Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix03.02.2017
ölçüsü1,72 Mb.
#7358
1   2   3

Əbülfəz QULİYEV 

AMEA-nın müxbir üzvü

Naxçıvanlı təbib – Əkmələddin Naxçıvani

Araz-Türk Respublikası – 95

4

İtmişdir

Babək rayonunun Məzrə kənd sakini Abbasov Fərhad

Gülməmməd oğlunun adına 19.11.2011-ci ildə verilmiş

Azərbaycan  Respublikasının  müharibə  veteranının

054086 nömrəli vəsiqəsi itdiyindən etibarsız sayılır.

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21

Faks: 544-52-52

Nömrəyə məsul: Səbuhi Hüseynov

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3940. Sifariş № 30 

Baş redaktor:

TURAL SƏFƏROV

    


1. Mal-materialların satın alınması

     Kotirovka  zərfləri  16  yanvar  2013-cü

il  tarixədək  qəbul  edilir.  Sorğuda  aşağı

qiymət,  yüksək  keyfiyyət,  müqavilənin

vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi

maliyyə imkanlarına malik olması göstə-

ricilərinə üstünlük veriləcəkdir.  Kotirovka

zərfləri 18 yanvar 2013-cü il tarixdə saat

11

00

-da Nəsirəddin Tusi  küçəsi 7-də  “Nax-



çıvanqaz” İstehsalat Birliyində açılacaqdır.

     İddiaçıların səlahiyyətli nümayəndələri

iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Xəlil Əliyev

                             Telefon: 036-545-06-91

             Ünvan:Nəsirəddin Tusi küçəsi, 7

“Naxçıvanqaz” İstehsalat Birliyi 2013-cü il üçün kotirovka elan edir



Qar bolluq, b r k t r mzidir

     Azərbaycan Respublikası vətən-



daşlarının  2013-cü  il  yanvarın

1-dən 30-dək müddətli həqiqi hərbi

xidmətə çağırılması və müddətli hə-

qiqi hərbi xidmət hərbi qulluqçula-

rının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Preziden-

tinin sərəncamına əsasən, ölkənin

hər  yerində  olduğu  kimi,  muxtar

respublikada  da  gənclərin  hərbi

xidmətə yolasalma mərasimlərinin

keçirilməsinə başlanılıb.

    Bu qəbildən olan ilk tədbir dünən

Naxçıvan Muxtar Respublikası Sə-

fərbərlik və Hərbi Xidmətə Çağırış

üzrə  Dövlət  Xidmətində  keçirilib.

Əvvəlcə  Azərbaycan  Respublika-

sının Dövlət himni oxunub.

   Əsgər valideynlərinin, ictimaiy-

yətin nümayəndələrinin iştirakı ilə

keçirilən tədbiri giriş sözü ilə xid-

mətin rəisi, polkovnik Səxavət Sal-

manov  açaraq  deyib  ki,  bu  gün

Azərbaycanda  ordu  quruculuğuna

və Silahlı Qüvvələrin maddi-texniki

bazasının daha da möhkəmləndiril-

məsinə,  əsgər  və  zabitlərin  intel-

lektual  səviyyəsinin,  hərbi  biliklə-

rinin, eləcə də peşəkarlığının yük-

səldilməsinə  ciddi  diqqət  yetirilir.

Ümummilli lider Heydər Əliyevin

müdrik  siyasəti  və  müstəsna  xid-

mətləri  nəticəsində  formalaşan  və

inkişaf yoluna qədəm qoyan Azər-

baycan  Silahlı  Qüvvələri  bu  gün

Ali  Baş  Komandan  cənab  İlham

Əliyevin rəhbərliyi altında öz şərəfli

missiyasını uğurla davam etdirir. 

    Fəxrlə, qürur hissi ilə deyə bilərik

ki, qarşısına qoyulan hər hansı tap-

şırığı yüksək səviyyədə yerinə ye-

tirmək  iqtidarına  malik  Azərbay-

canın Silahlı Qüvvələri NATO stan-

dartlarına  cavab  verən  səviyyədə

formalaşıb. Dövlət büdcəsindən hər-

bi sahəyə ayrılan xərclərin dəfələrlə

artırılması  ordumuzun  bütün  isti-

qamətlər üzrə potensialının yüksək

səviyyəyə çatdırılmasına imkan ve-

rib.  Digər  tərəfdən, Azərbaycanın

hərbi-sənaye potensialının güclən-

dirilməsi ilə bağlı görülən nə varsa,

nəticə  etibarı  ilə,  orduda  aparılan

geniş quruculuq işlərinin nəticəsidir.

Bu  gün  hər  bir  vətəndaş  orduda

xidmət etməyi özünün şərəfli borcu

hesab  etməlidir.  Hər  bir  valideyn

öz oğlunu böyüdərkən ən əvvəl ona

nəsihət verməlidir ki, sənin birinci

borcun orduda xidmət etməkdir. Bu

gün sizi yola salarkən biz inanırıq

ki, hər biriniz nümunəvi xidmətinizlə

komandirlərinizdən yalnız təşəkkür

alacaqsınız, silahla, texnika ilə düz-

gün davranacaq, hərbi biliklərə mü-

kəmməl yiyələnəcəksiniz. Sizin yal-

nız xoş xəbərləriniz gələcək. 

    Naxçıvan  Muxtar  Respublikası

Müharibə, Əmək, Silahlı Qüvvələr

və Hüquq-Mühafizə Orqanları Ve-

teranları  Şurasının  sədr  müavini

Heydər  Heydərovun,  muxtar  res-

publika daxili işlər nazirinin müa-

vini,  general-mayor  Qaçay  Quli -

yevin, Naxçıvan Muxtar Respubli-

kası  gənclər  və  idman  nazirinin

müavini  Mirməcid  Seyidovun  çı-

xışları  olub.  Çıxış  edənlər  Azər-

baycanda  müasir hərbi texnika ilə

təchiz edilmiş, möhkəm nizam-in-

tizamı, yüksək döyüş ruhu ilə seçi-

lən,  düşmənə  sarsıdıcı  zərbə  vur-

mağa  qadir  olan  bir  ordu  yaradıl-

masının böyük nailiyyət olduğunu

vurğulayaraq  qeyd  ediblər  ki,  or-

dumuzun  Naxçıvan  Muxtar  Res-

publikasında yerləşən hərbi hissələri

bu  gün  istənilən  döyüş  tapşırığını

yerinə yetirməyə qadirdir.

    Valideyn Zeynalabdin İmamqu-

liyev çıxış edərək bütün əsgərlərə

uğurlar  və  cansağlığı  arzu  edib.

“Onların ən müqəddəs vəzifəsi Və-

təni  qorumaqdır.  Tanrıya  şükürlər

olsun ki, bu gün Azərbaycan Ordusu

həmin  vəzifənin  öhdəsindən  layi-

qincə  gəlməyə  hazırdır.  Mən  fəxr

edirəm ki, bu qüdrətli ordunun sı-

ralarında mənim övladım da var”,

– deyə  əsgər valideyni vurğulayıb. 

    Gənc çağırışçılardan Oruc Məm-

mədhəsənov həqiqi hərbi xidmətə

yola salınan gənclər adından çıxış

edərək  orduda  nümunəvi  xidmət

edəcəklərinə söz verib. 

     Təntənəli mərasim gənclərin hərbi

xidmətə yola salınması ilə başa çatıb.

    Həmin gün Şahbuz və Sədərək

rayonlarında  da  gənclərin  hərbi

xidmətə  yolasalma  mərasimləri

keçirilib.



Səbuhi HÜSEYNOV

Gənclər hərbi xidmətə ruh yüksəkliyi ilə yola salınır







ar  təbiətin  ən  gözəl  möcüzələrindən  biridir.  Dünya  bina  olandan  bu  möcüzə



yaşanır.  Payızın  sonlarından  özünü  səbirsizliklə  gözlədən  qarın  yağması  ilə

uşaqlar, gənclər daha çox sevinir, havada uçuşan qar dənəciklərini onlara hədiyyə edilən

mirvarilər kimi bir-bir tutmağa çalışırlar. Səhərin erkənindən pəncərəmizə düşən hər qar

dənəsi təbiətin sanki şirin qış yuxusuna lay-lay çalan həzin zümzüməsinə bənzəyir. Qarın

gətirdiyi bar-bərəkətə inanan insanlar isə bu il də bolluq olacağına indidən min şükürlər

edirlər. Bu qar öz gəlişi ilə hamıdan çox əkinçilərimizi sevindirdi. 

      Naxçıvanlılar bu qarı çoxdan gözləyirdilər. Nəhayət, o qar yağdı. Yurdumuza qonaq

gələn qar bir neçə saat sonra ana torpağa ağ xalı sərdi. Amma çox yerdə qarın gətirdiyi

qayğılı  çətinliklər  muxtar  respublikamızda  bu  dəfə  də  hiss  olunmurdu.  Artıq  heç  bir

naxçıvanlı  qar  yağsa  da,  istiliyin,  elektrik  enerjisinin  olmaması,  yolların  bağlanması,

vacib ərzaq məhsullarının yoxa çıxması qorxusunu yaşamır. Yanvarın 9-da gecə saatlarında

şəhərin  bir  neçə  ünvanında  qarı  təmizləmək  üçün  texnikalar  düzülmüşdü.  Səhərin

sübhündə artıq Naxçıvanın şəhər təsərrüfatı tam gücü ilə yolların, səkilərin qardan tə-

mizlənməsi ilə məşğul idi.

      Ana təbiət artıq bizi ağır sınağa çəkə bilmir. Çünki hələ payız mövsümündən başlanılmış

qışa  hazırlıq  işləri  labüd  ola  biləcək  çətinlikləri  aradan  qaldırmağa  hesablanıb.  Bunu

bir daha gördük. Yazını çapa hazırlayarkən isə qar yağmağında, aidiyyəti təşkilatların

işçiləri qarı təmizləməkdə, həyat adi günlərdəki kimi davam etməyində idi. 

-

Əzəmət HƏSƏNOV



Əli XUDİYEV (foto)

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin