart məhsula aşağıdakılar aid edilir. 

1.

 

Bir başın çəkisi müəyyən olunmuş kütlədən az olduqda. 



2.

 

Cücərmişlər. 



3.

 

Çatlamışlar. 



4.

 

Orta və gecyetişənlərdə boş (yumşaq) kələm başları. 



5.

 

Zəif dərəcədə nöqtəli nekrozla zədələnmiş, lakin istehlak üçün yararlı 



olan kələm başları. 

6.

 



Daxildən yarpaqların zəif quruması və perqament kağızına oxşar olması. 

Tullantıya (çıxdaş) aşağıdakılar aid edilir. 

1.

 

Özəyində çiçək cücərtiləri olan kələmlər. 



2.

 

Kəskin nöqtəli nekroz xəstəliyinə tutulmuş  və yarpaqları perqament 



kağızına oxşar quruluş olan kələmlər. 

3.

 



Donmuş və daxildən saralıb və bozarıb boğulmuş kələmlər. 

4.

 



Gecyetişən kələmlərdə başı formalaşmayan kələmlər. 

5.

 



Kələm başlarında yarpaqlar çürümüş və iy vermiş olduqda. 

6.

 



Kənd təsərrüfatı  zərərvericiləri ilə  zədələnmiş  və canlı (diri) kələm 

sürfələri olan kələmlər. 

7.

 

Rəcəbli, Yerli Abşeron və  Dərbənd kələm sortlarının 100 q-dan az 



kütləsi və yarpaqları saralmış olan kələm başları. 

Təzə tomat (pomidor) 

Açıq və örtülü torpaqda yetişdirilən, tədarük edilən və satılan, təzə halda 

istehlak edilən, bütöv konservləşdirilən və duza qoyulan pomidorun keyfiyyəti 

QOST 1725-85 üzrə müəyyən olunur. 

Yetişməsinə görə pomidor qırmızı, çəhrayı, boz, sütül və yaşıl pomidorlara 

ayrılır. 



 

 

381



Pomidorun keyfiyyəti müəyyən edilərkən ekspert pomidorun botaniki 

sortuna uyğun gəlməsinə fikir verməlidir. 

Təzə halda istifadə edilən və duza qoyulan pomidorlarda qeyri-standart 

məhsula aşağıdakılar aid edilir: 

1.

 

Sütül-yetişmiş pomidorlar (təzə halda istifadə edilən pomidorlarda). 



2.

 

Daxilində probkalı hissəciklər və dişli çatlar olan pomidorlar. 



3.

 

Ən böyük en kəsiyinin diametri 4 sm-dən az olan və uzunsov formalı xırda 



meyvəlilərdə 3 sm-dən az olan pomidorlar. 

4.

 



Eybəcər formalı pomidorlar (təzə halda istifadə edilən pomidorlarda). 

5.

 



Səthinin 

1

/



4

-dən çox sahəsini örtməyən günəş  və torpaq yanığı olan 

pomidorlar. 

6.

 



Səthinin  

1

/



3

-dən çox sahəsi sürtülmüş kal pomidorlar. 

7.

 

Boz sürtülmüş pomidorlar. 



8.

 

Dişləşməyən çatları olan pomidorlar. 



9.

 

Ətliyi yumşaq və toxum kamerası nisbətən dağılmış pomidorlar. 



10.

 

Zəif solmuş və səthi bürüşmüş pomidorlar. 



11.

 

Kənd təsərrüfatı  zərərvericiləri ilə  zədələnmiş, lakin istehlaka yararlı 



pomidorlar. 

12.


 

Tunc ləkəlilik virusu ilə zədələnmiş pomidorlar. 

Yaşıl pomidorlar satışa göndərilmir. Əgər standarta uyğundursa, tədarük 

yerlərində duza qoymaq üçün istifadə edilir. 



Təzə xiyar 

 

Açıq və örtülü torpaqda yetişdirilən, tədarük edilən və istehlak üçün təzə 



halda satılan və sənaye emalına göndərilən təzə xiyarın keyfiyyəti QOST 1726-85 

üzrə müəyyən edilir. 

QOST-un xüsusiyyətlərinə görə xiyarın botaniki sortlarını meyvənin 

uzunluğundan asılı olaraq 4 qrupa bölünür. 

1.

 

Birinci qrup gödəkboylu xiyarlar (xiyarın uzunluğu 11 sm-dən çox olmur). 



 

 

382



2.

 

Ikinci qrup gödəkboylu xiyarlar (xiyarın uzunluğu 14 sm-dən çox olmur). 



3.

 

Orta meyvəli xiyarlar (xiyarın uzunluğu 25 sm çox olmur). 



4.

 

Uzunmeyvəli xiyarlar (xiyarın uzunluğu 25 sm-dən çox olur). 



Bu ölçülərə uyğun gələn bütün qrup xiyarlar standart hesab edilir. Bir 

partiyada ölçüsü müəyyən olunmuş normadan çox olan xiyarlar növbəti qrupa aid 

edilir. 

Bütün qruplara aid xiyarların en kəsiyinin diametri 5,5 sm-dən çox 

olmamalıdır. 

Saplağı qoparılmış meyvələr (zədələnmiş yerin diametri 1 sm-dən çox 

olmamalıdır), zəif sıxılmışlar standart məhsul hesab edilir. Əgər xiyarlar bir-birinə 

sürtülüb öz parıltısını bir qədər itirmişsə, belə xiyarlar sürtülmüş hesab edilmir. 

Açıq torpaqda yetişdirilən eybəcər xiyarlar satışa verilmir, lakin tədarük 

bölgəsində duza qoyularaq standart məhsul hesab edilir. 

Qeyri-standart xiyarlara aşağıdakılar aid edilir. 

1.

 



En kəsiyinin diametri 5,5 sm-dən çox olan xiyarlar. 

2.

 



Təzə halda istifadə edilən xiyarın 0,2-dən çox əyri olması. 

3.

 



Eybəcər formalı xiyarlar, əgər təzə halda istifadə edilirsə. 

4.

 



Saralmış xiyarlar (sulu toxumlarla). 

5.

 



Sürtülmüş xiyarlar. 

6.

 



Zəif soluxmuş və qabığı bürüşmüş xiyarlar. 

7.

 



Mexaniki zədələnmiş xiyarlar. 

8.

 



Təyinat yerində vahid ləkələr şəklində antraknozla zədələnmiş, lakin ətliyinə 

dəyməmiş xiyarlar. 

9.

 

Uzunluğu 20 sm-dən az olan xiyarlar (orta iri və iri xiyarlar üçün). 



Aşağıdakı xiyarlar tullantı hesab edilir. 

1.

 



Yetişib ötmüş, sarı toxumlu və qaba qabıqlı tumları olan xiyarlar. 

2.

 



Əzilmiş xiyarlar. 

3.

 



Xiyarın daxilini zədələyən xəstə xiyarlar. 

4.

 



Donmuş və yanmış xiyarlar. 

 

 

383



5.

 

Çürümüş və iy vermiş xiyarlar. 



6.

 

Uzunluğu 20 sm-dən az olan xiyar hissələri. 



7.

 

Çox soluxmuş və bürüşmüş xiyarlar. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin