Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix03.02.2017
ölçüsü1,72 Mb.
#7358
  1   2   3

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 5 (20.659)

11 yanvar 2013-cü il, cümə

  Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar

Nazirliyində  ötən  ilin  yekunlarına  həsr  olunmuş

kollegiya  iclası  keçirilmişdir.  İclası  giriş  sözü  ilə

fövqəladə  hallar  naziri,  general-mayor  Şamı  Ab-

dullayev açaraq nazirliyin 2012-ci ildə gördüyü işlər

barədə geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki,

yola saldığımız 2012-ci il bir çox uğurları ilə Föv-

qəladə Hallar Nazirliyi üçün də yaddaqalan olmuşdur.

Belə  ki,  Azərbaycan  Respublikasının  Prezidenti

cənab İlham Əliyev Naxçıvana səfəri zamanı Föv-

qəladə  Hallar  Nazirliyinin  yeni  inzibati  binasının

açılışında iştirak etmiş, Böhran Vəziyyətlərində İda-

rəetmə Mərkəzində yaradılan şəraitlə, böhran zalında

quraşdırılmış  cihaz  və  avadanlıqlarla,  “112”  zəng

mərkəzi, mülki müdafiə kursunun sinfi ilə, alınan

texnikalarla yaxından tanış olmuşdur.

    Bildirilmişdir ki, hesabat dövründə nazirliyin ayrı-

ayrı şöbələri qarşıya qoyulmuş vəzifələrin yerinə yeti-

rilməsində  fəallıq  göstərmişlər.  Mülki  müdafiə  işinin

təşkili  şöbəsi  tərəfindən  17  nazirlikdə,  7  mədəniyyət

müəssisəsində,  12  sahibkarlıq  subyektində,  4  səhiyyə

ocağında, 82 təsərrüfat obyektində, 6 Mənzil-İstismar

İdarəsində mülki müdafiə işinin təşkili vəziyyəti yoxla-

nılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması

üçün müvafiq aktlar tərtib edilərək aidiyyəti təşkilatlara

göndərilmişdir.

    Aprel-may ayları ərzində Araz çayının subasma təh-

lükəsi olan yerlərində monitorinqlər keçirilərək sahil-

bərkitmə işlərinin aparılmasına nəzarət edilmiş, müvafiq

dövlət orqanlarının iştirakı ilə Heydər Əliyev, Arpaçay,

Uzunoba, Sirab, Bənəniyar, Nehrəm Su anbarlarının və

hidrotexniki qurğuların vəziyyəti yoxlanılmışdır.

    Nazirliyin mülki müdafiə kursunun dinləyiciləri ilə

komplektləşdirilmə təqvim planına uyğun olaraq, şəhər

və rayonların təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin,

istehsal və sosial təyinatlı obyektlərin rəhbərləri, mülki

müdafiə qərargah rəisləri, hərbiləşdirilməmiş mülki mü-

dafiə qüvvələrinin komandir-rəis heyəti ilə kurslar təşkil

edilmiş, ümumilikdə, 38 tədris qrupunda 828 nəfər din-

ləyici mülki müdafiə və fövqəladə hallara hazırlanmışdır.

Kursun maddi tədris bazası təkmilləşdirilmiş, dinləyicilər

üçün 10 ədəd metodik vəsait hazırlanmışdır.

    Hesabat  dövründə  muxtar  respublika  ərazisində

yeni tikilən, əsaslı təmir olunan 174 inzibati binanın

zirzəmisi  yoxlanılaraq  mühafizə  qurğusu  kimi  qey-

diyyata alınmışdır.

    Vurğulanmışdır ki, 2012-ci ilin əvvəllərində istismara

verilmiş 10 yeni təhlükə potensiallı obyekt, 134 avadanlıq

və qurğu dövlət reyestrində qeydiyyata alınmış, obyektlərə

qeydiyyat şəhadətnamələri verilmişdir. Hazırda bu işlər

davam etdirilir. Ümumilikdə, qeydiyyatdan keçmiş ob-

yektlərin sayı 79, avadanlıq və qurğuların sayı 769-dur.

    Struktur  qurumların  bölmələri  ilə  17  dəfə  taktiki-

xüsusi təlimlər keçirilmişdir. 

    Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Föv-

qəladə Hallar Nazirliyi “Fövqəladə halların nəticələrinin

aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı

əlaqədə fəaliyyəti, axtarış-xilasetmə işlərinin aparılması

zamanı  idarəetmənin  təşkili”  mövzusunda  kompleks

taktiki-xüsusi təlim keçirmişdir. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə

mülki  müdafiə  işinin  təşkili  sinfi  və  “112”  qaynar

telefon xətti barədə məlumat verilmiş və qeyd olunmuşdur

ki, mülki müdafiə kursları üçün yaradılmış sinif otağı

radiasiya-axtarış,  ölçü,  dozimetrik  nəzarət  və  kimya

kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə

təchiz edilmişdir. Sonra Ali Məclisin Sədri Fövqəladə

Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə

Mərkəzinə gələrək təlimin gedişini izləmişdir. Təlimlər

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat

zalından idarə olunmuş, nazirliyin tabeliyində olan qu-

rumlarla videoəlaqə yaradılmış, müvafiq xilasetmə qu-

rumlarının  həyata  keçirdikləri  taktiki  təlimlər  birbaşa

nümayiş etdirilmişdir.

    Fövqəladə hadisələr baş vermiş rayonlara rəhbər he-

yətin və xilasedicilərin daşınması, zədələnmə ocaqlarından

zərərçəkənlərin  xilas  edilməsi,  çətin  keçidli  yerlərdə

insanların  həyat  və  fəaliyyətinin  təmin  edilməsi  üçün

onlara lazım olan əşya, ərzaq və tibbi əmlakların çatdı-

rılması məqsədilə nəzərdə tutulmuş 1 ədəd Mİ-17-1B

markalı vertolyot ilə 26 dəfə xüsusi təlim-məşq uçuşları

keçirilmişdir. Hesabat ili ərzində Naxçıvan Muxtar Res-

publikası  ərazisində  baş  vermiş  fövqəladə  hadisələrin

nəticələri  aradan  qaldırılmış  və  baş  vermiş  fövqəladə

hadisələrin qeydiyyatı aparılmışdır.

    Nazir bildirmişdir ki, Dövlət Tikintidə Təhlükəsizliyə

Nəzarət İdarəsi də bəhs olunan dövrdə öz işini günün tə-

ləbləri  səviyyəsində  qurmuş,  idarə  tərəfindən  muxtar

respublika ərazisində tikintisi başa çatdırılmış və ya ti-

kilməkdə  olan  binalar  müvafiq  qaydada  qeydiyyata

alınmış,  91  tikinti  obyektində  yoxlamalar  keçirilmiş,

7 mühəndis-geoloji axtarış işi aparılmışdır. Tikinti mate-

riallarının  dövlət  standartlarının  tələblərinə  cavab  ver-

məsinin yoxlanılması ilə bağlı mühəndis-geoloji, sement

və  beton  laboratoriyasında,  ümumilikdə,  226  sınaq  və

analiz keçirilmiş, müvafiq protokollar verilmişdir. Keçirilən

sınaqlar zamanı norma və standartların tələblərinə uyğun

olmadığından 2 tipdə beton səki daşları nümunələrinə və

fiziki şəxslər tərəfindən istehsal olunan beton divar daş-

larından 10 sınaq nümunəsinə mənfi rəylər verilmişdir.

    Şamı Abdullayev qarşıda duran vəzifələrdən də da-

nışaraq bu vəzifələrin yerinə yetirilməsində nazirliyin

və  onun  tabeliyində  olan  strukturların  əməkdaşlarına

uğurlar arzulamışdır.

    Məruzə  ətrafında  nazirliyin  Əməliyyat  şöbəsinin

rəisi,  polkovnik  Hikmət  Kərimovun,  Mülki-Müdafiə

Alayının komandiri, polkovnik İspəndiyar Əhmədovun,

Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinin

icraçısı, daxili xidmət mayoru Ehtiram Məmmədovun

və başqalarının çıxışları olmuşdur.

    Sonda kollegiya iclasının qərar layihəsi oxunmuş və

qəbul edilmişdir.



Dilrubə NOVRUZOVA

    Naxçıvan Neft və Qaz Məhsulları

Təminatı Müəssisəsində 2012-ci ildə

görülən işlərə və dördüncü çağırış

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin altıncı sessiyasında qar-

şıya qoyulan vəzifələrə həsr olunmuş

yığıncaq keçirilmişdir.

    Yığıncağı müəssisənin direktoru

Behruz  Əzimov  açmış  və  məruzə

ilə çıxış etmişdir. Qeyd olunmuşdur

ki,  2012-ci  ildə  muxtar  respublika

əhalisinin, təşkilat və müəssisələrin

neft və maye qaz məhsullarına olan

tələbatını  təmin  etmək  məqsədilə

müəssisə Azərbaycan Respublikası

Dövlət  Neft  Şirkətinin  təşkilatları

ilə güzəştli şərtlərlə, yəni şirkətdaxili

topdansatış qiymətlərindən təchizat

xərcləri çıxılmaqla bağlanmış mü-

qaviləyə  əsasən,  15  min  54,3  ton

A-92 benzini, 999,9 ton A-95 ben-

zini,  1214,4  ton  A-80  benzini,  74

min 993 ton dizel yanacağı, 23 min

174,2 ton bitum, 9992,4 ton mazut,

140,8 ton müxtəlif yağlar, 4301 ton

maye qaz almışdır. 

    Bildirilmişdir ki, ötən il müəssisə

tərəfindən  14  min  542,1  ton  avto-

benzin, 74 min 540,2 ton dizel ya-

nacağı,  8765,9  ton  mazut,  23  min

64,2  ton  bitum,  4361,1  ton  maye

qaz, 153,7 ton müxtəlif növ yağ ol-

maqla, ümumi dövriyyəsi 57 milyon

231  min  210  manat  olan  125  min

427,2  ton  müxtəlif  neft  məhsulları

satılmışdır. 

    2012-2013-cü ilin payız-qış möv-

sümündə Naxçıvan Muxtar Respub-

likası Təhsil Nazirliyi üzrə 406 min

682 litr dizel yanacağı, 24 min 192

kiloqram maye qaz, Naxçıvan Muxtar

Respublikası Səhiyyə Nazirliyi üzrə

76 min 215 litr dizel yanacağı, 2350

kiloqram maye qaz, Naxçıvan Muxtar

Respublikası Mədəniyyət və Turizm

Nazirliyi  üzrə  73  min  50  litr  dizel

yanacağı, 3 min 50 kiloqram maye

qaz  ayrılaraq  həmin  nazirliklərin

müəssisələrinə çatdırılmışdır. Hazırda

müəssisənin  ehtiyat  anbarlarında

1571,5  ton  dizel  yanacağı,  2820,4

ton mazut, 56,6 ton maye qaz, 2769,7

ton A-92 benzini, 4,1 ton A-95 ben-

zini, 110 ton bitum ehtiyatı vardır. 

    Müəssisənin rəhbəri 2013-cü ildə

qarşıda duran vəzifələrdən, bu vəzi-

fələrin  yerinə  yetirilməsinin  vacib-

liyindən danışmışdır. 

    Məruzə  ətrafında  müzakirələrdə

müəssisənin  neft  anbarının  müdiri

Seyfəddin  Rzayev,  qaz  anbarının

müdiri Kazım Rzayev çıxış etmişlər. 



Muxtar MƏMMƏDOV

     Komitə kollegiyasının 26 yanvar

2012-ci il tarixdə keçirilmiş iclasında

2011-ci ildə görülmüş işlərə yekun

vurulmuş,  buraxılmış  nöqsanlar

araşdırılmış, 2012-ci il üçün həyata

keçiriləcək  tədbirlər  müəyyənləş-

dirilmişdir. Naxçıvan Muxtar Res-

publikası Dövlət Statistika Komi-

təsinin 2011-ci il 27 dekabr tarixli

176 nömrəli əmri ilə təsdiq edilmiş

“2012-ci  ildə  Naxçıvan  Muxtar

Respublikası Dövlət Statistika Ko-

mitəsi və yerli statistika orqanları

üçün  statistik  işlər  haqqında  pro -

qram”a  əsasən,  2012-ci  ildə  yığı-

lacaq statistik hesabatların siyahısı,

onların  yığılma  və  təqdimedilmə

reqlamenti müəyyənləşdirilmişdir.   

    2012-ci  ildə  dövlət  statistika

sisteminin  informasiya  texnolo-

giyalarının  texniki  və  proqram-

texnoloji təminatının təkmilləşdi-

rilməsi istiqamətində bir sıra təd-

birlər həyata keçirilmiş, komitənin

internet saytının hazırlanması işləri

başa çatdırılmışdır. Dövlət Statis-

tika Komitəsinin VEB səhifəsində

statistik məlumatlar, hesabat for-

maları, təlimatlar, metodoloji izah-

lar,  elektron  kitabxana,  statistik

lüğət yerləşdirilmişdir. Bu internet

resursu üzrə müəssisə və təşkilatlar

tərəfindən  hesabatların  elektron

formada  təqdim  olunması  üçün

“Elektron xidmətlər” bölməsində

“Rəsmi statistik hesabatların təq-

dim  edilməsi”  menüsü  yaradıl-

mışdır  ki,  hesabat  təqdim  edən

müəssisə  və  təşkilatlar  statistika

orqanlarına gəlmədən hesabatlarını

internet vasitəsilə elektron formada

təqdim edə bilirlər. Bundan əlavə,

“Elektron xidmətlər” bölməsində

“Statistik  məlumatların  buraxılış

təqviminin və mətbu məlumatların

yayım təqviminin təqdim edilməsi”

və  “Statistik  məlumatların  (gös-

təricilərin)  verilməsi”  menüləri

yaradılmışdır  ki,  bu  da,  öz  növ-

bəsində, istifadəçilərin daha geniş

informasiya  əldə  etməsinə  şərait

yaratmışdır.

    Bəxtiyar İsmayılov bildirmişdir

ki,  komitənin  internet  saytında

1995-ci  il  tarixdən  bu  günədək

istifadəyə verilmiş obyektlərin ilk

dəfə olaraq elektron fotoqalereyası

və muxtar respublikada sosial-iq-

tisadi inkişafı əks etdirən “Video

arxiv” bölməsi yaradılmışdır. İn-

ternet saytının yaradılması məlu-

matların daha geniş istifadəçi au-

ditoriyasına çatdırılma imkanlarına

nail  olunması  ilə  yanaşı,  həmin

məlumatların istifadə müddətinin

artırılmasına imkan verir.

    Vurğulanmışdır  ki,  ötən  dövr

ərzində  Naxçıvan  Muxtar  Res-

publikası Dövlət Statistika Komi-

təsinin müvafiq şöbələri tərəfindən

9 adda, o cümlədən “2011-ci ildə

Naxçıvan Muxtar Respublikasının

əsas demoqrafik göstəriciləri haq-

qında”, “2011-ci il ərzində Nax-

çıvan  Muxtar  Respublikasında

qeydə alınmış inzibati xətalar haq-

qında”,  “2011-ci  ildə  Naxçıvan

Muxtar  Respublikasında  təhsil,

mədəniyyət, səhiyyə, pensiya tə-

minatı və idman haqqında”, “Mux-

tar respublikada sənayenin inkişafı

haqqında  (2012-ci  ilin  yanvar-

mart, yanvar-iyun, yanvar-sentyabr

aylarında)”, “2011-ci ildə muxtar

respublikada əmək bazarının və-

ziyyəti  haqqında”,  “2012-ci  ilin

yanvar-sentyabr aylarında muxtar

respublikada dövlət büdcəsindən

maliyyələşdirilən  istehlakçıların

elektrik  və  istilik  enerjisi,  təbii

qaz  və  suyun  istehlakı  və  rabitə

xidmətlərindən istifadəsi haqqında”

və  “2012-ci  ilin  məhsulu  üçün

əkilmiş  sahələrə  dair”  birdəfəlik

təhlili  məruzələr  hazırlanmışdır.

    İş  planına  uyğun  olaraq,  ötən

il ərzində uçot vahidlərinin dövlət

reyestrində  qeydiyyatda  olan  tə-

sərrüfat  subyektlərinin  göstərici-

lərinin aktuallaşması prosesi gö-

rülmüş  tədbirlər  nəticəsində  nə-

zərdə tutulmuş vaxtda başa çatdı-

rılmışdır. Uçot vahidlərinin dövlət

reyestrində qeydiyyatda olan bütün

müəssisələrlə  əlaqə  yaradılmış,

müvafiq  göstəricilər  dəqiqləşdi-

rilmişdir. Bu dövr ərzində hesabat

intizamına cəlb olunmayan hüquqi

şəxs qalmamışdır.

    Komitə  sədri  bildirmişdir  ki,

qeyd olunanlarla yanaşı, ötən dövr

ərzində işdə bir sıra nöqsanlar da

mövcud  olmuşdur.  Şöbələr  tərə-

findən hazırlanan sənədlərdə səhv-

lərə yol verilir, son variantlar ye-

tərincə yoxlanılmır. Komitə apa-

ratında, şəhər və rayon statistika

idarələrində muxtar respublikadakı

dinamik inkişafla bağlı təhlil ma-

teriallarının, məqalələrin hazırlan-

ması işi çox zəifdir. 

    Sahələr  üzrə  qanunvericiliyin

dərindən öyrənilməsi işi ləng ye-

rinə yetirilməkdədir. Müvafiq işin

intensivləşdirilməsi və kadr hazır -

lığının müasir tələblər səviyyəsində

qurulması  hazırda  ən  zəruri  mə-

sələlərdən biridir.

    Məruzə  ətrafında  çıxışlar

olmuşdur.

Naxçıvan Muxtar Respublikası

Dövlət Statistika Komitəsinin

mətbuat xidməti

2012-ci il muxtar respublikamız üçün uğurlu olmuşdur

Ötən ilin yekunlarına həsr edilən iclaslarda bu bir daha təsdiqlənmişdir

  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində

keçirilən kollegiya iclasını komitənin sədri Bəxtiyar İsmayılov

açaraq  məruzə  etmişdir.  Bildirilmişdir  ki,  komitənin  kollektivi

2012-ci ildəki fəaliyyətinə 29 dekabr 2011-ci il tarixdə keçirilmiş

dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

dördüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin məruzəsindən irəli gələn vəzifələri fəaliyyətində  proqram

kimi qəbul etməklə başlamışdır.

*    *    *



2

    Dünən “Naxçıvanqaz” İstehsalat

Birliyində  2012-ci ilin  yekunlarına

dаir iclas kеçiril mişdir. İclasda bir-

liyin direktoru Səxavət Abbasov mə-

ruzə ilə çıxış edərək bildirmişdir ki,

əhalinin fasiləsiz və təhlükəsiz təbii

qazla  təmin  edilməsi,  xətt  təsərrü-

fatında  baş  verə  biləcək  hər  hansı

bir nasazlığın vaxtında aradan qal-

dırılması  üçün  “Naxçıvanqaz”  İs-

tehsalat Birliyi və onun tabeliyində

olan  şəhər  və  rayon  Qaz  İstismar

idarələri  tərəfindən  kompleks  təd-

birlər  həyata  keçirilir.  Muxtar  res-

publikada, ümumilikdə, 81 min 456

istehlakçı təbii qazdan istifadə edir.

Bunlardan 1004 əhali  abonenti, 149

qeyri-əhali  abonenti  ötən  il  təbii

qazla təmin olunmuşdur. 

    Qaz təsərrüfatında istismarda olan

magistral,  daşıyıcı  və  paylayıcı  qaz

kəmərləri, eləcə də onlar üzərindəki

kranlara, siyirtmələrə və qaztənzim-

ləyici şkaflara müntəzəm olaraq texniki

baxış keçirilmiş, aşkar edilmiş nöq-

sanlar aradan qaldırılmışdır. Muxtar

respublikada istismarda olan qazpay-

layıcı  stansiyalarda  bütün  qoruyucu

klapanlar, kran və siyirtmələr yoxla-

nılmış, separatorlar təmizlənmiş, təz-

yiqtənzimləyicilərə texniki baxış ke-

çirilmişdir. İstehlakçılara verilən təbii

qazın təzyiqinə hər ay texnoloji rejim

tətbiq  edilmiş  və  müntəzəm  olaraq

ölçü qovşaqlarında nəzarət işi həyata

keçirilmişdir.  Qaz  itkisi  olan  istiqa-

mətlərin müəyyən edilməsi və onları

doğuran səbəblərin aradan qaldırılması

üçün  təxirəsalınmaz  işlər  görülmüş,

sızmaların aradan qaldırılması üçün

təmir-bərpa işləri aparılmışdır.

    Qeyd olunmuşdur ki, daşıyıcı qaz

şəbəkəsinin mövcud 720 millimetrlik

yeraltı qaz kəməri uzun müddət is-

tismarda olduğu üçün fiziki cəhətdən

tam aşınmış, korroziyaya uğramışdır.

Qaz  itkisini  minimuma  endirmək

məqsədilə  Naxçıvan-Sədərək  isti-

qaməti  üzrə  81,6  kilometrlik  yük-

səktəzyiqli yeraltı qaz kəmərinin in-

şası  qrafikə  uyğun  aparılır.  Naxçı-

van-Şahbuz istiqaməti üzrə 27 kilo-

metrlik  ortatəzyiqli  yeraltı  qaz  kə-

mərinin inşası isə başa çatdırılmışdır.

Şahbuz, Culfa və Ordubad rayonla-

rında  sel  və  daşqın  zamanı  zərər

dəymiş müxtəlif diametrli qaz xətləri

təmir olunmuş, yaşayış məntəqələrinə

təbii qazın verilməsi qısa vaxtda tə-

min edilmişdir.

    Muxtar respublikamızın yaşayış

məntəqələrində yeni tikilən yaşayış

evləri vətəndaşların müraciətinə əsa-

sən  qazlaşdırılmış,  yeni  sayğaclar

quraşdırılmış və onlarla qaz təchizatı

haqqında  müqavilə  bağlandıqdan

sonra  təbii  qazın  verilməsi  təmin

edilmişdir. Əhali abunəçilərinin nor-

mal,  sabit  və  təhlükəsiz  qaz  təchi-

zatını təmin etmək məqsədilə alınmış

qaztənzimləyici  şkaflar  və  qaztən-

zimləyicilər  tələb  olunan  yerlərdə

quraşdırılmışdır. 

    Səxavət Abbasov bildirmişdir ki,

muxtar respublikada təbii qazın qey-

diyyatının dəqiq aparılması məqsədilə

quraşdırılmış ROK-407 tipli qaz ölçü

qovşağına və “Elestr” tipli qaz say-

ğaclarına  ciddi  nəzarət  olunur. Av-

tomat qazpaylayıcı stansiyalarda is-

tismar olunan 9 ədəd ROK-407 tipli

ölçü qovşağı yoxlamadan keçirilmiş

və  kalibrləşdirilmişdir.  Həmçinin

ROK-407  tipli  elektron  sərfölçmə

cihazları  üzərində  uzaq  məsafədən

operativ nəzarət üçün 6 ədəd xaric -

edici  və  1  ədəd  qəbuledici  modem

quraşdırılmışdır. Bu istiqamətdə işlər

davam etdirilir. 

    “Abonentlərin  təhlükəsizliyi  də

diqqət mərkəzində saxlanılmış, baş

verə  biləcək  hər  hansı  bir  qəzanın

vaxtında  aradan  qaldırılması  üçün

şəhər və rayon Qaz İstismar idarələ-

rində  qəza  dispetçer  xidmətlərinin

24 saat fəaliyyəti təmin edilmişdir”, –

deyən birliyin direktoru bildirmişdir

ki, qəza dispetçer xidmətlərinə, ümu-

milikdə,  9  min  269  qəza  məlumatı

daxil  olmuş,  nasazlıqlar  vaxtında

aradan qaldırılmışdır. 

    Təbii qazın itkisiz olaraq yerlərə

çatdırılması,  israfçılığın  qarşısının

alınması və sərf olunan qazın dəyərinin

vaxtında ödənilməsi ilə əlaqədar təd-

birlər  davam  etdirilmiş,  istismarda

olan qaz sayğaclarına mütəmadi olaraq

baxışlar keçirilmiş, cari təmirə ehtiyacı

olan sayğaclar təmir edilmiş, təmiri

mümkün  olmayan  2  min  258  ədəd

sayğac isə yenisi ilə əvəzlənmişdir. 

    Muxtar respublikada 300 milyon

577  min  517  kubmetr  qaz  istehlak

olun muş,  22  milyon  418  min  291

manat  vəsait  toplanmışdır.  O  cüm-

lədən enerji istehsal edən müəssisələr

nəzərə  alınmadan  istehlak  olunan

152  milyon  571  min  313  kubmetr

qazın satışından 15 milyon 317 min

717 manat vəsait əldə edilmiş, ödəmə

100 faiz olmuşdur. Əhali abunəçiləri

üzrə istehlak olunan 79 milyon 733

min 8 kubmetr qazın satışından top-

lanan vəsait 7 milyon 984 min 742

manata çatmışdır ki, bu da 100  faiz

ödəmə deməkdir. 

    İclasda əldə olunan nailiyyətlərlə

yanaşı, işdə buraxılan nöqsanlara da

toxunulmuş, qarşıda duran vəzifələr

müəyyənləşdirilmişdir. 

    Sonra  məruzə  ətrafında  “Naxçı-

vanqaz” İstehsalat Birliyinin baş mü-

həndisi Samir Baxşəliyevin və Nax-

çıvan Şəhər Qaz İstismar İdarəsinin

rəisi  Mahmud  Əbilsoyun  çıxışları

olmuşdur.

    Naxçıvan  Muxtar  Respublikası

Ali Məclisi Aparatının İqtisadiyyat

şöbəsinin müdiri Rəfael Babayev ic-

lasda çıxış etmişdir. 

-

Kərəm HƏSƏNOV



“Naxçıvanqaz” İstehsalat Birliyində 2012-ci ilin 

yekunlarına dаir iclas kеçiril mişdir 

    Dünən Naxçıvan Muxtar Res-

publikası  Yazıçılar  Birliyinin  və

Naxçıvan  Dövlət  Universitetinin

təşkilatçılığı ilə

“Naxçıvanda

ədəbi  proses  –

2012:  əsas  ye-

kunlar və vəzi-

fələr”  mövzu-

sunda konfrans

keçirilib.  Kon-

fransda Naxçı-

vanda yaşayıb-

yaradan şair və

yazıçılar, ədəbi

tənqidçilər, ədəbiyyatşünas alimlər,

mətbuat  nümayəndələri  iştirak

ediblər. 

    Konfransı  giriş  sözü  ilə  açan

Naxçıvan Muxtar Respublikası Ya-

zıçılar Birliyinin sədri Asim Yadigar

2012-ci il ərzində Naxçıvan Muxtar

Respublikası  Yazıçılar  Birliyinin

fəaliyyəti,  görülən  işlər,  qarşıda

duran  vəzifələr  haqqında  məruzə

edib. Bildirilib ki, 2012-ci il oktyabr

ayının  19-da  Naxçıvan  Muxtar

Respublikası Yazıçılar  Birliyinin

konfransının yüksək səviyyədə ke-

çirilməsi Naxçıvanda ədəbiyyatın

inkişafına göstərilən qayğının bariz

nümunəsidir. Bu diqqət və qayğı

isə söz adamlarının qarşısında çox

vacib vəzifələr qoyur. 2012-ci ilin

yekunlarına toxunan birliyin sədri

qeyd edib ki, ötən il Naxçıvanda

yaşayıb-yaradan şair və yazıçıların

50-dən artıq kitabı işıq üzü görüb.

Əvvəlki  illərlə  müqayisədə  çap

olunan nəsr əsərlərinin sayı artıb.

Belə ki, ötən il Naxçıvan Muxtar

Respublikası Yazıçılar Birliyi üzv-

lərinin 10-dan artıq nəsr əsəri çap

edilib. Nəsr əsərlərinin müəlliflə-

rinin sırasında gənc yazarların da

olması  gələcəyə  ümidləri  artırır.

Nəsr  əsərləri  ilə  yanaşı,  ötən  il

uşaq  ədəbiyyatının  və  dramatur-

giyanın inkişafı istiqamətində də

müəyyən  addımlar  atılıb.  Lakin

bu sahədə qələm sahibləri hələ də

ciddi qələm təcrübələri ortaya qoya

bilmirlər.  Publisistika  sahəsində

nəzərəçarpacaq  irəliləyişlərin  ol-

duğunun vurğulandığı konfransda

bədii tərcümə sahəsində görülmüş

və görüləcək işlərdən də danışılıb. 

    Sonra ədəbiyyatın müxtəlif sa-

hələri – nəsr, poeziya, ədəbi tənqid,

publisistika, dramaturgiya sahələri

üzrə məruzələr dinlənilib.  AMEA

Naxçıvan Bölməsi İncəsənət, Dil

və Ədəbiyyat İnstitutunun böyük

elmi işçisi, filologiya üzrə fəlsəfə

doktoru Ramiz Qasımov nəsr, Nax-

çıvan Dövlət Universitetinin “Qey-

rət” nəşriyyatının direktoru, tarix

üzrə  fəlsəfə  doktoru,  şair  Vaqif

Məmmədov  poeziya,  Naxçıvan

Özəl  Universitetinin  tədris  hissə

müdiri Anar Abuzərli ədəbiyyat-

şünaslıq,  Naxçıvan  Dövlət  Uni-

versitetinin Jurnalistika və dünya

ədəbiyyatı kafedrasının müəllimi

Məmməd  Babayev  publisistika,

Naxçıvan  Dövlət  Universitetinin

Teatr  və  mədəniyyətşünaslıq  ka-

fedrasının müdiri Gülxarə Əhməd -

ova  dramaturgiya  sahələri  üzrə

2012-ci ildə meydana çıxan əsərlər

haqqında  danışaraq  yeni  əsərlər

barədə  ədəbi  tənqid  nöqteyi-nə-

zərindən fikirlər səsləndiriblər. Çı-

xışlar ətrafında geniş müzakirələr

aparılıb. 

    Konfransa  yekun  vuran  Nax-

çıvan Dövlət Universitetinin rek-

toru, akademik İsa Həbibbəyli ke-

çirilən tədbirin Naxçıvanda ədəbi

proseslərin inkişafı istiqamətində

atılan  çox  mühüm  addımlardan

biri olduğunu qeyd edib. Akademik

vurğulayıb ki, “Naxçıvanda ədəbi

proses  –  2012:  əsas  yekunlar  və

vəzifələr”  mövzusunda  konfrans

ədəbi tənqid və ədəbiyyatşünaslıq

sahəsində də yeni meyillər ortaya

çıxarır.  Bu  tip  konfransların  da-

vamlı olaraq keçirilməsi isə ədə-

biyyatımızın  daha  da  inkişafına

təkan verə bilər.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin