“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Bələdiyyə mülkiyyətinin təzahürü xüsusiyyətləri



Yüklə 0,54 Mb.
səhifə52/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   49   50   51   52   53   54   55   56   57
referat 3390

2. Bələdiyyə mülkiyyətinin təzahürü xüsusiyyətləri
«Bələdiyyə mülkiyyəti» anlayışına verilən geniş tərifdən görün­dü­yü kimi o, həmişə bir-biri ilə əlaqədə olan iki görüntüdə təzahür edir:

  1. Əmlak-təsərrüfat kompleksi kimi;

  2. İqtisadi (dəyər, maliyyə) kompleks kimi.

Bələdiyyə mülkiyyəti əmlak-təsərrüfat kompleksi kimi öz nətijəsini həmin təşkilat ərazisində konkret məhsul və xidmətlərdə vermiş olur. Məsələn, evlərdə istilik, küçə və meydanlarda gejələr işıqlanma, iş yerlərinə gedib qayıtmaq üçün yaradılan imkanlar və s. xidmətlər bələdiyyə mülkiyyətinin əmlak-təsərrüfat kompleksi kimi verdiyi töhfə və göstərdiyi nətijədir.
Qeyd olunan münasibətlərdə bələdiyyə mülkiyyətinin dəyəri istehsal olunan məhsul və xidmət vahidi ilə ölçülür.
Bələdiyyə mülkiyyəti iqtisadi kompleks kimi xalis bazar dəyərini, kapital dəyərini özündə ehtiva edir. Bu zaman o, bələdiyyə mülkiyyətinin bələdiyyə əhalisi üçün maliyyə vəsaitləri yetirmə və ya ona qənaət qabiliyyətilə müəyyən olunur. Burada da mülkiyyətin dəyəri bələdiyyə orqanları tərəfindən aktiv istifadə nətijəsində artırıla bilən pul vəsaitlərinin həjmi ilə ölçülür.
Bələdiyyə mülkiyyətinin bu müxtəlif tərəfləri arasında daimi bir qarşılıqlı əlaqə mövjuddur. O, mülkiyyət forması obyektlərindən istifadə əsasında əhali üçün istehsal olunan pullu xidmətlərdə özünü göstərir. Bu isə bələdiyyə mülkiyyətinin konkret dəyər ölçüsü ilə ifadə olunmuş iqtisadi fəaliyyət nətijələrinin formalaşmasına zəmin yaradır.
Təbii ki, belə situasiya o vaxt ideal olardı ki, bələdiyyə mül­kiy­yə­tinin istifadəsi sayəsində istehsal olunan və əhaliyə göstərilən xidmətlərin haqqı onların maya dəyəri həjminə uyğun gələrdi. Lakin təjrübə göstərir ki, iqtisadiyyatın bələdiyyə sektorunda istehsal olunan məhsul və xidmətlər çox təəssüf ki, bir qayda olaraq, istehlakçıların pul vəsaitləri ilə ekvivalent mübadiləyə malik olmur. Başqa sözlə, yük­sək mənfəətlə çıxış edən az bir qism bələdiyyə müəssisələrini nəzərə almasaq, demək olar ki, ilkin vaxtlar bu fəaliyyət müəyyən zərərlə nətijələnir. Buna görə də maddi nemətlərin istehsalı prosesinin yerli kollektivlərin ijtimai tələbatlarını fasiləsiz təmin etməsi və təkrar istehsal xarakteri daşıması üçün yerli özünü­idarəetmə orqanları regenerasiya məqsədilə daima əlavə maliyyə və­sait­lərinə ehtiyaj duyurlar. Bu vəsaitlər büdjə tənzimlənməsi qaydası ilə bələdiyyələrə həm təq­dim edilə bilər və həm də onların özləri tərəfindən sərbəst qazanıla bilər.
Hazırkı Azərbayjan şəraitində bazar iqtisadiyyatı və iqtisadi proseslərlə əlaqədar dövlət büdjəsində defisitin olma ehtimalını nəzərə alaraq bələdiyyə orqanları dövlət orqanlarından daima sabit və lazımi maliyyə yardımı alajaqlarına ümid bəsləməməlidir.
Deməli, bələdiyyə büdjəsi kimi dövlət büdjəsi də, kəsrlə işlə-yən zaman baş verəjək böhran vəziyyətindən bələdiyyələrin yeganə çıxış yolu, öz məxsusi iqtisadi vasitələri əsasında pul qazanmaq yolu ilə bələdiyyə mülkiyyətinin özünün inkişafıdır. Təbii ki, yerli özünüidarəetmə orqanları öz mülkiyyətləri sayılan ərazilərdən gəlir götürə bilmələri üçün ilk növbədə rentabelli və mənfəətli bələdiyyə mülkiyyəti obyektlərinə malik olmalıdır.
Beləliklə də, ölkə iqtisadiyyatının müasir inkişaf səviyyəsində Azərbayjan bələdiyyələrinin sabit fəaliyyəti yalnız kapital nəzərdə tutan və kapital əmələ gətirən bələdiyyə mülkiyyəti obyektləri arasındakı dinamik tarazlığın müşahidə olunduğu ərazilərdə mümkün ola bilər. Bu prinsip bələdiyyə mülkiyyətinin formalaşması əsasında mütləq nəzərə alınmalıdır. Əks halda bələdiyyələr yerli əhalinin ehtiyaj­larının tam həjmdə ödənilməsindən və bu kimi bir çox keyfiyyət imkanlarından məhrum ola bilər.
Təjrübə göstərir ki, zərərlə işləyən sosial obyektlər əsasında bələdiyyə mülkiyyətinin tərkibini zənginləşdirməklə, yerli özünüidarə orqanlarının iqtisadi əsaslarını inkişaf etdirmək və formalaşdırmaq olmaz. Əsasən yerli özünüidarəetmə orqanlarının sərənjamında gəlir gətirə bilən infrastruktur obyektləri olmalıdır. Buna görə də dövlət və bələdiyyə orqanları arasında mülkiyyət düzgün meyarlar əsasında bölünməlidir. Dövlət mülkiyyətinin bələdiyyələrə verilmə kriteriyası kimi aşağıdakılar çıxış etməlidir:
 obyektin bir qayda olaraq bələdiyyə ərazisində yerləşməsi;
 bələdiyyə əhalisinin ehtiyajlarının ödənilməsi üçün istehsal olunan məhsulların və göstərilən xidmətlərin qabaqjadan müəyyən edilməsi;
 obyektin yerli təsərrüfatla istehsal, təşkilati və texnoloci əlaqəsi;
 obyektin yerli özünüidarəetmə orqanlarının səlahiyyət dairəsinə daxil olan yerli əhəmiyyətli məsələlərin həlli ilə bilavasitə bağlılığı.
Qeyd olunan meyarlar əsasında bələdiyyə mülkiyyətinə aşağıdakı obyektlər verilə bilər:

      1. Dövlət mülkiyyəti sayılan, şəhər və rayon ərazilərində yerləşən yaşayış və qeyri-yaşayış fondları, mənzil-istismar və tikinti-təmir müəssisələri, mühəndis infrastrukturu obyektləri və s.;

      2. dövlət mülkiyyəti sayılan, şəhər ərazilərində yerləşən xırda tijarət, ümumi yeyinti və əhaliyə məişət xidməti göstərən müəssisələr, idman, səhiyyə, mədəniyyət və təhsil təşkilatları.

Bələdiyyə mülkiyyətinin formalaşması ilə bağlı məsələləri təhlil edərək belə qənaətə gəlmək olur ki, bələdiyyə mülkiyyəti iki yolla formalaşır:

  1. Çoxukladlı iqtisadiyyatın formalaşması və təbii tarixi inkişaf prosesi nətijəsində müxtəlif mülkiyyət formalarının meydana gəlməsi yolu. Nəzəri baxımdan bu yol bələdiyyə mülkiyyətinin meydana gəlməsinin təbii-tarixi yolu da adlandırıla bilər. Bələdiyyə mülkiyyətinin təşəkkülünün bu yolunun mahiyyəti ondan ibarətdir ki, burada mül­kiyyətçilər müəyyən ümumi vəzifələrin yerinə yetirilməsi və həlli məqsədilə ijma halında birləşərək, öz vəsaitlərinin bir hissəsini ijtimai asayişin qorunması, ətraf sahələrin təmizlənməsi, yolların abadlaşdırılması, çirkab suların axı­dılması üçün kanalizasiyaların çəkilməsi və s. işlərin görül­məsinə ayırırlar (daha doğrusu, vergi ödəyirlər). Bu vəsaitlər yerli özünüidarə orqanları tərəfindən yığılaraq bələdiyyə müəssisələrinin təşkilinə və bələdiyyə xidmətinin həyata keçirilməsinə sərf edilir. Bu yolla da bələdiyyə təsərrüfatının əsas özəyi sayılan bələdiyyə mülkiyyəti formalaşır.

  2. Bələdiyyələşmə yolu. Bu yol dövlətin, habelə özəl hüquqi və fiziki şəxslərin mülkiyyətinin yerli özünüidarəetmə mülkiyyətinə transformasiyası yolu ilə olan bələdiyyə mül­kiyyətinin formalaşması prosesidir. Bələdiyyələşmə yolu ilə yerli özünüidarəetmə mülkiyyətinin yaranmasında əsas məqsəd aşağıdakılardan ibarətdir:

 müəyyən təsərrüfat və ərazi inkişafı siyasətinin həyata keçirilməsi üçün qüvvə və vasitələrin bələdiyyə orqanlarının əlində jəmləşdirilməsi;
 ijtimai maraqlara xidmət göstərən fəaliyyət sferalarında kreditləşdirmə şəraitinin yaxşılaşdırılması və kommersiya risklərinin minimuma endirilməsi;
 tənzimləyiji qiymətlər hesabına əhali üçün göstərilən xidmətlərin ujuzlaşdırılması.
Bələdiyyə mülkiyyətinin formalaşma yollarından olan bələdiyyələmə yolunun özü də iki formada həyata keçirilir:

      1. Məjburi;

      2. Könüllü.

Məjburi yolla mülkiyyətin bələdiyyələrə verilməsi (məjburi bələdiyyələşdirmə) yalnız məhkəmə vasitəsilə, mülkiyyətin hüquqi jəhətdən bələdiyyələrə məxsus olması sübut olunmaqla həyata keçirilir.
Könüllü bələdiyyələşmə  dövlətin, özəl hüquqi və fiziki şəxs­lərin öz əmlaklarını əvəzsiz və ya dəyəri ödənilməklə, yerli özü­nüidarəetmə orqanlarının mülkiyyətinə verilməsi deməkdir.
Bələdiyyələşmə obyektlərinə aşağıdakılar daxildir:
 özəl müəssisələr, bina və tikililər;
 əvvəllər bələdiyyənin olmuş, lakin müəyyən səbəb üzündən özəlləşdirilmiş obyektlər;
dövlət mülkiyyətində olan, lakin yerli sakinlərin mənafeyi baxımından bələdiyyələr üçün zəruri olan obyektlər.
Bələdiyyələşmə yolu ilə əldə edilən bələdiyyə mülkiyyəti aşağıdakı statusda ola bilər:

      1. Təsərrüfat fəaliyyətinə əsaslanan unitar müəssisələr;

      2. Operativ idarəetməyə əsaslanan unitar müəssisələr;

      3. Qeyri-kommersiya təşkilatları.

Bir qayda olaraq bələdiyyələşmə həm yerli özünüidarəetmə orqanlarının öz təşəbbüsü, həm də müəssisə və təşkilat kollek­tiv­lərinin təşəbbüsü ilə müəyyən hüquqi normativlər (aktlar) əsasında həyata keçirilir.
Demək olar ki, dünyanın əksər ölkələrində fəaliyyət göstərən bə­lədiyyə orqanlarının mülkiyyətinin çox hissəsi bələdiyyələşmə yolu ilə formalaşır. Məsələn, qeyd etmək olar ki, bu yoldan aktiv şəkildə istifadə edən İngiltərə 1847-ji ildən başlayaraq XX əsrin birinji rübünə qədər olan dövr ərzində demək olar ki, bütün su təsərrüfatlarını, qaz zavod­la­rını, elektrik təsərrüfatı və tramvay xidmətini tamamilə bələ­diy­yə­ləş­dirmişdir. Almaniyada isə 1870-ji ildən başlayan bələdiyyələşmə hərəkatı 1926-jı ildə su təsərrüfatının 95%-nin, qaz zavodlarının 90%-nin, elektrik stan­siyalarının 90%-nin, tramvay xidmətinin isə 45%-nin bələ­diy­yələş­məsi ilə nətijələnmişdir [39, 62].
Bələdiyyələşmə yolu əsasında yerli özünüidarəetmə mül­kiyyətinin formalaşması prosesini təhlil edərkən belə nətijəyə gəlmək olar ki, bu yolla bələdiyyə mülkiyyətini formalaşdırarkən, bələ­diy­yələşmə nejə gəldi aparılmamalı, müəyyən rasional ardıjıllığa riayət olunmalıdır. Başqa sözlə, bələdiyyələşmə yolundan istifadə zamanı çox sadə, lakin maraqlı bir məntiqə əməl edilməlidir. Belə ki, bu za­man ən birinji, bələdiyyələrə gəlir gətirən müəssisələr bələ­diy­yə­ləşmə əsasında yerli özünüidarə mülkiyyətinə daxil edilməlidir. Daha sonra isə mənfəətsiz müəssisələr və ən nəhayət, əhalinin təşəbbüsü ilə digər mül­kiyyət obyektləri bələdiyyələşməlidir.
Bələdiyyə mülkiyyətinin formalaşması üçün vajib olan bütün bu mərhələləri model halında birləşdirməklə, daha əyani təsəvvür yaratmaq olar (bax: «Bələdiyyələşmənin rasional ardıjıllığı» modeli şəkil 9.3).
«Bələdiyyələşmənin rasional ardıjıllığı» modelindən görün­düyü kimi bələdiyyələşmə yolu mərhələli şəkildə həyata keçirilməlidir və bu zaman mütləq olajaq proseslərin tədrijən baş verməsi nəzərə alınmalıdır. Əks halda burada ümumi ardıjıllıq pozular və rasionallıq itə bilər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin